Tovuz təxribatı Ermənistanın "yeni ərazi – yeni müharibə" formuluna keçdiyinə dəlalət edir

11:31 / 18.09.2020

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduqca mürəkkəb və həlli müşkülə çevrilmiş bir münaqişədir. Qarsıduran tərəflərdən savayı, "üçüncü tərəflərin" bu münaqişədə kifayət qədər mühüm geosiyasi və geoiqtisadi maraqları var. Rusiya, İran və Türkiyə daim bu münaqişənin neqativ təsirini hiss edirlər. "Status-kvo"nun sürüşkən olması region ölkələrinin sərhəd təhlükəsizliyinə ciddi təhdid edir. Münaqişənin hərbi fazasının bərpa olacağı təqdirdə, onun asanlıqla eskalasiyasına gətirə bilər. Çünki münaqişə ətrafında maraqlı qüvvələr həm fərdi, həm də kollektiv (ittifaq) şəkildə siyasət həyata keçirirlər. Bu da istər-istəməz hərbi əməliyyatlar zamanı kənar müdaxilələrin olacağını və nəticədə, münaqişənin genişmiqyaslı hərbi əməliyyatlar səhnəsinə çevriləcəyini istisna etmir. 2016-cı ilin aprel savaşından sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə kimi baxılmır.

İşğal olunmuş ərazilərimizdə transmilli təhdidlərin bütün təzahürlərinin mövcudluğu dünyanın bir parçası olan Cənubi Qafqazın təhlükəsizliyinə ciddi təhdiddir. Regionda ümumi maraqlara cavab verən təhlükəsizlik sisteminin yoxluğu, xarici qüvvələrin ikili standart siyasəti, etnik, dini və sivilizasiya fərqlərinin ayırıcı xətlərə çevrilməsi hər an "status-kvo"nun pozulmasına rəvac verə bilər. Münaqişənin həlli perspektivlərinin dalana dirənməsi regionun hələ bir müddət də transmilli təhdidlərin əsarətində qalacağını deməyə əsas verir.

Münaqişədə daxili, dövlətlərarası və transmilli amillərin sıx uzlaşması onun yaxın gələcəkdə həlli ehtimalının üzərindən çarpaz xətt çəkir. Münaqişənin uzunmüddətli "nə hərb, nə sülh" dilemmasında qalması ona dəlalət edir ki, onun tənzimlənməsində müəyyən həll planlarının olmasına baxmayaraq, Cənubi Qafqazda "realpolitik" ön plandadır. Post-aprel mərhələsində "realpolitik"ə rəvac verən amillər aşağıdakılardır:

Birincisi, Aprel döyüşlərindən sonra Ermənistanın ciddi səylə qızğın silahlanma kursunu davam etdirməsi və Azərbaycana qarşı aqressiv ritorikanın tonunu yüksəltməsidir. Həmin döyüşlərdən sonra, xüsusən də 2018-ci ildə ölkədə baş vermiş məxməri inqilabdan sonra müdafiə büdcəsinin kəskin artımı baş verib. Ümumiyyətlə, Ermənistanın 2020-ci ildə müdafiə xərcləri 2018-ci ilə nisbətən 28 faiz artıb. Belə ki, 2019-cu ildə işğalçı ölkə müdafiəyə təxminən 629,5 milyon dollar (2018-ci illə müqayisədə 129 milyon dollar artıb) sərf edib, 2020-ci ilin müdafiə büdcəsi isə təxminən 631 milyon dollar (ötən illə müqayisədə yalnız 1,5 milyon dollar çoxdur) həcmindədir.

Hələ ötən ilin əvvəllərində Ermənistanın müdafiə naziri David Tonoyan yerli İctimai TV-nin efirində Ermənistanın müdafiə strategiyasından hücum strategiyasına keçərək ordu quruluşu fəlsəfəsini dəyişmək niyyətində olması fikrini dilə gətirmişdir. Onun sözlərinə görə, erməni ordusu yeni silahların sayəsində müdafiə strategiyasını dəyişir. Bu, əsasən, Su-30CM və 100 milyon dollar həcmində yeni hərbi kreditin hesabına baş verir. Su-30CM-in köməyilə yüz kilometr məsafədə düşmənin mövqelərinə hücum etmək olar. Xatırladaq ki, 2019-cu ildə Ermənistan Rusiyadan dörd Su-30CM təyyarəsi almış və bu il də həmin təyyarələrin yeni partiyasını alacağı bildirilir. D.Tonoyanın sözlərinə görə, Ermənistan say, demoqrafik və iqtisadi planda Azərbaycanla rəqabət apara bilməz. Odur ki, düşməni neytrallaşdırmağa imkan verəcək silahlar alınacaq.

Bundan əlavə, ötən il ABŞ-da erməni diasporu ilə keçirdiyi görüşdə Ermənistanın müdafiə naziri D.Tonoyan bəyan etmişdir ki, "ərazi qarşılığında sülh" formulunu dəyişərək, onu "yeni ərazilərin işğalı üçün yeni müharibə" formulu ilə əvəzləyib. "Biz bu "xəndək vəziyyətindən", daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz, hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracağıq". Heç şübhəsiz, belə bir silah yarışması şəraitində sülh danışıqlarından daha çox münaqişənin yenidən alovlanması daha real görünür.

İkincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən Ermənistan-Azərbaycan münaqişənin həlli perspektivləri ilə bağlı ziddiyyətli fikirləri və ikili mövqeyi müsbət heç nə vəd etmirdi. Belə ki, bir tərəfdən, o, Ermənistan-Azərbaycan sərhədində və tərəflərin təmas xəttində insidentlərin qarşısının alınması məqsədilə atəşkəs rejiminin möhkəmləndirilməsini və bu istiqamətdə hər iki ölkənin müvafiq strukturları arasında operativ əlaqənin qurulması üzrə mexanizmlərin yaradılmasını vacib hesab edirdi. Digər tərəfdən isə, qondarma rejimi danışıqlar prosesinə daxil etməklə formatı dəyişdirmək, 29 ildən sonra yenidən "miatsum" anlayışını dilə gətirməsi və münaqişənin tənzimlənməsi ilə bağlı bəyan etdiyi sərsəm yeddi prinsipi rəsmi İrəvanın məlum münaqişənin həllinə mane olmaq və tənzimlənmə prosesini məqsədyönlü şəkildə uzatmaq, nəticədə isə işğalçılıq siyasətini legitimləşdirmək niyyətindən xəbər verirdi. Onun bu cəhdi Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış "fait accompli" (baş vermiş fakt) vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir.

İki ay öncə Ermənistanın qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında (MTS) rəsmi İrəvanın Türkiyə və Azərbaycanı özünə əsas təhdid mənbəyi elan etməsi, Azərbaycanın öz ərazisini güc yolu ilə bərpa etmək cəhdlərini separatçı rejimin erməni əhalisinə qarşı ekzistensial təhdid kimi qələmə verib.

Həmin sənəddə Rusiya Ermənistanın yeganə strateji tərəfdaşı kimi qələmə verilib. Digər ölkələr – ABŞ, ÇXR, Hindistan və s. isə sadəcə dost ölkə və ya strateji dialoq tərəfdarı kimi təqdim edilib. Son bir neçə ildə Ermənistanın Yunanıstan və Kiprlə olan əlaqələrinə xüsusi önəm verilir və bu üçtərəfli əməkdaşlıq formatının genişləndirilməsi istəyi nəzərə çarpır. Həmin ölkələri antitürk maraqları birləşdirir.

Qeyd edilən sənəddə həm maraq, həm də təəccüb doğuran məqamlardan biri də həmin sənədin 4.14-cü maddəsidir. Orada qeyd edilir ki, "Yaxın Şərq ölkələri ilə qarşılıqlı əlaqələrin davamlı genişləndirilməsi prioritetlərimizdəndir. Ermənistan Yaxın Şərqdə regional təhlükəsizlik sisteminin yenidən qurulması proseslərinə cəlb edilməlidir ki, bu da bölgə ölkələrində ermənilərin tarixi varlığını qorumağa yönəldiləcəkdir". Bu ifadə artıq həmin ölkələrlə ikitərəfli əməkdaşlıqdan xeyli kənara çıxır və Ermənistanın yeni MTS-nin ekspansiv ruhunu izah edir. Onsuz da tarixən müsəlman türklərin əraziləri hesabına "Böyük Ermənistan" yaratmaq istəyən işğalçı ölkə indi də təsir imkanların coğrafi hüdudlarını Yaxın Şərqin ərəb müsəlman ölkələri hesabına genişləndirməyə çalışır. Həmin istəyin arxasında İslam dünyasında Türkiyə-Azərbaycan əlaqələrinə qarşı hərbi-siyasi formatların yaradılması durur. Necə ki, hazırda Ermənistan Aralıq dənizinin şərqində gedən proseslərdə Türkiyəyə qarşı formalaşmaqda olan birlikləri və ölkələr qrupunu açıq şəkildə dəstəkləyir.

Beləliklə, bu ilin 12-16 iyul tarixində baş vermiş Tovuz təxribatı ilə Ermənistanın "yeni ərazi – yeni müharibə" formulunun gerçəkləşməsinə start verdiyini söyləmək olar. Bu formulu həyata keçirməklə işğalçı ölkə hərbi əməliyyatları Dağlıq Qarabağ və ona bitişik rayonlarımızdan yeni ərazilərimizə keçirmək, "təhlükəsizlik zolağı"nı genişləndirmək və Azərbaycanın neft-qaz və digər mühüm infrastrukturları üzərində nəzarəti ələ keçirməkdir. Yeni formula nəfəs vermək məqsədilə Ermənistanın istər Cənubi Qafqazda, istərsə də Yaxın Şərq və Aralıq dənizinin şərq hövzəsində yerləşən ölkələr, xüsusən də müsəlman dövlətlər arasında Türkiyə və Azərbaycan strateji tərəfdaşlığına qarşı bütün əks-addımları dəstəkləyəcəyi istisna edilmir. Ermənistanın xarici işlər naziri Z.Mnatsakanyanın Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfəri düşmən ölkənin labüd müharibəyə ciddi hazırlaşdığı bir şəraitdə gələcək addımlarının diplomatik-siyasi dayaqlarını təmin etməyə çalışdığını göstərir.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə mütəxəssis
Oxşar yazılar


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM