Tarix elmləri doktoru, professor
Cənubi Qazqazda son bir neçə ayda müşahidə olunan proseslərə, xüsusən də 27 sentyabr 2020-ci ildən başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ cəbhəsində yaşanan hadisələrə, iki həftəlik qanlı döyüşlərə Moskvanın nümayiş etdirdiyi qəribə və əvvəlki illərdəkindən bir qədər fərqli mövqe belə bir qənaətə gəlməyə əsas verir ki, rəsmi Kreml bu məsələlərlə bağlı özünün 30 illik taktika və strategiyasını dəyişməyə qərar verib. Əgər keçən oruz ildə Moskva “Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunda və həllinin uzanmasında” maraqlı görünürdüsə, mövcud qarşıdurmadan hərbi-geostrateji cəhətdən hərtərəfli bəhrələnərək, həm bütövlükdə bölgəni, həm də xüsusən Azərbaycan və Ermənistanı öz geosiyasi təsir dairəsində saxlamağa çalışırdısa, hazırda bu taktika müasir dünya siyasətinin yeni reallıqları fonunda getdikcə daha az perspektivli görünür. Çünki, Ermənistan tərəfi Moskvanın keçmiş taktikasını bundan sonra da müdafiə etməkdə maraqlı görünsə də, torpaqları işğal altında qalan Azərbaycan dövləti öz narazılığını getdikcə daha açıq formada ortaya qoymaqla, mövcud “status kvo” ilə heç zaman barışmayacağını birmənalı nümayiş etdirməyə başlamışdır. Digər yandan, son zamanlar bölgədə ciddi hərbi-siyasi amilə çevrilən Türkiyə faktorununu və Azərbaycan xalqının artan türk sevgisi fonunda antirus əhval-ruhiyyəsinin güclənməsini də görməzdən gəlmək Moskvaya bu həssas bölgədə yaxşı bir perspektiv vəd etmir. Xüsusən son dövrlərdə Türkiyə dövləti bütün beynəlxalq və regional müstəvilərdə DQ münaqişəsinin və işğal faktının uzanmasından ciddi narahat olduğunu və bu məsələnin həlli üçün Azərbayvana hərtərəfli dəstək vermək əzmini nümayiş etdirməyə başlamışdı.
Göründüyü kimi, Moskva bir tərəfdən 30 il müddətində onun DQ münaqişəsi ətrafında apardığı qeyri səmimi siyasəti gizlətməyin getdikcə çətinləşdiyini, Cənubi Qafqazda Azərbaycan kimi qiymətli və mühüm bir tərəfdaş ölkəni itirməsi və Türkiyə ilə hərbi-siyasi bloka girmə bilməsi təhlükəsinin getdikcə daha real məzmun kəsb etdiyini, Ermənistanın və Paşinyanın da getdikcə daha çox “müstəqilləşməsi” və Qərblə yaxınlaşması fonunda Kremlin təsirindən çıxa bilməsi təhlükəsinin reallığını nəzərə alaraq, öz taktikasını dəyişməyə məcbur olmuşdur.
Kremlin yeni taktikası əvvəlki illərdəkindən fərqli olaraq “münaqişəni uzatmaqla tərəfləri özündən asılı vəziyyətdə saxlamaq” yolu ilə deyil, bu dəfə “mövcud problemi yenilənmiş Madrid prinsipləri əsasında həll etməklə Cənubi Qafqazın gələcək sülhyaratma proseslərində əsas hərbi-strateji rıçaqları ələ keçirmək və münaqişə tərəfləri arasında dinc-yanaşı yaşama rejiminin qarantına çevrilmək” yolu ilə həyata keçirməkdən ibarətdirist.
PS: Bax Madrıd prinsipləri, Lavrovun zaman-zaman münaqişənin həlli yolları ilə bağlı səsləndirdiyi fikirlər, rus mediasında Dağlıq Qarabağla Azərbaycan arasında gələcəkdə “sülhyatatma missiyasını” həyata keçirəcək hərbi kontingent haqqındakı çağırışlar.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM