Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin bəyanatı qəbul edilib. Dörd maddədən ibarət olan həmin bəyanatı təhlil etməklə aşağıdakı nəticələrə gəlmək mümkündür:
1. Status-kvonun dəyişməsi, təmas xəttinin aradan qalxması. Azərbaycan Ordusunun son iki həftə ərzində müəyyən əraziləri işğaldan azad etməsi, xüsusən də Füzuli, Cəbrayıl, Hadrut, Suqovuşan və Murovdağ istiqamətində uğurla irəliləməsi artıq ermənilərin qondarma "DQR'' ilə Azərbaycan əraziləri arasında təhlükəsizlik zolağı kimi təqdim etdiyi bufer zona (Dağlıq Qarabağa bitişik ərazilərimiz) və ya belə demək mümkündürsə Aprel döyüşlərində sarsıdılmış və hazırkı hərbi əməliyyatlar zamanı tamamilə darmadağın edilmiş "Ohanyan xətti'' adlı bir sipər daha yoxdur. Bundan əlavə, Azərbaycan Ordusu Hadrutu işğaldan təmizləməklə separatçı rejimin qanunsuz idarə etdiyi torpağımıza – Dağlıq Qarabağ ərazisinin içərisinə daxil olub. Bu isə erməni işğalçılarının "ərazi əvəzində status'' adlı təcavüzkar formulunun aradan qalxmasına və "işğal olunmuş ərazilərimizin deokkupasiyası'' şərtini – yəni yeni "fait accompli''ni (baş vermiş fakt) istər Ermənistan, istərsə də həmsədrlər tərəfindən qəbul edilməsinə dəlalət edir. Bu, həmçinin Paşinyanın təcavüzkar ruhlu 7 prinsipinin, Ermənistanla separatçı "DQR'' arasında vahid təhlükəsizlik sisteminin yaradılmasını nəzərdə tutan yeni Milli Təhlükəsizlik Strategiyasının və 2050-ci ilədək Ermənistanın transformasiyası strategiyasının iflasa uğradığını göstərir.
2. Cəbhədə strateji üstünlüyə yiyələnməklə Azərbaycan Ordusu Paşinyanın separatçı "DQR"-i nizamlanma prosesinə daxil etməklə yeni formatın yaradılmasına dair məkrli planına son qoymuş oldu. 1994-cü ilin mayından bu yana cəbhədə baş vermiş əsaslı dönüşün nəticəsində Ermənistanın separatçı rejimin taleyi ilə bağlı bəzi fikirləri: "DQR Azərbaycanın tərkibində qala bilməz'', ""DQR'' anklav vəziyyətində qala bilməz'' kimi aqressiv fikirləri öz əhəmiyyətini itirmiş oldu. Bu münaqişə SSRİ tərkibində olarkən Azərbaycanın Dağlıq Qarabağ ərazisində erməni separatizmi nəticəsində baş qaldırsa da, sovet rejiminin süqutundan sonra dövlətlərarası xarakter almışdır. Bugünkü reallıq işğalçı ölkənin öz cinayətkar əməllərini separatçı "DQR''-in öz müqəddəratını müəyyən etməsi prinsipi altında ört-basdır etməsi imkanının üstündən çarpaz xətt çəkmiş oldu. Ermənistanın yenidən baza prinsiplərinə qayıtması onun döyüş bölgəsində ciddi məğlubiyyətə məruz qalması və çarəsizlikdən həmin prinsipləri qəbul etməsinə dəlalət edir. Münaqişənin həmin prinsiplər əsasında tənzimlənməsinə əsasən Dağlıq Qarabağ ətrafındakı ərazilərimizin qaytarılması, insanların öz doğma yerlərinə qayıtması, beynəlxalq təhlükəsizlik təminatlarının verilməsi və Dağlıq Qarabağın Azərbaycan daxilində statusunun müəyyənləndirilməsi nəzərdə tutulub. Şübhəsiz ki, cəbhədə mütləq üstünlüyə yiyələnəcəyimiz təqdirdə daha əlverişli nizamlanma planının ortaya çıxacağı və ölkəmizin daha ciddi şərtlər diqtə edəcəyi istisna edilmir. Necə ki, iki həftə ərzində düşmənin 26 illik üstünlüyünü sarsıda bildik.
3. Ölkəmizin hərbi sahədə əldə etdiyi üstünlük beynəlxalq hüquq institutunun möhkəmlənməsinə və münaqişə ətrafında "hüquqi sahənin işlək vəziyyətə'' gəlməsinə zəmin yaradır. Beynəlxalq hüququn imperativ normalarına, Haaqa və Cenevrə Konvensiyalarının şərtlərinə əməl edilməsinə vurğu və tələb güclənməlidir. Ermənilərin dinc əhalini və mülki obyektləri hədəf alması, qadağan edilmiş mərmilərdən istifadə etməsi və s. qanunsuz əməllərinə beynəlxalq səviyyədə qiymət verilməlidir.
Azərbaycan konvensional müharibənin bütün tələblərinə vicdanla riayət edir. Lakin düşmən beynəlxalq hüquqla tənzimlənməyən asimmetrik zərbələrdən, hibrid zorakılıqdan istifadə etməklə qeyri-legitim müharibə aparır. Moskvada imzalanmış bəyanatın mürəkkəbi qurumamış Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində 9 nəfərin ölümü, 34 nəfərin yaralanması və xeyli sayda yaşayış və ticarət obyektlərinin tamamilə dağılması düşmən ölkənin bilərəkdən beynəlxalq qanunlarla tənzimlənməyən qeyri-konvensional müharibəyə üstünlük verməsi anlamına gəlir. Bu yolla düşmən "idarə olunmayan xaos'' yaratmaqla münaqişənin beynəlmiləlləşməsinə və zorakılığın daha geniş ərazilərə, o cümlədən qonşu dövlətlərin ərazisinə yayılmasına cəhd göstərir. Təəssüf ki, ikili standartlar, dini həmrəylik və s. neqativ amillər təcavüzkarın cilovlanmasına imkan vermir.
Ermənistanın hətta KTMT-nin üzvü olaraq, öz ərazisindən Azərbaycanın dinc vətəndaşlarını və müharibə zonasından xeyli kənarda yerləşən şəhərlərini raket atəşinə tutmaqla ölkəmizi adekvat addımlara təhrik etmək və bu yolla həmin təşkilatı münaqişəyə cəlb etmək planları yolverilməzdir.
Münaqişənin tənzimlənməsinin ATƏT-in Minsk qrupunun inhisarında qalması, onun həmsədrlərinin işğalçını açıq-aşkar dəstəkləməsi, gizli şəkildə silahlandırması kimi neqativ faktların olmasına baxmayaraq, qalibi və onun qazandığı qələbəni etiraf etməmək mümkün deyil. Azərbaycan əsgəri Cənubi Qafqazda yeni regional nizam yaratmaqdadır.
Zəfər Nəcəfov,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM