Tarix elmləri doktoru, professor
Bir neçə ay bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun ünvanına ciddi iradlar səsləndirərək, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki 28 illik nəticəsiz fəaliyyətini haqlı olaraq ciddi tənqid etdi. Və açıq bildirdi ki, belə fəaliyyətlə ATƏT bundan sonra da çətin ki, BMT TŞ-nın qurumun üzərinə qoyduğu 4 Qətnaməni icra edərək, Qarabağdan işğalçı Ermənistan odusunu çıxartmağa, mövcud “status kvo” nu dəyişməyə və Azərbaycan torpaqlarını azad edərək, qaçqın-köçkünləri öz doğma yurd-yuvasına qaytarmağa nail ola bilsin...
Bunun ardınca məlum olduğu kimi, Azərbaycan ordusu işğalçı erməni silahlılarının növbəti təxribatından sonra- 27 sentyabr 2020-ci ildə əks hücuma keçərək, 44 gün müddətində işğal altında olan torpaqların böyük qismini öz gücü ilə azad etdi və çoxillik “status kvo” nu dəyişdi. Müharibənin gedişində ATƏT-ın Minsk qrupunun həmsədrlərindən olan Rusiya və Minsk qrupunun üzvlərindən biri kimi Türkiyənin xüsusi səyi ilə noyabr ayının 10 da münaqişə tərəfləri arasında atəşkəs haqqında Birgə Bəyannamə imzalandı. Bəyannaməyə uyğun olaraq, Azərbaycan tərəfi həmin gecə hərbi əməliyyatları dayandırdı, Ermənistan tərəfi isə işğal etdiyi digər əraziləri qeyd-şərtsiz azad etmək haqqında öhdəlik götürdü. Dağlıq Qarabağda uzunmüddətli sülh və barış yaradılana qədər rus sülhməramlılarının 5 il müddətinə Dağlıq Qarabağa yerləşdirilməsinə razılıq verildi.
Bundan sonra, sanki hər şey yavaş-yavaş yoluna düşmək istiqamətində irəliləməyə doğru getməli idi. Hamı düşünürdü ki, artıq münaqişənin ən çətin mərhələsi arxada qalıb, 30 illik düyün açılıb, prinsipial məsələlər öz yoluna düşüb, qalır təkcə sülh müqaviləsinin hazırlanması, digər təşkilati və diplomatik məqamlar... Lakin, sən demə bütün bunlar heç də son deyilmiş, hər şeyi yenidən başlamaq istəyənlər də var imiş. Bir-iki gün əvvəl ATƏT-in Minsk qrupunun digər iki üzvü- ABŞ və Fransa qəflətən fəallaşaraq “nizmlanma prosesi ilə bağlı öz narazılıqlarını” və “narahatlıqlarını” ifadə etməyə başladılar. ABŞ-ın dövlət katibi və Fransanın xarici işlər naziri bir araya gələrək, baş verən hadisələrdən narahat olduqlarını açıq ifadə etdilər. Səslənən bəyatlardan belə qənaət hasil oldu ki, əvvəla, onlar Türkiyənin ikinci Qarabağ müharibəsindəki fəallığından və proseslərdəki hansısa iştirakından narahat olublar. İkincisi, Minsk qrupunun üç üzvündən biri olan Rusiyanın “Dağlıq Qarabağ münaqişəsinin əsas məsuliyyətini” qrupun digər iki üzvü ilə məsləhətləşmədən, ABŞ və Fransanı bu prosesə yaxından cəlb etmədən müstəqil təşəbbüslər vasitəsilə həll etməyə çalışmış, onların razılığını almadan tərəflərlə atəşkəs haqqında üçtərəfli Bəyanat imzalamış və mövcud “status kvo” nu özbaşına dəyişmişdir....
Əslində nə baş verir görəsən?! Burda müşahidəçilərin qənaətləri haçalanır. Belə bir qənaət var ki, əslində bu gün ABŞ və Fransanı narahat edən əsas məsələ “Azərbaycan ordusunun öz torpaqlarını müstəqil şəkildə işğaldan azad etməsi, BMT TŞ 27 ildir həyata keçirə bilmədiyi 4 Qərnaməni ordusunun gücü ilə yerinə yetirməsi, dondurulmuş “status kvo” nu müstəqil şəkildə dəyiməsi və beləliklə də Qərb düşərgəsinin simasında beynəlxalq sülhyaratma missiyasının diplomatlarını Dağlıq Qarabağ münaqişəsi kimi əlverişli diplomatik biznesdən məhrum etməsidir”. Bu biznes onlara illərdir ki, Avrasiyanın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi çox əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji bölgəsində üstün dividentlər qazandırırdı, neçə illərdir ki, Dağlıq Qarabağ münaqişəsindən hərtərəfli istifadə edərək, ətraf ölkələrə təsir göstərirdilər. Qlobal dünya müdiriyyəti BMT TŞ və ATƏT-in Minsk qrupunun simasında özünün Dağlıq Qarabağ kimi 30 illik qos-qoca təsiretmə mexanizmindən belə asanlıqla əl götürüb, bütün bu “üstün diplomatik sərvəti” Rusiyaya güzəştə getmək istəmir, əlbəttə! Yəqin ki, bundan sonra qlobal dünyanın əsas hərəkətverici qüvvəsini təşkil edəcək Qərb ölkələri, xüsusən də ABŞ və Fransa “Dağlıq Qaranağın gələcək statusu”və “Rusiya sülhməramlılarının beynəlxalq tərkibinin dəyişdirilməsi, yeni beynəlmiləl kontingentlə əvəzlənməsi” məsələsini fəal şəkildə gündəmə gətirərək, həm münaqişədə birbaşa iştirak edən və dolayısı ilə bu işdə marağı olan region ölkələri ilə, həm də dünyanın digər qlobal oyunçuları ilə yeni bir uzunmüddətli diplomatık iş başladacaqlar. Əsas odur ki, nə “dünyanın münaqişə masası boş olmasım” nə də ki, onların “portfel diplomatları” işsiz qalmasın!
Azərbaycan diplomatiyası yəqin ki, bütün bu proseslərin fərqindədir və bütün lazımi işləri görür. Hazırda bizim gücümüzün əsas iki mənbəyi var: 1. Bürün beynəlxalq aləm, BMT, ATƏT, Avropa İttifaqı və sairə qlobal təşkilatlar ərazi bütövlüyümüzü tanıyır və Dağlıq Qarabağı real olaraq Azərbaycanın ərazisi kimi qəbul edir. 2. Müzəffər ordumuzun işğal altındakı torpaqlarımızı geri qaytararaq, sülh masasına yeni bir reallıq qoymasındadır. Allah xalqımızı və dövlətimizi qorusun İnşAllah!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM