Bu gün Ağdam rayonunun işğaldan azad olunması ilk öncə müzəffər Azərbaycan ordusunun 27 sentyabr tarixindən etibarən başladığı əks-həmlə və Ermənistanı sülhə təhriketmə əməliyyatı nəticəsində mümkün olmuşdur. Aparılan hərbi əməliyyatların nəticəsi olaraq 10 noyabr tarixində üçtərəfli (Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası) imzalanmış Bəyanatın 2-ci bəndində də məhz Ağdam rayonunu 20 noyabr tarixinədək azad olunması məsələsi hüquqi cəhətdən təsbit olunmuşdur. Bununla bağlı olaraq 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti və Silahlı qüvvələrin Ali Baş Komandanı cənab ilham Əliyev Azərbaycan xalqını Ağdam rayonunun işğaldan azad olunması münasibəti ilə təbrik etmişdir. Cənab Prezidentin təbriklə bağlı Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi bir sıra siyasi məqamlar daha çox diqqəti cəlb etdi.
Belə ki, Ağdam rayonunun azad olunması ilk növbədə 10 noyabr tarixli Bəyanatın nəticəsi olması birinci olaraq vurğulanmışdır. Müharibədə Azərbaycanın beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq iştirakı bir daha vurğulanmışdır. Azərbaycan tərəfinə bu hüquq xüsusi ilə BMT-nin TŞ-sı tərəfindən 1993-cü ildə qəbul edilmiş 4 Qətnamə ilə verilmişdir. Ağdam rayonunun döyüş olmadan azad olunması Azərbaycanın siyasi uğuru kimi qiymətləndirilmişdir. Buna uyğun olaraq bu gün Ağdam rayonunun azad olunmasını ölkə başçısı tarixi bir hadisə olaraq qeyd eləmiş və bildirmişdir ki, Ağdam rayonu yenidən qurulacaq, bütün infrastruktur, sosial və mülkü obyektlər yeni layihələr əsasında yenidən inşa ediləcəkdir. Şuşaya gedən tarixi yolun Ağdamdan keçməsini və bu yolun müvəqqəti olaraq istifadəsinin mümükün olmadığını nəzərə alaraq artıq, yeni yolun Füzuli rayonundan keçərək inşasına başlanmışdır. Bununla bağlı olaraq ölkə başçısı 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinə əsaslanaraq bildirmişdir ki, qısa müddətdən sonra azərbaycan vətəndaşları Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəklər. Kommunikasiya və nəqliyyatın bərpa olunması xüsusi ilə də Naxçıvanla Azərbaycan Respublikası arasında müvafiq dəhlizin yaradılması bölgədə uzun müddətli sülhün bərqərar olmasına xidmət edəcəkdir. Bir vaxtlar Ağdamdan didərgin düşmüş azərbaycanlılar öz dogma torpaqlarına qayıdacaq və onlara dövlət tərəfindən hərtərəfli dəstək veriləcəkdir.
Qeyd olunanlarla yanaşı ölkə başçısı bir sıra məqamlara da aydınlıq gətirmişdir. Belə ki, 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qalmasına beynəlxalq təşkilatların səssiz qalmasını, ermənilər tərəfindən işğal altındakı torpaqlarda mədəni və mənəvi irsimizin məhv edilməsi, tarixi toponimlərin adlarının erməniləşdirilməsi və dini məbədlərimizin təhqir olunması qeyd olunmuşdur. Ermənistan məktəblərində Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonların qondarma “Dağlıq Qarabağ Respublikası”nın xəritəsinə daxil edilməsi və ermənilərin bu illər ərzində cəbhə bölgəsində inşa etdiyi mühəndis-istehkam qurğuları erməni tərəfinin heç də bu münaiqşəni sülh yolu ilə həll etməyəcəyindən xəbər verirdi. Ermənistan tərəfinin Madird prinsiplərindən inadla imtina etməsi onun məğlub olması və rəzil bir duruma düşməsi ilə nəticələndi.
Ölkə başçısı müraciətində Azərbaycanın əldə etdiyi qələbədən sonra Ermənistan və Azərbaycanda baş verən siyasi, ictimai və sosial proseslərə aydınlıq gətirmişdir. Ermənistanda siaysi və hərbi rəhbərliyinin Azərbaycanın qələbəsi fonunda tam iflasa uğraması, bir sıra siyasi və hərbi şəxslərin ardıcıl istefa verməsi, diplomatik korpusun xaos vəziyyətində olması və bu gün “Yeni torpaqlar uğrunda yeni müharibə” şüarını irəli sürən Ermənistan müdafiə naziri Tonoyanın istefa verməsi bir daha onu sübut edir ki, Ermənistan bu müharibədə Azərbaycanın hərbi gücünü və Azərbaycan xalqının müharibə əzmini düzgün qiymətləndirməmişdir. Ermənstan ordusunda 10 min nəfərə yaxın fərarinin olması, ermənistan ordusunda yüksək səviyyədə korrupsiyanın olması və Azərbaycanın mülkü əhalisnin hədəfə alınması onu göstərir ki, bu orduya qorxaqlar və quldurlar rəhbərlik edirdi. Ölkə başçısı bu gün Ermənistanın məğlub olmasını və 30 il ərzində inkişafa nail olmamasının əsas səbəbi kimi Dağlıq Qarabağ münaqişəsini göstərmişdir. Bu illər ərzində Ermənistanın siyasi, iqtisadi və hərbi cəhətdən asılılığı daha da artmış və müstəmləkə vəziyyətinə düşmüşdür. Ermənistanın rəsmi dövlət ideologiyası keçmişə əsaslanan və yalanlar üzərində qurulmuş bir ideologiyadır. Bu gün Ermənistan yerləşdiyi coğrafi bölgədə digər qonşu dövlətlərlə də belə normal münasibətləri qura bilməmişdir. Türkiyə, Azərbaycana və ara-sıra Gürcüstana olan ərazi iddiaları Ermənistanın bölgədə tək qalması ilə nəticələnmişdir. Müharibə dövründə İran İslam Respublikasının və Gürcüstanın Ermənistanla quru və hava sərhədlərini bağlaması bir daha onu göstərdi ki, Azərbaycan Respublikası bu bölgədə qonşuları ilə mehriban, ədalətli və sülhpərvər siyasət qurmuşdur. Bundan əlavə bu gün Ermənistan bəyan edir ki, Dağlıq Qarabağdan 90 minə yaxın qaçqın vardır. Bu Ermənistan tərəfinin yeni bir əsası olmayan yalanıdır. Ölkə başçısı öz ümarciətində bu məsələyə aydınlıq gətirərək bildirmişdir ki, II Dağlıq Qaarabağ müharibəsinə qədər bu bölgədə maksimum 60-65 min nəfər inasan yaşamışdır. Təbii ki, burada əsas məqsəd Ermənistan tərəfindən Dağlıq Qarabağa daha çox erməninin köçürülməsini və yerləşdirilməsini təşkil etməkdir.
Müharibənin ilk günlərindən Azərbaycana qarşı olan təhdidlərdən və təzyiqlərdən danışaraq ölkə başçısı qeyd etmişdir ki, biz bu təhdidlərə tam əsaslı olaraq cavab vermişik və verməkdə davam edirik. Onlara bir daha aydın oldu ki, Azərbaycan o dövlətlərdən deyil ki, bu təzyiqlər və təhdidlər qarşısında əyilsin. Bu gün Ermənistanda baş verən siyasi represiyalar, həbslər və hətta qətl hadisələri fonunda heç bir beynəlxalq təşkilat və Avropada özlərini lider dövlətlər elan etmiş dövlət başçıları bu hadisələrlə bağlı olaraq nə bəyanat verirlər nə də ki, bir münasibət göstərirlər. Təbii ki, qeyd olunan hadisələr fonunda əgər Ermənistan tərəfindən Azərbaycana qarşı hansısa bir təxribat baş verərəsə, bunun cavabını Azərbaycan 10 qat artıq verəcəkdir. Bunun üçün sadəcə olaraq Azərbasycan ordusunun əldə etdiyi mövqelərə diqqətlə fikir yetirmək kifayət edər. Ölkə başçısı çıxışında Ermənistanla gələcəkdəki münasibətlərin qurulması ilə bağlı demişdir ki, əgər Ermənistanda siyasi hakimiyyətə bundan sonra sağlam qüvvələr gələrsə onlarla əməkdaşlıq etməyə Azərbaycan hazırdır. Ancaq bu qüvvələr Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərdən ibarət olarsa, bizim onlarla heç bir əlaqəmiz ola bilməz və belə şəraitdə əməkdaşlığın qurulması mümkün olayacaqdır. Gələcəkdə iqtisadi cəhətdən daha da güclü olan Azərbaycan Respublikası Qarabağın yenidən qurulması istiqamətində bir sıra iri layihələri həyata keçirəcəkdir. Əldə edilmiş sülhün qorunması istiqamətində lazım olan siyasi iradəni sərgiləmiş və bunu davam etdirəcəkdir. Azərbaycanda yaşayan müxtəlif etnosların firavan və təhlükəsiz yaşaması üçün bütün imkanlar yaradılacaqdır. Bunların fonunda Ermənistanın bir dövlət kimi bölgədə mövcudluğu Azərbaycanla qurulacaq əməkdaşlıqdan keçir.
Ermənisatn Respublikasının siyasi rəhbərliyi bu imkanlardan faydalanmaq istəyirsə öz çirkin ideologiyasından əl çəkməli, indiki və gələcəkdəki dövrdə baş tutacaq danışıqlarda konstruktiv mövqe tutmalı, “Böyük Ermənista” və “Dağlıq Qarabağ Respublikası” kimi xülyalardan dərhal imtina etməlidir. Əks halda Azərbaycanın Ali Baş komandanı, Azərbaycan ordusu və Azərbaycan xalqından ibarət olan gücün qarçısında acız qalcaqdır. Bu da öz növbəsində ilk növbədə Ermənistan üçün olduqca ağır nəticələr verəcəkdir.
Əliyev Amid Şirxan oğlu,
Dövlət İdarəçilik Akademiyasının doktorantı
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM