"Paşinyan danışıqları pozanda elə bilirdi ki, Əliyev blef edir, müharibəyə başlamaz..." – Ermənistan diplomatının gecikmiş etirafları

14:32 / 25.11.2020

Qarabağda müharibənin başlamasının səbəbi baş nazir Nikol Paşinyanın düşünülməmiş və ölçülüb-biçilməmiş xarici siyasəti oldu.

Virtualaz.org xəbər verir ki, bunu EADaily nəşrinə Ermənistanın diplomatik çevrələrindəki yüksək rütbəli mənbə danışıb. Onun sözlərini Ermənistan hökumətindəki daha iki mənbə təsdiqləyib.

Mənbə deyib ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə əvvəlcə həmsədrlərdən danışıqlar prosesinin detallarını öyrənmək və hakimiyyətini möhkəmləndirmək üçün vaxt istədi. Həmin ilin dekabrındakı parlament seçkilərində Paşinyan hakimiyyətini möhkəmləndirən kimi XİN-in qarşısında vəzifə qoydu: danışıqlar prosesinin məzmunu dəyişdirmək. Mənbə həmin vaxtdan intensiv, ancaq çox mürəkkəb danışıqların başladığını deyib.

Tərəflər əvvəlcə təmas xəttində stabilliyin təmin edilməsi baxımından müəyyən uğurlar əldə edə biliblər. Bakı ilə Yerevan arasında birbaşa rabitə kanalı qurulub, jurnalistlərin qarşılıqlı səfərləri təşkil edilib. Lakin tezliklə proses tormozlayıb.

"Yerevan danışıqlar masası arxasında mövqeyini sərtləşdirməyə başladı. Hələ 2015-ci ildə aydın idi ki, danışıqlarda vaxt uzatmaq mürəkkəb olacaq. Həmsədrlər arasında Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun mərhələlərlə Bakıya verilməsinə və sülhməramlıların yerləşdirilməsinə dair konsensus yaranmışdı. O vaxtkı prezident Serj Sərkisyan vaxt uzatmağa çalışdı, ərazilərin qaytarılmasını Dağlıq Qarabağın yekun statusunun tanınması ilə əlaqələndirməyə çalışdı və əvəzində 2016-cı ilin aprel müharibəsini aldı. Hansı ki, indiki 44 günlük müharibənin baş məşqi idi'', – mənbə bildirib.

Ermənistan diplomatı gecikmiş etiraflarına davam edərək deyib ki, Paşinyanın vaxtında onlar faktiki olaraq danışıqları pozdular, Qarabağa dair əvvəlki razılaşmaları müzakirə etməyəcəklərini dedilər. "Biz yeni danışıqlar bazası və yeni məzmun yaratmağa çalışırdıq. Oyun riksli idi, əvvəlki rəhbərlik Bakıya əvvəl 5, daha sonra 2 rayonun qaytarılmasını Dağlıq Qarabağın yekun statusu ilə əlaqələndirib vaxtı uzatmağa çalışmışdı. Aydın oldu ki, Bakı Dağlıq Qarabağın statusunu tanımağa getməyəcək. Əvvəli rəhbərlik yumşaq mövqe tuturdu, çünki mövqeləri kövrək olduğundan Ermənistanda hakimiyyəti itirməkdən qorxurdu. Ona aydın siqnallar göndərilmişdi ki, mövqelərin sərtləşdirilməsi daxili siyasətdə problemləri qızışdıra bilər. Paşinyanın isə belə problemi yox idi, onun Ermənistan daxilində mövqeləri çox güclü idi'', – mənbə danışıb.

Ermənistan diplomatı Paşinyanın "Lavrov planı” nı necə rədd etməsini də nəql edib. Bildirib ki, onlar Dağlıq Qarabağ ətrafındakı rayonları "təhlükəsizlik zolağı'' elan edərək onların qaytarılmasını faktiki inkar etməyə başladılar. "Lavrov planı'' isə 7 rayonun Dağlıq Qarabağın aralıq statusunun əvəzində qaytarılmasını nəzərdə tuturdu.

"Faktiki olaraq biz hər dəfə danışıqlarda rayonların qaytarılmasının müzakirəsinin ancaq Dağlıq Qarabağın statusunun tanınması şərti ilə mümkün ola biləcəyini bildirirdik. Deyirdik ki, Qarabağın statusu (yəni "müstəqilliyi'') Azərbaycan tərəfindən tanınmasa hər hansı ərazi güzəştini müzakirə edə bilmərik. Elə hal oldu ki, biz danışıqlar zamanı dedik: ''Hər görüşdə biz əvvəlki razılaşmaları inkar edəcəyik və biz bu yolla gedə, vaxtımızı buna sərf edə bilərik''. Həmin vaxtlar Yerevana birbaşa dedilər ki, erməni tərəfinin güzəştləri inkar etməsi müharibənin bərpa edilməsinə gətirib çıxara bilər. Danışıqlarda mövqelərin sərtləşdirilməsinin öz qiyməti var. Bu, müharibə təhdidinin artmasıdır. Paşinyan görünür elə düşündü ki, bu blefdir. Həmsədrlərdən heç kim müharibənin başlamasına imkan verməz. Erməni tərəfi danışıqlar masasında Bakının Qarabağda müharibəyə başlamaq barədə təhdidlərinə sərt cavab verirdi. Təxminən belə: ''Biz müharibə istəmirik, amma bizi hədələməyə də imkan vermərik və müharibəyə hazırıq''. Başqa sözlə, Yerevan va-bank getdi'', – erməni diplomatı etirafları davam etdirib.

O əlavə edib ki, Paşinyan bütün bunların nəticəsi olaraq Xankəndində çıxış edib "Qarabağ Ermənistandır və nöqtə'' dedi. Yəni bu o demək idi, danışıqlar ya Yerevanın qoyduğu şərtlərlə davam edə bilər, ya da ümumiyyətlə olmayacaq. Mənbənin sözlərinə görə, müharibəyə aparan prosesdə sonuncu akkord Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatının Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan tərəfindən inkar edilməsi oldu. Lavrov bu ilin aprelində demişdi ki, danışıqlar masasında mərhələli nizamlama planı var. Amma Mnatsakanyan heç bir plan üzərində müzakirə aparılmadığını dedi.

"Lavrovun bəyanatından dərhal sonra Yerevan Moskva ilə əlaqə saxlayıb xəbərdarlıq etdi ki, danışıqlar masasında mərhələli həll planının olması faktını təkzib edəcəklər. Yerevan faktiki olaraq o vaxt münaqişənin mövcud məntiqə əsaslanan çərçivədə sülh yolu ilə həllini inkar etdi və dünyaya nümayiş etdirdi ki, Moskvanın sözü onun üçün qanun dedil. Sonra Ermənistan sərhəddə iyul döyüşləri ilə Bakının möhkəmliyini sınağa çəkdi, müəyyən istiqamətdə mövqeyini yaxşılaşdırdı'', – mənbə bildirib.

Erməni diplomatı onu da deyib ki, Paşinyanın vaxtında Rusiya ilə əlaqələr də zəifləmişdi. O cümlədən Ermənistan İsraildə səfirlik açdıqdan sonra İranla münasibətlər də mürəkkəbləşdi. Paşinyan parlamentdə dedi ki, ABŞ İranla müharibəyə başlasa Ermənistan İranla sərhədini bağlayacaq. "Faktiki olaraq Qarabağda müharibənin başlaması üçün münbit şərait yaranmışdı'', – diplomat deyib.

Mənbə daha sonra bildirib ki, müharibə başlayanda Ermənistan bir neçə gün ərzində təcrid vəziyyətində qalmışdı. Gürcüstan öz ərazisindən hərbi yükləri Ermənistana buraxmırdı. İrandan gələn yol da faktiki olaraq bağlı idi. İran azərbaycanlıları Ermənistana gedən yolu bağlamışdı. "Tehran əvvəlcə buna fikir vermirdi. Yalnız Moskvanın müdaxiləsindən sonra həmin yol hərbi yüklərin daşınması üçün açıldı'', – Ermənistan diplomatı etiraf edib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM