Fransanın təxribatları cavabsız qalmayacaq

10:49 / 30.11.2020

Paris Azərbaycandakı mövqelərini itirə bilər 

Cənubi Qafqazda cərəyan edən hadisələr iki aya yaxındır dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Keçmiş SSRİ-nin süqutundan sonra bu həssas regionda meydana çıxmış ilk münaqişənin - Ermənistan-Azərbaycan münaqişəsinin hərtərəfli tənzimlənməsi üçün şərait yaranmışdır.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 9-da əldə etdikləri razılaşmaya uyğun olaraq, Azərbaycan Ordusu sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatını problemin siyasi vasitələrlə həlli naminə dayandırmış, Ermənistan işğal etdiyi torpaqlardan çəkilməyə başlamışdır. Artıq Ağdam və Kəlbəcər rayonları boşaldılmış, gələn ayın 1-dək isə Ermənistan silahlı qüvvələri və qanunsuz məskunlaşmış mülki əhali Laçın rayonundan çıxmalıdır.

Eyni zamanda üçtərəfli razılaşmaya əsasən, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, eləcə də Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması nəzərdə tutulur. Artıq bu istiqamətdə də işlər görülür, ardıcıl addımlar atılır.

Belə bir təəssürat yaranır ki, "Dağlıq Qarabağ münaqişəsi” ifadəsi tezliklə işlək olmayacaq və siyasi leksikadan çıxacaq.

Bununla belə, Cənubi Qafqazın, ümumiyyətlə, postsovet məkanının ən qədim münaqişəsinin nizamlanmasını bu və ya digər şəkildə əngəlləməyə çalışan dövlətlər var. Bu istiqamətdə canfəşanlıq edənlərdən biri də Fransadır. Paris münaqişə tərəflərindəndən birinə - təcavüzkar Ermənistana çoxdandır tərəf çıxır. Fransa Ermənistanı özünün "bacı”sı elan edərək münaqişənin dondurulmuş vəziyyətdə saxlanması, başqa sözlə, Azərbaycan ərazisinin 20 faizinin erməni işğalı altında qalması üçün əlindən gələni əsirgəmir. Odur ki, Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistana qarşı apardığı əks-hücum əməliyyatının nəticələri təcavüzkarın böyük "bacı”sını əməlli-başlı narahat edir.

Təbii ki, Azərbaycan hərbi əməliyyatı öz ərazisində keçirdiyindən və BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini icra etdiyindən Paris Bakının qarşısını kəsmək üçün elə bir əsaslı bəhanə tapa bilməmişdi. Ona görə də başqa yola əl atmışdı: Fransa Prezidenti Emmanuel Makron çətin vəziyyətə düşmüş "bacı”sını xilas etmək üçün əvvəlcə atəşi dayandırmağa çalışmış, bu baş tutmayanda isə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdəki xristian dini irsinin gələcəyindən narahatlığını ifadə etməyə başlamışdı. Hərçənd bu "narahatlıq” heç bir çərçivəyə sığmırdı. Belə ki, Azərbaycan multikultural, çoxmillətli və çoxkonfessiyalı ölkə olaraq bütün dinlərə eyni münasibət sərgiləməklə dünyada başqalarına nümunə kimi özünü təsdiqləmişdir. Ona görə də Fransa siyasi rəhbərliyinin, ilk növbədə Prezident Makronun Azərbaycana qarşı irəli sürdüyü cəfəng iddia özünü doğrultmamış və sabun köpüyü kimi partlamışdır. Başqa bir iddia - guya Azərbaycanın əks-hücum əməliyyatına Türkiyənin köməyi ilə Suriyadan muzdlu döyüşçülər cəlb etməsi də heç bir tənqidə duruş gətirməmişdir. Prezident İlham Əliyev bu iddianı irəli sürənlərdən birindən - Fransa lideri Makrondan dəlil-sübut tələb etmiş, amma indiyədək cavab ala bilməmişdir.

Fransa siyasi dairələrinin ermənipərəstliyi yeni fakt deyil. Bu ölkənin siyasətçiləri xüsusilə müxtəlif səviyyəli seçkilər zamanı imkanlı erməni icmasının cibinə göz dikirlər. Seçkidə səsvermə başa çatan kimi isə erməni seçicilərinə verilmiş vədlər yaddan çıxır və bir də növbəti seçki ərəfəsində yada düşür. Amma belə bir məqamı da nəzərə almaq lazımdır ki, fransız cəmiyyəti islamofobluğu ilə seçilir. Bu baxımdan ölkənin indiki Prezidenti xüsusilə fərqlənir. Ona görə də Parisin müsəlman ölkələrinə, o cümlədən Azərbaycana münasibətindəki qərəzi az qala hər addımda sezmək mümkündür.

Fransanın yerli idarəetmə orqanlarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsində səngərlənmiş erməni separatçı-terrorçuları ilə məhrəm əlaqələri də təzə deyil. İki il əvvəl Farnsanın bir çox bələdiyyələri Dağlıq Qarabağdakı "bələdiyyə”lərlə "dostluq xartiya”ları imzalamışdı. Sirr deyil ki, Qarabağdakı separatçı-terrorçularla belə "dostluq əlaqələri”nin qurulmasında Fransadakı erməni icması və lobbisi həlledici rol oynamışdır. Lakin o vaxt Azərbaycan tərəfi Fransa məhkəmələri vasitəsilə həmin üzdəniraq xartiyaları ləğv etdirməyə nail olmuşdur. Bu yaxınlarda Paris meriyası yenidən Qarabağ ermənilərini yada salmış, separatçı-terrorçu qurumu tanımaq təşəbbüsü irəli sürmüşdür.

Amma bu da hələ hamısı deyil. Xəbər verildiyi kimi, Fransa Senatı hökuməti Dağlıq Qarabağdakı separatçı-terrorçu qurumu tanımağa çağıran qətnamə qəbul etmişdir. Özü də qətnamədə sağlam təfəkkürdən çox-çox uzaq, birtərəfli və həqiqətə uyğun olmayan bir sıra məqamlar, o cümlədən Azərbaycanı bu il sentyabrın 27-dən bəri işğaldan azad etdiyi ərazilərdən geri çəkilmək kimi gülünc çağırış yer almışdır. Belə çıxır ki, Fransa senatorları ermənidən böyük ermənidirlər. Onlar nəzərə almaq istəməmişlər ki, Azərbaycan Ordusunun öz torpaqlarını işgaldan azad etməsinin zəruriliyi beynəlxalq təşkilatların sənədlərində, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapmışdır.

Beləliklə, Fransa siyasi elitası erməni "bacı”nın yedəyində getməyi qərarlaşdırmışdır. Fransız siyasətçilər özlərini ölkədəki imkanlı erməni icmasının və lobbisinin girovu olmağa razılaşmışlar, eləcə də islamofobiya xəstəliyindən qurtulmaqdan boyun qaçırmışlar.

Fransa Senatının məlum qətnaməsi növbəti təxribat olaraq hüquqi qüvvəyə malik olmasa da, siyasi məna kəsb edir. Paris münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral vasitəçi rolu oynamaq əvəzinə, təcavüzkar, işğalçı Ermənistanı dəstəkləməyi davam etdirməkdən çəkinmir. Belə olan halda Fransanın ədalətli vasitəçiliyi sual altına düşür. Özü də Fransa Respublikasının Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar rəsmi mövqeyi dövlətin yüksəksəviyyəli nümayəndələri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən səsləndirilmişdir. Fransa Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmiş və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanmış sənədlərdə öz əksini tapmışdır. Sözügedən münaqişənin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə Fransa da səs vermişdir. Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Senatda keçirilmiş müzakirələrdə çıxış edərkən dövlətin rəsmi mövqeyini bir daha ifadə etmişdir. Amma nə fayda, senatorlar istədiklərindən əl çəkməmişlər.

Bütün bunlar göstərir ki, Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllinə münasibətdə sözdə bir, əməldə isə başqa cür hərəkət edir. Amma Paris başa düşməlidir ki, bu davranışla özü-özünü ifşa edir. Bundan sonra heç kim Fransanın həm beynəlxalq vasitəçi, həm də tərəfdaş kimi səmimiliyinə inanmaz.

Fransanın maskası artıq yırtılmışdır. Qaradan o tərəfə rəng yoxdur. Sözü ilə əməli üst-üstə düşməyən bir dövlətlə yol yoldaşı olmağa dəyməz. Müstəqil, suveren dövlətin ərazini parçalamağı özünə rəva bilən, separatçılığı, terrorçuluğu dəstəkləyən bir dövlətlə yalnız başa düşdüyü dildə danışmaq lazımdır. Rəsmi Bakı artıq xəbərdarlıq etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd edən, onu parçalamaq niyyətinə düşən hər hansı ölkə lazımi cavabı alacaqdır. Ermənistan kimi saysız-hesabsız müharibə cinayətləri törətmiş dövlətə dəstək verənlərlə Azərbaycan bir sırada dura bilməz.

Paris belə bir siyasi xətt götürübsə, şübhəsiz, onun fəsadları ilə qarşılaşmalı olacaq. Fransa postsovet məkanında, o cümlədən Azərbaycanda yetərli mövqelər qazanmışdır. Bakı Parislə qarşılıqlı münasibətlərə xüsusi əhəmiyyət vermişdir. Təsadüfi deyil ki, hazırda ölkəmizdə 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Lakin Fransa öz hərəkətləri ilə Azərbaycan iqtisadiyyatında qazandığı yeri itirə bilər. Fransa Azərbaycanla düşmənçiliyi davam etdirsə, məsələn, "Total” şirkəti nefti indiki kimi Xəzər dənizində yox, Sevan gölündə axtarmalı olacaq.

Allahverdi Mehdiyev


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM