COVID-19 pandemiyasına qarşı vaksin haqqında ən son məlumatlar

11:08 / 07.12.2020

2019-2020-ci illərdə bütün dünya SARS-CoV-2 koronavirusunun səbəb olduğu yeni yoluxucu xəstəlik olan COVID-19 ilə qarşılaşdı. 2019-cu il dekabrın sonlarında Çin hökuməti Uxan şəhərində SARS-Cov-2 virusunun səbəb olduğu pnevmoniya barədə elan verdi və ehtimal olunur ki, virusun bütün dünyaya yayılması elə buradan başlayıb. Azərbaycanda ilk yoluxma hadisəsi 2020-ci il fevralın 28-də qeydə alınıb. Artıq 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST ) COVID-19-a pandemiya statusu verdi. 2020-ci il dekabrın əvvəllərində bütün dünyada COVID-19 ilə xəstələnmiş insanların sayı 65 milyonu keçib.

2019-cu ilin sonlarından etibarən sürətlə yayılan SARS-CoV-2 virusu əksər ölkələrin iqtisadiyyatında və səhiyyəsində itkilərin baş verməsinə səbəb oldu. Təcrid, qadağa, qoruyucu və digər tədbirlərin müəyyən dərəcədə təsiri olsa da virusun kütləvi yayılmasının qarşısını almaq mümkün olmadı. Koronavirusla xəstələnmə məsələsinin kardinal pozitiv həll edilməsi üçün kollektiv immunitetin yaranması vacibdir. Populyasiya səviyyəsində immunitetin formalaşması ya kütləvi vaksinasiya, ya da əhalinin ən azı 40-60 faizinin koronavirusla yoluxduğu kütləvi xəstələnmə halında mümkündür. Lakin kollektiv immunitetin formalaşması üçün uzun müddət lazımdır, ona görə ki, virus çox kontagiozdur və çox sürətlə mutasiya olunur. Bugünkü yaranmış epidemioloji vəziyyətdə COVID-19 ilə mübarizədə ən effektli üsul vaksinasiyadır.

Lakin, vaksinin yaradılması ancaq başlanğıcdır və bu zaman əsas onun uğurlu tətbiq edilməsidir. Vaksinin yüksək effektivliyi 80-90 faizdir. Heç bir vaksin 100 faizli mütləq nəticəyə zəmanət vermir. Vaksinə qoyulan tələblər yalnız onun effektivliyini deyil, həm də maksimum təhlükəsizliyini təmin etməlidir. Bu barədə Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor

Lalə Allahverdiyevanın analitik yazısında deyilir:

Müəllif yazır: “Bu məqaləni yazarkən biblioqrafik, informasiya-analitik tədqiqat üsullarından və kontent-analizdən istifadə etdik. Elmi ədəbiyyatlarda və kütləvi informasiya vasitələrində verilmiş məlumatlardan da əsas kimi istifadə edildi. Bu gün də bu mövzu üzrə müasir elmi mənbələr çox azdır və təqdim olunan mövzu hamı üçün yenidir.

Bir çox dövlətlər ləngimədən uyğun vaksinin yaradılmasına başladı. Koronavirus vaksininin hazırlanması Qərbi Avropa, Rusiya, ABŞ, Çin, Yaponiya və bir çox digər ölkələrdə aparılır. Dünyada təxminən 35 laboratoriya koronavirus əleyhinə vaksin hazırlamağa çalışır. Hazırlanmış vaksin ümumbəşəri mülkə çevrilməlidir və geosiyasi təsirlər olmadan, şəxsi mənafe güdülmədən, insanların faciəsindən gəlir əldə etmək cəhdləri olmadan hər kəs üçün əlçatan olmalıdır. Müasir şəraitdə, hər hansı bir ölkədə infeksiyanı tək məğlub etməyə çalışmaq və “hər kəs özü üçün” prinsipi ilə hərəkət etmək səhv olardı. Yalnız ümumi səy nəticəsində bu problemi həll etmək mümkündür.

2020-ci il mayın 7-də italiyalı alimlər dünyada koronavirusu məğlub etməyə qadir olacaq ilk vaksinin yaradılması haqqında elan verdilər. Vaksinin hazırlanmasını “PakisBiotech” şirkəti apardı. Bu tədqiqatçılar tərəfindən siçanlar üzərində klinikayaqədər sınaqlar aparılıb, lakin könüllülər üzərində sınaqların aparılması təxirə salınıb və bu tədqiqatların nəticələri çap edilməyib.

ABŞ-da ilk dəfə klinik sınaqlara 2020-ci il martın 16-da “Moderna” şirkəti “Kaiser Permanente Washington Health Research Institute” tədqiqat mərkəzində başlayıb. Tədqiqat çərçivəsində preparat bir ay interval ilə iki dozada 18-45 yaşarası olan 45 könüllüyə verilib. Yuxarıda göstərilən şirkətdən başqa, ABŞ-da daha bir neçə firma COVID-19 əleyhinə vaksinin hazırlanması üzərində işləyir.

Avropa İttifaqında vaksinin əsas istehsalçıları iki alman bioəczaçılıq şirkətləri “BioNTech” və “CureVac” şirkətləridir. Milliyətcə türk olan Uğur Şahin və Özləm Türeci cütlüyü tərəfindən qurulmuş “BioNTech” şirkəti, vaksini Amerikanın əczaçılıq şirkəti olan “Pfizer” ilə birgə hazırlayır. “CureVac” şirkəti vaksini biotibbi preparatların istehsalında ixtisaslaşmış “Paul Erlix” federal institutu ilə birgə hazırlayır.

Vaksinin hazırlanması fəal şəkildə Böyük Britaniya, Çin və Rusiya tərəfindən aparılır. Beləliklə, Çin, ABŞ və Rusiya arasında vaksinin istehsalında birincilik uğrunda necə rəqabət getdiyini müşahidə edə bilərik.

Vaksinlər immunobioloji preparatlar qrupuna aid olub orqanizmi konkret antigenə qarşı qazanılmış immunitet ilə təmin edir. Bir vaksini hazırlayan zaman onun komponentlərini müəyyənləşdirmək vacibdir. Bu zaman aşağıdakı komponentlərdən istifadə etmək mümkündür:

- zəiflədilmiş (canlı virusların təhlükəsiz ştammları);

- inaktivasiyaedilmiş (ölü ştammlar);

- rekombinant (törədici olmadan).

Bu mərhələnin nəticəsində “namizəd” adlandırılan preparat əmələ gəlir.

“Namizəd” preparatın tədqiqinin növbəti mərhələsi klinikayaqədər və klinik mərhələlərə bölünür. Birinci mərhələ həm canlı orqanizmdən kənarda, həm də heyvanlar üzərində aparılır. Yalnız vaksinin immunogenliyi, təhlükəsizliyi və effektivliyinə görə inandırıcı nəticələr əldə etdikdən sonra tədqiqatın sağlam könüllülər üzərində aparılan klinik mərhələsinə keçmək olar.

İnsanlar üzərindəki tədqiqat da üç fazaya ayrılır: təhlükəsizliyin yoxlanılması, dozanın seçilməsi və effektivliyin öyrənilməsi. Təsirin effektivlik dərəcəsini müəyyən etmək üçün könüllü olaraq vaksinasiyadan keçmiş və vaksinasiyadan keçməmiş qruplar arasındakı nəticələri müqayisə etmək lazımdır.

Tədqiqatın preparatın qeydiyyatı aparılandan sonra həyata keçirildiyi dördüncü fazası da var. Bu faza qeydiyyatdan sonrakı tədqiqatlar adlanır və peyvəndin gələcəkdə istifadəsinin optimizasiyası üçün vacibdir.

Hazırda koronavirus əleyhinə 31 vaksin istehsalçısı klinik sınaqlara başlayıb. Söhbət insanlar üzərində peyvəndin sınağına başlamış şirkətlərdən gedir. ÜST bu işin tənzimlənməsində iştirak edir. Daha 142 şirkət vaksinin klinikayaqədər tədqiqatlar mərhələsindədir, yəni onun insanlar üzərində sınaqlarının aparılmasına keçməyib.

Bəs hansı vaksinlər artıq daha yüksək uğura nail olub? Altı vaksin daha yüksək uğura, yəni klinik tədqiqatların üçüncü mərhələsinə keçməyi bacarıb. Bu Oksford Universiteti və “AstraZeneca” vaksini, üç Çin şirkətinin istehsalı olan vaksin, ABŞ-ın “Moderna” şirkətinin vaksini və Almaniya ilə Amerika istehsalçılarının – “BioNTech” / “Pfizer” birgə vaksinidir.

Lakin, 2020-ci il noyabrın sonlarında “AstraZeneca” şirkəti tərəfindən COVID-19 əleyhinə olan vaksinin klinik sınaqları dayandırılıb. Oksford vaksininin klinik tədqiqatlarının gedişi zamanı dozalanmada səhvlər buraxılıb. 2020-ci il oktyabrın ortalarında ABŞ əczaçılıq korporasiyası olan “Johnson&Johnson” da tədqiqat iştirakçılarından birində naməlum xəstəliyin olması səbəbindən öz vaksininin sınaqlarını dayandırdığını elan edib.

Bu, Böyük Britaniya və Avropa İttifaqında gələcəkdəki kütləvi vaksinasiyanı əhəmiyyətli dərəcədə ləngidə, həmçinin Rusiya vaksini olan “Sputnik V”nin Asiya, Afrika və Latın Amerikası bazarlarındakı rəqabətdə üstünlüyünü möhkəmləndirə bilər.

Qeyd etmək lazımdır ki, “Sputnik V” vaksininin effektivliyi 95 faiz təşkil edir və ÜST onu təcili hallarda istifadə etməyi tövsiyə edir. 2021-ci ildə bu vaksinin Hindistanda ildə 100 milyon dozada olmaqla istehsal edilməsinin başlanılması planlaşdırılır.

2020-ci ilin noyabrın 18-də “Pfizer” və “BioNTech” şirkətləri, BNT162b2 adını almış Amerika – Alman müştərək vaksininin final mərhələsində aparılan sınaqlar zamanı effektivliyinin 95 faiz təşkil etdiyini elan ediblər. Bu şirkətlər vaksinin təcili tətbiqinə icazənin alınmsı üçün də müraciət ediblər. “BioNTech” şirkəti reliz yayımladı və orada qeyd edilir ki, vaksinin meydana gəlməsi bir çox faktor və risklərdən və hər şeydən əvvəl tənzimləyici qurumların yaşıl işıq yandırmaları və vaksinin kütləvi tətbiqinə icazə verməsindən asılıdır. ABŞ-ın Qida Maddələrinin və Dərmanların İstifadəsinə Nəzarət qurumu (FDA) bu vaksini indiyə qədər təsdiqləməyib və onun təqribi qeydiyyata alınma vaxtını açıqlamayıb. Buna baxmayaraq, Amerikanın “UnitedAirlines” aviaşirkəti çarter reysləri həyata keçirərək vaksini müxtəlif ölkələrdə yerləşən və tez bir zamanda onun paylanması üçün nəzərdə tutulan xüsusi anbarlara çatdırmağa başladı. “Pfizer”/”BioNTech” vaksini 75 dərəcə C-də xüsusi saxlanma şəraiti tələb edir. Buna görə də soyuq zəncir, preparatın şüşələrə doldurulması anından başlayaraq peyvəndin peyvəndləməni icra edən tibb müəssisələrinə qədər xüsusi bokslarda daşınması ilə təmin edilməlidir.

Çin və Rusiyada klinik tədqiqatlar mərhələsinin başa çatmasını gözləmədən vaksini tətbiq etməyi qərara aldılar. Bu ölkələrdə peyvəndi koronavirusla yoluxmaya görə daha yüksək risk qrupunda olan şəxslərə tətbiq edirlər və ya edəcəklər. Bununla bərabər, hər iki ölkə onların vaksinlərinin əlavə təsirlərinin olmadığını iddia edirlər.

Böyük Britaniyada “Pfizer” və “BioNTech” tərəfindən hazırlanmış preparatla məhz tibbi personalın vaksinasiyası üzrə kampaniyanın 2020-ci ilin dekabrından başlanması planlaşdırılır.

Bəs Azərbaycanda koronavirus əleyhinə vaksin nə vaxt tətbiq ediləcək?

Koronavirus əleyhinə vaksinin Azərbaycanda tətbiq edilməsi yaxın zamanlarda gözlənilmir. Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (TƏBİB) koronavirus əleyhinə vaksin bütün tələblərə cavab verən və ÜST tərəfindən təsdiqlənən kimi tez bir zamanda alınması barədə vaksinasiya və immunizasiya üzrə qlobal alyansla (GAVI) müqavilə imzalayıb. Pandemiyanın ikinci dalğası fonunda COVID-19 əleyhinə olan vaksin haqqında çoxlu “fake news” və yalan məlumatlar ortaya çıxdı. Koronavirus pandemiyanın qarşısının alınması və vaksin, xüsusən də vaksini 2020-ci ilin sonunda yaranması haqqında çox sayda yalan məlumatlar sosial şəbəkələrdə feyk hesablar vasitəsilə yayılır.

Vaksinasiya əleyhdarları hərəkatı həkimlərin əhalini vaksinasiya etməsinə mane olmağa çalışırlar. Vaksinasiya əleyhdarları hərəkatı meynstrimə çevrilir. Koronavirus əleyhinə vaksinasiyanın bir çox əleyhdarları əmindirlər ki, hazırda Avropada sınaqdan keçirilən “BioNTech”/”Pfizer” vaksini insan DNT-sinə təsir edəcək və genin mutasiyasına səbəb olacaq. Əslində isə, bu vaksinasiya əleyhdarlarının inamsızlıq və qarışıqlıq yaratmaq məqsədilə yaydıqları mifdir. Vaksinasiya əleyhdarları aktiv şəkildə sosial şəbəkələrdə təşviqat aparırlar və daha çox sayda insanları inandırmaq üçün müxtəlif arqumentlər irəli sürürlər.

Beləliklə, infeksion xəstəliklərin qarşısının alınması, lokalizasiyası və aradan qaldırılması ilə mübarizədə vacib, indi isə həm də həlledici vasitə vaksinasiyadır. 2020–ci ildə bütün dünyada COVID-19–un immunoprofilaktikası üçün yerli və ola bilsin ki, beynəlxalq vaksinlərin aktiv hazırlanması gedir.

Vaksinin kim tərəfindən hazırlanmasından asılı olmayaraq, o bütün bəşəriyyətə xidmət etməlidir. Bu laboratoriyalar arasındakı yarış deyil, insanlığın ölümcül virusla mübarizəsidir”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM