2021-ci il Azərbaycanda sosial-iqtisadi inkişaf ili olacaqdır

09:52 / 08.01.2021

Amid Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı

 

6 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Müşavirə zamanı keçən il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi  həyatında baş verən mühüm hadisələrin geniş xülasəsi dinlənilib, eləcə də yeni 2021-ci ildə Azərbaycanın qarşısında duran ən mühüm məsələlər üzrə siyasi strategiya və prioritet istiqamətlər müəyyən olunub.

İlk öncə dünya ölkələrinin COVİD-19 infeksiyası ilə olan çətin imtahanı qarşısında meydana çıxan sosial-iqtisadi çətinlikləri fonunda Azərbaycanın bu imtahandan ən az itkilərlə çıxması müşahidə olundu. Belə ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4% həcmində azalmışdır ki, bu da digər ölkələrlə müqayisədə olduqca aşağı bir göstərici hesab oluna bilər. Keçən il ərzində qeyri-neft sektorunun inkişafında 11% artım əldə olunmuşdur ki, bu da pandemiya şəraitində iqtisadiyyatın aparıcı sahəsi olan qeyri-neft sahəsi üçün elə də pis göstərici hesab oluna bilməz. Özlüyündə bu ölkə iqtisadiyyatının vektorial olaraq düzgün proqramlaşdırılması nəticəsində mümkün olmuşdur. Azad olunmuş torpaqlarda payızlıq əkin işlərinin aparılması və ümumilikdə isə il ərzində kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsi nəticəsində bu sahədə artım 2% olub. 2020-ci ildə Dövlət Neft Fondunun gəlirləri azalmamış, əksinə 0,5% artım qeydə alınmışdır. Təbii ki, COVİD-19 qarşı aparılan mübarizəyə yönəldilən milyardlarla manat, müharibə, müavinət və sosial paketin gücləndirilməsinə ayrılan iri dövlət vəsaitlərinə rəğmən bu artımın olması müsbət tendensiya kimi qiymətləndirilə bilər. Qeyd olunan xərclərə baxmayaraq Azərbaycan 2020-ci ildə özünün valyuta ehtiyatlarını qorumağa müvəffəq oldu. Ölkə üzrə orta əməkhaqqı və orta pensiya ötən il ərzində təqribən 13-14 faiz artdı.

2020-ci ildə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan qazı Avropaya çatdı. Bununla da Azərbaycan dünya enerji bazarında neft ölkəsi olmaqla yanaşı, qaz ixracatçısına da çevrildi. Artıq Avropa ölkələri Azərbaycan qazının istehlakçılarıdırlar. Bu Azərbaycanın siyasi və iqtisadi sahədə etibarlı tərəfdaş imicini bir daha yüksəltdi. Yaxın gələcəkdə bu qaz kəməri vasitəsilə siyasi və iqtisadi dividentlər əldə olunacaqdır. Ölkə başçısı yaxın günlərdə enerji sahəsində yeni bir gözəl hadisənin olacağı anonsunu da verdi.  Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq. Bununla yanaşı, Azərbaycanda hökm sürən liberal biznes mühiti, həyata keçirilən iqtisadi islahatlar və investisiya qoyuluşu üçün münbit şəraitin olması Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycanı 28-ci yerə qədər gətirmişdir. Davos Ümumdünya İqtisadi Forumunun ötən il üçün hesabatında Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında ikinci, hökumətin islahatçı obrazı əmsalına görə dünya miqyasında beşinci, hökumətin uzunmüddətli strategiyası üzrə onuncu, hökumətin siyasi sabitliyi təmin etməsi üzrə on birinci yerdədir. Azərbaycan infrastruktur layihələri ilə bağlı olaraq - dəmir yolu xidmətlərinin səmərəliliyinə görə on birinci, hava yolları xidmətlərinin səmərəliliyinə görə on ikinci və avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmış və inklüziv inkişaf indeksi üzrə isə Azərbaycan üçüncü yerdədir. Qeyd olunan göstəricilərin əldə edilməsi elə də asan olmamışdır. Müharibənin aparılması, qaçqın və məcburi köçkün probleminin mövcudluğu şəraitində Azərbaycan bu yüksək nailiyyətləri əldə etmişdir. Sadalanan faktlar bir daha onu sübut edir ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət və müəyyən etdiyi strategiya olduqca düzgündür. Bundan sonra isə Azərbaycanı qarşıda yeni inkişaf və dəyişikliklərlə zəngin olan bir gələcək gözləyir.  

Qarabağ bölgəsinin iqtisadi və sosial cəhətdən inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas məqsədi olaraq müəyyən edilmişdir. Azad olunmuş torpaqlarda infrastrukturun inşası, nəqliyyat-kommunikasiya və eləcə də su, enerji və qaz təchizatının yenidən qurulması işləri də bu məqsədlər sırasındadır. Artıq, ilkin olaraq Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi, şəhərin su və elektrik enerjisi ilə təchiz olunması kimi layihələr uğurla icra olunur. Azərbaycanın cənubda olan 132 km-lik dövlət sərhədi tam bərpa olunub, yeni sərhəd-mühafizə infrastrukturu yaradılıb. Hazırda Zəngilan-Qubadlı istiqamətində Azərbaycanın dövlət sərhədinin bərpa olunması işləri aparılır. Suqovuşana yeni avtomobil yolu çəkilib, elektrik stansiyasının yenidən qurulması istiqamətində işlər aparılır. 2021-ci ilin sonuna qədər Füzuli rayonunda yeni hava limanının işə düşməsi, Kəlbəcər və Laçın rayonlarında isə hava limanının tikintisi nəzərdə tutulub. Yevlax-Bərdə-Xankəndi dəmiryolu xəttinin bərpası, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası və eləcə də Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirəcək dəmiryolu xəttini yenidən qurulması və yeni avtomobil yolunun çəkilməsi ilə Qarabağ bölgəsi iri nəqliyyat mərkəzinə çevriləcəkdir. Bu ilk növbədə regionda yerləşən ölkələr üçün yükdaşımalar zamanı iqtisadi cəhətdən olduqca sərfəli bir şərait yaradacaqdır. Azad olunmuş rayonlarda turizm və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində müvafiq işlərin həyata keçirilməsi də nəzərdə tutulub. Hətta, Ağdam rayonunun minalardan təmizlənmiş 700 hektar ərazisində payızlıq taxıl əkini başlanıb. Qarabağda erməni işğalı nəticəsində dağıdılmış tarixi və dini abidələrimizin bərpa olunması da Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək vacib işlərdən biridir. Ümumilikdə 2021-ci ildə Qarabağda yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi umun dövlət büdcəsindən 2,2 milyard manat vəsait də ayrılmışdır. Buna uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Qarabağ Dirçəliş Fondu”da yaradılmışdır.  

Müşavirə zamanı ölkə başçısı cənab İlham Əliyevin Qarabağda yaşayan ermənilər, Ermənistanın siyasi rəhbərliyinin revanşizm siyasəti və bölgədə xidmət aparan sülhməramlılarla bağlı səsləndirdiyi fikirlər də diqqət çəkib. Belə ki, yaxın günlərdə Ermənistan Xarici işlər nazirinin Xankəndinə olan səfəri və səfər zamanı bir sıra sənədləri imzalaması Azərbaycan tərəfinin ciddi narazılığı ilə qarşılanmış və müvafiq qaydada Xarici İşlər Nazirliyi tərəfindən bu məsələyə rəsmi münasibət bildirilmişdir. Bu barədə Ermənistana son xəbərdarlıq edilmiş, heç kəsin Azərbaycan tərəfinin rəsmi icazəsi olmadan bölgəyə səfər etməsinə yol verilməyəcəyi bir daha qeyd olunmuşdur. Əks halda Ermənistan Azərbaycanın “Dəmir yumruq”u ilə bir daha qarşılaşa bilər. Bu hadisələr fonunda bölgədə xidmət edən Rusiya sülhməramlılarının göstərdiyi mövqe də olduqca maraqlıdır. 10 noyabr bəyanatına əsasən Rusiya sülhməramlılarının bölgədə xidmət aparması təsbit olunmuş və bu xidmətin yalnız atəşkəsin qorunması və humanitar məqsədli olması qarşılıqlı razılaşdırılmışdır. Lakin, son günlər sülhməramlılar tərəfindən Qarabağda yaşayan ermənilərə humanitar məqsədləri aşan yardımların olunması, bölgəyə üçüncü ölkə vətəndaşlarından ibarət heyətin buraxılması, bölgənin xəritəsi ilə bağlı qeyri-müəyyən məlumatların mətbuatda yerləşdirilməsi kimi hallar müşahidə edilməkdədir. Bununla bağlı olaraq ölkə başçısı cənab İlham Əliyev sülhməramlıların öz funksiyalarına uyğun xidmət aparmalarını bir daha vurğulamışdır. Bölgədə həyata keçirilən humanitar yardımların həyata keçirilməsi isə sırf Qarabağda yaşayan ermənilərin qış fəsli zamanı qarşılaşacaqları problemlərinin aradan qaldırılması məqsədilə rəsmi olaraq Azərbaycan tərəfinin razılığı ilə mümkün olmuşdur. Gələcəkdə Qarabağda yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin təbii ki, humanitar yönümlü çətinlikləri olmayacaqdır. Azərbaycan dövləti hər zaman ölkə ərazisində milli azlıqların və etnosların mehriban birgəyaşayışını təmin etmiş və bu istiqamətdə də müvafiq işlər həyata keçirmişdir.

Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, 2021-ci il Azərbaycanda yenidən qurma, bərpa və inkişaf ili olacaqdır. Bunun üçün isə Azərbaycan dövlətinin bütün resursları mövcuddur.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM