Azərbaycanda antropologiya elminin bugünkü vəziyyəti və perspektivləri

18:58 / 11.02.2021

Əliağa MƏMMƏDLİ, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor


Antropologiya geniş mənada insan haqqında ümumi elm olaraq insanın dünya, ətraf mühit ilə müxtəlif münasibətlərini və əlaqələrini tədqiq edir. Son zamanlarda Azərbaycanda antropologiya elminə, onun tədqiqat sahələrinə və perspektivlərinə diqqət xeyli dərəcədə artıb. İlk baxışdan belə təəssürat yarana bilər ki, Azərbaycanda antropologiya adında elm olmayıb və indi yalnız AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin yaradılması ilə biz bu sahədə ilk addımları atırıq. Müəyyən dərəcədə bu, həqiqətən də belədir. Lakin XX əsr boyunca Azərbaycanda fiziki antropologiya sahəsində bəzi tədqiqatların aparılmasını və bu günə kimi aparılmış etnoqrafik araşdırmaların bəzilərini sosial-mədəni antropologiyanın tədqiqat sahəsinə aid olmasını nəzərə alsaq, bu fikirlə razılaşmamaq da olar. Çünki dünya elm aləmində 200 ilə yaxın yaşı olan antropologiya elminin Azərbaycanda yalnız indi diqqəti cəlb etməsi fikri düzgün sayıla bilməz. Keçən əsrin 60-80-ci illərində Azərbaycanda həm sovet, həm də Azərbaycan alimləri tərəfindən fiziki antropologiya sahəsində müəyyən tədqiqatlar aparılmış və onların nəticələri nəşr edilərək azərbaycanlıların antropoloji xüsusiyyətlərinə aydınlıq gətirmişlər. 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının birgə nəşr etdirdikləri "Azərbaycanlılar" kollektiv monoqrafiyasının "Tarixi-antropoloji məlumatlar" adlanan bölməsində qeyd edilən tədqiqatlar haqqında kifayət qədər dolğun məlumat verilir.

Lakin təəssüflə qeyd edilməlidir ki, son 30 ildə bu sahədə durğunluq dövrü hökm sürmüşdür. Belə ki, keçən əsrin 60-80-ci illərində Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda fiziki antropologiya ilə məşğul olan yeganə alim Rəbiyyə Qasımova idi. R.Qasımovanın bu illərdə yazdığı çoxsaylı məqalə və monoqrafiyaları uzun illər boyu Azərbaycanda fiziki antropologiya sahəsində yeganə əsərlər olmuşdur. Həqiqət naminə qeyd etmək lazımdır ki, 70-ci illərin sonu – 80-ci illərin əvvəllərində Arxeologiya və Etnoqrafiya sektorunda R.Qasımova ilə yanaşı, o zaman gənc alim Ulduz Həşimova da (hal-hazırda AMEA Fiziologiya İnstitutunun direktoru) çalışırdı. Lakin sonradan Ulduz xanım bu sahədə tədqiqatlarını davam etməmişdir. Beləliklə, Azərbaycan elminin bir çox sahələrində olduğu kimi, fiziki antropologiya sahəsində də elmi məktəb yaranmamış və R.Qasımova vəfat etdikdən sonra ölkəmizdə fiziki antropologiya sahəsində tədqiqatlar aparılmamışdır. Yalnız 2008-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Dmitri Kiriçenko uzun sürən fasilədən sonra fiziki antropologiya sahəsində "Azərbaycan Avrasiyanın paleoantropologiyası sistemində (skif-sarmat dövrü)" mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir.

Sirr deyil, bu illər ərzində fiziki antropologiya sahəsində müxtəlif yeni istiqamətlər meydana çıxmış, tədqiqatların müxtəlif elmi biliklərin qovşağında aparılması bir zərurətə çevrilmişdir. Belə bir araşdırmaların böyük vüsət aldığı dövrdə isə Azərbaycanda nəinki müasir tədqiqatlar, heç ənənəvi fiziki antropologiya sahəsində, yəni osteologiya, kraniologiya, dermatoqlifika, odontologiya və s. tədqiqatlar faktiki olaraq aparılmamışdır. Belə bir vəziyyətin yaranması müxtəlif obyektiv və subyektiv amillərlə bağlıdır.

2019-cu ilin sonlarında AMEA Rəyasət Heyətinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzi yaradılmışdır. Bununla da Azərbaycanda antropologiya elmi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qeyd etmək lazımdır ki, bu qərarı son illərdə Azərbaycan alimləri arasında aparılan müzakirələrin, diskussiyaların məntiqi nəticəsi kimi qəbul etmək olar.

Antropologiya Mərkəzinin fiziki antropologiya sektorunun əsas tədqiqat istiqamətləri Azərbaycanın qədim və müasir əhalisinin bioloji (irqi) xüsusiyyətlərinin tədqiq edilməsi, onların lokal qruplarının konkret xarakteristikaları və müxtəlifliyinin aşkar edilməsi, Avrasiyanın digər xalqlarına azərbaycanlıların genetik yaxınlığı dərəcəsi, azərbaycanlıların antropoloji özünəməxsusluğunun formalaşması tarixi, Azərbaycan əhalisinin həyat fəaliyyətinə paleoekologiya və müasir ekologiyanın təsiridir. Lakin bütün bu planları həyata keçirmək üçün ciddi institusional tədbirlərə ehtiyac var. Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş elmlər nomenklaturasında "Fiziki antropologiya" fənni hələ də öz yerini tapmayıb. Belə vəziyyət isə bu sahədə magistrların, fəlsəfə doktorlarının və elmlər doktorlarının hazırlanmasına maneə törədir. Bundan başqa, yüksək səviyyədə fiziki antropologiya sahəsində mütəxəssislərin yetişdirilməsi üçün Azərbaycan Dövlət Tibb Universitetində, Bakı Dövlət Universitetinin Biologiya fakültəsində "Fiziki antropologiya" ixtisası tədris olunmalı, tələbələr, magistrlar xarici universitetlərdə bu ixtisas üzrə biliklərini artırmalıdırlar. Bu sahədə çalışan alimlərin xarici elmi mərkəzlərdə təcrübə keçməsi də vacib şərtlərdən biridir.

Antropologiyanın ikinci və əhəmiyyətinə görə heç də fiziki antropologiyadan geri qalmayan sahəsi - sosial-mədəni antropologiyanın da vəziyyəti heç də ürək açan deyildir. Qeyd etmək lazımdır ki, elmdə antropologiya, etnologiya, etnoqrafiya adları kimi bu qədər mübahisə doğuran bəlkə də ikinci elmi fənn yoxdur. Bu gün Azərbaycan elm nomenklaturasında qəbul olunmuş qayda müəyyən dərəcədə bu problemlərin təzahürüdür. İlk növbədə qeyd etmək lazımdır ki, AMEA sistemində Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət göstərir. Lakin Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qəbul etdiyi qaydalara müvafiq olaraq, 5102.01 şifrəsi altında Etnoqrafiya və Etnologiya nəzərdə tutulur. Və yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 №-li qərarı ilə təsdiq edilmiş "Ali təhsilin doktorantura səviyyəsi uzrə ixtisasların təsnifatında" ayrıca elm sahəsi kimi fərqləndirilən antropologiya elmlərinə daxil olan ixtisaslar arasında "Mədəni antropologiya", "Etnoqrafiya və etnologiya", "Sosial (ictimai) antropologiya" qeyd olunur.

Beləliklə, biz faktiki olaraq bir elm sahəsinin bir neçə variantda adlandırılması ilə rastlaşırıq. Bu vəziyyət bir sıra, o cümlədən tarixi, siyasi, metodoloji amillərlə şərtlənir. XIX əsrin ortalarında formalaşmağa başlayan antropologiya, etnologiya (etnoqrafiya) elmi ölkədən, bu ölkədəki elmi ənənələrdən və s. amillərdən, bununla yanaşı, qarşıda duran vəzifələrdən asılı olaraq bir neçə variantda adlandırılırdı. Fransada əsasən etnologiya adına üstünlük verilirdi. Eyni zamanda Almaniyada qeyri-avropa xalqlarının və onların mədəniyyətlərinin öyrənilməsi "Völkerkunde", alman xalqının adət-ənənələrini, folklorunu və s. öyrənən elm isə "Volkskunde", yəni "Vətənşünaslıq" adlanırdı. İngilis dilli ölkələrdə isə əsasən ABŞ və Böyük Britaniya, xalqlar və mədəniyyətlər haqqında elm daha çox antropologiyanın tərkib hissəsi kimi inkişaf etmişdir. Böyük Britaniyada bu elm sosial antropologiya kimi, ABŞ-da isə mədəni antropologiya kimi qəbul olunmuşdur.

Azərbaycan uzun illər SSRİ-nin tərkibində olduğundan biz də sovet elmi ənənəsi çərçivəsində fəaliyyət göstərmişik və müxtəlif dövrlərdə Azərbaycanda bu və ya digər elmi strukturlar daxilində məhz etnoqrafiya bölmələri fəaliyyət göstərib. SSRİ dağıldıqdan sonra Rusiya Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun adı dəyişdirilərək Etnologiya və Antropologiya İnstitutu adlanmağa başladı. Azərbaycan isə müstəqillik əldə etdikdən sonra, 1993-cü ildə AMEA-nın tərkibində Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılır. Göründüyü kimi, Moskvadan fərqli olaraq Bakıda Etnoqrafiya adına hələ də sadiq qalırlar. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ali təhsilin doktorantura səviyyəsi uzrə ixtisasların təsnifatında" və nəhayət, AMEA sistemində faktiki olaraq eyni elm bir neçə cür adlanır. Belə bir vəziyyətin yaranması sözsüz ki, həm obyektiv, həm də subyektiv səbəblərdən irəli gəlir. İlk növbədə, bu məsələdə Azərbaycan etnoqraflarının passiv mövqeyini qeyd etməliyik. Bu elmin müxtəlif cür adlandırılmasında nə etnoqraflarla məsləhətləşmələr aparılıb, nə də ki, etnoqraflar özləri bu müzakirələrə qoşulublar. Eyni zamanda etiraf etməliyik ki, problem təkcə fənnin adlandırılmasında deyil, problem həm də bu elm qarşısında duran məsələlərdə, bu məsələlərin həlli yollarında, istifadə olunan metodoloji vasitələrdədir. Sadəcə etnoqrafiyanı etnologiyaya və ya antropologiyaya çevirməklə məsələ öz həllini tapa bilməz.

Aydın məsələdir ki, elmin adının dəyişməsi və ya dəqiqləşməsi ilə bu elmin qarşısında duran bütün məsələlər həll olunmur. Şübhəsiz, hər bir elmdə olduğu kimi, Azərbaycanda sosial-mədəni antropologiyanın inkişafı, onun müasir dünya antropologiyası ilə ayaqlaşması üçün müntəzəm olaraq prioritet mövzuları, müasir nəzəriyyələri, yeni yaranan istiqamətləri nəzərdən keçirərək tətbiq etmək zərurəti yaranır. Bu baxımdan antropologiya elminin inkişaf konsepsiyasının işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Bu konsepsiyada əks oluna biləcək bəzi müddəaları qeyd etməyi lazım bilirik.

Şübhəsiz, Azərbaycan etnoqrafiyası, sosial-mədəni antropologiyanın sələfi olaraq, zəngin və şərəfli tarixə malikdir. Bu tarixə ötəri bir nəzər saldıqda belə etnoqrafiya elminin müxtəlif sahələrində mühüm nailiyyətlər əldə olunduğu göz qabağındadır. Bu çoxsahəli zəngin irsi hərtərəfli araşdırmadan, onun tarixini və perspektivlərini yüksək elmi səviyyədə tədqiq etmək və müəyyənləşdirmək qeyri-mümkündür. Lakin bu nailiyyətləri qeyd edərək, eyni zamanda etiraf etməliyik ki, müasir sosial-mədəni antropologiyanın diqqət mərkəzində saxladığı bir çox elmi problemlər Azərbaycan etnoqrafiyasının maraq dairəsindən xeyli kənarda durur.

Bizə görə, Azərbaycanda müasir sosial-mədəni antropologiya sahəsindəki tədqiqatlar ölkə əhalisi arasında ictimai-siyasi, mədəni transformasiyalar şəraitində mədəni dəyişikliklərin xüsusiyyətlərində cəmləşməlidir. Belə ki, antropoloqların diqqətində mədəniyyətin və cəmiyyətin vəziyyətinə qlobal sosial proseslərin, əmək və məcburi miqrasiyaların, iqtisadiyyatda bazar mexanizmlərinin təşəkkülü və s. kimi sosial proseslərin təsirinin xarakteri və dərəcəsi dayanmalıdır. Bu proseslərlə etnik psixologiya arasında qarşılıqlı təsir dərəcəsinin araşdırılaraq üzə çıxarılması da mühüm sahələrdən biridir.

Müasir mövzular arasında ənənəvi mədəniyyətin müasir şəraitə uyğunlaşma prosesini qeyd etmək olar. Bu mövzu həyat təminatı sistemində (məskunluq mühiti, təsərrüfat yönümləri, əməyə münasibət, qida mədəniyyəti) dəyişmə proseslərini və dünya qavranmasını (inanclar, etnotarixi yaddaş, mərasimlər və ənənələr) əhatə edir. Qeyd etmək lazımdır ki, bu mövzu kontekstində müasir ailənin və ailə münasibətlərinin xüsusiyyətlərini tədqiq, ailədə şəxslərarası münasibətlərin strukturunu, demoqrafik səciyyələrini müqayisəli-tipoloji planda təhlil etmək olar. Bu sahədə müəyyən işlər artıq görülmüşdür, lakin hələ çox tədqiqatların aparılmasına ehtiyac var.

Azərbaycanda sosial-mədəni antropologiyanın perspektivləri ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə və bu inkişafda müasir Azərbaycan cəmiyyətinin etnik və mədəni xüsusiyyətlərinin rolu ilə şərtlənir. Bu istiqamətdəki tədqiqatlar belə bir nəticəyə gəlməyə əsas verir ki, son illərdə Azərbaycanda baş verən sosial-siyasi dəyişikliklərin xarakteri müəyyən dərəcədə cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrindəki mədəni xüsusiyyətlərlə şərtlənir. Bu xüsusiyyətlər siyasi və dövlət institutlarının, çoxpartiyalı sistemin, seçki prosesinin və s. təşəkkülündə öz əksini tapır. Bununla yanaşı, ölkənin sosial və iqtisadi inkişafının əmək fəaliyyətində və ailə məişətindəki etnik, mədəni xüsusiyyətlərindən müəyyən asılılığı qeyd olunur. Bu xüsusiyyətlərin müəyyənləşdirilməsi və tədqiqi Azərbaycanın inkişafının strateji istiqamətlərinin işlənib hazırlanması üçün tutarlı elmi baza kimi çıxış edə bilər.

Bu baxımdan universitetlərdə sosial-mədəni antropologiyanın tədrisinə diqqəti artırmaq lazımdır. Sovet dövründə uğurla tətbiq olunan, oxumaq və ya ixtisası artırmaq üçün xarici universitetlərə və elmi mərkəzlərə gənc, istedadlı kadrların göndərilməsi təcrübəsini bərpa etməyə böyük ehtiyac var. Dövlətin dəstəyi ilə xarici dillərdən antropologiya üzrə klassik ədəbiyyatın, fundamental nəzəri əsərlərin, ali məktəblər üçün dərsliklərin Azərbaycan dilinə tərcüməsinin təşkili vacib məsələlərdən biridir. Şübhəsiz, təcili təkliflər siyahısını artırmaq da olar, lakin bir məsələni nəzərdə saxlamaq lazımdır ki, antropologiyanın problemlərini bu gün həll etməyə başlamasaq, sabah artıq bu sahədəki problemlərimiz dəfələrlə artacaq.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM