Ölkəmizdə qarşılıqlı etimada və hörmətə əsaslanan milli-mədəni və etnik-dini münasibətlərin hökm sürməsi xalqımızın milli xüsusiyyətindən irəli gəlir. Azərbaycanın müstəqillik illərində daha da möhkəmlənib və fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət siyasətimizin prioritet istiqamətlərindən birinə çevrilib. Çoxmillətli məkan olan Azərbaycan mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilərək bu təcrübənin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruriləşdirib. Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə həmin il “Multikulturalizm ili” elan edilmişdir. Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm dövlət siyasət olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzinə çevrilmişdir. Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərini, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. Multikulturalizm demək olar ki, bütün sahələrdə xüsusən də təhsil sahəsində daim araşdırılır və öyrənilir. Qeyd edilməlidir ki, Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi çərçivəsində hazırda dünyanın 10 dan çox, Azərbaycanın isə 30-a qədər ali təhsil ocağında Azərbaycan multikulturalizmi fənni tədris edilir.
Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın qərarlaşdığı məkanın Şərqlə Qərbin qovuşağında yerləşməsidir.
Tarixi İpək Yolunun üzərində yerləşən, körpü rolunu oynayan Azərbaycan müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin daşıyıcılarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub.
Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Onun həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Bu anlayış multikulturalizmin hakim olduğu bütün dövlətlər üçün xarakterikdir. Bu gün multikulturtal dəyərlərdən imtina edən Avropanın bəzi ölkələrinin hansı problemlərlə üzləşdiyi göz qarşısındadır.
Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, şəraitində yaşadığı diyar kimi tanınmışdır.
Azərbaycan dini abidələr ilə zəngin olan diyardır. Bunun əsasas göstəricilərindən biri də Azərbaycan Prezidentinin göstərişi ilə işğaldan azad etdiyimiz torpaqlarımızda hər dinə mənsub olan bütün abidələr öz tarixiliyini qoruyub saxlamaqla təmir olunur. Heydər Əliyev Fondu tərəfindən təmir edilən, dünyanın ən qədim məscidlərindən biri sayılan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi, Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr kimi Nic qəsəbəsindəki kilsə və digərləri Azərbaycanın multikultural dəyərləri kimi əsrlər boyu yaşayacaqdır.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər bizi doğma torpaqlarımıza qovuşdurmaqla bərabər milli dəyərlərimizi də bizə qaytardı. Qeyd etmək lazımdır ki, artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə qaytarılıb. Mənfur düşmən illərlə bu kilsəni erməniləşdirmək istəsə də istəyinə nail ola bilmədi.
Əminliklə demək olar ki, Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı həm ölkəyə, həm də dünyaya ötürdüyü siyasi, mənəvi çağırış öz nəticəsini verdi. Ən ucqar Azərbaycan kəndində də, şəhərində də, məscid, kilsə, sinaqoqlarda da xalqımızın bu dəyəri həyat tərzimizə çevrilmişdir.
Səbinə Muxtarova
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi
.
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM