İnsan hüquq və azadlıqları cəmiyyəti birləşdirən və qarşılıqlı inteqrasiyanı təmin edən vasitə kimi

12:51 / 03.10.2014

Strategiya.az saytı "Geostrategiya" jurnalına istinadən Siyasi elmlər doktoru Hikmət Məmmədovun  "İnsan hüquq və azadlıqları cəmiyyəti birləşdirən və qarşılıqlı inteqrasiyanı təmin edən vasitə kimi" məqaləsini diqqətinizə çatdırır  

Müasir dövrdə milli dövlətlərin inkişaf səviyyəsi və həyata keçirilən daxili siyasət strategiyasını qiymətləndirmək üçün nəzər yetirilən başlıca faktorlardan biri insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunma səviyyəsidir. Ümumiyyətlə, istənilən modern cəmiyyətin demokratikliyi və vətəndaşların konstitusiya hüquqlarının qorunması ilk növbədə insan hüquqlarının müdafiəsi səviyyəsi ilə ölçülür. Demokratiya və insan hüquqlarının birbaşa və əks əlaqəsi olduqca sadədir: insan hüquqlarına əməl və hörmət edilmədən demokratiyanın mövcudluğu və təsir mexanizmi təmin edilə bilməz və əksinə, əsl demokratiyanın bərqərar olunması insan hüquqlarının təmin edilməsi üçün fundamental zəmindir.
Müasir demokratik cəmiyyətlərdə milli hüquq müdafiə mexa-nizmlərinin səmərəliliyi ilk növbədə dövlətin bu sahədəki fəaliyyətindən və onun müvafiq istiqamətdə həyata keçirdiyi siyasətdən asılıdır. Hakimiyyət strukturlarının konstitusion əsasda təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına institusional münasibəti, onların təmin və mühafizə edilməsi istiqamətində gördüyü sistematik tədbirlər bəhs edilən hüquq və azadlıqların təcrübi müstəvidə tətbiqinin səmərəlilik səviyyəsini müəyyən edir (2,21). Məhz buna görə də bir çox nəzəri mənbələrdə bildirilir ki, milli dövlət insan və vətəndaş hüquq və azadlıqlarının başlıca təminatçısı və mühafizəçisidir.
Bu kontekstdə strateji məqamlardan biri budur ki, insan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiya və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onların qarşılıqlı inteqrasiyasını təmin edən təməl strateji əsaslardan biridir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”də qeyd edildiyi kimi, insanın ləyaqəti ümumi sülhün, ədalətin və azadlığın əsasıdır (3,7).
Bu və ya digər formada ifadə olunan insan hüquqları problemi tarixin bütün mərhələlərində mövcud olmuş və fərdin hakimiyyətlə qarşılıqlı münasibətləri məsələsinin izahı və müzakirə predmeti kimi çıxış etmişdir (5, 109). Elmi ədəbiyyatda ümumi şəkildə fərdlə hakimiyyətin qarşılıqlı münasibətlərinin əsasən üç modeli göstərilir. Birincisi, bu münasibətlərin totalitar modeli cəmiyyət və dövlətin ey-niləşdirilməsindən, bütöv hissə üzərində üstünlüyü və fərdin dövlətə tam tabe olmasından çıxış edir. Bu model insan hüquqları probleminin qoyuluşunu istisna edir, çünki fərdə burada bütövün üzvi və ayrılmaz hissəsi kimi baxılır. İkinci model kimi fərdiyyətçi yanaşma dövlətlə münasibətdə fərdin üstünlüyünə əsaslanır. Daha da dəqiqləşdirsək, bu model “azad şəxsiyyət hakimiyyətin, o cümlədən dövlətin özünün son mənbəyidir” tezisindən çıxış edən liberalizmdə təmsil olunur. Qeyd olunur ki, dövlət azad fərdlərin razılığı ilə əldə edilmiş müqavilənin nəticəsidir. O, xalqa hesabat verməli və yalnız ciddi surətdə məhdudlaşdırılan funksiyaları-vətəndaşların təhlükəsizliyi və azadlığının təmin edilməsi, ictimai qayda-qanunun təmin və mühafizə olunması kimi vəzifələri yerinə yetirməlidir. Qeyri-siyasi sahələrdə isə fərd və hakimiyyətin qarşılıqlı münasibətləri və bu sferalarda şəxsiyyət azadlığı və ləyaqətinin təsdiq edilməsi liberalizm ideoloji cərəyanında nəzərdən keçirilmir. Bunun nəticəsində insan hüquqları problemi əsasən hakimiyyətin qəsdlərindən mühafizə edən hüquqlar formasında təsbit edilir.
Müsir siyasi elmdə üçüncü model kimi fərd və hakimiyyət münasibətlərinə partisipator (iştiraklı) yanaşma üstünlük təşkil edir. Bu yanaşma şəxsiyyətə fərdlərlə ittifaqda dövlət yaradıb və müəyyən mə-sələlərdə ona tabe olmaq məcburiyyətində cəmiyyətdən ayrı və müstəqil olan fərd kimi baxmır, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin ziddiyyətliliyi və ayrılmazlığından çıxış edir. Bu halda insan hüquqları probleminin təsbit edilməsinə sırf fərdin dövlət müdaxiləsindən qorunması kimi deyil, dövlətdən şəxsiyyətin azad yaşaması və inkişafı üçün istifadə olunması kimi baxılır.
Beləliklə sadalanları ümumiləşdirərək qeyd edə bilərik ki, müasir dövrdə insan hüquqları və azadlıqları konsepsiyasının əsas prinsipləri kimi aşağıdakıları müəyyən etmək olar:
- Dövlət və vətəndaşın qarşılıqlı məsuliyyəti;
- şəxsiyyətin sosial müdafiəsi (sosial-iqtisadi hüquqların təsbit edilməsi və təminatı, əmək, istirahət, mənzil, pensiya təminatı hüquqları və s.);
- hüquq və vəzifələrin vəhdəti;
- insan və vətəndaş hüquq və azadlıqlarının bütün növlərinin bir-birini tamamlaması, qarşılıqlı əlaqədə və paritet dəyərdə olması;
- fərdlərin daşıdığı dəyərlərinin, onun hüquq və azadlıqlarının hərtərəfli hüquqi müdafiəsi

Ümumiyyətlə, insan hüquqları ideyası qədim köklərə malik olsa da, yalnız demokratiya, azadlıq, ədalət və formal bərabərlik prinsipləri əsasında əsl məna kəsb etmişdir. Müasir dünyada insan hüquqlarına dair mühüm universal beynəlxalq normaların artıq formalaşdığı bir vaxtda bu prinsiplərin reallaşması, hamının hüquq və azadlıqlarının təmin edilməsi üçün əlverişli şəraitin yaradılması yalnız demokratik cəmiyyətdə mümkündür. Belə ki, demokratik cəmiyyətdə insana qayğı yüksək və ali məqsəd sayılır və müvafiq olaraq insan hüquqları və azadlıqlarının konstitusiya və qanunlarda təsbit edilməsi dövlət idarəçiliyinin əsas məqsədlərindən biri kimi çıxış edir. Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar şəxsiyyətin fərdi fəallıq potensialının ölçüsü kimi çıxış edir. Məhz bu cür cəmiyyətlərdə vətəndaşların konstitusion hüquq və azadlıqlarının müdafiəsi məqsədilə yaradılmış mexanizmlər praksionallıq təşkil edərək səmərəli şəkildə işləyir.
Modern cəmiyyətlərdə insan hüquqlarının təsnifatı müxtəlifdir. On-ların daha ümumi təsnifatına görə bütün hüquqlar neqativ və pozitiv hüquqlara bölünür. Hüquqların təsnifat əsasında bölgüsü onlarda azadlığın neqativ və pozitiv aspektlərinin fərqləndirilməsinə əsaslanır (1,39). Neqativ hüquqlar fərdin azadlığını mühafizə edir və cəmiyyətin, dövlətin, digər şəxslərin ona qarşı münasibətdə bu və ya digər neqativ hərəkətlərə yol vermək vəzifələri kimi qeyd olunur. Bu hüquqlar fərdi dövlətin onun azadlığını pozan hərəkətlərdən, eləcə də digər şəxslərin müdaxiləsindən və məhdudiyyətlərindən qoruyur. Onların həyata keçirilməsi isə dövlətin ehtiyatlarından, ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən asılı deyil. Neqativ hüquqların legitim təsdiqinə və bütövlükdə insan hüquqlarına neqativ (və liberal) münasibətə misal olaraq ABŞ Konstitusiyasının “Hüquqlar haqqında Bill”ini - ABŞ Konstitusiyasına dəyişiklikləri göstərmək olar. Bu sənədin birinci maddəsində yazılır: “Konqres hər hansı bir dinin bərqərar olunması və ya sərbəst etiqadı qadağan edən, söz və mətbuat azadlığını, həmçinin vətəndaşların dinc toplaşma və sui-istifadə hallarını aradan qaldırmaq tələbləri ilə öz şikayətlərini hökumətə bildirmək üçün müraciət etmək hüququnu məhdudlaşdıran qanun verə bilməz”.
Rusiya politoloqu A.İ.Solovyev bu hüquqlara praktiki olaraq bütün liberal səciyyəli insan hüquqlarını aid edir. O hesab edir ki, bu hüquqlar mütləqdir və konkret ölkənin inkişaf səviyyəsindən asılı deyil, yalnız şəxsiyyətin suverenliyini və onun sərbəst seçiminə dövlət tərəfindən qarşılıqlı hörmət əsasında münasibəti nəzərdə tutur. Bu hüquqlar yalnız fərdin işləri və maraqlarına ədalətsiz müdaxilə, onun azad seçiminə qəsd istisna olmaqla dövlətdən maddi və digər ehtiyatların toplanması və bölüşdürülməsini, ümumiyyətlə, hər hansı bir xüsusi quruculuq, yaradıcılıq hərəkətlərini tələb etmir.
Pozitiv hüquqlar isə dövlətin, cəmiyyətin insana müəyyən rifahın (əmək, təhsil, istirahət, sosial yardım və s. hüquqlar) təqdim olunması vəzifəsi kimi izah olunur. Bu halda bu hüquqların təminatı bilavasitə dövlətin sosial-iqtisadi inkişaf səviyyəsindən, siyasi sistemin demokratikliyindən, hakimi dairələrin müvafiq dövlət siyasətinin real surətdə həyata keçirilməsində maraqlı olmasından və idarəetmənin müvafiq sahəsində fəaliyyət göstərən dövlət qulluqçularının peşəkarlığından asılıdır.
Bu bölgülərlə yanaşı, ümumilikdə, araşdırmaçılar tərəfindən fərdin hüquq və azadlıqlarının daha konkret təsnifatı verilir: onlar vətəndaş (şəxsi), siyasi, iqtisadi, sosial və mədəni hüquqlar formasında təsnif edilir (1,41)
Bəhs olunan bölgü kontekstində qeyd etmək lazımdır ki, insan hüquqları, onların söykəndiyi prinsiplər (azadlıq, suverenlik, qanunçuluq, bərabərlik, təhlükəsizlik, dözümlülük və s.), bu hüquqları bəyan edən sənədlər, müvafiq konseptual müddəa və yanaşmalar tarixi inkişafın fonunda daha da zənginləşmiş və yeni keyfiyyət çalarları əldə etmişdir. “Birinci nəsil hüquqlar” kimi səciyyələndirilən vətəndaş hüquqları və siyasi hüquqlar sonralar “ikinci nəsil hüquqlar”la - iqtisadi və sosial hüquqlarla tamamlanmış, daha sonra isə “üçüncü nəsil hüquqlar” adlandırılan hüquqlar haqqında ideyalar irəli sürülmüş və bu hüquqlara dinc, sağlam ətraf-mühitdə və təhlükəsiz yaşamaq və s. aid edilmişdir (6, 654)
Bəhs olunan mövzu ətrafında elmi-praktik müzakirə predmetinə çevrilən məsələlərdən biri də insan hüquqları probleminin beynəlxalq hüquqi tənzimlənməsinin siyasi aspektləridir. Bəlli olduğu kimi, XX əsrdə insan və vətəndaş hüquq və azadlıqları əsas dəyər kimi tanınaraq beynəlxalq səviyyəyə çıxarılmış və müxtəlif normativ sənədlərdə təsbit edilmişdir. Beləliklə, beynəlxalq siyasətdə bu ideyanın bütün dünyanın sosial-siyasi təcrübəsi sferasına keçirilməsi tendensiyaları açıq müəyyən olunmuşdur. İnsan ləyaqəti hər kəs üçün və hər bir cəmiyyətdə onun sosial-iqtisadi və siyasi təşkilinin xüsusiyyətlərindən asılı olmayaraq onun azad inkişafı və mövcudluğuna minimal tələbatların təmin edilməsi zərurəti ilə əlaqələndirilmiş, həmçinin dövlətlər və xalqlara istiqamətlənən müvafiq tələblərin formalaşmasında ifadə olunmuşdur. İnsan hüquq və azadlıqları probleminin beynəlxalq aspektlərinin tədqiqi göstərir ki, elmi ədəbiyyatda bu sahədə mövcud olan beynəlxalq sənədlərin xarakterinə görə onların iki qrupunu göstərmək olar:
1. Universal xarakterli beynəlxalq sənədlər;
2. Regional (məhəlli) xarakterli beynəlxalq sənədlər.
Universal xarakterli beynəlxalq sənədlər insan hüquqlarına ümumi hörmət və riayət olunması prinsipini ifadə edən, hüquq və azadlıqlara üstünlük verməklə onları dövlətlər və vəzifəli şəxslərin özbaşınalıqlarından müdafiə edən beynəlxalq sənədlərdir. Bu qrupa BMT Nizamnaməsi, İnsan hüquqları haqqında Beynəlxalq Bill, beynəlxalq konfransların müvafiq qərarları, xalqların hüquqlarını təsbit edən, bütün növ diskriminasiyaların qarşısının alınmasına yönələn, qadın və uşaqların hüquqlarını müdafiə edən və s. sənədlər aid edilir (5, 120)
İnsan hüquqlarının müdafiəsində regional mexanizmlər də əhəmiyyətli rol oynayır. Burada əsas məqsəd regional səviyyədə insan hüquqları və azadlıqlarının müdafiəsindən ibarətdir. Bu məqsədlə yaradılmış və fəaliyyət göstərən təşkilatların qəbul etdiyi sənədlərə Avropa Şurasının, ATƏT-in, MDB-nin müvafiq sənədləri, insan hüquqları haqqında Amerika konvensiyası, Afrika insan hüquqlarının müdafiəsi Xartiyası və s.daxildir.

 


ƏDƏBİYYAT

1. Ə. Hüseynov. İnsan hüquqlarının müdafiəsinin bəzi meyarları haqqında // İnsan hüquqları. Bülleten. Bakı: 1998. №1.
2. H. Babaoğlu. İnsan hüquqları və azadlıqıarı (tarixi təkamülü, beynəlxalq və politoloji aspektləri, Azərbaycan təcrübəsi). Bakı: “Elm”, 2006
3. İnsan hüquqları haqqında Beynəlxalq Bill. Bakı: 1998, “Azərbaycan” nəşriyyatı
4. Diamond L. Developing Democraty: Toward Consolidation. Baltimore, London: The Johns Hopkins University Press, 1999.
5. Gewirth Alan. The Basis and Content of Human Rights // Human Rights Nomos. N.Y.: New York University Press, 1981
6. The International Dimensions of Human Rights, UK Press: 2004, Volume 2.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM