Azərbaycan - Qazaxıstan münasibətləri (1993-2003-cü illər)

11:43 / 08.10.2014

Rimunə Hüseynova ,
Gəncə Dövlət Universitetinin
Azərbaycan tarixi kafedrasının
baş müəllimi

Hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına xüsusi diqqət yetirmişdir. Məlum olduğu kimi, Qazaxıstan Respublikası Orta Asiyanın ən böyük dövlətlərindən biridir. Ərazisinə görə türk dünyasında birinci yerdə durur. Sahəsi 2,7 mln.km.2, əhalisi 16 mln.700 min nəfərdir. Ərazisi əsasən səhra və yarımsəhralardan ibarət olan bu ölkədə əhali çox seyrək məskunlaşmışdır. Ölkə əhalisinin 57,6%-i şəhərlərdə, 42,4%-i kəndlərdə yaşayır. Respublikanın yerli əhalisi qazaxlardır. Ümumi sayı 8 mln. artıq olan qazaxların yalnız 6,5 mln.- dan bir qədər çoxu Qazaxıstanda yaşayır. Ölkədə əhalinin müəyyən hissəsini ruslar, azərbaycanlılar, ukraynalılar, özbəklər, almanlar, Axıska türkləri, belaruslar, uyqurlar və s. təşkil edir. XX əsrin 30-cu illərində sürgün edilən azərbaycanlıların bir çoxu Qazaxıstan çöllərində yerləşdirilmişdilər. 300 min azərbaycanlı Qazaxıstanda yaşayır. Onlar iki xalq arasında münasibətlərdə mühüm amilə çevrilmişdilər.
1990-cı il dekabrın 2-də Qazaxıstanda keçirilən prezident seçkilərində Nursultan Nazarbаyov respublikanın ilk prezidenti seçildi [5,16]. Dekabrın 16-da isə Respublika Ali Soveti Qazaxıstanın dövlət müstəqilliyi haqqında qanun qəbul etdi. Nursultan Nazarbayev xalqa müraciəti zamanı bildirdi ki, XX əsrin sonunda biz elə bir şey yaratdıq ki, yüzlərlə nəsil bunun üzünə həsrət qalıb-müstəqil dövlət. Məhz bu onun təminatıdır ki, tarixin heç bir küləyi bizi yer üzündən silə bilməz [6,3].
Qısa müddət ərzində Qazaxıstan regionun nüfuzlu dövlətlərindən birinə çevrildi və beynəlxalq əlaqələri genişləndi. 1990-cı illərdə dünyanın M.Tetçer, C.Beyker kimi məşhur siyasi xadimlərinin Qazaxıstana səfərləri, Prezident Nursultan Nazarbayevin böyük Corc Buşla təkbətək görüşü və s. kimi hadisələr bir daha onu sübut etdi ki, bu dövlət həm beynəlxalq aləmdə əməkdaşlıq ediləcək subyekt, həm də Orta Asiya regionunda əhəmiyyətli tərəfdaşdır.
Qazaxıstan Respublikası və Azərbaycan Respublikası Xəzər dənizi vasitəsilə qonşu ölkələrdir. Xəzər dənizi bu ölkələri həm ayırır, həm də birləşdirir. SSRİ-nin dağılmasından sonra meydana çıxmış problemlər içərisində Xəzər dənizinin hüquqi statusu və onunla bağlı məsələləri sahilyanı ölkələr qarşısında mürəkkəblik dərəcəsinə görə daha önəmli hesab etmək olar. Burada dünyanın ən böyük qapalı sututarının statusunun müəyyənləşdirilməsi bir neçə respublika qarşısında ilk dəfə olaraq məsuliyyətli məsələ kimi qoyuldu.
Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlər 1992-ci il avqustun 30-da qurulmuşdur. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1993-cü il yanvarın 9-da, Azərbaycan Respublikasının səfirliyi isə bir müddət sonra, 2004-cü il martın 1-də fəaliyyətə başlamışdır.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsi tərəflərin imkanlarından aşağı idi. Hər şeydən əvvəl, türk dövlət başçılarının görüşləri zamanı qəbul edilmiş razılaşmaların bir qismi tam olaraq həyata keçirilməmişdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev türk dövlət başçılarının görüşləri zamanı qəbul edilmiş razılaşmaların tam olaraq həyata keçirilməsinin vacibliyini söyləyirdi. O, 1994-cü ilin oktyabr ayında türk dövlətləri başçılarının İstanbulda keçirilən ikinci zirvə toplantısındakı çıxışında bu məqamı belə vurğulayırdı: “... hesab edirəm ki, bu görüş də Ankaradakı görüş kimi gələcəkdə bizim əlaqələrimizin inkişaf etməsi üçün yaxşı bir əsas yaradacaq. Ankara görüşündən iki il keçir. İki il müddətində bir çox işləri görülüb. Ancaq bu gün etiraf etmək lazımdır Ankara görüşündə əldə olunmuş qərarların hamısı tam yerinə yetirilmir” [2, 400].
Heydər Əlyev türk dövlətləri arasında əlaqələrinin zəif inkişafını belə vurğulayırdı: “Ancaq həqiqəti də qeyd etmək istəyirəm ki, ölkələrimiz müstəqillik əldə edəndən sonra, iki il bundan öncə Ankarada bizim ölkələrimizin rəhbərləri toplaşıb görüşüb birgə bəyanat qəbul edəndən sonra ola bilər ki, Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycan Respublikasının Qazaxıstanla, Türkmənistanla əlaqələri çox zəif olub” [3, 226].
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin yalnız Heydər Əliyevin səyləri nəticəsində yeni əsas üzərində qurulması üçün ilk addımlar atıldı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 1994-cü il oktyabrın 19-da oldu. Türk dövlətləri başçılarının ikinci zirvə görüşündə iştirak edən Heydər Əliyev və Nursultan Nazarbayev görüşərək, iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə etdilər. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərini həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli şəkildə qurmaq haqda qərar qəbul edildi.
Qazaxıstan ilə münasibətlərin inkişafında 1995-ci il fevralın 29-da MDB dövlətlərinin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Heydər Əliyevin Qazaxıstan Respublikasının paytaxtına səfəri mühüm rol oynadı. Toplantı çərçivəsində Azərbaycan rəhbərinin Qazaxıstan prezidenti ilə keçirdiyi göruş və aparılan müzakirələr ikitərəfli münasibətləri inkişaf etdirmək baxımından əhəmiyyətli oldu. Münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli əsasda müxtəlif sahələrdə - diplomatik-siyasi, enerji, iqtisadiyyat, mədəniyyət, humanitar və b. inkişaf etdirilməsi üçün fəaliyyətə başlandı.
Bu baxımdan 1995-ci il avqustun 9-da Nursultan Nazarbayevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstana səfəri faydalı oldu. Səfərdə məqsəd böyük qazax şairi yazıçısı mütəffəkiri Abay Kunanbayevin 150 illik yubileyində iştirak etmək idi. Heydər Əliyev səfərə yola düşməzdən əvvəl jurnalistlərə verdiyi qısa müsahibəsində deyirdi: “Qazaxıstanla Azərbaycan arasında çox yaxın dostluq əlaqələri olduğuna görə bu ölkənin Prezidenti cənab Nazarbayevin dəvəti ilə oraya gedirəm. Belə hesab edirəm ki, bu səfər əhəmiyyətlidir, çünki xalqlarımızın tarixi əlaqələri çox sıx olubdur və indi müstəqil dövlətlər kimi biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Mədəniyyət, ədəbiyyat bu sahədə böyük rol oynayır və həmin imkanlardan istifadə etmək lazımdır. Abay həm qazax xalqı, həm də Azərbaycan xalqı üçün böyük bir şəxsiyyətdir... Orada ikitərəfli görüşlər, Qazaxıstanın rəhbərləri ilə görüşlər ola bilər. Bu, iqtisadi və başqa sahələrdə əlaqələrimizin inkişafı üçün bir imkandır. Mən də bu imkandan isitifadə edərək Qazaxıstana gedirəm... Xarici siyasətimizi daha düzgün qurmaq üçün belə imkanlardan istifadə edilməlidir” [1, 181].
Heydər Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşündə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi. Dövlətlərarası münasibətlərin inkişaf etdirilməsi və perspektivləri məsələsinə də toxunuldu. Heydər Əliyev vurğuladı: “ Qazaxıstan və Azərbaycan müstəqil dövlətlərdir. Lakin bizi birləşdirən tarixi köklər olduqca çoxdur. Biz bir-birimizlə tarixlə, adət və ənənələrlə, dinlə bağlıyıq. İndi münasibətlərimizi əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunda inkişaf etdirmək üçün böyük imkanlar açılır” [1,189]. Azərbaycanın dövlət başçısı iki ölkə arasında iqtisadi əlaqələri daha da intensiv inkişaf etdirməyin labüdlüyünü nəzərə çarpdırdı. Heydər Əliyev Xəzər dənizindən birgə istifadə probleminə də toxundu. Görüşün sonunda Heydər Əliyev Qazaxıstan Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi.
1995-ci ildə avqustun 28-də türk dövlət başçılarının Bişkekdə keçirilən üçüncü zirvə toplantısında Heydər Əliyevin söylədiyi nitq türk dövlətləri, o cümlədən Qazaxıstan ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli idi. O, beynəlxalq birlik tərəfindən qəbul olmuş normalara digər dövlət başçıları kimi hörmət edərək BMT və ATƏT-in prinsiplərinə sadiq olduğunu nümayiş etdirdi, türk dövlətləri arasında dil, tarix, mədəniyyət, elmi-texniki və hümanitar sahədə əməkdaşlığı genişləndirmək əzmində olduqlarını bildirdi.
Heydər Əliyev nitqində Xəzər dənizinin hüquqi statusu probleminə də toxunaraq bildirdi ki, Xəzəryanı dövlətlərin hər birinin enerji ehtiyatı ilə zəngin olan öz sektoru və imkanları vardır. Biz bu imkanlardan istifadə edib birgə, çoxtərəfli layihələrin həyata keçirilməsində fəal əməkdaşlıq etməklə Xəzər hövzəsi zonasının iqtisadi tərəqqi və çiçəklənmə zonasını çevirə bilər, dünya iqtisadiyyatı sistemində layiqli yerimizi tuta bilərik. Eyni zamanda Xəzər dənizinin zəngin təbii ehtiyatları əməkdaşlıq üçün geniş imkanlar açmaqla bərabər bu sərvətlərdən istifadə etmək vəzifəsini də qarşımıza qoyur [1, 209]. Azərbaycan Respublikasının Prezidenti azad bazar iqtisadiyyatı şəraitində qarşılıqlı münasibətlərə toxunaraq dedi: “Biz azad bazar münasibətlərini yaradaraq bərabərhüquqlu tərəfdaş kimi dünya iqtisadiyyatına inteqrasiya olmaq üçün ciddi, çətin islahatlar aparırıq. Kənd təsərrüfatı sahəsində islahatlar artıq müvəfəqiyyətlə həyata keçirilir. Özəlləşdirmə proqramı qəbulunu və yaxın zamanlarda dövlət mülkiyyətinin geniş miqyaslı özəlləşdirməsi həyata keçə-cəkdir” [1, 211].
İki ölkə arasında münasibətlərin inkişafında 1996-cı il sentyabrın 16-17-də Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfər mühüm rol oynadı. Səfər zamanı dövlətlərarası münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün siyasət, iqtisadiyyat, ticarət və mədəniyyət sahələrinə dair ikitərəfli müqavilələr imzalandı. Ölkələrarası münasibətlərin daha da inkişafına xidmət edən bir sıra tövsiyələr irəli sürüldü. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə olundu. Bu məsələyə dair birmənalı mövqeyini bildirən Nursultan Nazarbayev Azərbaycan Respublikasının sərhədlərinin toxunulmaz olduğunu vurğuladı. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müəyyən tövsiyələrini söylədi. Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyəcəyini, lazım gələrsə, hətta Azərbaycan mövqeyindən çıxış edəcəyini dedi. Nursultan Nazarbayev onu da bildirdi ki, Azərbaycan və Ermənistan bu problemi sülh yolu ilə həll etsələr, Azərbaycan, eləcə də Ermənistan ATƏT-in prinsiplərinə zidd getməmiş olar və nəticədə hər iki tərəf uduzmamış olar. Belə bir mövqe bir tərəfdən Qazaxıstanın beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə hörmətinin nümunəsi idisə, digər tərəfdən Heydər Əliyev diplomatiyasının konkret nəticəsi idi. Hər iki dövlət başçısının söylədikləri nitqlər qarşılıqlı münasibətlərin perspektivlərini müəyyənləşdirmək baxımından əhəmiyyətli idi. Heydər Əliyev dövlətlərarası münasibətlərdən bəhs edərək münasibətlərin daha çox inkişaf etdirilməsinə ehtiyac duyduğunu, bunun üçün əlindən gələni edəcəyini söylədi. Onun nitqi türk dövlətləri arasında əməkdaşlığa yüksək qiymət verdiyini, münasibətlərdə rast gəlinən boşluqları aradan qaldırmaq əzmini göstərirdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il iyunun 10-11-də Qazaxıstana ilk rəsmi səfəri qarşılıqlı münasibətləri yeni keyfiyyət mərhələsinə çıxarmaq baxımından faydalı oldu. Səfər zamanı dövlətlərarası münasibətləri bütün sahələrinə dair müqavilələr imzalandı. Hər iki dövlət başçısı onu təsdiqlədilər ki, dövlətlərarası münasibətləri bütün sahələrində böyük inkişaf gedir. Amma onu da nəzərdən qaçırmadılar ki, münasibətlərdə müəyyən dərəcədə səngimək var və onu daha da inkişaf etdirmək lazımdır.
Qazaxıstana səfəri Heydər Əliyevin iki ölkə və xalq arasında dostluq, qardaşlıq münasibətlərinə ciddi diqqət yetirdiyini sübut etdi. Heydər Əliyev bildirdi ki, iki ölkə arasında iqtisadi sahədə fəal əməkdaşlıq üçün böyük imkanlar vardır. Xəzər vasitəsilə ümumi sərhədlərimiz, ümumi keçmiş iqtisadi əlaqələrimiz Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlıq bizə olduqca çox imkanlar verir.
Qeyd etmək lazımdır ki, bu zaman Azərbaycan ilə Qazaxıstan arasındakı iqtisadi əlaqələr nisbətən pozulduqdan sonra iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi təxminən 40 mln. ABŞ dolları təşkil edirdi. Heydər Əliyev dedi ki, bu həcmi 10 dəfə, bəlkə də 100 dəfə artırmaq olar. Çünki ölkələrin buna imkanları var. Ən əvvəli neft sahəsində [4, 438].
Heydər Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin 1996-cı ildə Azərbaycana səfərinin iki ölkə arasında yeni münasibətlərin bünövrəsini qoyduğunu vurğuladı. Bildirdi ki, Qazaxıstana səfəri Nursultan Nazarbayevin Azərbaycana səfəri ilə başlamış işin davamıdır. Heydər Əliyev Qazaxıstanı Azərbaycan üçün təkcə dil və mənşə baxımından qohum ölkə hesab etmirdi, həmçinin bu ölkəyə strateji müttəfiq kimi baxırdı. Bu baxış 1998-ci il mayın 8-də Heydər Əliyevin Qazaxıstanın baş nazirinin müavini Janıbek Karibjanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də səsləndirildi.
Qazaxıstan ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin türk dövlət başçılarının zirvə toplantısı zamanı, 1998-ci il iyunun 9-10-da Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin beynəlxalq təqdimetmə mərasimi və türk dövlət başçılarının zirvə görüşü ilə əlaqədar keçirilən toplantıda iştirakı oldu. Bu görüşün qəbul etdiyi bəyənnamə Ankara, İstanbul, Bişkek və Daşkənd bəyannamələrinin varisliyi bir daha təsdiq edilirdi. Astana bəyannaməsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bir daha konstruktiv təklifləri əksini tapdı. Dövlət başçıları “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin inkişafına dair Bakı şəhərində beynəlxalq konfrans keçirilməsi haqqında və nəqliyyata dair yeni çoxtərəfli baza sazişləri, alternativ nəqliyyat şəbəkələrinin inkişafına kömək edən sazişlərin qəbul olunması haqqında Heydər Əliyevin təşəbbüsünü bəyəndilər və yüksək qiymətləndirdilər. Belə bir təklif dünya siyasətində və beynəlxalq münasibətlər sistemində türk dövlətlərinin rolunun artmasına, mövqelərinin möhkəmlənməsinə xidmət edirdi.
Nitqində Heydər Əliyev bildirdi ki, Azərbaycanın bütün tarixi keçmişini və XX əsrdəki əlaqələrini nəzərə alsaq Orta Asiya ölkələri ilə xüsusilə Qaza-xıstan Respublikası ilə hər sahədə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün hələ istifadə olunmamış ehtiyatlar var [2, 197]. Azərbaycan rəhbəri müna-sibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün bütün imkanlardan istifadə edilməsini zəruri saydı.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıda keçirilən türk dövlət başçılarının VI zirvə görüşündə iştirak etmək üçün 2000-ci il aprelin 7-də Azərbaycana səfər etdi. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin birgə bəyanatı və tərəflər arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafını nəzərdə tutan bir sıra digər sənədlər imzalandı. Danışıqlar zamanı Heydər Əliyev və Nursultan Nazarbayev qarşılıqlı münasibətlərin böyük perspektivlərinin olduğunu vurğuladılar.
Heydər Əliyev və Nursultan Nazarbayev 2001-ci ilin ikinci yarısında iki dəfə MDB dövlət başçılarının zirvə görüşləri çərçivəsində görüşərək danışıqlar apardılar. 2001-ci il noyabrın 29-da Moskvada Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibinin böluşdurulməsinə dair saziş imzalandı. Bu saziş Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından cox ciddi əhəmiyyətə malik idi.
İki ölkə arasında münasibətlərin inkişafında yeni bir addım 2002-ci il aprelin 23-də Heydər Əliyevin Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə Nursulıtan Nazarbayev ilə görüşü oldu. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalandı. Bununla da tərəflər Xəzər dənizinin dibinin bölünməsinə dair yekun razılığa imza atdılar. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın, 13,8 faizi İranın, 18,4% Türkmənistanın nəzarətində qalırdı. Xəzər dənizində razılaşma Azərbaycan-Qazaxıstan əməkdaşlığına yeni məzmun verirdi.
Nəticə
Beləliklə, aparılan araşdırmalar göstərir ki, Heydər Əliyev 1993-cü ildən 2003-cü ilədək Azərbaycan dövlətinin Qazaxıstan ilə münasibətlərinin inkişaf etdirilməsində başlıca rol oynamışdır. Məhz onun fəaliyyəti nəticəsində qarşılıqlı münasibətlərin hüquqi-normativ bazası qurulmuş, möhkəmləndirilmiş, maddi təməlləri gücləndirilmiş, əməkdaşlıq fayda vermişdir. Tərəflər Xəzər dənizində əməkdaşlıq etmişlər. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Qazaxıstan neftinin və digər məhsullarının dünya bazarlarına çıxarılmasında tranzit ölkəyə çevrilmişdir.

 

Ədəbiyyat

1. Azərbaycan beynəlxalq aləmdə (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-1994-cü illərdə xarici ölkələrə səfərlərinə dair materiallar). II cild. Bakı: Göytürk, 1997.
2. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. II kitab. Bakı: Azərnəşr, 1997.
3. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. III kitab. Bakı: Azərnəşr, 1997.
4. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir.IV kitab. Bakı: Azərnəşr, 1997.
5. Qoşalı Ə. Nursultan Nazarbayev. Bakı: Azərnəşr, 2002.
6. Приоритеты Казахстанской дипломатии на пробежы веков. М.: Прогресс, 2000.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM