Azərbaycan-Türkiyə əməkdaşlığı geosiyasət kontekstində - Təhlil

09:42 / 13.10.2014

 

Günel Adıgözəlova

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktorantı

 

 

Müasir beynəlxalq koordinatlar sisteminin güc mərkəzi kimi qəbul edilən aktorlarının xarici siyasət strategiyasında regionallıq faktoru xüsusi çəkiyə malikdir. Başqa sözlə, bu və ya digər dövlət öz milli maraqlarının təminatı üçün ayrı-ayrı dövlətləri deyil, onların yerləşdiyi coğrafi arealı bütövlükdə xarici siyasət vektoru olaraq müəyyənləşdirməyə prioritet verir. Heç sübhəsiz. Belə yanaşma tərzi seçilmiş regionun cəlbedicilik əmsalının kəmiyyət və keyfiyyət göstəriciləri ilə tənzimlənir. Məsələyə bu kontekstdə yanaşıldıqda Cənubi Qafqaz regionunun da müasir beynəlxalq siyasətdə xüsusi çəkiyə malik olmasının motivlərini anlamaq mümkündür. Bu, hər şeydən əvvəl, regionun geostrateji parametrləri, xüsusi coğrafi mövqeyi, münaqişəli zona statusu və çoxsaylı güc mərkəzlərinin (həm regiondaxili, həm də regiondankənar) maraq dairəsində olması ilə səciyyələnir. Həmin güc mərkəzləri içərisində Rusiya, Türkiyə, İran (regional güc mərkəzləri), ABŞ, NATO və Avropa İttifaqı (regiondankənar güc mərkəzləri) Cənubi Qafqazda baş verən hadisə və proseslərə xüsusi təsir imkanlarına malikdirlər.

Cənubi Qafqaz regionunda üç dövlət-Azərbaycan, Gürcüstan və Ermənistan beynəlxalq birliyin nisbətən yeni subyektləridirlər. Həmin dövlətlərə münasibətdə region dövlətlərinin hər birinin tarixi ənənə və müasir geosiyasətlə şərtlənən ümumi və xüsusi yanaşma strategiyaları mövcuddur.

Regionda maraqları cəmlənmiş həmin güc mərkəzləri sırasında Türkiyənin xüsusi yeri və rolu vardır. İqtisadi, siyasi, hərbi-təhlükəsizlik, habelə tarixi, mədəni və etnopsixoloji parametrləri baxımından cəlbedicilik rəsmi Ankaranın region siyasətinin səmərəliliyini artıran amillərdəndir. Sivil müsəlman dövləti olan Türkiyənin qərb dəyərləri və texnologiyalarına üstünlük verməsi onu regionun eyni dəyərləri paylaşan dövlətləri üçün kifayət qədər cəlbedici edir. Xüsusilə, ümummilli lider Heydər Əliyevin təbirincə desək, “bir millət, iki dövlət olan” Türkiyə-Azərbaycan strateji əməkdaşlığı rəsmi Ankaranın region siyasətinin səmərəlilik dərəcəsini daha da artırır. Türkiyənin regionda formaıaşmış çoxsaylı maraqları içərisində iqtisadi maraqlar, xüsusilə də neft və qeyri-neft sektoru ilə bağlı maraqlar xüsusi çəkiyə malikdir. Türkiyə regionda formalaşmış yeni geosiyasi şəraitdən istifadə edərək ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq bölgə siyasətini xeyli fəallaşdırmışdır. Onu da qeyd edək ki, Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir çox ölkələri məhz Türkiyənin vasitəsilə Avropaya çıxmağı, Qərb dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr qurmağa çalışırlar.

Türkiyənin region siyasətində təhlükəsizlik və hərbi-siyasi maraqlar da mühüm rol oynayır. Türkiyə bu baxımdan Qafqazda davamlı sabitlik mühitinin formalaşmasına xüsusi önəm verir.

Türkiyə Cənubi Qafqaz dövlətlərindən Azərbaycan və Gürcüstana xüsusi prioritet verir. Bu mövqeni həyata keçirməkdə Türkiyənin əsas məqsədi regionun iqtisadi və siyasi inkişafına kömək etmək, regional (Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars) iqtisadi layihələrin reallaşması üçün əlverişlı mühit formalaşdırmaq və mümkün qədər Azərbaycan və Gürcüstanın avroatlantik məkana iteqrasiyası üçün yardım etməkdən ibarətdir. Heç şübhəsiz, Sovet İttifaqının dağılmasından sonrakı yeni geosiyasi reallıqlar kontekstində Türkiyənin müəyyən etdiyi regional xarici siyasət kursu ilk növbədə onun geosiyasi maraqlarının təminatı mənafeyinə xidmət göstərir.

Məsələyə yuxarıda sadalanan siyasi həqiqətlər kontekstində qiymət versək, Türkiyənin regionda əsas probleminin Ermənistan dövlətinin siyasəti ilə bağlı olduğu qənaətini təsdiqləmiş olarıq. Türkiyənin ərazi bütövlüyünə qarşı qəsdlər hazırlayan, qondarma “erməni soyqırımı” ilə beynəlxalq ictimai fikri çaşdıran və Azərbaycan ərazilərinin 20%-ni işğal edən bir dövlət-Ermənistan, heç şübhəsiz, Türkiyə üçün regionda arzuolunmaz tərəfdir. Ermənistanın bu mövqeyi Türkiyənin Gürcüstan və Azərbaycanla daha sıx münasibətlərdə olmasını şərtləndirən amillər sırasındadır.

Beləliklə, Türkiyə bütün parametrlər üzrə Azərbaycanm strateji tərəfdaşıdır. Türkiyənin Qarabağ probleminin nizamlamasmda daha da fəallaşması və təşəbbüsü ələ almaq üçün potensialı vardır. Bu, ilk növbədə Türkiyənin bölgədəki rolu, yeri və təsir imkanları ilə bağlıdır. Sözsüz ki, ABŞ, Rusiya, Avropa İttifaqı, İran bölgədəki proseslərdə Türkiyənin maraqlarını və rolunu, mümkün reaksiyasını nəzərə alır. Türkiyə yalnız Azərbaycanda deyil, ümumillikdə Cənubi Qafqazda möhkəmlənməli və regional layihələrdə əsas operator rolunu oynamaq üçün daha qətiyyətli addımlar atmalıdır. Bu addımlar Türkiyəni Azərbaycan və Gürcüstana daha da yaxınlaşdırmalı, Ermənistanın regional təcridini gecləndirməlidir. Bu halda Türkiyə çoxsaylı maraqların kəsişməsi və toqquşmasının regionda yaratdığı mürəkkəb siyasi  situasiyanın qalibi statusuna yüksələ bilər.

Türkiyənin region siyasətinin nüvəsini Azərbaycanla münasibətlər təşkil edir. Bu aksiomadır. Azərbaycan həm də Türkiyəni çoxmilyonlu türk dünyası ilə birləşdirən olduqca mühüm həlqədir. Azərbaycan və Türkiyə hər şeydən əvvəl, etnik, dil, mədəni və dini baxımından ortaq dəyərlərə malik dövlətlərdir. Əslində Azərbaycan-Türkiyə münasibətlərini iki təməl üzərində qurulan əlaqələr kimi xarakterizə etmək olar. Birinci təməl dedikdə mənəvi yaxınlıq anlamı ön plana keçir. İkinci təməl isə özündə iqtisadi maraqları ehtiva edir.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycanı ümumi olaraq Qafqazda, xüsusi olaraq isə Cənubi Qafqazda ən vacib strateji müttəfiq kimi görür. Onun mövqeyinə görə, Qafqazda Azərbaycan, Balkan yarımadasında isə Albaniya güclü və sabit  regional mövqe əldə etməyənəcən Türkiyənin hər iki regionda təsirlərini artırması, yaxın dəniz hövzəsi olmaqla birlikdə Xəzərə doğru siyasi genişlənmə yaşaya bilməsi imkansızdır.

Türkiyə regionda güclü olmaq üçün Azərbaycanla tarixi və mədəni yaxınlığından faydalanaraq Azərbaycan üzərindən bölgədə mıhkəmlənməkdə maraqlıdır. Hər iki dövlətin regionda Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhədləri vardır. Hər iki dövlət Aralıq dənizi və Qara dəniz hövzəsində cərəyan edən hadisələrlə qarşılıqlı təsir dairəsindədir.

 

Ardı var

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM