Ziyafət Həbibova,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının doktorantı, filologiya üzrə fəlsəfə doktoru
Müasir kulturoloji, fəlsəfi, psixoloji, elmlərdə geniş yayılmış identifikasiya anlayışı mənaca “eyniyyət” termininə çox yaxın anlayışdır. Müvafiq olaraq özünüidentifikasiya – hərfi mənada özü ilə eyniyyətə nail olmaq, özünümüəyyənlik deməkdir. Bu anlayışın köməkliyi ilə şəxsiyyətin, mədəniyyətin, cəmiyyətin daxili əsasını göstərmək istəyirlər, lakin paradoks bundadır ki, müasir elmdə və fəlsəfədə, kulturologiyada eyniyyət identikliyin böhranı, yəni insanın yaxud mədəniyyətin özü ilə eyniyyət yaratması fenomeni ilə xüsusi mövzu olmuşdur.
Müasir fəlsəfi kulturoloji fikirdə özünürefleksiyanın, mədəniyyətin öz vəziyyəti ilə mənlik şüurunun adekvatlığı imkanı kimi problem sahəsi yaranır. Refleksiya özünəməxsus şəkildə “geriyə retrospektiv münasibəti nəzərdə tutur, o, bir növ, təfəkkürdə dayanacaqdır, özünü keçmişdə yaşayan kimi görməyə cəhd göstərməkdir. Müvafiq olaraq, refleksiya mədəniyyətin mənlik şüuru kimi mədəniyyətlərin məzmunlarının özününidentifikasiyasında və özünümüəyyənliyində təzahür edir. Kənardan baxış, başqa ölçülər sistemindən baxmaq zəruridir, bu və ya digər mədəniyyətin vəziyyətinin və xarakteristikaların refleksiyasını həyata keçirmək üçün müəyyən tarixi məsafə vacibdir. Deməli, məkan və zaman hüdudlarından kənara çıxmadan özünəməxsus mədəni bütövlüyü qiymətləndirmək olduqca çətindir.
Müasir mədəni varlığın strukturunun dayanıqsız olması səbəbindən insan öz identikliyinin bir çox aspektlərinə - peşə, iqtisadi, təhlil aspektlərinə yenidən baxmağa məcburdur.
Zəkanın universallığı ideyasının böhranı şəraitində hər bir adamın unikallığının qəbul edilməsi, başa düşülməsi ona gətirib çıxarmışdır ki, hər bir kəs çoxluq biz olmuşdur. Fərd idendifikasiyanın böhranı vəziyyətinə düşür və özünü reallaşdırmağa məcbur olur ki, bu da ənənəvi mədəniyyət probleminə münasibətdə əks vəziyyət olan situasiyanın əlamətidir. M.S.Kaqan hesab edir ki, ənənəvi mədəniyyət Qərbdə mədəniyyətin fəaliyyətinin ilk addımlarından intibah dövrünədək onun əsasında yerləşən ənənənin fərdin azad iradəsi üzərində şəksiz hökmranlığının ümumi prinsipləri ilə səciyyələnir.
Ənənəvi mədəniyyətdə identiklik qəbul edilmiş ənənəvi nümunələrlə fərdin kollektivdə “əriməsi” təhlükəsini yaradırdı. Hazırda mədəniyyətin qəbul etdiyi hər bir kəsin ayrıca mövcudluğu ideyası identikliyin kütləvi böhranını yaratmışdır. Özlüyündə bunun qəbul edilməsi avtomatik olaraq bütövlüyü təmsil etdirmə qabiliyyətini və bununla da mədəniyyət üçün əhəmiyyət kəsb etdirmir. Müasir mədəniyyətdə fərdin ümumi əhəmiyyət kəsb etməsi onun ümumiliyinin məna mənbəyi kimi reallaşması demək deyildir. Əgər ənənəvi mədəniyyətdə gündəlik həyatda fərdin ənənə ilə tənzimlənən xüsusiyyəti onun varlığının ümumi mənası ilə qorunur və ondan ayrı təsəvvür edilmirdisə, müasir mədəniyyətdə fərdin hüquqlarının formal qəbul edilməsi, tanınması sayəsində bunlar varlıq və ümumi məna bir-birindən ayrılmışlar. Lakin bu tanıma fərdə onun özünün real ümumiliyini kəsb etdirmir. O buna nail olmalı və bunu özü əsaslandırmalıdır. Bu hal kəskin həyanlaşdırıcı problemdir.
Müasir insan özündə universallığın iki aspektini – ümumiliyi və ümumi əhəmiyyətliyi birləşdirmək vəzifəsi qarşısında durur. Lakin bu birləşmə bu aspektlərin ənənəvi mədəniyyətdə olduğu kimi qovuşmasından deyil, onlar arasında fərqlərdən çıxış etməlidir.
Özünüidentifikasiya o zaman meydana çıxır ki, insanın mədəniyyətin yaradıcısı kimi ümumilik və ümuməhəmiyyət mövqeləri əvvəlcədən müxtəlif olmalıdır ki, onları sonradan inteqrsiya etmək mümkün olsun. İnsanın mədəniyyət subyekti kimi həyat mövqeyini dünyada onun baxımsızlığı şəraitində həyata keçirməyə məcburdur.
Belə şəraitdə kollektiv artıq həmrəy bütövlük kimi müəyyən edilmir. Onu yalnız qarşılıqlı əlaqələrin mütəhərrik şəbəkəsi kimi təqdim etmək oalr. Lakin insanın həm özünün fərdi şüuru, həm də ətraf gerçəklikdə insanların ümumi varlığı kimi bütövlüyə və vəhdətə can atması başqaları ilə məqsədyönlü əlaqəyə girmək zərurətini dərk etəsinə gətirib çıxarır.
Müasir mədəniyyətin özünüidentifikasiyasının böhranının aradan qaldırılmasının vasitəsi dialoqdur. Bu gündə keçmişdə gələcəyin toqquşmasının, qarşılıqlı təsirinin, bir-birinə bağlanmasının müxtəlif formalarının geniş spektri bütün keçid dövrlərinə xas olmuşdur… Dialoqluq köhnənin dağıdılmaması şərtilə yenidə, başqası ilə bağlılıqda, müsahiblə qarşılıqlı anlaşmaya can atmaqda, hər ikisi tərəfindən mütləq deyil, nisbi həqiqətin qəbul edilməsi cəhdində yaranır. Bu hadisənin dərk edilməsi XX əsrin ortalarında mədəniyyətin müxtəlif sahələrində müxtəlif dərəcəli ardıcıllıqla başlanmışdır. Təsadüfi deyildir ki, insan həyatının fundamental prinsipi kimi elan edilən dialoq ideyası həmin dövrdə inkişaf etmişdir.
Belə halda dialoq yalnız ardıcıl təqdim edilən sadə məlumatlar zənciri, hazır mənaların mübadiləsi deyil, əsl dialoqda insanlar arasında uçurum itir, şüurlar arasında “özgələşmə” aradan qaldırılır: “Mən” “Sən”lə görüşdüyü yerdə meydana gəlir. M.Baxtin bir tanınmış tədqiqatçı kimi yalnız dialoq konsepsiyasının deyil, həm də dialogizm formasını qəbul edən konsepsiyasının müəllifidir. Konsepsiyanın evristik xarakteri də bundadır. “Ruh haqqında elmin” predmeti bir deyil, ikidir, “bu ruhların qarşılıqlı münasibətidir”. Baxtin hesab edirdi ki, insane heç vaxt özü ilə üst-üstə düşmür. İnsanda olan yalnız “azad mənlik şüuru və söz aktında” aşkarlanır. O, həmişə “çıxış nöqtəsindədir”, özü ilə eyniyyət olmayandadır; son atributlar və zorla təlqin edilən qanunauyğunluqlar şamil edilmr. İnsan azaddır və heçnə onun iradəsinin əksinə müəyyən edilə bilməz.
Onun fikrincə, insanın fərdiləşməsi sosiallıq sahəsində deyil, şüur sahəsində baş verir. Sosiallıq meyarı varlığın vəhdəti, prinsipindən çıxış edir. Lakin varlığın vəhdəti labüd olaraq şüurun vəhdətinə çevrilir ki, bu da son nəticədə bir şüurun vəhdətinə çevrilir. Bu zaman fərq qoyulmur, şüur hansı formanı qəbul edir: “ümumiyyətlə şüur”, “mütləq şüur”, “normative şüur” və s. Baxtinin fikrincə, vacib olan budur ki, bu vahid şüurla artıq “çoxlu sayda emprik insan şüurları” yanaşı yaşaya bilməz; sonuncular, bir növ, lazım olunur, təsadüfi bir şeyə çevrilirlər. Bununla da aydın olur ki, şəxsiyyət fəlsəfi monizm zəminində idrak üçün tamamilə qapalı olur. Ona görə də “şəxsiyyətin əsl həyatı yalnız həyata dialoji müdaxiləsi sayəsində mümkün olur. Dialogizmdə şəxsiyyətin mahiyyəti, onun fərdiliyi üzə çıxır. Bunu Platonla Dostoyevskinin dialogizminin müqayisəli təhlilində görmək olar.
Dialoqun mədəniyyətdə özünüidentifikasiya olması o deməkdir ki, dialoq insane ünsiyyəti və yaradıcılığının modeli kimi çıxış edir. Bu modelə görə, əsl şüur heç olmasa iki təcəssüm tapmış səsləri, yaxud şəxsiyyətləri qarşılıqlı hərəkəti tələb edir. Belə qarşılıqlı hərəkəti qanunauyğun ardıcıllıq məcrasına keçirmək olmaz. Başaçatmamaq belə bir əqidədir ki, prinsipial qaydasızlıq və ona tətbiq olunan dialoq bir yerdə dünyanı açıq məkan edir.
Qeyd etmək istərdik ki, XX əsrin dialoq konsepsiyalarının nəzəri mənbəyi E.Qusserlin və onun şagirdlərinin fenemenologiya çərçivəsində şüurun tədqiq edilməsi olmuşdur. Tədqiqatında “şüur nədir?” sualını qoyan E.Qusserl reduksiya nəzəriyyəsini işləmiş, bununla da XX əsrdə dialoq konsepsiyaları üçün məhsuldar zəmin yaratmışdır. Qərb kulturoloji fikrində M.Haydeqqer, K.Yaspers, Q.Marsel. M.Buber dialoq nəzəriyyəsini işləyib hazırlanmışlar.
M.Baxtinin dialogizmi fəlsəfə antropologiyası plyurallaşmasını bildirir. Filosof üçün birinci dərəcəli əhəmiyyət kəsb edən “Mən”in özü deyil, ondan kənarda yerləşən bərabərhüquqlu şüurdur, “başqa mən”dir həmin insan real olaraq “Mən” və “Başqası” formasında mövcuddur, özü də obrazda “Başqası” üstünlük təşkil edir. Bu, gərginlik sahəsi yaradır, çünki burada “Mən”lə “Başqası”nın mübarizəsi gedir.
Beləliklə, özünüidentifikasiya, ən ümumi şəkildə elə bir dialoqdur ki, burada “mən” və “başqası” dünyaları ünsiyyətə qoşulurlar.
Bu kontekstdə problemə aydınlıq gətirmək məqsədilə biz müxtəlif mədəniyyətlərin dialoji əlaqələrinin tarixi və məntiqi aspektinə toxunmaq istərdik. Mədəniyyətlər arasında dialoji münasibətlər necə formalaşır? Dialoji əlaqəni hansı məntiqi sxemlər və prinsiplər müəyyən edir? Bunu digər mədəniyyətlərarası əlaqələrdən fərqləndirən nədir? Bu suallara cavab, əslində şəxsiyyətin mədəniyyətdə və sivilizasiya aləmində özünüidentifikasiyasını müəyyənləşdirən şərtlərdən və bu vasitə ilə dialoqun tam mahiyyətinin açılmasında mühüm mexanizmdir.
Özünümərkəzləşdirmə məntiqi. Biz qeyd etmişik ki, dialoq həmişə mövcud olmuşdur diaməntiq isə XX əsrin intellektual məhsullarından biridir. Onun mənbələrini bəşər tarixi boyu təşəkkül tapmış mədəniyyətlərarası qarşılıqlı təsirinin reallıqlarında axtarmaq lazımdır. Burada qeyd olunmalıdır ki, müəyyən məqama kimi mədəniyyətlər özlüyündə dəyərli fenomen olmuşlar və bu hal onların mövcudluğunun öz ehtiyatları, submədəniyyətlərarası, daxili” dialoq, hesabına mümkün olmuşdur.
Mədəniyyətlərin özünümərkəzləşdirmək məntiqi və özlüyündə dəyərliyi onların qarşılıqlı təsirinin lokal-regional formasına uyğun gəlir. Baxmayaraq ki, xüsusilə İntibah dövründə digər mədəniyyətlərlə dialoqa girməyə cəhdi edilmişdir, lakin əslində, “dialoqun realizə olunmamış” səviyyəsində qalmışlar. Lakin bu qarşılıqlı təsirin nəticəsində aydın olmuşdur ki, yalnız başqa mədəniyyətlə üzləşdikdə, onunla əlaqəyə girdikdə, mədəniyyət öz fərdiliyini aşkar edə bilir, “özünü ayıra” bilir, yəni öz mənini əldə edir. Və bir daha aşkar edilir ki, bunsuz dialoqa girmək mümkün olmur.
Yeni insan münasibətlərinin yaranması zamanı dialoq “ruhundan” başqa mühüm və vacib heç nə yoxdur. “Dialoq – qarşılıqlı söhbətdə dostluq münasibətlərinin qurulması üçün vasitə deyil, o, əsl söz döyüşüdür və bunun sayəsində bu, özünkülər arasında başqa düşüncəli insanı, qarşıduranlar arasında özünə bənzər adamın aşkar edilməsi vasitəsidir. Bu günümüzü qidalandıran sabahkı günü aşkar edən, üzümüzə açan mədəniyyət əsl universal və insani formada o zaman yaranır ki, insan əsl dialoq ruhuna əsaslanaraq fərdi olaraq, həyatda yaşamaq münasibətlərinə yol axtarsın.
Mədəniyyətlərin tamamlanma məntiqi qarşılıqlı təsirdə olan mədəniyyətlərin polifoniyasına, bərabərliyinə və bərabər dəyərliyinə əsaslanır. Burada “özünki” və “digər” sxemi əsas götürülür. Bu sadəcə olaraq, “çoxəsrlilik”, yaxud “çoxlu” subyektlərarası mədəni əlaqələr deyil.
Bunu N.A.Berdyayevin təklif etdiyi monoplyuralizm kimi qiymətləndirmək olar. Bu elə bir polifonik vəziyyətdir ki, bu zaman mədəniyyətlərdən hər biri öz “mövzusunu” işlədir və bununla da simasını saxlayır. Mədəniyyətlər bir-birlərsiz mövcud ola bilmirlər, bərabərlik prinsipləri və eyni zərurət əsasında qarşılıqlı təsirdə olurlar. Həmin bu bərabərlik statusunu əldə etmək üçün göstərilən səylər XX əsrin ortaalrından başlayaraq ümumi xorda öz mədəniyyətlərinin “səsini” ucaltmağa çalışmasına nail olmağa məhz niyə inkişaf etməkdə olan ölkələrin səy göstərməsi amilini izah edir. Onlar öz “azad üslublarını” müdafiə edirlər.
Dialoq başqa dünyagörüşü qəlibinin, başqa təfəkkürünün mövcudluğunu tələb edir, yəni o, başqa məntiqin, prinsipcə yeni dili, başqa ünsiyyət qaydalarının mövcudluğunu tələb edir. Yalnız çevik, mütəhərrik, açıq şüur başqa qayda-qanunun müəyyənləşməsini qəbul etməyə qadirdir. əks halda dialoqun əvəzinə sırf monoloq yarana bilər.
Vacib olan budur ki, belə başa düşülmüş dialoq münasibətlərinin kökləri həmişə hadisədə yerləşir, necə deyərlər, belə halda predmet səbəb kimi iştirak edir. Real sosiomədəni praktika (yəni dioloji həyata keçirilən hadisə) “görüş” iştirakçılarını eyni zamanda həm ayırır (qarşılıqlı təsirin hüdudlarını, sərhədlərini aşkarlayır) və birləşdirir.
Tənha insanı olduğu kimi nəzərdən keçirərkən, biz onu ayrı gördüyümüz kimi görürük; tam dairə obrazını yalnız insanla insan birgə yarada bilər. Məzmunu olduğu kimi nəzərdən keçirərkən insanı düz yolunu gördüyümüz kimi görürük, çünki başaçatma forması – insanla insandır. İnsanı insanla nəzərdən keçirdikdə hər dəfə dinamik ikiliyi görürük və bu ikilik insanın həm də mahiyyətidir; burada həm verən, həm qəbul edən, burada həm aktiv ruh yüksəkliyi, həm müdafiə hərəkəti, burada həm tədqiqatçı, həm onun opponent – həmişə hər iki təkdədir, qarşılıqlı nüfuz prosesində bir-birlərini tamamlayan insanın tərkib hissələrində yerləşir. İndi tənha insan müraciət edə bilərsən – onda daxilən yerləşən münasibətlər imkanını görə bilərsən; insane məzmusuna müraciət etsən – bunda daxilində tam münasibətlər yerləşən insanı tanıyarsan. Dinamik təbiətində və təbii qabiliyyətində ikilikdə olmağın başa çatdığı və Bir nəfərlə Başqasının görüşünün tanındığı insanda varlığı görməyi öyrəndikdən sonra biz “İnsan nədir?” sualına cavaba yaxınlaşırıq.
“Birlikdə olmaq”, subyektlərin “kəsişmə nöqtəsi, münasibətlərarası”, məkan, ümumi ərazi, ümumi mövzu, yaxud problem dialoqun məzmunu və mənası olur. Burada “münasibətlərarası” sadəcə yeni fenomeni bildirmir, əksinə insanlar cəmiyyətlər, mədəniyyətlər arasında əlaqənin yeni təşkili mənasında işlədilir. Bu kontekstdə bir fenomen başqası ilə bağlıdır və hər biri başqası ilə əlaqəli olduğu kimi mövcuddur. Bununla əlaqədar birləşməyə, düyün nöqtələri vardır, lakin mərkəzləşməyə yer yoxdur. İştirakçılardan hər biri, qarşılıqlı əlaqədə olan hər bir mədəniyyət ümumi vəzifənin həlli üçün öz tərəfindən, öz vasitələrindən, öz potensialından istifadə etmək təşəbbüsü ilə çıxış edir. Hər bir tərəf dəyişir, öz məzmununu təshih edərək dialoji qarşılıqlı təsir prosesində özü üçün yeni mənalar tapır.
“Əsl dialoq (yəni özünün bütün hissələrində əvvəlcədən şərtlənmiş, lakin tam spontan vəziyyətdə olan və burada hər bir kəs öz tərəfdaşına bilavasitə müraciət edir və onu nəticəsi bilinməyən cavaba çağırır), əsl ibrət (avtomatik təkrarlanmayan və nəticələri əvvəlcədən müəllimə məlum olan yox, lakin qarşılıqlı sürprizlər vəd edən) – budur əsl “münasibətlər arası” anlayışı, bunun mahiyyəti bu və ya digər iştirakçıda və əşyalarla yanaşı olduğu real aləmdə deyil, lakin hərfi mənada – onalrın ikisi arasında olan münasibətlərdir, sanki onlara müyəssər olan ölçülərdə reallaşmasıdır… Özünün bütün diapazonunda - ən xırda, onların yarandığı zaman epizodlardan çətin dözülən faciənin əsl pafosunadək(burada insanın quruluşuna görə, iki əsk qütblərin eyni bir həyat kolliziyasına cəlb olunurlar və dinməz və birmənalı şəkildə varlığın barışmaz ziddiylərini bir-birlərinə açırlar) – dialoji situasiya özünün adekvat şərhini yalnız ontologiya anlayışlarında tapır. Lakin belə bir izah şəxsi ekzistensiyanın (yaxud iki şəxsi ekzistensiyanın) antic xarakterindən deyil, onlara transcendent xas olandan başlanmalıdır. Dialoqun ən parlaq məqamlarında, həqiqətən də “dərin uçurumu dərin uçurumu dərin uçuruma dəvət etdiyi” təqdirdə heç bir şübhə olmadan aşkarlanır ki, baş verənlərin mayası nə fərdi və nə social deyil, nəsə bir üçüncüdür. Subyektivliyin kənarında, obyektivliyin bu tərəfə “Mən”lə “Sən”in görüşdüyü dar bir kənar yerdə “münasibətlər arası” sahəsi yerləşir.
Dialoq insanların, yaxud mədəniyyətlərarası qarşılıqlı təsirə kənardan tətbiq edilən hazır forma deyildir. O, qarşılıqlı təsirin gedişində işlənib hazırlanır, insanların qarşılıqlı təsiri prosesində “daxildən” gəlir, bu təsirlərin nəticəsi kimi meydana gəlir. Başqa sözlə, dialoq insan fərdlərinin konkret qarşılıqlı münasibətlərinin “canlı” dinamik formasıdır, bu münasibətlərin gedişində və bunalrın vasitəsilə öz həyat dünyasını yaradır, onun öz gündəlik varlığı, mədəniyyəti formalaşır və inkişaf edir.
Ədəbİyyat:
1. Каган М.С. Эстетика как философская наука: Университетский курс лекций. СПб. Петрополис. 1977, 543 с.
2. Франк С.Л. Сочинения. М., «Правда», 1990, 608 с.
3. Бахтин М.М. Эстетика слоесного творчества. М., Искусство, 1986, 445 с.
4. В.А.Багинин. Платон и Достоевский: метафизика экзистенциального самоопределения. www.plato.sgbu.ru. /AKADEMIA/ academia 5/21. Pdf.
5. Кимура Сёдзабуе. «Люди зрения» и «люди голоса» // Человек и мир в японской культуре. М., 1985, с.248-251
6. Бубер М. Проблема человека. // «Я» и «Ты». 1993, с.154-155
7. Бубер М. Проблема человека. // «Я» и «Ты». 1993, с.154
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM