Elçin CABBAROV,
Filologiya üzrə fəlsəfə doktoru
Məqalədə “terror”u şərtləndirən siyasi məqsəd amilinin tədricən iqtisadi amil ilə əvəzləndiyi fikrinə toxunulur, dövlət idarəçiliyi institutlarının zəifliyi və cəmiyyətin mədəni - psixoloji tənəzzülü müasir terrorçuluğun konseptual bazası kimi səciyyələndirilir.
Müasir terrorçuluğun potensial dəhşət aktı olaraq eqoistcəsinə həm “xeyir”, həm də “şər” tərəfindən təzahür olunması ikili standartların yeni forması kimi xarakterizə edilir.
***
Terrorçuluğu şərtləndirən amillər barədə terroloqlar arasındakı fikirlər müxtəlifdir. Ancaq onun sosial-siyasi və hərbi-siyasi motivli olduğunu israr edən müəlliflər çoxdur. Onların arasında ancaq “siyasiləşmiş” cinayət motivinin əsas olduğunu dəstəkləyən terrorşünaslar qrupunun elmi-nəzəri, həmçinin hüquqi arqumentləri daha əsaslı görünür.
Beləliklə, ancaq siyasi məqsədlər güdən dəhşət törədici aktlar terror kimi klassifikasiya oluna bilər. Hazırda terrorşünaslığa aid sanballı elmi mənbələrdə bu mövqe dəstəklənir.
Lakin məhz siyasi məqsədə xidmət edən vəhşət aktlarının terror olması fikrini elmi cəhətdən məqsədəuyğun hesab etməklə yanaşı, bugünkü terrorçuluq tendensiyasında iqtisadi amilin siyasi amili tədricən üstələdiyi prosesinin getdiyini prinsipial mövqe fərqi kimi vurğulamağı lazım bilirik (1). Hər dövrün öz dəccalı olmuşdur. Bu günün dəccalı – terrordur. Müşahidələr müasir terrorçuluğun məhz o dövlətlərdə daha çox və tez-tez baş verdiyini göstərir ki, orada a)dövlət idarəçiliyinin üsul və mexanizmləri zəifdir. Afrika qitəsini, Əfqanıstan, İraq və digər ərəb, Latın Amerikası dövlətlərini xatırlatmaq kifayətdir. Oradakı dövlət quruculuğu və idarəçilik sistemindəki çatışmazlıqların terrorçuluq üçün münasib obyektiv situasiya yaratması real faktlardır.
Müasir terrorçuluğun, həmçinin, b)mədəni - psixoloji tənəzzül keçirən cəmiyyətlərdə baş verdiyini, yaxud həmin cəmiyyətdə formalaşan fərdlər tərəfindən törədildiyi daha qabarıq nəzərə çarpır.
Beynəlxalq münasibətlər sistemində müxtəlif kateqoriyalı dövlətlərin və müxtəlif mədəni səviyyəli cəmiyyətlərin bir-birinə yaxınlaşması prosesində qarşıya çıxan mürəkkəbliklər, bir çox hallarda isə hətta antoqonist ziddiyyətlər nəticə etibarilə cəmiyyət daxilində sosial-siyasi tənəzzül proseslərinə gətirib çıxarır. Və zəif mənəviyyat terrorçuluq üçün münasib situasiyanın təsiri altına düşür.
Bu şərtlər fonunda qloballaşma siyasətinin tərəfdarlarının/əleyhdarlarının arqumentlərinə diqqət yetirdikdə aydın olur ki, qloballaşma ilk baxışda yaxşı ideya təsiri bağışlasa da, özünü düşünüldüyü dərəcədə doğrultmur; dünyanın böyük bir hissəsi həm siyasi- iqtisadi, həm də ictimai-mədəni cəhətdən qeyri-bərabər inkişaf səviyyəsində olduğundan, onlar arasındakı qloballaşmaya doğru sürət və həvəs fərqi də müxtəlifdir, ən əsası isə adi vətəndaşın özü üçün cəlbedici deyildir, çünki:
– qloballaşma mahiyyətcə müəyyən təmərküzləşmə prosesi olduğundan, ictimai-iqtisadi formasiyaların əsas və vacib istiqamətlərində təbii inkişaf prosesinə çevrilə bilmir;
– qloballaşma prosesinə subyektiv müdaxilələr cəmiyyətdə mütləq çoxtərəfli böhranlar yaradır.
Beləliklə, həm a, həm də b şərtlərinə rəğmən demokratik azadlıqlar və vətəndaş cəmiyyəti quruculuğu iqtisadi amilə meyilliyi artıraraq, siyasi amili tədricən əvəzləməyə başlayır, hərb və şərti sülh (danışıqlar aparmaq) yolundan birinin seçimində neomüstəmləkəçidən təminat almaq, yaxud onu təminat verməyə həvəsləndirmək, bir çox hallarda siyasi-iqtisadi güzəştlərə nail olmaq və s. bu tipli “imtiyazlara” imza atdırmaq üçün klassik hərb formasından daha ucuz başqa bir formaya, məsələn, terrora və ya indi daha geniş tətbiq olunan hibrid savaşa ehtiyac yaranır.
Son illərin araşdırmaları göstərir ki, hazırda terrorçuluğun ən böyük dəhşəti ondadır ki, həm xeyir cəbhəsində, həm də şər tərəfində təzahür oluna bilir. Bu, ikili standartların yeni forması və zəmanənin mütəhərrik beynəlxalq münasibərlər sisteminə sərt cavabıdır.
Məlumdur ki, münaqişə tərəfləri hərəsi öz ideya-siyasi maraqlarından çıxış edərək siyasi-iqtisadi niyyətlərini realizə etməyə meyil göstərirlər. Beynəlxalq hüquq normalarındakı müəyyən boşluqlar da buna şərait yaradır. Başqa sözlə, terrorçuluq eqoist ritorika ilə ictimailəşdirildiyindən, hüquqşünaslıq onu müdafiə/ittiham mövqeyində durmaqda çətinlik çəkmir. Problemin riyakarlığı ondadır ki, qarşıdurmada hər iki tərəfin özünəməxsus “hüquqi əsası”, “ədalət ölçüsü” və informasiya imici ola bilir.
Hazırda dövlətlərarası silahlı münaqişələrdə “terrorla mübarizə” adı altında hibrid savaş formasından istifadə edilir. 2014-cü il Ukrayna – Rusiya qarşıdurmasında, yaxud RF-in Qazaxıstanın şimal regionlarına ərazi iddiası ilə əlaqədar informasiyalar yayılandan sonra Qazaxıstan ordusunun həmin ərazidə məhz “terrorla mübarizə” adı ilə hərbi təlimlərə başlaması nəzəri mövqeyə aydınlıq gətirə bilər.
Beləliklə, araşdırmalar və müşahidələr müasir terrorçuluqda iqtisadi amil göstəricisinin əsaslı dərəcədə önə keçdiyini təsdiqləyir. Ona görə ki, dünya bu gün bəşəri
miqyasda ticarətin iqtisadiyyatı ilə daha ciddi məşğuldur, istehsalın iqtisadiyyatı onu lokal anlamda düşündürür.
Sosial həyatda isə demokratik həyat uğrunda informasiya müharibəsinin getdiyi aşkardır, xeyir və şər – hər ikisi öz mövqeyindən eqoist ritorika ilə sərt qüvvəyə haqq qazandırmağa çalışır. Dövlət cəmiyyətdə sabitliyi qorumaq üçün güc tətbiq etmək, yaxud etməmək seçimi ilə daha sıx-sıx qarşılaşır. Beləliklə, “terrorçuluq və siyasət”masası arxasında aparılan dialoqlar “terrorçuluq və iqtisadiyyat” üzərində yekunlaşır; dialoq prosesində informativ-əlaqə vasitələrinin və güc üsullarının sistemli şəkildə qarşılıqlı münasibətləri bir-birinə dəstək səviyyəsinə çatdırır.
Subyektiv kənar müdaxilələr (dövlət, yaxud dövlətlər, beynəlxalq təşkilatlar səviyyəsində və s.), xüsusilə də səmərəsiz vasitəçilik missiyası pərdəsi altında cərəyan edən siyasi-iqtisadi olaylar cəmiyyətdə çoxtərəfli böhranlara gətirib çıxarır. Bu tipli
situasiyalardan qurtuluşun klassik forması inteqrasiya yoludur.
İnteqrasiya, ümumiyyətlə, təbii inkişaf prosesi kimi dəyərləndirilir və regional münaqişələrdə problemlərin dövlətlərin inteqrasiyaya cəlb edilməsi ilə həlli humanist variant kimi tövsiyə olunur. Lakin inteqrasiyanın təbiətində mürgüləyən maraqların toqquşması (həm siyasi, həm də iqtisadi cəhətdən) amili də vardır; belə qarşıdurmalarda qalib gəlmək üçün güc tətbiq edilməsi labüdləşir. Bəzi faktlara diqqət yetirək.
ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın bir neçə ay öncə dediyinə görə Amerika Ukrayna hadisələrinə 5 mlrd. dollar sərf etmişdir (dünya KİV-ində münaqişə iştirakçılarını terror və separatçılığı dəstəkləyən tərəf kimi göstərən informasiyalar var).
Mütəxəssislərin hesablamalarına görə amerikalıların İraqdakı hərbi kampaniyası, hətta bəzi sosial təyinatlı xərclər nəzərə alınmazsa, 757.8 mlrd. dollar olmuşdur. “National Priorities”in layihəsinə əsasən Əfqanıstan müharibəsi ABŞ-ın 700.4 mlrd. dollarını “yeyib”. BBC-nin hesablamalarına görə isə NATO vaxtilə Yuqoslaviyada apardığı və üç ay davam edən müharibədə 30 mlrd. funt sterlinq xərcləyib (2). Ən sadə riyazi müqayisələr göstərir ki, terror üsulu ilə həm siyasi, həm də iqtisadi ambisiyaları yerinə yetirmək təcavüzkar niyyət üçün hazırda çox əlverişlidir (3). Genişmiqyaslı müharibə ilə müqayisədə terrorun maya dəyərinin (insan amilinə hörmətsiz səslənməsini istəməzdik...) çox aşağı olması terrorçuluğu, xüsusilə də onun dövlət terrorçuluğu formasını ön plana çəkir.
Ona görə də formaca dövlət terrorçuluğunun, üsul etibarilə hibrid müharibənin yeni bir kabus kimi dünyada meydan oxumağa başlaması təsadüfi və ötəri xarakter daşımır. Müasir terrorun baza prinsiplərində siyasi məqsədin öz yerini iqtisadi amilə (həm böyük bazarlar əldə etmək, həm də ucuz və tez başa gələn vəhşət aksiyaları keçirmək mənasında) verməsi ilə cəmiyyətdəki sosial-psixoloji durum sərtləşə bilir və terrorçuluğun baş vermə əmsalı yüksəlir.
***
Ümumdünya erməni təşkilatının 2006-cı ilin oktyabr ayının 6-da Moskvada keçirilən təsis qurultayında RF prezidenti V. Putin Rusiya ilə Ermənistan arasındakı hazırkı strateji əməkdaşlığın hər iki dövlətin milli maraqlarının təməl prinsiplərinə cavab verdiyini xüsusi qeyd edərək, I Pyoturun ermənilər haqqındakı bir fərmanına öz sədaqətini də təsdiqləmişdir: «Mənim əlimdə orijinal bir sənədin surəti vardır. Görkəmli rusiyalı islahatçı I Pyotr öz fərmanlarının birində yazmışdır: «Erməniləri imkan daxilində nəzakətlə əzizləmək və sakitləşdirmək lazımdır ki, bizim tərəfə (kursiv mənimdir. – E.C.) keçməkdə daha çox həvəsli olsunlar». Özündən isə bu sözləri əlavə etmişdir: «Bu sözlər deyilən vaxtdan nə keçib ki – cəmi-cümlətanı 300 il. Demişik və edirik».**
***
Beləliklə, beynəlxalq hadisələrin sürətli dəyişkənliyi və onunla təmasda adekvat addımların atılması, qabaqlayıcı tədbirlərin görülməsi regional anti-terror lider dövlətlərin formalaşması, yaxud formalaşdırılması məsələsini zərurətə çevirir.
Azərbaycanın coğrafi mövqeyi, müasir sosial-siyasi bazası və iqtisadi imkanları, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivdə belə bir həssas regionda müxtəlif terrorçuluq fəaliyyətlərinin qarşısının öncədən alınmasında təşəbbüsü özündə saxlamaq obyektivliyini gündəmə gətirir (4), terrora meyilli qüvvələrin əhatəsində olan Respublikamızın anti-terror fəaliyyətində də liderliyinin (beynəlxalq qurumlar, o cümlədən müvafiq strukturlar tərəfindən tanınan və siyasi-iqtisadi dəstək verilən) tanınması məsələsini aktuallaşdırır.
ƏDƏBİYYAT
1. Məmmədov Novruz. Xarici siyasət: reallıqlar və gələcəyə baxış. Bakı, «Qanun» nəşriyyatı, 2013.
2. http://top.rbc.ru/nomics/02/03/2014/908482.shtml
3. «Azərbaycan yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq əzmindədir və buna hazırdır, dövlətlərarası münasibətlərin başqa formaları onun üçün qəbuledilməzdir». Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AzərTAc-a müsahibəsi. «Respublika» qəzeti, 27 may 2014-cü il.
4.Vaqifli A. «Heydər Əliyevin 1960 - 1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi». «Respublika» qəzeti, 30 aprel və 1 - 2 may 2014-cü il.
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM