Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsəri - siyasətşünaslıq elminə yeni töhfədir

11:10 / 17.10.2014

Rəna Mirzəzadə

Fəlsəfə elmləri doktoru, professor

DANIŞAN RƏSMİ SƏNƏDLƏR. Akademik R. Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsinin tarixindən, onun ən dərin köklərindən bəhs edən “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsəri elmdə günümüzün əhəmiyyətli hadisəsidir.

Müstəqil Azərbaycan tarixinin yenidən yazılması təşəbbüsü Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Hazırda Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Azərbaycan tarixinin qaranlıq səhifələrinin aşkarlanması işində son illər tariximizə aid həqiqətlərin üzə çıxarılmasında mühüm işlər görülür.

Məhz bu baxımdan Akademik R. Mehdiyevin bu əsəri milli ictimaiyyətşünaslıq elmində irəliyə atılan yeni bir addım kimi çox dəyərlidir və ictimaiyyətşünaslar üçün əhəmiyyətli mənbədir.

Əsərdə münaqişənin antik zamandan başlanmış dövrümüzə qədər onun meydana çıxma səbəblərini açıqlayan, həmçinin Dağlıq Qarabağ torpaqlarının  həmin bölgənin Azərbaycan dövlətinə mənsubluğunu səhih və dəqiq əks edən çoxsaylı müxtəlif tarixi mənbələrə istinad olunur. Müəllifin dili ilə desək: “Müasir insanın keçmiş nəsilləri tərbiyə olunduğu miflər dövrü yoxdur”.

Akademik R. Mehdiyevin iyirmi beş fəsildən ibarət olan əsərində tarixi sənədlər əsasında təkzibedilməz faktlar ortaya çıxarılır, Dağlıq Qarabağ probleminin meydana gəldiyi ictimai - siyasi şəraitin elmi izahı verilir. Bütövlükdə, əsər bu problemin qədim dövrlərdən bu günədək olan tarixini əks etdirir və ilkin mənbələrə əsaslanaraq əsl həqiqətləri oxucuya təqdim edir. Kitabda tarixi, hüquqi, siyasi motivli sənədlər xronoloji ardıcıllıqla verilir. Əsər Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edir.

Əsərdə antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, həmçinin yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi göstərilir. Lakin bu ərazilərə iddialı olan ermənilər işğal etdikləri Dağlıq Qarabağ regionundakı abidələri kütləvi şəkildə məhv edir, bununla da tarixi saxtalaşdırmağa cəhd göstərirlər. “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin diqqəti çəkən məziyyətlərindən biri də odur ki, burada siyasi - fəlsəfi cəhətdən tarixə istinadən elmi ümumiləşdirmələr aparılır. Bu isə Azərbaycan ictimai elmi üçün mühüm nailiyyət hesab edilməlidir.

Azərbaycan siyasi - tarixi gerçəkliklərinin  rus dilində çap olunması, oxucu auditoriyasının genişlənməsi ilə əsərin elmi əhəmiyyətini daha da artırır. Moskvada əsərin rus dilində nəşrinin əhəmiyyəti çoxdur. Çünki, milyonlarla rusdilli oxucuya təqdim edilən bu kitab Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayan bir ölkənin paytaxtında nəşr olunub. Akademik Ramiz Mehdiyev həm siyasi prosesləri bilən tədqiqatçı, həm alim olmaqla yanaşı, həm də nəzəriyyəçi filosofdur. O, vətəndaşlıq mövqeyindən yazılmış bu əsərində siyasətşünas - filosof kimi çıxış edərək öz tutarlı fikirlərini faktlarla təsdiq edib. Kitab eyni zamanda, alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından həm də  Azərbaycan  siyasətşünaslıq elminin böyük nailiyyətidir.

Ermənilər tərəfindən təxminən iki əsr bundan əvvəl başlanmış özgəninkini mənimsəmə prosesi bu gün də davam edir. 20%-dək işğal edilmiş torpaqlarımızda qədim Azərbaycan adları bu gün sürətlə dəyişdirilib, erməniləşdirilir. Hər bir hadisənin özülünün problemin təkamülünü müəyyən etməsi və məntiqi yük daşıması amili akademik Ramiz Mehdiyevin bu əsəri üçün əsas səciyyəvi xüsusiyyətdir.

Əsər milli siyasətşünaslığ elminin ayrı-ayrı dövrlərinin öyrənilməsi üçün zəruri mənbədir. Kitabın ayrı-ayrı fəsilləri münaqişənin siyasi -   hüquqi mənzərəsini əks edir və ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdlərinin əsassız və qeyri-qanuni olması sübut olunur.

 Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının xarici vəziyyətinin və onların yürütdükləri yalan, iftira siyasətinin təhlili kitabda diqqəti cəlb edən əsas məqamlardandır.

Azərbaycandakı xristian abidələri erməni ruhaniləri tərəfindən həmişə saxtalaşdırma obyekti olub. Əsrlər boyu Alban kilsəsi ilə mübarizə aparan Erməni kilsəsi planlı şəkildə alban kilsəsini özünə tabe etməyə, sonra isə tamamilə öz  daxilində əritməyə cəhd edirdi. Alban əlyazmalarının və epiqrafikasının məhv edilməsi də bu siyasətin bir tərkib hissəsi idi. Bu yeni elmi kitab məhz bu kimi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edir.

Akademik çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək, Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olması barədə tarixi həqiqəti rusdilli oxuculara çatdırır. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir.

 Akademik Ramiz Mehdiyev yeni əsərində Dağlıq Qarabağın tarixini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırıb. Bununla da, görkəmli alim bir vətəndaş tədqiqatçı kimi müasir mərhələdə xalqımızın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqəti çox incəliklə araşdırıb ortaya çıxarmağı qarşısına məqsəd qoyub.

 Akademik müxtəlif dillərdə olan ilk məxəzlərdəki, o cümlədən erməni mənbələrindəki çoxsaylı faktlara söykənərək, müasir erməni saxtakarlarının uydurduqları əsas “dəlili” onların əlindən alır, ermənilərin guya Cənubi Qafqazın “aborigen əhalisi” olması barədəki saxta uydurmalarını alt-üst edir. Müəllif düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranına və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə edilmək üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülüblər.

 

Tədqiqatda Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı bir vaxtdan olan dövrdən ta müasir dövrə qədər bu regionun tarixindən danışılır. Kitabın ilk fəsillərində erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olması elmi, siyasi-hüquqi mətndə əsaslandırlır. Əsərdə antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi açıqlanır.

Müəllif ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən gətirilməsini sübut etməklə kifayətlənmir. Tarixin daha dərin qatlarına enir, “tarixin atası” Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis dillərindəki və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiklərini açıqlayır.

 Akademik Ramiz Mehdiyev oxuculara belə bir tarixi həqiqəti çatdırır ki, erməni etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə frikiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranıb. Bu gün ermənilərin özlərinə aid etdikləri “mədəniyyət”, hətta “erməni” adının özü belə onların özlərinə - “hay”lara aid deyil, oğurluqdur.

 Əsərdə sistemli şəkildə bir ictimai quruluşdan digərinə keçilərək, Dağlıq Qarabağ ərazisində ictimai - siyasi vəziyyət və bütün tarixi boyunca ermənilərin həmin torpaqlarda yaşamaması açıqlanır. Məhz XIX əsrin birinci yarısından demoqrafiyada dəyişikliklər yaranır. Belə ki, Qərbi Azərbaycanın müəyyən yerlərində ermənilərin sayca üstünlük təşkil etməsi planı isə salınır. Əsərdə, vurğulanır ki, tarixin bu acı demoqrafik “siyasəti” ermənilərə azərbaycanlıların tarixi torpaqlarında öz dövlətini yaratmağa imkan verib. Bu iki əsr ərzində ermənilər avtoxton yəni yerli - azərbaycanlıları bu torpaqdan qovub və monomilli dövlət yaratmaq üçün bütün yalan, saxta, qeyri-rəsmi vasitələrdən istifadə ediblər.

Əsərdə xarici məxəzlərdən geniş istifadə edilərək, həmin məxəzlərə əsasən  ermənilərin tarixi Azərbaycan torpaqlarına əsaslı bir dəlilinin olmadığını aşkarlayır. Erməni alimlərinin bütün saxta “böyük Ermənistan” xülyası mif və yalan bir “ideologiyadan” ibarət uydurmalardır.

Müəllif göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ torpaqlarının işğalı ayrı-ayrı sosial-iqtisadi vəziyyətdə yaşayan Ermənistanın və Azərbaycanın tarixən qonşu olması problemindən, irəli gələn məsələləri göstərir. Əsərin bu dəyəri də  kitabda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarından nümunələrlə problemə açıqlama gətirilməsidir. Belə ki, müəllif Ölkə Prezidentinin belə fikrinə istinad edir ki:  “Ermənistanın regional layihələrdən təcrid olunması Azərbaycan ilə Ermənistan arasında dərin sosial-iqtisadi fərqlilik yaratmışdır. Belə ki, Azərbaycan hətta 2020-ci ilədək öz strateji inkişafını Gələcəyə Baxış Konsepsiyası ilə müəyyənləşdirdiyi halda, Ermənistan hələ özünü qorumaq problemini həll etməyə cəhd göstərir.

Azərbaycan tarixi inkişaf boyu multikultural tolerantlığı və yaxın qonşuluğu ilə seçilmişdir. Qafqaz əsasən də onun cənub hissəsi imperiyaların müstəmləkə siyasətindən, cəhalətdən və dini müxtəlif qorunmaq istəyən xalqlar üçün sakit, tolerant məkan olubdur. Bu nəzərdən Qafqaza köçürülən ermənilər yeni ərazidə məskunlaşan kimi yerli xalqların tarixini, abidələrini, məbədlərini və toponimlərini mənimsədilər. Beləliklə, Alban toponimi arsaxı özününküləşdirib, ermənilər Qarabağ ərazisini “arsax” adlandırırlar.

       Digər bir məsələ isə, əsərdə göstərilir ki, Azərbaycandakı xristian abidələrinin ermənilər tərəfindən daim saxtalaşdırması obyekti olub. Alban kilsəsi ilə daim vuruşan erməni kilsəsi planlı sürətdə alban kilsəsini özünə tabe edərək, sonradan onu öz daxilində əritməyə cəhd etdi. Belə ki, əsərdə açıqlanır ki, Alban əlyazmalarının və epiqrafikasının məhvi də bu siyasətin bir tərkibi idi. Bu proses təxminən iki əsr öncə başlandı. Bu özgəninkini, özünün olmayanı mənimsəmə prosesi idi.

Ramiz Mehdiyevin bu əsərində ən qanlı münaqişənin mənbələri haqda erməni tərəfin tezislərinin saxta yalan olması faktı ifşa olunmuşdur. Siyasi faktlarla zəngin olan bu elmi əsərdə Ermənistanın ağır və çətin vəziyyətinin ilkin səbəbləri təsvir olunur. Hakimiyyət, siyasi qurumlar hətta sosial qruplar da “böyük Ermənistan” yaratmaq ideyasına yetmək üçün utopiya formalaşdıran xüsusi praktiki ideoloqlar qrupu formalaşdırdı. Bu model  ictimai reallıqlardan uzaq olsa da,  həm də hakimiyyət ilə xalqın bəzən həmfikir olmasıdır. Məntiqi yekun ölkənin demoqrafiyasına zərbə oldu. BMT-nin statistikasına görə 2013-cü ildə bu respublikada uşaq doğumunun göstəriciləri 1988-ci ilə nisbətən iki dəfə azalıb. Belə ki, 1988-ci ildə əhalisinin sayı 3,4 milyon olan Ermənistanda 87 min uşaq doğulduğu halda, 2013-cü ildə cəmi 41.906 uşaq anadan olubdur.

           Münaqişədən 20 il keçəndən sonra həm Ermənistan, həm də işğal altında olan Dağlıq Qarabağda sosial-iqtisadi böhranın olması açıq-aşkar həqiqətdir. Nəticədə biri BMT-nin tanıdığı, digəri tanınmamış iki saxta staqnasiya şəraitində  ağır şəraitdə yaşamağa məhkumdur. Bu saxtalıqlar içrə olan dövlət yenə də diasporun köməyinə, xaricdəki ermənilərin çoxmilyardlıq maddi transferlərinə, beynəlxalq maliyyə qurumlarının və sponsorların dəstəyinə arxayındılar.

Müəllif qeyd edir ki, Ermənistan çətin durumda, Qarabağın hərbi vəziyyəti insanları müharibə şəraitində saxlamaqda israrlıdır, diaspor isə bu kiçik qurumun saxta hakimiyyətini dəstəkləmək üçün hamıdan vəsait toplayır. Dağlıq Qarabağ dünya ermənilərinə görə sakral tolerantlılıq və fədakarlıq simvoludur. Həqiqətdə isə, Azərbaycan bu konfliktdə zorən məhkum edilmişdir. Bu isə Ermənistanın potensial milli suverenliyinə zərbə vurur, əhalisi isə zorla dolanır. Həyata keçirilən ideya dövlətin özünü çökdürür. Erməni xalqı isə kimin imkanı, qabiliyyəti varsa yaxşı yaşamaq üçün Ermənistanı tərk edir. Qarabağ (Arsax) adlandırdıqları müqəddəs torpaq haqqında ifadələrsə isə mənasız mücərrədliyə dönür.

“Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsərində tarixi sənədlərə  istinadən Ermənistanın diasporunun köməyi ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə alovlandırması, “böyük Ermənistan” nağılının reinkarnasiyasını ön plana verir   və siyasi “quyuya” batması məntiqi öyrənilir.

Əsərin ayrı-ayrı fəsillərində münaqişənin siaysi hüquqi aspekti verilib. Bu fəsillərdə Dağlıq Qarabağ torpaqlarının Azərbaycandan ayrılmasının əsassız və qeyri-qanuni olması fikri sübuta yetirilir. Burada həm də ATƏT-in Minsk qrupunun dəstəyi ilə danışıqlar prosesinə də nəzər yetirilir.

Əsərdə respublikanın mövqeyi ölkə Prezidenti İ. Əliyevin fikirləri ilə təsdiqlənir: “Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra əminəm ki, Ermənistan üçün də müstəqil ölkə kimi yaşamaq imkanları yaranacaqdır. İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu demək mümkün deyildir. Çünki Ermənistan ən yaxşı halda özünü forpost kimi göstərir. Bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır”.

Kitabın sonunda müəllif açıqlayır ki, erməni milli elitası bu millətin ən aparıcı hissəsi kimi perspektivdə barbar situasiyalar yox, fayda, xeyir verən, xalqının  yaxşı gələcəyinə aparan məqsədlərə yetmək üçün “ayılacaq”. Belə ki, 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında sazişdən sonra yaranmış Ayırıcı xətti Azərbaycan heç zaman yeni dövlətlərarası sərhəd kimi tanımayacaqdır. Bu səbəbdən də Ermənistan öz maraq-mənafeyi üçün ilk növbədə ilkin mövqelərə dönməli, dialoq, güzəştli hallarda razılaşmalıdır. Əks halda vəziyyət daha da radikallaşacaq və regionda sabitliyi pozan Ermənistan sanksiyalarla sülhə məcburən getməli olacaqdır.

Əsərdə yeni Cənubi Qafqaz bölümündə regiondakı siyasi məqamların motivasiyası göstərilmiş, “sakit ekspansiyanın” xronologiyası məhz Kreml Siyasətinin Qarabağ böhranı kimi, Sumqayıt hadisələrinin ideoloji alət olması, Spitakın dönüş məqamı olması, 1990-ci il 20 yanvarın qanla bitməsi, Qarakəndin əks sədasının Xocalıda Faciəyə dönməsi, “Böyük bağ”dakı müharibə hüquq və problemlər, sülh prosesinə onun “iti ucu” tarixindən başlayıb, hazırki zamanımıza qədər səlis və məntiqli işıqlandırılmışdır. Akademik Ramiz Mehdiyevin yeni fundamental əsəri tarixçilər, politoloqlar, ekspertlər və tədqiqatçılar üçün dəyərli mənbə, həmçinin Azərbaycan siyasət elminə qiymətli töhfədir.

Azərbaycan siyasətşünaslıq, regionşünaslıq hətta beynəlxalq münasibətlər elmi üçün dəyərli mənbə olan bu kitab postsovet məkanında ən qanlı münaqişə barədə erməni müəlliflərinin tezislərinin saxtalığını ifşa etməyə yönəlib və müəllif bu məqsədinə nail ola bilmişdir. Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin müxtəlif dillərə tərcümə olunaraq nəşr edilməsini təklifini edirik. Bu yolla Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi və hər kəsin başa düşəcəyi dildə çatdırmaq mümkündür.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM