Fəlsəfə elmləri doktoru, professor
XX əsrin sonu, XXI əsrin əvvəlləri əsaslı qlobal və milli dəyişikliklərlə müşayiət olunur. Müasir Azərbaycanın siyasi, fəlsəfi, tarixi və ictimai elmlər sahəsində müxtəlif problemlərinin dərin elmi təhlilini verən akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri yeni siyasi-fəlsəfi konsepsiyadır. Müəllifin 2002 və 2003-cü illərdə mətbuatda dərc edilən, hazırda isə kitab şəklində nəşr olunan əsəri günümüz üçün mühüm aktuallıq kəsb edir. Akademikin 14 il öncə əsərdə əksini tapan siyasi düşüncə, fəlsəfi fikir və sosiomədəni baxışları, elmi mülahizələri dövrümüzlə tam həmahəngdir, dünyanın bugünkü düzəninin geosiyasi reallıqlarıdır.
Kitabda məhz XXI əsrin əvvəllərində dünyanın yeni nizamının formalaşması, inkişaf dinamikası haqqında verilən yeni-modern filosof baxışları bu gün də öz aktuallığını saxlayır. Əsərin aparıcı xəttini ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanın Milli İnkişaf Strategiyası və modernləşmə xətti təşkil edir. Müəllif milli inkişaf konsepsiyasını özünün böyük idarəetmə təcrübəsinə istinad edərək təhlil edir. Akademik rəsmi faktlara, statistik dəlillərə əsasən belə bir məntiqi nəticəyə gəlir ki, “müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətini müəyyənləşdirmək olduqca aktual problemdir”.(s.16)
Əsər müstəqil Azərbaycanda aparılan demokratik əsaslı dövlət strategiyası, bu əsasda həm iqtisadi, həm də sosio-siyasi inkişaf siyasətinin həyata keçirilməsində ulu öndər Heydər Əliyev fenomeninin rolu və yeni dövrün yeni lideri Prezident İlham Əliyev haqqında fundamental elmi- nəzəri baxışlar sistemidir. Bu baxışlar sistemində dövlət+cəmiyyət paradiqması, real tarixi zamanda şəxsiyyət+liderin rolu və mövqeyi, eləcə də, hadisə və proseslərdə mövcud inkişaf xətti siyasi nəzəri təfəkkür çərçivəsində təhlil olunur. Kitabın “SSRİ-nin dağılması: yeni imkanlar” bölməsində müəllif yazır: “İqtisadiyyatın, ictimai-siyasi proseslərin və dövlət quruluşunun, yeni qlobal dünya nizamının bərqərar olması, panavropa siyasi məkanında sol mərkəzçi qüvvələrin güclənməsi və s. hallar Azərbaycanın müasir siyasi məkanının real vəziyyətini müəyyənləşdirən amillərə çevrilmişdir”.(s.5)
Akademik XX əsrin sonunda baş verən hadisələri, qazanılan müstəqilliyi təhdid edən təhlükələri, 1990-92-ci illərdə xaotik durum yaratmış hakimiyyətdəki pərakandəliyi açıqlayaraq, bütün əsas sahələrin böhranını göstərir və qeyd edir ki,
siyasi sahədə idarəçilik itirildi, iqtisadi sahədə kütləvi işsizlik və əhalinin həyat səviyyəsi kəskin surətdə aşağı düşdü, sosial sahədə böhran nəticəsində sosial qrup və təsisatlar sürətlə dezinteqrasiyaya uğradı. Nəticədə bir cəmiyyətdə iki böhran – sosial iqtisadi və mənəvi-əxlaqi, mədəni böhranlar üst-üstə düşdü. Total böhran isə milli siyasətin formalaşmasına, cəmiyyət və dövlətin müasirləşməsinə problem törətməyə başladı.
“Azərbaycanın modernləşdirilməsi: yeni inkişaf ideologiyası” bölümündə XX əsrin sonunda Azərbaycan ənənəvi cəmiyyətində gedən modernləşmənin dörd cəhəti fərqləndirilir. Bunlar birincisi, ənənəvi cəmiyyətin əsas ideologemləri və ənənəvi normalarının tənqidi təhlili və mərhələ-mərhələ latent (gizli) surətdə dağılması; ikincisi, ənənəvi kommunist ideologiyası dayaqlarının dağılması və başqa ictimai normalara uyğun gələn davranış modelinin formalaşması; üçüncüsü, əvvəlki fəaliyyət modellərinin böhranı; dördüncüsü, yeni ictimai fəaliyyət modellərinin təşəkkülü prosesi, əhalinin daha geniş təbəqələrinin bu prosesə tədricən cəlb edilməsi, cəmiyyətin yeni sosial strukturunun formalaşması idi”.(s.9)
Akademik Ramiz Mehdiyev bu cəhətləri geniş təhlil edərək “Azərbaycanda sintetik, yeniliklərə açıq olan, konstruktiv rol oynayan inkişaf ideologiyası formalaşmağa başladığını bildirərək bunu ideoloji quruluş baxımından müasir ideoloji cərəyan olan neokonservatizmə aid edir.(s.11) Dünya siyasi fikir tarixində liberallıq və neokonservatizm kimi təlimlərdən, onların vəhdətindən söz açan akademik bu konsepsiyaların Azərbaycan üçün də ideoloji konstruksiya olmasını elmi-nəzəri, siyasi-fəlsəfi aspektdən əsaslandırır. Böyük filosofun “müasir ideoloji cərəyan olaraq neokonservatizm cəmiyyətə ailənin və dinin mənəvi prioritetlərini, vətəndaşların və dövlətin qarşılıqlı məsuliyyətinə və qarşılıqlı köməyinə, hüquqlara hörmət bəslənilməsinə, möhkəm dövlət intizamına əsaslanan sosial stabillik təşkil edir” məntiqi müasir Azərbaycan ictimai fikir tarixində həm sosiosiyasi, həm gender identikliyi, həm də hüquqi məsuliyyət fəlsəfəsini əks etdirən elmi-inteqrativ yanaşmadır.
Əsərin elmi məzmunu yeni terminlər, yeni ideoloji baxışlar müstəvisində -neokonservatizm və azərbaycançılığın nisbətinin açılması, həmçinin “ideologiya”, “ideya”, “azərbaycançılıq” anlamlarının mənasının izahı təşkil edir. Burada həm də Azərbaycanın milli ideologiyasının qloballaşma zəminində dərin nəzəri analizi verilir.
Akademik çox maraqlı və müqayisəli təhlil apararaq, neokonservatizmlə azərbaycançılığın fərqli və oxşar determinantlarını qarşılaşdıraraq vurğulayır: “Neokonservatorlar dövlətçidirlər, ona görə də “azərbaycançılığın” milli ideyalarımızın üstünlüyünə çalışması mövcud gerçəkliyi neokonservativ tərzdə qavramağın əsasını təşkil edir”.(s.21) Məhz bu baxımdan da müəllif azərbaycançılığın ideya kimi kökünü, məna və məzmununu verməklə yanaşı, həm də onun terminoloji anlamını da izah edir. Bəs “azərbaycançılıq” nədir, bu anlam özündə nəyi ehtiva edir... Ramiz Mehdiyevin fəlsəfi-siyasi yanaşmasında azərbaycançılıq “Azərbaycan xalqının tarixi potensialını, intellektual fenomenini və mədəni irsini özündə cəmləşdirən, onları gələcəyə ötürən və bu zaman millətin
birliyinə, sosiumun ruhunun əzəmətinə və fəaliyyətinin məqsədyönlülüyünə çalışan ideoloji konsepsiya kimi təsəvvür edilir”.(s.22)
Təbii ki, bir ideoloji konsepsiya kimi “azərbaycançılıq” müstəqil respublikanın siyasi-fəlsəfi təlimi, etno-geosiyasi və sosiomultikultural aspektlərinin vəhdətidir. Azərbaycançılıq bərabərhüquqlu vətəndaşlıq, qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik kontekstində fikirləri bir sistemdə birləşdirən davranış qaydası, ideya-nəzəri prinsipdir. Akademik bu əsərində ulu öndər Heydər Əliyevin fikirlərini əsas gətirərək yazır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.(s.22)
“Azərbaycanın milli ideologiyası qloballaşma kontekstində” adlı bölümdə isə görkəmli filosof dünyanın yeni düzəni, onu şərtləndirən faktorları sadalayır; “Dünya iqtisadiyyat sərhədlərinin genişlənməsi, ümumbəşəri dəyərlərin bərqərar olması, dünyanın yeni informasiya açıqlığı və İKT-nin sürətli inkişafı yeni dünya nizamının başlanmasını şərtləndirmişdir”. Akademik siyasi-fəlsəfi müstəvidə qloballaşmanı “daxili sosial münasibətlərin formasını dəyişir”, “cəmiyyəti Qərbləşdirir”, “milli mədəniyyəti dağıdır” (s.26) və s. bu kimi yanaşmalarda təqdim edir. Müəllif zaman və transformasion mərhələ çərçivəsində milli mentallıq, milli özünüdərk və milli “mən”in mahiyyətini qoruyub saxlamağı vurğulayır.(.27) O, Dövlət dili, Azərbaycan əlifbası və “Azərbaycan Dili Günü” haqqında ulu öndər Heydər Əliyev tərəfindən verilən fərmanları “siyasətdə mühafizəkarlıq deyil”, milli mənəvi dəyərlərin qorunub saxlanılması kimi xarakterizə edir.(s.27)
Müəllif əsərdə çoxlarını düşündürən suallar qoyur: “ Qloballaşma prosesində Azərbaycanın modernləşməsi necə olmalıdır? Qərbləşməni rədd edərək və milli “mən”i qoruyub saxlayaraq modernləşə bilərikmi? Cavabını da filosof özü verir. Burada modernləşmə ideyasının 1993-cü ildən, yəni Azərbaycanda ən yeni dövrdən – başlanması açıqlanır. İlkin mərhələdə bu ideologiya olmayıb, Azərbaycanın inkişafının strateji konsepsiyası idi. İkinci səviyyədə modernləşmə ideologiyası (1996-cı ildən) fəal və hakim olur ki, burada liberallıq, sosializm və vətənpərvərlik təlimi birləşir, keçmiş sovetlərdən qalma “müstəmləkə şüuru” dağılır. Üçüncü səviyyədə isə, antimodernistlik aradan qaldırılır, ənənəçilik neytrallaşdırılır. Yəni, milli mədəniyyət hifz edilərək (neokonservatizm), iqtisadi səmərəlilik sosial ədalətlə birləşir, sosial müdafiə ilə insan azadlığı təmin edilir (neoliberalizm). Beləliklə də, “Azərbaycanda ictimai və texnoloji dəyişiklikləri həyata keçirmək” məhz modernləşməni şərtləndirir.(s.29)
Əsərin “Müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası” bölümündə “siyasətin insan fəaliyyətinin formalarından biri” olmasından, siyasi elita, onun tərifi, səciyyəvi xüsusiyyətləri, yaranması, tipləri və “elitanın xalqın milli sərvəti” kimi məziyyətlərindən bəhs edilir.(s.30)
Siyasi elitadan bəhs edərkən ulu öndər Heydər Əliyevin siyasi elitanın ən nümunəvi şəxsiyyəti, qabaqcıl təfəkkürü, ağlı, biliyi, “qəbul etdiyi qərarlara məsuliyyəti olan siyasətşünas “dövlət+cəmiyyət dualizminin sxemini quran lider” olduğu bildirilir.(s.30-31)
Akademik ictimai-siyasi prosesləri, demokratik institutlaşma hərəkatını xarakterizə edərək, həm də Azərbaycanın tutduğu bazar iqtisadiyyatı yolunun inkişaf etdirilməsinə toxunur. Azərbaycanda, uğurlu iqtisadi siyasətin üç başlıca prinsipini:
– bazar rəqabəti;
– iqtisadiyyatın idarə olunmasının bütün sahələrinin (valyuta bazarı, ticarət əlaqələri münasibətləri, bank-maliyyə bazarı və s.) sərbəstləşdirilməsi;
– mülkiyyətin bütün formalarının plüralizmi” kimi açıb göstərir.(s.)
Məhz bu nöqteyi-nəzərdən də, ölkənin milli iqtisadiyyatının perspektivləri, qlobal təsərrüfatda yeri barədə, həmçinin istər neft sənayesi, istərsə də, qeyri-neft sektoru ilə bağlı rəsmi statistik rəqəm və faktlar, orta sinfin formalaşması amili, kiçik və orta biznesin, sahibkarlığın inkişaf istiqamətləri əsərdə geniş təhlil olunur.(s.42)
Müəllif həmçinin “Müxalifət” adlı hissədə “milli müxalifətin” formalaşma tarixini (1987), hakimiyyət uğrunda mübarizəni, müxalifətdaxili çəkişmələri, partiya quruculuğu tarixini və s. bu cür siyasi-ideoloji məsələləri həm elmi, həm də politoloji baxış bucağından nəzərdən keçirir.
Əsərin “Yeni dövrün siyasətçisi” yekun bölümündə Prezident İlham Əliyevin siyasi liderlik keyfiyyətləri, siyasi mədəniyyət və davranışı, ailə tərbiyəsi, təhsili, həyat yolu, intellekti, ciddiliyi ilə paralellikdə onun böyük insanpərvərliyi, vətənsevərliyi, milliliyi, “şüurlu həyatı boyu topladığı bütün qiymətli və müsbət nə varsa, hamısını faydalı şəkildə sintezləşdirmək bacarığı kimi yüksək keyfiyyətləri də açıqlanır.(s.53)
Akademik bu əsərdə öz böyük idarəetmə təcrübəsinə, zəngin ümumiləşdirmələr bacarığına istinadən yenə çox məntiqli siyasi bir sual verir: “Azərbaycan gələcəkdə necə olacaqdır?.(s.62) Cavabını belə təqdim edir: “Güclü dövlət” və “dövlətin modernləşdirilməsi” – İlham Əliyevin dəyərlər sisteminin iki tərkib hissəsi bax, bunlardır. Bunlara, məsələn, ulu öndər Heydər Əliyevin xəttinə - güclü dövlət, sabit ictimai inkişaf və yeni təfəkkür tərzinin formalaşdırılmasına sadiqlik kimi daha bir mühüm ideyanı da əlavə etmək olar”. Yəni, akademik təsdiqləyir ki, gələcəyin Azərbaycanı demokratik ideyalı, sabit, iqtisadi inkişaflı, modern, güclü dövlət olacaqdır.(s.65)
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsərində ən aktual və qiymətli yazılardan biri “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” adlanır. Adından da bəlli olduğu kimi, söhbət qüdrətli lider – ulu öndər Heydər Əliyevdən, müstəqil Azərbaycanın qurucusu, yaradıcısı olan dahi strateqdən gedir. Akademik ölkənin birinci xanımı Mehriban Əliyevanın “Həyat dərsi” məqaləsinə diqqət yönəldərək göstərir: “Mehriban Əliyeva yazır ki,
onun həmyaşıdları Heydər Əliyevin həyat dərslərinin mahiyyətini bu gün də öyrənirlər. Heydər Əliyev – tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir... Vətənin – Azərbaycanın taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı”.(s.67-68)
Bu fikirlər ölkənin birinci xanımı Mehriban Əliyevaya məxsusdur. Məhz akademik Ramiz Mehdiyevin diqqətini də çəkən bu fikirlərdir: “Heydər Əliyevin Azərbaycan üçün varlığı “taleyin Tanrı payıdır”. Həqiqətən, müəllif də vurğuladığı kimi “Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi”.
Tarixi sima, hakimiyyət ustadı, fenomen yaddaşlı strateq, uzaqgörən siyasətçi, dövlət xadimi – Böyük öndər Heydər Əliyevdir.
Akademik bu əsərində müasir Azərbaycan tarixinin siyasi dövrləşməsini göstərərək, həm də onun ictimai-siyasi mərhələlərinə açıqlama verir. Ramiz Mehdiyev yazır: “Heydər Əliyevin Azərbaycan tarixinə təsiri çox böyükdür. O, müstəqil Azərbaycan dövlətinin arxitekturasını yaratmış, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur. İllər keçəcək və çiçəklənən Azərbaycanın vətəndaşları bir gün deyəcəklər: “Heydər Əliyev ölkəni idarə edib, onun ideyaları zamanın sınağından çıxmışdır və bu gün də insanların şüurunda və qəlbində yaşayır. Ölkədə fəaliyyət göstərən siyasi və iqtisadi sistem əsl vətəndaşın, böyük şəxsiyyətin, qüdrətli liderin əməyinin bəhrəsidir”.(s.130)
Bəli, akademik Ramiz Mehdiyevin məntiqi real həqiqətə, gerçəkliyə söykənir. Yekunda qeyd edək ki, müəllif bu əsərdə əsasən aşağıdakıları siyasi fəlsəfi fikir müstəvisində diqqətə çatdırır:
• Cəmiyyət+dövlət, hakimiyyət+xalq, dövlət+lider həyatının siyasi fəlsəfəsi təhlil edilmiş, ulu öndər Heydər Əliyevin fenomen şəxsiyyəti haqqında real siyasi tarix açıqlanmış, yeni dövrün siyasətçisi Prezident İlham Əliyevin liderlik keyfiyyətləri göstərilmişdir;
• XX əsrin 70-ci illərindən hazırki zamanadək Azərbaycanda və bu əhatədə baş verən hadisə və proseslərin, həmçinin sosiosiyasi, ictimai-ideoloji, siyasi-iqtisadi şəraitin təzahür formaları açıqlanmışdır;
• qloballaşan dünyanın yeni düzənində milli ideyanın formalaşması, necə yaranması, azərbaycançılıq ideologiyasının tərifi, məzmunu, onun neokonservatizmlə uyğun cəhətləri verilmişdir;
• Prezident İlham Əliyevin modern, balanlaşdırılmış strateji siyasəti, Azərbaycanın sosiomədəni, humanitar, siyasi inkişafı, sivilizasiyalararası dialoq məkanı, multikultural dəyərlər modeli ilə dünyaya nümunə olması təkzibolunmaz faktlarla təqdim olunmuşdur.
Milli ideya nədir formulunu akademik Ramiz Mehdiyev belə xarakterizə edir: “İnsan dünyaya baxışında dərk etməlidir ki, təkcə milli ənənəyə deyil, həm də
sivilizasiyaya mənsub olmaq vacibdir. Ailə, nəsil, kənd, etnos və dil birliyi – bütün bunlar bilavasitə verilmiş ümumiliklərdir. Bu milli ideyadır, milli ideologiyadır”.
“Dünyanın yeni nizamı və milli ideya” əsəri çox geniş siyasi məzmunu, yeni terminoloji anlamları, Qərb və Şərqin görkəmli nümayəndələrinin fikirləri ilə zəngindir. Akademik müasir Azərbaycanın siyasi mənzərəsini yeni siyasi - fəlsəfi baxışlar nöqteyi-nəzərindən açmaqla, həm də ölkənin siyasi-iqtisadi, tarixi-ideoloji gerçəkliklərini dünyanın yeni düzəni kontekstində araşdırmışdır.
Görkəmli filosof əsərində milli ideya, ideologiya məfhumlarını azərbaycançılıq konsepsiyası ilə vəhdətdə tədqiq edərək, müasir siyasətşünaslıq elmi üçün nəzəri paradiqmalar yaradır. Əsər ümimilikdə müasir Azərbaycanın siyasətşünaslıq, fəlsəfi baxış sistemi üçün gərəkli bir elmi mənbədir.
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri nəinki milli siyasətşünaslıq elmində, həmçinin dünya siyasi elmi üçün də zəngin elmi mənbə, modern sistemli ictimai, siyasi, fəlsəfi, tarixi baxışlar paradiqmasıdır.
Strategiya.az
Antalya sammiti – G20-də Prezident İlham Əliyevin Yeni Çağırışları
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM