Fəlsəfə elmləri doktoru, professor
Müasir Azərbaycanda geosiyasət elmi yeni formalaşır. Bu formalaşma mərhələsində problemin elmi metodikasının xarakterik xüsusiyyətlərini təhlil edən elmi araşdırmalar da hələ kifayət qədər deyildir. Bu mənada da geosiyasət problemləri ilə bağlı elmi materiallar içərisində Professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” monumental monoqrafiyasının milli siyasətşünaslıq elmində vacib əhəmiyyət daşıdığını xüsusi qeyd etməliyik. Bununla bahəm Professor Əli Həsənov bu aspektdə yeni bir baxış müstəvisindən problemə bir daha diqqət yönəltmişdir.
Yeni dünya nizamı, dəyişən siyasi düzənlər, ənənəvilikdən modernliyə gedən sosial nizam, qloballaşan problemlər müstəvisində Azərbaycanın geosiyasi məkanda vəzifə, əlaqə və qarşılıqlı münasibətləri Professor Əli Həsənovun silsiləli olaraq daim bir tədqiqat obyekti kimi əsərləri və məqalələrində nəinki geosiyasət, həmçinin beynəlxalq münasibətlər və politoloji kontekstdə də milli siyasətşünaslıq elmində yeni baxışlar məcmusudur. Bu aspektdən Professor Əli Həsənovun “Azərbaycanın müasir geosiyasi fəaliyyətinin bəzi məsələləri” adlı əhatəli təhlilə söykənən məqaləsi də geosiyasi, beynəlxalq münasibətlər, politoloji nöqteyi nəzərdən müasir Azərbaycan ictimaiyyətşünaslıq elmi üçün bir yeni istiqamətdir.
Məqalədə ölkələrin geosiyasət fəaliyyət kodeksinin qrupları göstərilməklə, Azərbaycanın da bu qruplar çərçivəsində vəzifələrinin müəyyənləşdirilməsi, hazırlanması və “uzaq xarici aktorlarla geosiyasi əlaqələrinin yaradılması” məsələləri yeni elmi təhlilə söykənən kontekstdən araşdırılır.
Bu yeni kontekst nədir? Professor Əli Həsənov müasir Azərbaycan ictimai elmində geosiyasət elminin kateqorial aparatını nəzəri, qneseoloji və metodoloji baxımdan daim yenilənmiş, təkmilləşmiş məzmunda təhlil edir. Müəllif Azərbaycan geosiyasətinin xarakterik xüsusiyyətləri, təsnifatı, prinsipləri və s. kimi məsələlərin bu istiqamətdə elmi təhlilini verməklə, həm geosiyasi elmə, həm tədrisə, həm də ictimai müstəvidə informativ elmi məlumatlandırma mexanizminin də təşviq və təbliğinə zəmin yaradır.
Professor Azərbaycan geosiyasi məkanını belə açıqlayır: “Azərbaycanın geosiyasi ərazisi Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi, islam sivilizasiyasının sərhədlərinin bitdiyi və xristianlığın sərhədlərinin başlandığı mədəni-mənəvi təmas məkandır”.Yazıda məhz diqqət çəkən məqam da bu baxışda ölkə Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubileyində çıxışı zamanı elm qarşısında qoyduğu prioritet vəzifələrdən biri kimi məhz bu problemlərin elmdə öyrənilməsi zərurətindən doğur. Belə ki, Prezident İlham Əliyev həmin çıxışında dünyada, regionda baş verən proseslərə siyasi münasibət bildirərək, “yeni təhlükələrin, təhdidlərin risklər, qarşıdurmalar, müharibələrin yaranmasını” açıqladı. Bizim ölkəmizin “müstəqil siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə, beynəlxalq münasibətlər sahəsində müstəqil fəaliyyət göstərməsini” nəzərə yetirdi. Məhz bu baxımından Prezident İlham Əliyev məntiqi ilə desək: “elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir”. Professor Əli Həsənov da Ölkə Rəhbərinin elmdə Hədəf kimi göstərdiyi problemlərdən birini məhz elmi araşdırma apararaq, Prezident İlham Əliyev fikri ilə desək: “Elmin də potensialının güclənməsinə yönəltmişdir”. Prezident İlham Əliyev elmi araşdırmalarda həm də multikulturalizm siyasəti məsələlərinin də öyrənilməsi zərurətini göstərmişdir. Əli Həsənovun yazdığı kimi “islam sivilizasiyasının sərhədlərinin bitdiyi və xristianlığın sərhədlərinin başladığı mədəni-mənəvi təmas məkanı” olan Azərbaycan məhz bu dinlərin qovuşduğu, qohumlaşdığı hətta dostcasına mehriban qonşuluq mühitində yaşadığı ərazidir. Məqalədə vurğulanır ki, “Azərbaycan dünyanın ən əhəmiyyətli geoməkanlarından biri hesab olunur, mühüm nəqliyyat – kommunikativ dəhlizlərin kəsişmə nöqtəsində yerləşir... əsasən müsəlman əhalisinə malik olan, Şərq və Qərb dəyərlərini birləşdirən ölkə dünyəvi həyat tərzinə malikdir”. Bu dünyəvi həyat tərzi isə məhz öz geosiyasi sabitliyini Prezident İlham Əliyev fikri ilə desək: “müstəqil siyasət apararaq” mümkün qədər öz balanslaşdırılmış siyasəti ilə qoruyan Azərbaycanın möhkəm daxili və xarici siyasət kursundan irəli gəlir. Məhz bu nöqteyi – nəzərdən də Professor Əli Həsənov bu yeni araşdırmasında yazır ki: “Azərbaycanın geosiyasi kodunun müəyyən olunması, onun ərazisinin geosiyasi xarakteristikası, yerləşmə coğrafiyası və əhatəsi ilə bilavasitə bağlıdır”. Və bu kontekstdə Professor çox maraqlı bir baxış ilə problemə yanaşaraq göstərir ki: “Geosiyasi anlamda dövlətin ərazisi və əhalisi onun bədəni hesab olunursa, geosiyasi kodu bədənin xarici mühafizəsinin, təhlükəsizliyinin və ətraf aləmlə təmaslarının məqsədyönlü geyimi (qoruma və təhlükəsizliyi planlama proqramı) sayılır”
Məqalədə demoqrafik məsələlərə də geosiyasi mətndə yeni baxış verilmişdir. Təbii ki, geosiyasi kontekstdə ölkənin geosiyasi kodu öyrənilərkən, onun demoqrafik strukturu da özəllik kəsb edir. Belə ki məqalədə: “Azərbaycanın həm də üstün əhali xarakteristikasını - əhalinin təbii artımı, işgüzarlığı, məşğuliyyəti, sıxlığı, bölgələrdə məskunlaşma xüsusiyyətlərini, milli – etnik tərkibi, vətəndaşların dövlətçilik mövqeyini, ölkənin demoqrafik göstəricilərini, miqrasiya, yerdəyişmə prosesləri və onun idarə edilməsi məsələləri də” təhlil olunur. Bu isə ölkənin təhlükəsizlik problemlərinin elmdə də araşdırılmasının önəmli əhəmiyyət daşıması amilidir. Məhz Professorun da yazdığı kimi “Milli –etnik tərkib və vətəndaşların dövlətçilik mövqeyi” ölkədə Prezident İlham Əliyev strategiyasının əsas taktikasını təşkil edən “Multikulturalizm həyat tərzidir” siyasətinin göstəricisidir. Araşdırmada həm də göstərilir ki, ölkəmiz dünyada gedən əksər “qlobal çağırışlara operativ və adekvat münasibət göstərməli, yerləşdiyi məkanda öz geosiyasi statusunu və müvafiq fəaliyyət taktikasını düzgün müəyyənləşdirməlidir”.
Məqalədə “Yaxın qonşuluq” Proqramı nöqteyi-nəzərindən ölkənin geosiyasi kodunun müəyyənləşməsində yaxın və uzaq qonşu ölkələrin də qarşılıqlı əlaqələrinin nəzərə alınması ilə bahəm “əsas regional və yerli amillərin də” səkkiz istiqamətdə mühüm tərəflərinə yeni elmi siyasi baxış bucağından münasibət bildirilir. Professor bu elmi yazıda vurğulayır ki, ölkə “açar məkan”dır və “tranzit – keçid xarakteristikasına” malik olmaqla, həm də transmilli aktorların da diqqəti mərkəzindədir.
Müasir Azərbaycan siyasətşünaslıq və beynəlxalq münasibətlər elmində Professor Əli Həsənovun son illər bu sahədə apardığı geniş spektrlı araşdırmalar respublikanın geosiyasi, geoiqtisadi, hərbi – geostarteji, demoqrafik, milli – mədəni, milli –mənəvi, ekosiyasi, geoinformatik və s. bu kimi sahələri əhatə edir. Bu müasir ictimaiyyətşünaslıq elmlərinə də bir Açar olur. Professor Geosiyasət elminin maraq nöqtələrinin, spesifik axtarış istiqamətlərinin həm lokal, həm regional, həm də qlobal problemlərinin yeni baxış kontekstindən öyrənilməsini diqqət edir.
Professor həm də Avrasiya məkanının vacib xüsusiyyət daşıyan hadisə və proseslərini “ölkənin geosiyasi kodu və fəaliyyət kodeksi üzərindəki analitik və praktiki işin” aparılması mətnində zəruriliyi göstərir.
Azərbaycanın geosiyasi kodunun yaradılmasında müəllif haqlı olaraq göstərir ki, bu məhz daha çox geniş elmi-siyasi təhlillərə əsaslanmalıdır. Belə ki: geosiyasi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycanın həm sərhəd ölkələri, həm qarşılıqlı münasibətlərdə olduğu dövlətlər, bölgədəki və dünyadakı potensial tərəfdaşlar və rəqiblərin də qlobal problemlər kontekstində” obyektiv dəyərləndirilməsi və “geosiyasi fəaliyyət konsepsiyasının və proqramının yaradılması” da həm dövlət qurumları, həm də elm ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyur.
Bütün deyilənlərə nəzərə yetirməklə diqqətə yetirək ki, Professor Əli Həsənov geosiyasət elmində problemin əsas anlamını – geosiyasi kod – terminini elmə gətirən ilk müəllifdir. Belə ki: “Dövlətlərin geosiyasi kodu - ilk növbədə beynəlxalq aləmdə və regionda qazandığı qeyri-rəsmi status və imicdir” deyə vurğulanır və bu mətndə Azərbaycan reallıqları açıqlanır. Dünyada müxtəlif geosiyasi kod daşıyıcıları – fövqəldövlət, aparıcı ölkə, regional lider, adi dövlət, geosiyasi cəhətdən əhəmiyyətli dövlət, militarist, demokratik, millətçi – şovinist, kosmopolit, işğalçı, sülhsevər və s. statuslu ölkələr mövcuddur.
Professor Əli Həsənovun “Azərbaycanın müasir goesiyasi fəaliyyətinin bəzi məsələləri” məqaləsi məzmun və məna tutumu ilə geosiyasət elmi üçün yeni bir Siyasi nəzəri fəlsəfi baxışdır.
Yığcam və açar kəlmələri ilə nəzəri təhlilə söykənən Professor Əli Həsənovun bu araşdırması məhz respublikada elmin yeni Hədəfləridir.
Fikrimizi Ulu Öndər Heydər Əliyevin bir kəlamı ilə bitirək: “Bizim indiyə qədər yaranmış intellektual potensialımız, iqtisadi potensialımız, insanlarımızda indiyə qədər yaranmış olan qüdrət cəsarət müstəqil Azərbaycanı yaşadacaq, nəsillərdən nəsillərə veriləcəkdir”. [1]
Ədəbiyyat:
Strategiya.az
Antalya sammiti – G20-də Prezident İlham Əliyevin Yeni Çağırışları
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM