Elman Nəsirov: “Paris danışıqlarında pozitiv taktiki addımlar atılacağına ciddi ümid bəslənilmir”
Bu ilin avqust ayında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü və iştirakı ilə Soçidə, sentyabrda ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə Uelsdə prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında görüş olub. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları oktyabrın 27-də Parisdə yenidən bir araya gələcəklər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin də qatılacağı bu görüşdən gözləntilər, həmçinin dünyada və regionda baş verən hadisələrlə bağlı “Kaspi”nin suallarını politoloq Elman Nəsirov cavablandırır.
- Elman müəllim, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından prezidentlərin Paris görüşündən yeni nə isə gözləmək olarmı?
- Hər bir görüşə müəyyən ümidlər bağlanır, taktiki olsa da, nə isə irəliləyişin olacağına kövrək ehtimal yaranır. Təəssüf ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ucbatından hələlik heç bir nəticə hasil olunmur. Avqustun 10-da Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən görüşdəki danışıqlar prosesində yeganə olaraq, atəşkəs rejiminin qorunub saxlanması haqqında razılaşma əldə olundu. Tərəflər bu məsələdə ortaq mövqedən çıxış etdilər. Bundan başqa hər hansı razılaşma əldə olunmadı. Sentyabrın 5-də NATO-nun sammiti zamanı Uelsdə ABŞ Dövlət katibinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri arasında təkrar görüş keçirildi. Con Kerrinin də qatıldığı bu görüşdə də əsas məsələ iyul ayının sonlarında cəbhə xəttində atəşkəsin pozulması, vəziyyətin gərginləşməsi oldu. Yenə də atəşkəs rejiminin qorunub saxlanması əsas vəzifə kimi önə sürüldü. Bu ilin may ayında Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz regionuna səfəri çərçivəsində o, Parisdə prezidentlərin növbəti görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bununla bağlı ilk cəhd baş tutmasa da, sonradan belə bir görüşün oktyabrın 27-də olacağı bildirilib, tərəflərin razılığı alınıb. Azərbaycan tərəfi çoxdan belə bir təkliflə çıxış edib ki, münaqişənin tənzimlənməsində “Böyük sülh sazişi” işə başlasın. Burada əsas məqsəd ondan ibarətdir ki, indiyə kimi aparılan danışıqlarda hər hansı razılaşma əldə edilibsə, həmin razılaşmalar bu sazişdə dərhal əksini tapsın, təkrar bu məsələlərə qayıdılmasın. Amma Ermənistan tərəfinin mövqeyi bundan ibarətdir ki, “Böyük sülh sazişi”ndən öncə münaqişənin həlli ilə bağlı prinsiplər razılaşdırılmalıdır. Beləliklə də Paris görüşü ərəfəsində Ermənistan köhnə ampulasındadır. Rəsmi İrəvan köhnə oyun qaydaları ilə oynamaqdadır. Həmin qaydalar isə maksimum status-kvo vəziyyətinin qorunub saxlanmasına istiqamətlənib. Təəssüf hissi ilə olsa da dövlət başçısı İlham Əliyev dəfələrlə qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti münaqişəni həll etmək deyil, bu problemin müharibəyə çevrilməsinin qarşısını almaqdan ibarətdir. Reallıq bundan ibarətdir. Bir sual da bu gün diqqət mərkəzindədir ki, görəsən Paris görüşündə həmsədrlər də iştirak edəcəklərmi? Çünki bundan əvvəl baş tutan Soçi və Uels görüşlərində həmsədrlər iştirak etməyib. Eyni zamanda, bu danışıqları mürəkkəbləşdirən digər məsələ ondan ibarətdir ki, son vaxtlar Qərbin Rusiyaya sanksiyaları daha da kəskinləşib, neftin qiymətində ucuzlaşma özünü göstərib. Rusiya ekspertlərinin qənaətinə görə, bu, ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı növbəti təzyiq elementidir. Bununla Rusiyanı zəiflətmək istəyirlər. Beləliklə Ukrayna böhranı, bu böhranın fonunda Qərblə rəsmi Moskvanın münasibətlərinin kəskinləşməsi, indi də neftin qiymətinin aşağı düşməsi Kremllə ABŞ və Fransa arasında münasibətləri daha da gərginləşdirib. Belə reallıqlar fonunda həmsədrlər münaqişənin həlli ilə bağlı irəliyə doğru addım atmalıdırlar. Bu isə olduqca çətin məsələdir. Ona görə də münaqişənin tənzimlənməsi ilə bağlı Paris danışıqlarında pozitiv, taktiki addımlar atılacağına ciddi ümid bəslənilmir.
- Yaxın gələcəkdə də Ermənistanın mövqeyində hər hansı dəyişikliyin olması mümkün deyilmi?
- Prezidentlərin Paris görüşündən xeyli əvvəl mətbuata açıqlama verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Dağlıq Qarabağ üzrə böyük sülh sazişi üzərində işə başlamağa hazır olduğunu bəyan edib. Bu bəyanatdan sonra mən Ermənistan mətbuatını izləməyə başladım. İstəyirdim bilim ki, İrəvan rəsmilərinin, müstəqil ekspertlərinin bu mövqeyə münasibəti necə olacaq. Onlar düşünürlər ki, “Böyük sülh sazişi” sonrakı mərhələnin işidir. Erməni siyasilərinin qənaətinə görə, gərək əvvəlcə münaqişənin həlli ilə bağlı prinsiplər müəyyən edilsin. Yalnız bundan sonra “Böyük sülh sazişi”ndən söhbət gedə bilər. Bu isə Ermənistanın “Böyük sülh sazişi”ndən rəsmən imtina etməsi deməkdir. Ermənistan danışıqlara ona görə gedir ki, beynəlxalq ictimaiyyəti aldatsın. Əslində Ermənistanın heç bir danışığa getmək niyyəti yoxdur. Rəsmi İrəvan müddətsiz danışıqlar taktikasını tətbiq edir və maksimum şəkildə status-kvonu qoruyub saxlamağa çalışır. Təəssüf ki, ATƏT-in Minsk Qrupu da bu reallığı bilə-bilə öz bəyanatlarında çox sevdiyi “bərabərlik” işarəsindən istifadə edir.
- Bəzi ekspertlər iddia edirlər ki, Azərbaycan Rusiyanın layihəsi sayılan Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv olacağı təqdirdə, rəsmi Moskvanın təsiri ilə Dağlıq Qarabağ problemi qısa zamanda, ədalətli şəkildə həllini tapa bilər. Belə mülahizələri necə qiymətləndirirsiniz?
- Bu mülahizələr çoxdan var. Bu ona görə yaranır ki, hər iki ittifaqın müəllifi Rusiya prezidentidir. Ehtimal olunur ki, Azərbaycan bu layihələrə loyallıq göstərərsə, bunun əvəzi olaraq, rəsmi Moskva münaqişənin həllində Ermənistana təsir edəcək. Lakin bu məsələdə gərək əvvəlcə Rusiya tərəfi ilk addımı atsın. Bunun da sayəsində Azərbaycan tərəfi əmin olsun ki, münaqişənin tənzimlənməsində Ermənistanın mövqeyi kökündən dəyişib. Belə olacağı təqdirdə Ermənistan işğala artıq son qoyur, torpaqları azad etməyə başlayır. Yalnız bundan sonra Rusiyanın layihələrində iştiraka yenidən baxmaq, hər hansı dəyərləndirmə aparmaq olar. Amma Qərblə münasibətləri tamamilə soyudub Rusiya prezidentinin müəllifi olduğu ittifaqlara daxil olmaq, bundan sonra nələrinsə dəyişəcəyinə ümid bəsləmək doğru olmaz. Əvvəlcə işğala son qoyulmalı, torpaqlar azad edilməli, bütün proseslərin Rusiyanın diktəsi ilə baş verdiyi aşkar olunmalıdır. Bundan sonra hər iki ittifaqa daxil olmaq üçün yeni şərait və imkanlar yaranacaq ki, bununla bağlı da Azərbaycan tərəfi seçimlər edə bilər.
- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrlə yanaşı, qonşu Türkiyənin rolu və təsiri nədən ibarət ola bilər?
- Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı tərəfdir. Rəsmi Ankara bunun fərqindədir ki, Ermənistanla sərhədlərin açılması yalnız bu problemin həlli ilə bağlıdır. Sadəcə burada vəziyyəti çətinləşdirən məqam, münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupunun məşğul olmasıdır. ATƏT-in fəaliyyətində isə konsensus prinsipi var. Yəni, tərəflərin biri hər hansı məsələyə yox dedikdə, həmin qərar qüvvəyə minmir. Ermənistan da bu imkandan yararlanaraq, münaqişənin tənzimlənməsində Türkiyənin vasitəçilik missiyasına yox deyir. Ona görə də Türkiyənin bu kimi məsələlərdə həmsədr olaraq prosesə qoşulması qeyri-mümkündür. Real olaraq, onun səlahiyyətli tərəf kimi münaqişənin həllinə töhfə verməsi kifayət qədər məhduddur. Lakin buna baxmayaraq, Türkiyə regionun güclü dövlətidir, Ermənistanla bağlı müəyyən layihələr var. Ona görə də Türkiyə maksimum şəkildə çalışır ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qısa zamanda öz həllini tapsın. Bunun üçün öz töhfəsini də əsirgəmir. Bu töhfə isə onun ABŞ və Fransa kimi ölkələrlə təmasında problemin həllinin vacibliyini gündəmə gətirməsidir. Türkiyə prezidentinin NATO sammitindəki çıxışı da buna əyani sübutdur.
- Son zamanlar dünyada baş verənlərdən dolayı, regionda təhlükəsizlik məsələsi də ciddi narahatlıq doğurmaqdadır. Türkiyədə baş verən son proseslər, orada yaşananlar, İŞİD mövzusu region və sözügedən ölkənin özü üçün nə dərəcədə təhlükəlidir?
- Yaxın və Orta Şərq regionundakı mövcud təhlükələrə yeniləri də əlavə olunub. Barıt çəlləyini xatırladan bu regionda hər zaman partlayışlar baş verə bilir. Belə vəziyyətdə region üçün də yeni-yeni təhlükələr yaranır. Bunlara misal kimi İŞİD-in adını qeyd edə bilərik. Bu terror təşkilatının yaranması, atdığı addımlar, ələ keçirdiyi ərazilər, törətdiyi qətliamlar bütün dünyanı təəccübləndirməkdədir. Çox təəssüf ki, bir çox hallarda İŞİD-in yaranmasına məsul olan tərəflər indi özləri həmin təşkilatın hədəfinə çevriliblər. Belə bir vəziyyətdə Türkiyəyə yaxın ərazilərdə bu kimi hadisələrin baş verməsi, hətta İŞİD-in zərbələrinə Türkiyənin tuş gəlməsi, təbii ki, rəsmi Ankara üçün əlavə baş ağrısıdır. Rəsmi Ankaranın bu məsələdə mövqeyi ondan ibarətdir ki, ABŞ-ın PKK-nı İŞİD-ə qarşı silahlandırması nəticə etibarilə Türkiyənin özünə qarşı yönəlmiş addımdır. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan da bununla bağlı ABŞ-a öz etirazını bildirib. Hadisələrdən belə qənaətə gəlmək olur ki, Türkiyə hazırda PKK ilə yanaşı İŞİD-lə də mübarizə aparmağa, iki cəbhədə vuruşmağa məcburdur. Bu da Türkiyə üçün əlavə problemlər deməkdir. İŞİD beynəlxalq terror təşkilatı olduğundan heç bir dövlət onun təhdidindən sığortalanmayıb. Bu təşkilatın istənilən dövlətdə terror aksiyası həyata keçirmək üçün imkan və potensialı var. Yaranmış vəziyyət İŞİD-ə qarşı beynəlxalq səviyyədə koordinasiya olunmuş, əlaqələndirmiş fəaliyyəti zərurətə çevirir. Heç bir halda terrora yaxşı və pis mövqeyi ilə yanaşmaq olmaz. Terrora qarşı hər zaman, hər yerdə prinsipial mübarizə aparılmalıdır. İŞİD-lə Türkiyənin təkbaşına mübarizəsi heç bir nəticə verməyəcək. Terrorçu təşkilata qarşı Türkiyə quru əməliyyatlarına başladığı zaman digər dövlətlər də onun yanında olmalıdırlar. Əks təqdirdə bu proseslərdə Türkiyə uduzmuş, əsas hədəfə çevrilmiş tərəf olacaq.
- Dünyada gedən bu proseslər Azərbaycan üçün hansısa çətinliklər yarada bilərmi?
- Azərbaycan dünyanın tərkib hissəsidir. Heç bir halda tam arxayınlıqla deyə bilmərik ki, proseslər bizdən kənarda baş verir, bunun bizə hər hansı təsiri yoxdur. Dünya qloballaşır, beynəlxalq terrorizm hətta ABŞ kimi fövqəldövləti də hədəf seçə bilir. Belə olan halda biz də bu bəladan sığortalanmamışıq. Ən azından Azərbaycan Ermənistanın işğalçılıq və terror siyasətindən əziyyət çəkən ölkədir. ona görə də hər zaman ayıq-sayıq olmaq, qabaqlayıcı addımlar atmaq gərəkdir. Azərbaycan da dövlət səviyyəsində bu cür qabaqlayıcı addımlar atmaqdadır. Bizim müvafiq dövlət qurumlarımız bu sahədəki fəaliyyətlərini daha da gücləndiriblər. İŞİD-dən, eləcə də onunla əlaqəli olan digər təhlükələrə qarşı lazımi tədbirlər görülür.
Rufik İSMAYILOV
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM