Türkiyə Cümhuriyyətinin xarici siyasəti və Dağlıq Qarabağ münaqişəsi

11:44 / 25.11.2014

Natiq HACIYEV,
AMEA-Fəlsəfə və Hüquq İnstitutunun doktorantı

Qarabağ münaqişəsində rəsmi həmsədrlərlə yanaşı digər dövlətlərin də vasitəçi kimi çıxış etmək niyyətlərinin olmasını xüsusi qeyd etmək lazımdır. Bunlardan birincisi Türkiyə Respublikasıdır. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, beynəlxalq hüquq normalarına müvafiq həllinin tərəfdarıdır və öz regional siyasətini həmin istiqamətdə qurur. Türkiyə istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daima Azərbaycanın ədalətli mövqeyini müdafiə edir. 1988-ci ildən başlayaraq ermənilər faktiki olaraq azərbaycanlılara qarşı genosid siyasəti həyata keçirmişlər. Hələ o, vaxt SSRİ-nin süqutu ərəfəsində bu prosesə münasibət bildirmək beynəlxalq aləmdə hadisələri düzgün istiqamətdə təbliğ etmək olduqca vacib məsələ idi. Lakin Türkiyənin bu prosesə müdaxilə etməsini SSRİ-nin daxili işinə qarışması kimi qiymətləndirənlərin siyasi məqsədləri onda biruzə vermişdir ki, hətta 1992-ci il Xocalı soyqırımından bərhal sonra «İzvestiya» qəzeti erməni vəhşiliklərinə tuş gəlmiş uşaqların şəkli altında onların milliyyətini yazmadı. Xocalı qurbanları kimi ictimaiyyətə təqdim olundular. Bu zaman Türkiyə dövləti bu ədalətsizliyə dözməyərək dünya ictimaiyyətinə bəyanatla müraciət etdi. Beynəlxalq aləmdə əslində təklənmiş və heç bir beynəlxalq təşkilatda öz haqq işini səsləndirmək imkanı olmayan Azərbaycan Respublikasının Türkiyə ilə əməkdaşlığı və milli maraqlarının qorunmasına böyük ehtiyac vardı. İlk dəfə Türkiyənin də dəstəyi ilə 1994-cü ilin noyabrında Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsini məmnunluq hissi ilə qarşılayaraq 1047 saylı qətnamə qəbul etmişdir. Burada göstərilirdi ki, bu münaqişə bütün regiona təhlükə yaradır və milli hüquqları tapdalayır». (1, 4)
Dağlıq Qarabağ probleminin həll edilməsində Türkiyənin özünəməxsus yeri və rolu vardır. 1992-ci ilin mart ayında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu yaradıldıqda Azərbaycan və Türkiyənin israrlarına baxmayaraq həmsədr dövlətlərin və Ermənistanın razılığı olmadığı üçün Türkiyə həmsədr ölkələr qrupuna daxil edilmədi. Digər həmsədr dövlətlərə (Rusiya, Fransa və ABŞ) nəzər yetirdikdə heç birinin Ermənistan ilə sərhədi olmadığı, yəni, bu ölkə ilə coğrafi olaraq təmaslarının olmadığı anlaşılmaqdadır. Bu dövlətlərin Ermənistana siyasi və maliyyə dəstəyindən başqa heç bir təsiri yoxdur. 20 ildir Minsk Qrupunun vasitəçilik təşəbbüsləri də nəticəsiz qalıb və problem həll edilməmişdir. Problemin həll edilməməsindən isə siyasi, təhlükəsizlik və sosial-iqtisadi baxımdan ən çox Ermənistanın əziyyət çəkdiyi məlum olur. (2, 116-117) Ermənistan müstəqilliyini elan etdikdən sonra Türkiyəyə qarşı yönələn düşmənçilik siyasətini davam etdirməsinə baxmayaraq, Türkiyə hər zaman bu ölkə ilə münasibətlərin qurulması və inkişaf etdirilməsində maraqlı olmuşdur. Ancaq Ermənistanın beynəlxalq aləmdə qondarma soyqırımı təbliğatına davam etməsi, Türkiyənin ərazi bütövlüyünü təsdiq edən Qars və Moskva müqavilələrini tanımaması, Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində “Ermənistan Respublikası 1915-ci ildə Qərbi Ermənistanda təşkil edilən erməni soyqırımınının beynəlxalq aləmdə tanınmasına çalışmaqdadır” ifadəsinin yer alması, Ermənistan dövlət başçılarının mütəmadi olaraq Türkiyəni təhdid etmələri və başqa səbəblərə görə tərəflər arasında diplomatik münasibətlər qurulmamışdır. Ermənistan Rusiya, Fransa və ABŞ-ın siyasi təsir dairəsindən uzaqlaşıb məntiqli xarici və təhlükəsizlik siyasəti həyata keçirə bilsəydi, Türkiyə ilə münasibətlərini qaydaya salaraq iqtisadi, siyasi, sosial və təhlükəsizlik problemlərini əhəmiyyətli dərəcədə həll edə bilər və Dağlıq Qarabağ problemi də həll olunardı. Beynəlxalq aləmdə qırılma nöqtələri yaşandığı zaman dövlətlər müxtəlif səpkidə təhdid və fürsətlərlə qarşılaşır. Sovet İttifaqının dağılmasından sonra Ermənistan üçün də Türkiyə ilə münasibətlərində fürsət və təhdid ünsürü ortaya çıxdı. Əslində Ermənistan üçün Türkiyə real bir təhdid ünsürü deyildi. Bu son 100 ildə erməni xalqının psixoloji baxımdan türk düşmənçiliyi ilə bəslənməsinin nəticəsi idi. Belə ki, daha Sovet İttifaqı dağılmadan Türkiyənin Moskvadakı səfiri Volkan Vural Ermənistanı ziyarət etmiş və ehtimal olunan müstəqillik, sonra isə Türkiyə-Ermənistan münasibətlərinin konturlarının müəyyənləşdirilməsi üçün dövlət rəsmiləri ilə görüşmüşdü. Ermənistanın dövlət adamları müstəqillik dövründə Türkiyənin bu təklifini nəzərə ala bilmədilər və 100 illik təbliğatın təsirindən uzaqlaşaraq məntiqli düşünüb qərar verməkdə aciz qaldılar. Nəticə etibarı ilə iki ölkə arasında diplomatik münasibətlər bu günə qədər qurulmamışdır.
Yerləşdiyi coğrafi məkan, nəqliyyat amili, ölkələrarası iqtisadi inteqrasiyanın güclənməsi Türkiyənin qonşu Ermənistanla münasibətlərini ilk baxışda labüd etsə də Qarabağ münaqişəsi, ermənilərin uydurma «soyqırım» və Şərqi Anadoluya olan ərazi iddiaları bu münasibətlərin inkişafının qarşısında mühüm bir əngəl olmaqda davam edir. Qarabağ münaqişəsində Türkiyə ictimaiyyəti açıq şəkildə Azərbaycanın mövqeyini müdafiə etmişdir. Türkiyə ictimaiyyəti hökumətin Qarabağ məsələsində bitərəf qalmasına qarşı etiraz aksiyaları keçirmiş və Azərbaycanın haqlı mübarizəsini dəstəkləmişlər. Türkiyə hökuməti bir tərəfdən Qafqazdakı gələcək nüfuzu baxımından, digər tətəfdən isə bölgədə hegemonluğu əldə edərək Rusiya, ABŞ, NATO və Avropa ilə münasibətlərinin daha səmərəli olması baxımından Qarabağ məsələsinin həllində fəal rol oynamağa çalışsa da bu heç də gözlənilən nəticələr vermədi, əksinə Rusiyanın və Qərb ölkələrinin təzyiqi nəticəsində daha passiv bir siyasətlə nəticələndi. Odur ki, istər yerli, istər türkiyəli, istərsə də xarici yazarlar Türkiyənin bölgədəki maraqlarını izah edərkən yazırlar ki, rəsmi Ankara regionda Qarabağ münaqişəsinin nizamlanmasında öz imkanlarından nəinki maksimum yararlanmaq, hətta imkanlarının müəyyən hissəsindən belə istifadə etmədi. Qarabağ probleminin həllinin belə, Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşmasına elə bir ciddi təsir göstərməyəcəyni bildirən siyasi icmalçılar onu da qeyd edirlər ki, erməni diasporu da bu münasibətlərin yaxınlaşmasına mənfi təsir edir.(72, 63) Hələ 1996-cı ilin oktyabrında 26-da Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəllə ABŞ-ın dövlət katibinin müşaviri Stroub Telbotun görüşünü təşkil edən bu şəxslər Dəmirəlin Ermənistanla sərhədlərin açılmasına razılıq verməsinə nail olmuşlar. Sonradan siyasi məqsədlərin önə çıxması iqtisadi maraqların kölgədə qalmasına gətirib çıxardı. Türkiyənin Ermənistana yönələn ticarət münasibətinin 75 mil-yon dollarla ölçüldüyünü irəli sürən bu şəxslər sərhədlərin açılacağı təqdirdə məbləğin iki-üç qat artacağını iddia edirlər. Ermənistana İran və Gürcüstan vasitəsilə mal aparan türk iş adamları hər dəfə 3 min dollar itirdiklərindən şikayət edərək Qars-İrəvan, Qars-Gümrü və İqdırdakı Alican sərhəd qapısının təcili olaraq açılmasını tələb edirlər. Onlar sərhədlər açılandan sonra Türkiyənin turizm və ticarət sahəsində 1 milyard dollar gəlir götürəcəyini bildirirlər. Bununla Ermənistanın iqtisadi cəhətdən Türkiyədən müəyyən qədər asılı vəziyyətə düşməsini irəli sürən bu dairədə təmsil olunanlar, eyni zamanda türk kapitalının gücünün erməniləri idarə etmək iqtidarına malik olacağını da iddia edirlər. Bu iddialarla paralel olaraq siyasi xadimlərin bəziləri sərhədlər açılacağı təqdirdə bölgədə Rusiyanın nüfuzunun azalması məsələsinə toxunmaqla bu ilin yanvarında Türkiyə ilə yaxın bölgədə inşa edilən Atom Elektrik Stansiyasını neytrallaşdırılacağını bildirirlər. 2001-ci ilin mayında Rusiya-Ermənistanla birgə hava təlimlərinin Türkiyə sərhədləri yaxınlığında aparılması və bölgədə S-300 V tipli uzaqvuran ballistik raketlərin yerləşdirilməsini əsas kimi göstərənlərin fikrincə, Ermənistanla sərhədləri açmaqla Türkiyə gələcək “təhlükədən” yaxa qurtara bilər.(5)
Onlar Türkiyənin Avropa Birliyinə üzvlüyünə Ermənistanla sərhədlər məsələsinin maneə olduğunu bildirməklə, birliyə inteqrasiya istiqamətində onlara qarşı olan dövlətlərin güzəştə getməməsinin başlıca səbəbini bunda görürlər. Xatırladaq ki, Türkiyənin Avropa ailəsinə qəbul edilməsinə qarşı çıxan edən ermənipərəst Fransa bəhanə kimi Türkiyənin başqa mədəniyyətə, başqa yaşam tərzinə və başqa inanca malik olmasını göstərir. Nüfuzlu “Washington Times” qəzetinə müsahibə verən Fransanın keçmiş prezidenti Valeri Jiskar Destyenə görə Türkiyənin Ermənistanla sərhədləri açması onun Avropa Birliyinə üzvlüyü məsələsində Fransanın mövqeyinin yumşaldılması üçün əlverişli addım ola bilər. Məhz 2001-ci ildə Ermənistanla-Türkiyə arasında münasibətlərin tənzimlənməsi üçün təsis edilən işçi qrupunun maliyyələşməsini həyata keçirən bir sıra iş adamları və ictimai-siyasi xadimlər ABŞ-ın son zamanlar Türkiyəyə soyuq münasibətinin aradan götürülməsi üçün sərhədlər məsələsində Ermənistana güzəştə getmək barədə Ərdoğan hökumətinə məsləhətlər verirlər. Türkiyənin nüfuzlu “Posta” qəzetinin yaydığı məlumata görə ABŞ Konqresinin Ağ Evə göndərdiyi məxfi sənəddə Türkiyə ilə münasibətlərin normallaşdırılmasının Ermənistanla sərhədlərin açılacağı təqdirdə mümkünlüyü qeyd olunmuşdur.(6) Bu məsələ ətrafında analitiklər və politoloqlar arasında yekdil fikir olmaması dərc olunan fikirlərdə özünü büruzə verir. Bir qrup politoloq fikirləşir ki, Türkiyə və Ermənistan arasında olan sərhədlər problemi, yaxın zamanlarda sərhədlərin açılması ilə çözüləcək. “Türkiyənin öz maraqları var” - deyən bu politoloqlar bunun üçün Azərbaycan amilinin daha mühüm rol oynamadığını bildirirlər. “Ankara-İrəvan arasında danışıqlar sərhədlərin açılacağını labüd edir” - şəklində düşünən politoloqlar
Türkiyənin iqtisadi maraqlar üzərində siyasət yeritdiyini göstərməklə, eyni zamanda siyasi maraqların qorunmasını da qeyd edirlər. Digər bir analitik qrup hesab edir ki, son vaxtlar daha ciddi gündəmə gələn sərhədlər məsələsi Vaşinqton və Ankaranın Azərbaycana təzyiq vasitəsindən başqa bir şey deyil. Onlar son günlər ABŞ-Azərbaycan və Türkiyə-Azərbaycan münasibətlərində olan soyuqluğun aradan qaldırılmasına xidmət edən sərhədlər məsələsinin Rusiya Azərbaycan münasibətlərinin inkişaf etməsi və Rusiyaya meylin artması təqdirində artıq vasitə deyil, real işə çeviriləcəyini proqnozlaşdırırlar. Başqa bir analitik qrup bildirir ki, Türkiyə yalnız Ermənistana irəli sürdüyü konkret şərtlər ödənildikdən - “soyqırım” iddiasından əl çəkərək, işğal altında olan Azərbaycan torpaqlarını azad edilməsindən sonra sərhədləri açacaqdır.(7)


ƏDƏBİYYAT

1. Həmsədr ölkələr arasında Azərbaycanın hüququnu müdafiə edən ölkə yoxdur/ 525 qəzet, 28 aprel 2012-ci il
2. Aslanlı. Tarihten Günümüze Karabağ Sorunu/ “Stratejik Analiz” jurnalı, İyul 2008.
3. Məmmədov A. Beynəlxalq münaqişələr. Bakı: 2002.
4. Abdullayev R. Yaşıl Türkiyədə “qara zolaqlar/ “Region +” jurnalı, № 16, avqust 2008.
5. Məhərrəmzadə A.Qarabağ münaqişəsi Türkiyə - Ermənistan münasibətlərində mühüm amil kimi “Qarabağ dünən, bu gün və sabah” 5-ci elmi-əməli konfransının materialları (2006-cı il)/ http://karabakh-doc.azerall.info/
6. Cənubi Qafqaz bölgəsində aktiv diplomatiya /http://yazerbaycankurtsorunu.blogcu.com
7. Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi http://karabakhinfo-.com/muellif/1608-trky-ermnstan-mnasbtlr-v-daliq-qaraba-mnaqs.html#sthash.RWBUc856.dpuf

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM