Fəlsəfə elmləri doktoru, professor
Qloballaşma və inteqrasiya əsrində dünyagörüşündə yeni istiqamətlər axtarışı, transformasion cəmiyyətdə mövqe və mənafelərin yaratdığı toqquşmaları əks etdirən ideyalar sistemində innovasiyalılıq düşüncəsi məhz yeniləşən dünyada mədəni inqilabdır.
Müasir dövrdə müstəqil, suveren və milli dövlətçiliyin inkişafı istiqamətində Azərbaycan xalqının mənəvi potensialını, milli etik dəyərlərini, məfkurə, iman və inamını tam üzə çıxarmaq üçün nə edilməlidir? Bunun üçün indiyədək də şüurlarda müəyyən dərəcədə qalan əski sosializm-kommunizm idealları əvəzinə milli ideya və milli ideologiya, milli dəyərlərin tənzimlənməsi olduqca zəruridir
Qlobalizm fenomeni əksərən «vahid dövlət», «vahid dünya», «vahid bazar», «sərhədsiz vahid dünya» və s.terminləri ilə paralellikdə işlənir. Niyə? Axı bir sıra alimlər də qloballaşmanın «qlobal böhran», «qlobal təhlükə», «qlobal qorxu», «qlobal fəlakət» mənasında məhz qlobal fəsad yaradacağını da bildirirlər. BMT, Avropa İttifaqı, Avropa Şurası, NATO, İnterpol və s. qurumlar qlobalizm nümunəsidirmi... Bu yanaşmadan da «qloballaşma», «modernləşmə», «qərbləşmə» və bütün bu paradiqmalarda demokratiya amili, bu fenomenlərin təzahüründə isə milli ideya axtarışında müstəqil Azərbaycanın siyasi, sosial, iqtisadi, hüquqi mənzərəsini bütün açıqlığı ilə əks etdirən bir modern tərzə söykənən azərbaycançılıq məfkurəsi formalaşır. Təbii ki, Təfəkkür və Düşüncələrdə mənəvi inqilab həm Zamanın, həm də Məkanın formuləsindən keçir. Akademik Düşüncədə Zaman itidir, dəyişkəndir, sürətlidir, Məkan isə dəyişilməz, bütün dünəni, bu günü və hətta gələcəyi düşünərkən prizmasında da Zamanın seçimi müstəqil Azərbaycanda Ulu Öndər H.Əliyev təməlinə söykənən Azərbaycançılıq, Prezident İ.Əliyevin modernləşmə strategiyasıdır.
Belə ki, Azərbaycanda demokratik proseslərin təzahüründə qərbləşmənin zəruriliyini, eyni zamanda Qərbdəki demokratik cəmiyyət modelinin ölkəmizdə tətbiqinin özünəməxsusluğu - milliçiliyi qoruma zəminində olmasını, xarici təsirlər “öhdəliyi” altında demokratik islahatların aparılmasının hansı nəticələr verə biləcəyinə nəzər yetirək. Ölkə Prezidenti, İ.Əliyevin Bakıda (19.03.2015) Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışında söylədiyi kimi: “Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır... Dünyada elə bir qüvvə yoxdur Azərbaycan xalqının iradəsinə təzyiq edə bilsin. Azərbaycanda azad cəmiyyət formalaşıb”.
Nəzərə yetirək ki, siyasi sabitliyin iqtisadi əsası olmalıdır və yalnız bu halda cəmiyyətdə demokratik inkişaf və şəffaflığı təmin etmək olar. Həqiqətən də, demokratiyanı xaricdən zorla ixrac etmək, hərbi müdaxilələr yolu ilə totalitar sistemləri yıxaraq, vətəndaş cəmiyyəti qurmaq ağrılı prosesdir. Bəzən obyektiv və ya subyektiv səbəblərdən qarşıya qoyulan hədəfləri reallaşdırmaq çətin olur.
Reallıqdır ki, Qərb bir çox hallarda “demokratik institutlar” adı ilə öz iqtisadi, geosiyasi maraqlarını təmin etmək siyasəti yürüdərək, bunu Öhdəliklər kimi təqdim edirlər. Bəs Qərbin yüzilliklər ərzində formalaşdırdığı demokratik institutlaşmanı hər cəmiyyətdə az zamanda tam bərqərar etmək, birdən-birə tətbiq etmək mümkünmü? Aksiomadır ki, cəmiyyət onun maraqlarına xidmət edən ideyaları tez bir zamanda qəbul edir. Texnologiyaların müasir inkişaf səviyyəsində, informasiyaların bir anda yayıldığı qloballaşma şəraitində hər hansı bir ideyanın cəmiyyətdə aşılanması üçün artıq əsrlərin, belə desək onilliklərin ötməsini gözləmək yox, Azərbaycanda onun özünə xas olan, konsolidasiya edilmiş, balanslaşdırılmış siyasət yürüdülməsi konsepsiyası arqumentləşdirilir. Bu təməl prinsipləri də “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında yeni düşüncə, yeni məntiq olduğu qədər də siyasətşünaslıqda da yeni baxış yeni elmi inqilabdır.
Professor Əli Həsənovun qeyd etdiyi kimi: “qloballaşma dövrünün müasir çağırışları fonunda bütün ölkələr, o cümlədən dünyanın aparıcı dövlətləri qlobal və regional çərçivədə, müəyyən proseslərin və hadisələrin təsiri altında, habelə qarşılıqlı maraqlar kontekstində tez-tez öz siyasətlərinə müəyyən düzəlişlər edirlər. Təbii olaraq, Azərbaycan da öz milli maraqlarının təmin edilməsinə istiqamətlənmiş siyasi kursuna, əlverişli coğrafi mövqeyinə və kəsb etdiyi transmilli geosiyasi əhəmiyyətinə uyğun olaraq bu və ya digər gedişlər edir və bundan sonra da edəcəkdir”.
Bu mənada Qərbin rəsmi Bakıya, ölkədə demokratik islahatlarla bağlı, “məsləhət-tövciyyələrinin” xoş məqsədlərə xidmət etmədiyini, bunun dövlətçiliyin zəifləməsinə yönəldiyini, milli maraqları təhlükədə qoyduğunu əks etdirən mülahizələrə son dövrlər tez-tez rast gəlinir. Qərb analitiklərinin fikrincə, istənilən modernləşmə “qərbləşməyə” gətirib çıxarır. Düzdür, ölkələr müstəqil seçim etməlidir, lakin Qərbləşmə modernləşməyə şans yaradır. Bu da həqiqətdir ki, siyasətdə dəbdə olan “qloballaşma” adlı Buzlu okeandan tam istifadə etməklə cəmiyyətin milli dayaqları da donar, dövlətin milliliyi zəifləyər. Uzun tarixdən keçib gələn milli ənənələrin deqradasiyası və həm də dövlətin təməl dayaqlarını sarsıdır. F.Fukuyama bu haqda yazır: “Güclü dövlət qurulması dünya birliyinin ən mühüm problemlərindən biridir, çünki dövlətlərin zəifliyi və dağılması yoxsulluqdan tutmuş, QİÇS, narkotiklər və terrorizm qədər bir sıra çox ciddi problemlərin mənbəyidir». Bu fikirləri Z.Baumanın “bu gün baş verən qloballaşma hər cəhətdən mənfi qloballaşmadır, dövlət sərhədlərinə, yerli maraqlara, hüquqlara, imtiyazlara və digər məqamlara məhəl qoymamaqda ixtisaslaşan qüvvələrin qloballaşmasıdır. İndiyə qədər qloballaşmış qüvvələr, güclər milli dövlətlərin qüdrətini, qabiliyyətini azaltmaqda davam edən elə həmin qüvvələrdir» fikri də təsdiqləyir.
Nəzərə yetirək ki, hər bir müstəqil dövlətin vəzifəsidir ki, qloballaşmanın müsbət tərəflərindən öz dövləti maraq və mənafeyi baxımından istifadə etməklə, onun mənfi təzahürlərinə qarşı əks reaksiya olaraq, müqavimət göstərsin. Yuxarıda qeyd etdik ki, Ölkə Prezidenti İ.Əliyev də Azərbaycanın öz siyasi kursu olduğu fikrini söyləyir. Belə olan surətdə də məhz qloballaşan dünyada cəmiyyətlər inkişaf istiqamətini özləri seçməli olur. Bəs qərbləşmə olmadan modernləşmə şansı ola bilərmi? Belə ki, qərbləşmə və modernləşmə qloballaşma prosesinin iki ayrı modelidir. Bəs bu yeni sosiallıq nədir? Bu Yeni mədəni ya mənəvi inqilabdır.
Modernləşmə həm də demokratik institutlaşma və hüquqi dövlət idarəçiliyi mədəniyyətinin yaranmasını tələb edir. Bu model modernlik əsasında inkişaf edən ölkələrdə milli həyatın ayrılmaz hissəsinə dönərək, özünə əlverişli zəmin yaradır. Prosesin mahiyyətində qərbləşmədən, müasirləşmək yəni, milli mənəvi mədəniyyətləri itirmədən, qloballaşmaq durur. Belə ki, Şərqi Asiya dövlətləri, əsasən də Yaponiya dövləti və yapon milli ruhu qərbləşmədən müasirləşmənin mümkün olduğu reallığını əməli olaraq göstərdi. Təbii ki, orada qərbdən əxz olunan texnokrotlaşma, informasiyalaşma və demokratikləşmə prosesi cəmiyyətin milli atributlarına nəinki toxunmuş, heç təsir belə etməyibdir. Yaponiya nümunəsi modernləşmiş, milli azad cəmiyyətin yaranması, bu baxımdan qərbləşmədən də bu prosesin mümkünlüyünün bariz göstəricisidir. Şərqi Asiyanın bir sıra digər dövlətlərinin sürətli inkişafı, millətlərin özünü təsdiq etməsilə inkişafın, milli “mən”lərinin qələbəsini təsdiq edir. İqtisadi tərəqqi, demokratikləşmə heç də milli ənənədən mütləq imtinanı tələb etmir (Yaponiya, Sinqapur və Koreyanın, həmçinin Azərbaycanın inkişafından belə nəticə alınır) əksinə, onunla vəhdətə gələ bilər. Tarixi inkişafın dərki bəlli edir ki, milli identifikasiya əslində müasirləşmə ideallarına nə təhlükə, nə də bu prosesə əks olaraq ziddiyyət yaratmır. Akademik R.Mehdiyev bu yöndə siyasi düşüncəyə yeni paradiqmalardan çıxış edərək, göstərir ki, «Prezident İ.Əliyev müasir cəmiyyətin, müasir infrastrukturun yaradılmasını və müasir insanın formalaşdırılmasını modernləşmə sahəsində ölkə qarşısında duran əsas vəzifələr kimi müəyyən etmişdir… İnkişaf və modernləşmə isə idarə edilən proseslərdir, onların təkcə lokomotivi deyil, həm də hərəkəti tənzimləmək üçün pedalları vardır» və bu baxımdan qloballaşma + qərbləşmə, qərbləşməni isə modernləşmə olaraq təqdim edən əsas milli ideologiyadır. Məhz bu parametrdə bəşəriyyətin bütün inkişaf tarixi ilə şərtlənən Ümumdünya prosesi – Qloballaşma öz mahiyyətini yeni hadisə kimi unifikasiyalaşdırmağa cəhd edir. Bu baxımdan da “modernləşmə” və “qərbləşmə”nin fərqliliyi, bəzən də nisbi oxşarlığı hər biri özü- özlüyündə xüsusi məna daşıyır.
Modernləşmədə vətəndaş cəmiyyəti, əsasən də QHT sektorunun milli demokratiya və ictimai mühitin yeniləşməsində rolu, yeri və mövqeyi də önəmlidir. Belə ki, daxili resursları olan, özəl keyfiyyətləri inkişaf etmiş, fəal həyat mövqeyi tutan passionar insanları təşkilatlandırmaq vətəndaş cəmiyyətinin ən aktiv vəzifəsidir. Cəmiyyətin demokratikləşməsi, yeni kreativ, yaradıcı, intellektualların müxtəlif təşkilatlarda aktivliyi labüddür. QHT-lərin sosial, humanitar, ictimai prosesə cəlb edilməsi məqsədilə onların AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənməsi, konstruktiv ictimai tənqid üçün şərait yaradılması, maddi-texniki bazasının möhkəmlənməsi, habelə aktual sosial və humanitar layihələrin həyata keçirilməsinə kömək ölkədə demokratikləşmə Yolunda aparılan mühüm yeni inqilabi addımlardır.
AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ölkədə vətəndaş təşəbbüskarlığı, yeni ictimai davranış normaları mədəniyyətinin formalaşmasında mühüm rol daşıyır. Bu isə ölkədə milli identiklik, milli ideyanın xarakterik təcəssümü, ictimai-mədəni və yenilənən cəmiyyətdə Modern inqilabdır.
Bu nöqteyi-nəzərdən, ölkəmizin Qərbə inteqrasiyasında modernləşmə modelinin elementləri özünü açıq ehtiva edir. XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissəsi dövlətin ərazi bütövlüyünün və müstəqilliyinin qorunub saxlanılması, iqtisadiyyatın rifahlı inkişafı, vətəndaşların sabit həyat tərzi, müasir təhsil, mənəvi tərəqqi, demokratik qayda qanunlar və milli təhlükəsizlik və s. məsələlərdir.
Dünya yenidən nizamlanır, belə desək ölkələr-sərhədlər «qlobal və qəfil» çevrilişlərin harmoniyasında düzənlənir. Artıq dünyadakı proseslər XXI əsri rəngarəng inqilablar kimi tarixə yazır. Bu inqilablar qloballaşır, regionlaşır və lokallaşır. Bu inqilablar XX əsr inqilablarından, XX əsrin iki dəhşətli və faciəvi Müharibə faktorundan fərqlidir. Nəzərə yetirək ki, siyasi inqilablarla paralellikdə ölkələr var ki, orada milliçilik zəminində, ideoloji müstəvidə, ictimai şüur-təfəkkür-idrak paradiqmasında, sosial və humanitar xarakterdə inqilablar labüdləşir. Bu inqilablardan biri müxtəlif mədəniyyətlər dialoqudur. Qlobalizm artıq sosiomədəni Məkanı da «zəbt edib», «Vahid dünya» kütləvi, yəni populyarlaşmış mədəni-mənəvi sferanın yaradılmasına doğru gedir.
«Mədəniyyətlərin dialoqu» və «dialoq mədəniyyəti» ideyaları düşüncələrə həm Şərq, həs Qərbdən gəlmədir. Bəzən düşüncələr Qərbə qarşı «səlib müharibəsinə» qədər çatır, təfəkkür isə azərbaycançılıq həqiqətinə söykənərək, Milli ideyanı önə keçirir. Milli ideya mənəvi və rəmzi olaraq müəyyən dəyərlər toplusudur. Xalqın mənəvi seçimi ilə sıx bağlı olan milli ideyanın əsası millət və milli dövlətdir. Milli İdeya hər ölkənin tarixi təcrübəsi, sosial mədəni dəyərləri və ənənələrinə əsaslanmırsa, o, həyat tərzi ola bilməz. Deməli, bu günkü qlobal siyasi və mədəni mübarizədən kimin «hakim», kimin «məğlub» kimi dünyanın yeni düzənində necə nizamlanacağı məhz hər bir millətin öz milli ideyasının olmasııdır. Prezident İ.Əliyev məntiqində yazsaq: “Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi”. Dəqiq-səlis-açıq düşüncəyə- iti məntiqə söykənən bu fikir, Dövlətçiliyimizin qarantı olan müstəqilliyin Əsas qayəsidir. Bu qayə isə Prezident İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin mövqeyə görə çox zəngin tarixi və mədəni irsi, dini və sosio-mənəvi tolerantlıq ənənələri olan Azərbaycan hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı ünsiyyət məkanına uğurla transformasiya olunur, özünün zəngin multikultural(müxtəlif xalqların birgə yaşayış tərzi, tolerantlıq) təcrübəsini dünya ictimaiyyətinə nümayiş etdirir.
Yetərlidir ki, keçid dövrü müstəqil Azərbaycan reallıqlarına baxaq. Etiraf olunmalıdır ki, keçmiş sovet məkanının zəncirvarı sistemlə bir-birinə bağlı olan iqtisadi sisteminin dağılması ilə, ölkəmizdə də iqtisadi struktur «ayrı-ayrı» qopmuş, «relsdən çıxan», «həlqəvari», rabitəsiz hala düşdü, sanki hər şey bir anda «zəlzələnin» yaratdığı dağıntıya döndü. Bu dağıntının içində sosiomədəni görüntüləri əks etdirən strukturlar da «relsdən çıxdı». Nəinki zavod-fabrik, kolxoz-sovxoz, eləcə də küçələr- parklar, kinozalları, teatrlar, mədəniyyət evləri, klublar və s. bu kimi mədəni-məişət ocaqları da dağıldı. Düzdür, transformasiya dövrü idi, lakin Azərbaycan Ulu Öndər H.Əliyevin zəngin strategiyası əsasında (1993-2003) hakimiyyətin bərqərar olması ilə demokratik keçid və konsolidasiya yolu keçdi, eyni zamanda,ölkədə geniş miqyaslı iqtisadi islahatlar aparıldı, siyasi sistem və sosial münasibətlər humanistləşdirildi.
Deməli, demokratikləşmə özlüyündə iki əsas istiqamətin yaranıb inkişaf etməsinə səbəb olmuşdu. Bir tərəfdən keçmiş SSRİ adlı möhtəşəm «İttifaqlar»da birləşən sərhədlər dağılır, insanlar qapalılıq və antimillilikdən xilas olur, digər tərəfdən isə milli müstəqillik hərəkatı, milli dövlət və milli mədəniyyət hər cür inkişafın məqsədi, başlanğıcı olaraq meydana çıxırdı. Keçmiş İttifaqdan ayrılan dövlətlər və oradakı insanlar belə bir dilemma qarşısında qaldı «bunların hansı daha məqbuldur?» Bu məqbulluqda, bu kimi tranzit prosesdə məhz Ulu Öndər H.Əliyev öz mətin iradəsi ilə müstəqilliyin- demokratiyanın qarantı olaraq, nəinki insanları və dövləti, bütövlükdə iqtisadiyyatı, mənəviyyatı, mədəniyyəti qorudu, hifz etdi, uzaqgörən siyasətçi əzmi və dəmir xarizması ilə siyasi-iqtisadi-mədəni və s. bu kimi zəruri dialoqların «sabit rels üzərinə» qoyulmasına istiqamət verdi. Ümummilli Liderimiz sosial-siyasi proseslərin və mədəni-konfessional dəyişikliklərin milli müstəqilliyə təhlükə olmaması üçün yeni dünyanın tələbləri ilə ölkənin gələcək inkişaf yolunu istiqamətləndirdi. Bu Ulu Öndər tərəfindən proqramlaşdırılan Milli İnkişaf Strategiyası idi.
Qlobalizm adını alan bu proseslərdə yalnız yüksək siyasi-mədəni mənəviyyata malik olan millətlər məhz özgürlüyü, mənəvi kimliyi, milli dəyər, milli düşüncəsi ilə özünü qoruyur. Böyük qlobalizm «tefal»ında yanmasa da, bişir, haradasa özününkündən daha çox «özgələşmiş» mədəni müxtəliflik «mətbəxində» əriyir. Bu baxımdan milli ideya etnosun, millətin, onun mədəniyyətinin qorunub saxlanmasına imkan verdi. Bu mənada, Qərb özünün inkişaf modelini, həyat tərzini, mədəniyyətini, hətta mənəviyyatını da dünya xalqlarına təlqin edir, onları da «özü necədirsə, özü olduğu» kimi görmək istəyir. Qərbin təsir vasitələri, imkanları müxtəlifdir. Bu müxtəlifliyə qarşı durmaq, getmək də çox çətin prosesdir. Qərb dünya insanlarını Avropalaşmış, Avropa yönümündə, Avropa davranış tərzində görmək arzusunu elə qlobalizm «donu» ilə «geyindirməyə» cəhd edir. Sanki, dünya insanı Amerika və Avropada yaşayan adamları yamsılamalı, bu təqlidi də məhz «öhdəlik» kimi qəbul etməlidir. Və buna nail olmaq üçündə qlobalizm ideyası ortaya çıxıb. Bu baxımdan Prezident İlham Əliyevin “Bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu bizim böyük sərvətimiz, böyük dəyərimizdir... XXI əsrdə multikulturalizmə alternativ yoxdur. Əlbəttə ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenifobiya, islamofobiya kimi xoşagəlməz meyllərə biganə yanaşa bilmərik. Ona görə milli mədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların tətbiqi – hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır” fikirləri də məhz Azərbaycan siyasi təlimlər məktəbində yeni düşüncə, yeni milli istiqamət modeli, təfəkkürün modernliyini əks etdirən, Milli ideyanın təcəssümünün təzahürüdür. Bu Azərbaycanın özünəməxsusluğudur.
Belə ki, qərbləşmək, qərb texnologiyasını mənimsəmək, Qərb dövlət-hakimiyyət-parlamentarizm modelini qəbul etmək, heç də o mənanı vermir ki, mütləq Qərb həyat tərzi mədəni-mənəvi mühitini də mütləq şəkildə özünə «inteqrasiya» edəsən. Qərbdə O.Şpenqlerin qeyd etdiyi kimi: «… mənəvi mədəniyyətin deformasiyaya getdiyi bir zamanda» Azərbaycan Məkanının ona inteqrasiyası modernləşməni seçərək, öz milliliyini qoruyaraq yaxud K.Yaspers söylədiyi tək: «gələcəkdə dünyanın vahid qlobal vahidə çevriləcəyi» proqnozunu diqqətdə saxlamaqla inkişaf edir.
Razılaşaq ki, Milli İdeya konsepsiyası, bu yönümdə milli ideologiya kimi «başqa geosiyasi və etnik-milli məkanlarda yüzilliklər boyu formalaşmış təcrübəni «qəflətən daxil etmək», «kor-koranə köçürmək», «gətirmək» olmaz» düşüncələri yetərli qədər qəbul ediləndir. Müasirləşən Azərbaycanın öz ideya silahı, ideoloji bazası, milliçiliyi ehtiva edən xüsusiyyətləri, özünə məxsus milli dəyərləri komponentləşdirən demokratiya Yolu olması məqbuldur. Sürətli inkişaf yolunda olan, müasirləşən Azərbaycanda XXI əsrin yeni mədəniyyəti formalaşır. Bu yeni mədəniyyət çoxsaylı istirahət parkları, «şahmat ev»ləri, idman kompleksləri, rahat-asan yollar, körpülər, bağ-bağçadır. Azərbaycan əyalətlərinə yeni mədəniyyət-park mədəniyyəti daxil olub, ailəvi gəzinti- istirahət yerləri açılıb. Bu yeni mədəniyyət köhnə stereotipləri nəinki parçalayıb, hətta kökündən dəyişib. Bu müasir Azərbaycançılıqda, milli mənəviyyatda modernləşən mədəni inqilabdır.
Nəzərə yetirdik ki, Azərbaycanda çoxsaylı millətlər və onların mədəniyyətləri müxtəlif olsalar da bir-birilə ünsiyyətdə olan, hətta qan qohumluğunadək gedib çatan dialoq vasitəçiliyi mövcuddur.
Bu yöndə Azərbaycan regional qloballaşmaya nümunədir, regionda nəhəng intellektual mədəniyyətlərarası dialoq inqilabını ehtiva edən mərkəzdir. Bu günkü modernləşən Azərbaycanda məhz bu kimi mədəni qlobal inqilablar baş verir. Bu inqilabın hərəkətverici qüvvəsi məhz milliçilik, «Mən fəxr edirəm ki, azərbaycanlıyam» deyən Ulu Öndər H.Əliyevin uzaq görən siyasətinin Milli İnkişaf Strategiyası, bu siyasətin uğurlu davamçısı İ.Əliyevin «Mən hər bir azərbaycanlının Prezidentiyəm» məntiqinə söykənən, modern islahatlar və dünyaya inteqrasiya edən çoxşaxəli dövlətçilik fəaliyyəti, strategiyası milli Vəhdət, milli Dialoq, Tolerant mühit zəminində Azərbaycançılıqdır.
Strategiya.az
Antalya sammiti – G20-də Prezident İlham Əliyevin Yeni Çağırışları
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM