İranla Qərbin tarixi anlaşmasının bəzi detalları – kim uddu?

14:20 / 03.04.2015

BMT sanksiyaları da daxil olmaqla, İrana qarşı bütün embarqolar ləğv ediləcək, İslam Respublikası isə nüvə silahı proqramlarından imtina edir

 

Xəbər verdiyimiz kimi, uzun sürən gərgin danışıqlar prosesindən sonra nəhayət İran və “altılıq” (BMT TŞ-nin 5 daimi üzvü + Almaniya) ölkələri arasında razılaşma əldə olunub. Razılaşma ilə bağlı ilk məlumat Almaniyanın Xarici İşlər Nazirliyinin twitter səhifəsində elan olunub. Öz növbəsində İranın xarici işlər naziri Cavad Zərif özünün mikrobloqunda yazıb ki, danışıqların gedişi zamanı “qərarlar tapılıb” və tərəflər təcili şəkildə layihə sənədinin hazırlamasına girişməyə hazırdır. 
 
Bundan az sonra gecə danışıqların keçirildiyi İsveçrənin Lozanna Universitetində İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Moqerini birgə mətbuat konfransı keçirilib. AB xüsusi təmsilçisi bəyan edib ki, danışıqlarda əldə olunan razılaşmaya əsasən İrana qarşı sanksiyalar ləğv olunacaq. Bundan sonra hər iki tərəf anlaşmanın detallarını açıqlayıblar. İranın İRNA Agentliyinin məlumatına görə, yayılan birgə bəyanatda mövcud həll yolları çərçivəsində İranın nüvə proqramı ilə əlaqədar heç bir obyektinin fəaliyyəti dayandırılmayacaq və İranın Nətənz, Fordo, İsfahan və Ərak kimi bütün nüvə obyektlərində dinc məqsədli nüvə fəaliyyətləri davam edəcək. 
 
Razılaşma İran daxilində uranın zənginləşdirilməsi proqramının davamına zəmanət verir və İran İslam Respublikası Yekun Müştərək Təşəbbüs Proqramının müddəalarına əsasən nüvə stansiyalarının yanacağının təmin olunması üçün öz nüvə yanacağı sənayesini davam etdirəcək. 
 
Həmçinin İran nüvə yanacağı obyektlərinin istehsalı və uranın satın alınması qarşılığında onun beynəlxalq bazarlara ixracı üçün zənginləşdirilmiş mövcud ehtiyatları ayıra biləcəkdir. 
Razılaşmaya əsasən Fordo nüvə obyekti modern nüvə və fizika tədqiqat mərkəzinə çevriləcək və həmçinin Fordo obyektinin yarısı 5+1 Qrupunun bəzi ölkələrinin əməkdaşlığı ilə modern nüvə tədqiqatları və sənaye, kənd təsərrüfatı və tibb sahələrində önəmli istifadəyə malik davamlı izotopların istehsalı üçün ayrılacaqdır.
 
Həmçinin Ərak Ağır Su Tədqiqat Reaktoru qalacaq və dizaynı yeniləşdirilərək yüksəldiləcək və modernləşəcək. O cümlədən İran şəffaflıq və etimadın yaradılması istiqamətində könüllü şəkildə əlavə protokolu müvəqqəti icra edəcək və bu protokolun təsdiqlənməsi prosesinin davamı olaraq, cədvəlin əsasında o, prezident və İslam Şurası Məclisinin səlahiyyətləri çərçivəsində təsdiqlənəcəkdir. 
 
Nəhayət, əldə olunmuş razılaşmaya əsasən yekun müştərək təşəbbüs proqramı təsdiqləndikdən sonra, Təhlükəsizlik Şurasının bütün qətnamələri ləğv olunacaq və Avropanın çoxtərəfli və Amerikanın birtərəfli bütün maliyyə və iqtisadi sanksiyaları, o cümlədən bank, sığorta, investisiya və onunla əlaqədar bütün xidmətlər, neft, qaz, neft-kimya və avtomobilqayırma sektorlarına tətbiq olunan sanksiyalar dərhal ləğv olunacaq. 
Həmçinin İranın nüvə proqramı ilə əlaqədar hüquqi və fiziki şəxslər, təşkilatlar, dövlət və özəl qurumlar, o cümlədən Mərkəzi Bank, digər maliyyə və bank müəssisələri, SWIFT, İran İslam Respublikasının gəmiçilik və təyyarə, neft tankerlərinə tətbiq olunan sanksiyalar hərtərəfli şəkildə dərhal ləğv olunacaq. Həmçinin 5+1 Qrupuna üzv ölkələr nüvə məsələsində yeni sanksiyalar tətbiq etməkdən çəkinmək üzrə öhdəlik götürüblər. 
 
Eyni zamanda danışıqların nəticələrinə əsasən iyulun 1-də yekun sazişin imzalanmasını təmin etmək üçün yaxın müddətdə görüşlər başlanacaq. Yekun müqavilə mətni - Yekun Müştərək Təşəbbüs Proqramı bir qətnamə çərçivəsində BMT Təhlükəsizlik Şurasında təsdiqlənəcək. Razılaşma ən azı qarşıdakı 10 ili əhatə edir. ABŞ dövlət katibi Con Kerri isə bildirib ki, bu razılaşma İranın nüvə silahlı əldə etmək imkanlarını heçə endirir.
 
Qeyd edək ki, açıqlanan müddəalara əsasən Qərb bu günə qədər İrana qarşı tətbiq olunan bütün sanksiyalardan imtina edir, bunun qarşılığında isə İran nüvə silahı yaradılması fəaliyyətlərindən imtina edir. Bütün təsisatlar yalnız dinc məqsədli nüvə yanacağı istehsal edəcək və bu fəaliyyətlər beynəlxalq nəzarət üçün açıq olacaq. Bununla da 10 il davam edən gərginlik dövrü arxada qalmış olur. Anlaşma ilə bağlı xəbərdən dərhal sonra İran XİN rəhbəri ilə ABŞ dövlət katibi arasında telefon danışığı olub. ABŞ prezidenti Barak Obama Ağ Evdə etdiyi çıxışında bildirib ki, Amerika İranla tarixi bir anlaşma əldə edib. Barak Obama razılığın əsas fikir ayrılıqlarını aradan qaldırdığını və İranı nüvə bombası istehsalı etməkdən çəkindirdiyini bildirib.
Anlaşma xəbəri İranda böyük sevinclə qarşılanıb. İranın böyük şəhərlərində, eləcə də Tehranda əhali küçələrə axışıb, sevinc və qələbə şüarları səsləndirilib. Adətən belə nümayişlər futbol üzrə dünya kubokunu qazanan ölkələrdə baş verir. İran əhalisi böyük ölçüdə son 36 ildə, xüsusi olaraq isə son 10 ildə Qərbin kəskin sanksiyaları ilə, böyük maliyyə itkiləri, inflyasiya ilə üz-üzə qalıb. Bu səbəbdən də ölkə əhalisi böyük sıxıntılar, ağır şərtlər altında yaşayır. İran-Qərb anlaşmasında embarqoların qaldırılması barədə konkret qərarlar verilib.
 
Dünyanın öndə gələn ekspertləri, media quruluşları yazır ki, İran  - Qərb (əslində ABŞ) anlaşması bölgədəki siyasi mənzərəni və gedişatı kökündən dəyişəcək. Artıq anlaşmaya kəskin etiraz edən İsrail dövlətinin reaksiyası bu dəyişikliklərin anonsu da sayıla bilər.
Anlaşmanın Azərbaycanın taleyinə də ciddi təsir edəcəyini iddia edən bakılı politoloqlar var. Onlar deyirlər ki, İranın Qərblə birbaşa dialoqunun yaranması Azərbaycanın "demokratiya paytaxtlarındakı" əhəmiyyətini azaldır. Eləcə də, neftin ucuzlaşmasına təsir etməklə, Azərbaycanın gəlirlərini azaldır. İranda 30 milyon Azərbaycan türkü yaşayır. Tehranın qələbəsi kimi təqdim olunan (əslində də belədir) Qərblə anlaşma milli azlıqlar istiqamətində həyata keçiriləsi islahatlara da təsir edəcək, İranın teokratik rejiminin mövqelərini gücləndirəcək.  
 
Ancaq təbii ki, bu sazişdən narazı olanlar da var. İlk növbədə İsrail və regionda ərəb rejimləri İranın bu anlaşmadan sonra mövqelərinin möhkəmlənəcəyindən əndişələnir. Hətta nüvə danışıqları gedişində İsrail və ərəb ölkələrinin rəhbərləri Vaşinqtona təzyiq göstərməyə çalışıb. Bundan başqa, İran hakimiyyəti daxilindəki mühafizəkar qruplar bu anlaşmanın Həsən Ruhaninin və bütövlükdə islahatçı komandanın mövqeyinin möhkəmlədəcəyindən və eləcə də regional siyasətdə İranın mövqeyinin zəifləyəcəyindən narahatdır. Eyni zamanda ABŞ-da respublikaçılar İranla anlaşmaya qarşıdırlar. Daha çox neft və silah sənayesi sektoruna yaxın olan respublikası siyasətçilər İranla anlaşmaya qarşı olduqlarını dəfələrlə bəyan ediblər. Avropa ölkələri isə bu vəziyyətdən, yəni Avropanın köhnə iqtisadi tərəfdaşı olan İrana qarşı embarqoların götürülməsindən çox məmnundurlar. Çünki İran Avropa üçün böyük bazar olmaqla yanaşı, eyni zamanda Avropanın enerji təminatında mühüm rol oynayan bir ölkədir. Bu mənada, İran-Qərb anlaşması bir çox tərəflər üçün uğurlu, bir çoxları üçünsə arzuolunmazdır. 
 
Kənan Rövşənoğlu /musavat.com/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM