Cənubi Qafqaz: toqquşan maraqlar kontekstində Rusiyanın xarici siyasəti

14:14 / 08.06.2015

Mustafa Şabanov,
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin attaşesi və Bakı Dövlət Universitetinin “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının qiyabi doktorantı

Ənənəvi olaraq, Rusiyanın Cənubi Qafqazda məqsədləri Qərbin bölgədə mövqelərinin güclənməsinə yol verməmək, region ölkələrinin beynəlxalq təhlükəsizlik sisteminə çıxışını məhdudlaşdırmaq, Qərblə hərbi inteqrasiya və bu sahədə region dövlətlərinin manevr imkanlarını azaltmaqdır. Lakin Rusiyanın bu planları regionda təmsil olunan yalnız 2 dövlət – İran və Ermənistan tərəfindən dəstəklənir. Bu isə Moskvanın bölgədəki siyasətinin effektivlik göstəricisini aşağı salır. Rusiyanın ənənəvi olaraq regionda təsir imkanlarını qorumaq üçün daxili münaqişələrə üstünlük verməsi, ərazi bütövlüyü və separatizmi dəstəkləməsi Azərbaycanla Gürcüstanı regiona yeni geosiyasi oyunçular və güc mərkəzlərini cəlb etməyə sövq edir. Bu gün Qərbin regiondakı mövqelərinin möhkəmlənməsinin əsas və birinci səbəbi budur.
Görkəmli Amerikan politoloqu Zbiqnev Bjezinskinin də qeyd etdiyi kimi regionda “böyük oyun” hələ də davam etməkdədir.[2] Bu oyunun əsas mükafatı isə Azərbaycandır. Özünün zəngin sərvətləri, mühüm strateji mövqeyi ilə Azərbaycan “böyük oyunçular”ın əldə etmək istədiyi əsas hədiyyədir. Bu oyunda Ermənistan və Gürcüstan isə açıq kartdır. Azərbaycandan fərqli olaraq həmin dövlətlər öz strateji inkişaf yolunu açıq surətdə bəyan edir, müxtəlif strukturlara inteqrasiya olunmaq istəyini gizlətmirlər. Ermənistan regionda Rusiyanın for-postu funksiyasını uğurla yerinə yetirir və Rusiyanın Cənubi Qafqazda hələ də qalmasına şərait yaradır.
Gürcüstanla bağlı situasiya isə tamamilə fərqlidir. Ermənistan Respublikasından fərqli olaraq, Gürcüstan Rusiyanın regionda manevr imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdıran və Qərb nüfuzunun bölgəyə hakim olmasına imkan yaradan dövlətdir. Bunun nəticəsi olaraq, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında beş günlük müharibə baş verdi. Ümumiyyətlə, “Avqust böhranı” NATO-Rusiya münasibətlərinə soyuqluq gətirmiş oldu. 1997-ci ildən etibarən fəaliyyət göstərən NATO-Rusiya Şurasının fəaliyyəti dayandırıldı. Bir çox sahədə həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr təxirə salındı. Bununla yanaşı olaraq NATO, xüsusilə də ABŞ Gürcüstanla iqtisadi-siyasi-hərbi sahədə əməkdaşlığını gücləndirmişdir. 2009-cu ildə may ayında NATO-nun Gürcüstanda keçirilmiş hərbi təlimləri də bunu bir daha təsdiq etməkdədir. Bütövlükdə, “avqust böhranı” Rusiyanın müasir xarici siyasətinin mühüm məqamlarından biridir. Müharibənin başlanması səbəbləri, onun Rusiya xarici siyasəti üçün nəticələri haqda bir mənalı danışmaq mümkün deyil.
Rusiya-Gürcüstan müharibəsi bir daha Rusiyanın xarici siyasət sahəsində təsir rıçaqlarını itirdiyini sübut etdi. Rusiya kimi fövqəldövlətin Gürcüstan kimi kiçik bir dövlətə qarşı hərbi əməliyyatlar keçirməsi Rusiyanın Gürcüstan üzərindəki bütün təsir imkanlarının zəiflədiyini, MDB daxilində əməkdaşlığın keyfiyyət əmsalının nə dərəcədə aşağı olması və bu qurum vasitəsilə postsovet məkanına nəzarətin imkansızlığını, həmçinin artıq NATO-nun Rusiyanın cənub sərhədlərinə qədər irəlilədiyini göstərdi. Bunanla da, müharibə Rusiyanın beynəlxalq nüfuzuna zərbə endirmiş oldu.[7]
Azərbaycan Respublikası ilə münasibətlər Rusiyanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir. 1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra Rusiya Azərbaycanın müstəqilliyi ilə barışmalı olsa da Azərbaycanın bir dəfəlik itirilməsi, onun Qərb ölkələri və Türkiyə ilə inteqrasiyaya daxil olması faktı ilə uzun müddət barışa bilməmişdir. Azərbaycanın bərabərhüquqlu əsasda, qarşılıqlı-faydalı əməkdaşlıq şəraitində, beynəlxalq hüququqa və mehriban qonşuluq münasibətlərinə uyğun əlaqələr qurmaq istəyinə Rusiya uzun müddət müsbət reaksiya verə bilməmişdir.
Lakin hazırda Rusiya Azərbaycanın müstəqilliyi və Qafqaz bölgəsinin nüfuzlu, perspektiv imkanları geniş olan dövlət statusu ilə barışmış, onunla praqmatik münasibətlər yaratmaq əzmi nümayiş etdirir. Azərbaycan olmadan Cənubi Qafqazda güclənə bilməyəcəyini dərk edən Rusiya rəhbərliyi Azərbaycanla münasibətlərin daha da gücləndirilməsi istiqamətində bir sıra addımlar atmaqdadır.
ABŞ-ın müasir xarici siyasətində Qafqaz regionu, xüsusilə də Cənubi Qafqaz xüsusi mövqeyə və əhəmiyyətə malikdir. Bunu ABŞ-ın milli maraqlarının müdafiəsi strategiyası özündə ehtiva edir. Təsadüfi deyildir ki, ABŞ-ın xüsusi mövqeyə malik olduğu NATO da 2004-cü ilin iyun ayında İstanbul sammitində Cənubi Qafqaz regionunu strateji maraq zonası elan etmişdir.[8]
ABŞ-ın müasir xarici siyasət prioritetləri sırasında Cənubi Qafqaz regionunun, xüsusilə də Azərbaycanın müstəsna əhəmiyyəti vardır. Elə bu məntiqə dayanaraq rəsmi Vaşinqtonun müasir xarici siyasət kursunun araşdırılması, xüsusilə də Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının real vəziyyətinin və perspektivlərinin təhlil edilməsi təkcə elmi deyil, həm də siyasi aktuallıq kəsb edir.
Dövlətlərarası münasibətlərdə tərəfdaşlıq və perspektivdə müttəfiqlik əlaqələrinin yaranması yalnız bir tərəfin arzusu ilə bağlı olmayıb, qarşı tərəfin və ya tərəflərin də buna can atması ilə reallaşır. Azərbaycan tərəfinin arzusu bəllidir. Bəs qarşı tərəfin – ABŞ-ın Azərbaycana münasibətdə mövqeyi necədir? Respublikamız ABŞ-ın strateji maraqları dairəsinə daxildirmi? ABŞ Azərbaycanla münasibətlərini hansı prinsiplər əsasında qurur? Birləşmiş Ştatların respublikamızla münasibətlərinə kölgə salan hansı problemlər mövcuddur və onların həlli mümkündürmü? Azərbaycan-ABŞ münasibətlərinin inkişaf səviyyəsi qənaətbəxşdirmi?
Aşağıdakı amillər ABŞ-ın Azərbaycana münasibətdə mövqeyini şərtləndirir:
- Azərbaycan zəngin təbii ehtiyatları, bölgənin ən iri, varlı və perspektiv inkişaf imkanları olan dövləti kimi ABŞ-ın diqqət mərkəzində saxladığı ölkələrdəndir. Xüsusilə, ABŞ-ın milli təhlükəsizlik sistemində enerji təhlükəsizliyi amili aparıcı rol oynadığından, Azərbaycanın zəngin neft ehtiyatlarına bu dövlətin olduqca böyük marağının olması təsadüfi sayılmamalıdır;[1, 26]
-Azərbaycanın əlverişli geopolitik mövqeyi ABŞ-ın strateji maraqlarına tamamilə uyğundur. Dövlətimiz şimaldan Rusiya, cənubdan isə İran ilə həmsərhəddir və regionda üstünlük uğrunda bu dövlətlər də mübarizə aparırlar. Bütün bu proseslər isə Birləşmiş Ştatların dövlətçilik maraqlarına ziddir və onu bölgədə möhkəmlənməyə və respublikamızla daha sıx əlaqələr qurmağa sövq etməlidir.
-ABŞ-ın respublikamıza marağının artmasında ölkəmizdə demokratiyanın olması, iqtisadi islahatların aparılması, bazar iqtisadiyyatına keçilməsi, insan azadlıqları və hüquqlarının qorunması kimi amillərin də danılmaz əhəmiyyəti vardır. Bu mənada, Azərbaycan ABŞ-ın müdafiə etdiyi meyarlara və standartlara uyğundur.
Bir sözlə, apardığımız müşahidələr və təhlillər bir daha belə bir fikri təsdiqləyir ki, həm Azərbaycan, həm də ABŞ qarşılıqlı şəkildə bir-birinin maraq dairəsindədirlər və əməkdaşlığın genişləndirilməsinin, hətta münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılmasının potensial imkanları mövcuddur. Cənubi Qafqaz regionu öz strateji əhəmiyyətinə görə istənilən ABŞ administrasiyası üçün xüsusi əhəmiyyət kəsb edəcəkdir.
Təsadüfi deyildir ki, 2009-cu ilin yanvar ayının 20-də fəaliyyətə başlamış B.Obama administrasiyası da Cənubi Qafqaz regionuna xüsusi diqqət ayırdığını bildirmişdir. ABŞ prezidentinin aprel ayının 6–7-də Türkiyəyə səfəri zamanı verdiyi bəyanatlar, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri olaraq rəsmi Vaşinqtonun bu istiqamətdə fəaliyyətinin intensivləşməsi belə bir nəticəyə gəlməyə əsas verir.
Problemin həllində ABŞ-ın ədalətli hakim rolunu oynaması təkcə regionda gərginliyi səngitməz, həm də ABŞ-ın beynəlxalq aləmdə sülhsevər, demokratik dövlət imicini qaldırmış olar.
Deməli, ABŞ, hər şeydən əvvəl, öz dövlətçilik maraqları naminə regionda sülh və sabitlik istəyirsə, respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini konkret əməli addımlarla təsdiqləməli, erməni separatçılarının öz müqəddəratını təyin etməsi kimi iddialarına müsir beynəlxalq hüquq əsasında kəsərli cavab verməlidir. Müasir beynəlxalq hüquqa görə isə, öz müqəddəratını təyin etmə prinsipi bir qanun tələbi kimi azlıq təmsil edən əhaliyə yox, bütöv xalqa, dövlətə şamil edilir. Bu prinsipin müasir anlamını BMT-nin Nizamnaməsi qoymuşdur.[4, 53]
ABŞ bütövlükdə Cənubi Qafqaz regionunu öz maraq dairəsi elan etdiyindən digər bölgə ölkələri – Gürcüstan və Ermənistan ilə də sıx əməkdaşlıq kursunu həyata keçirir. Gürcüstanla əlaqələr daha yüksək səviyyədədir. Ermənistana gəldikdə isə, ABŞ bu dövləti Rusiyanın təsir zonasından çıxarmaq siyasətini ardıcıl olaraq həyata keçirməkdədir. Ermənistan bu dövlətin Cənubi Qafqaz siyasətində “yaralı yerinə” çevrilmişdir. ABŞ-ın Ermənistana etdiyi maddi yardımının yüksək olmasının və bəzi siyasi məsələlərdə bu dövləti daha çox dəstəkləməsinin bu “yara”nın sağalmasına xidmət etdiyi barədə fikirlərə də rast gəlmək mümkündür. Bu siyasət eyni zamanda ikili siyasətin olduğunu da göstərir.
Göründüyü kimi, Cənubi Qafqaz sürətlə XXI əsrin geosiyasətinin ən əhəmiyyətli strateji dördyol ayrıcına çevrilir. Bu regiona idarə mərkəzləri Vaşinqtonda və Brüsseldə yerləşən energetika resurslarının tranzitinin və “Qərbi Avropa – Şərqi Asiya “hərbi dəhlizin möhkəmləndirilməsinin ən əhəmiyyətli layihələri bağlanmışdır. Cənubi Qafqazın unikal coğrafi mövqeyi onun qərb dövlətlərinin geostrategiyasında mərkəzi vəziyyətini müəyyən edir, Qafqazın cənubu Avropadan Asiyaya şərqə yerüstü marşrutdur; bu marşruta cənubda İraq, Türkmənistan, Əfqanıstan və Pakistan yanaşır. Qərbin strateji planlarında Cənubi Qafqazın mərkəzi yeri onunla müəyyənləşir ki, o son onilliyin üç böyük müharibəsinin tək ümumi məxrəci kimi çıxış edir-Yuqoslaviyada (1999), Əfqanıstan (2001) və İraq (2003), bu məqsədlə Rusiyanın, İranın, Çinin, Hindistanın və Türkiyənin iqtisadiyyatının və Asiyadan cənub-şərqi Avropaya yönələn Böyük İpək yolu infrastrukturunun inkişafının əməkdaşlığına mane olmuşdur.
Sovetlər İttifaqının dağılmasından dərhal sonra 1991-ci ildə Amerikanın xarici siyasətinin strateqlərindən biri olan Zbiqnev Bjezinskiy məmuniyyətlə bəyan etdi ki, “ tarixi Rusiya dövlətçiliyi dağıldı”. ABŞ-a onlara tay olan rəqib qalmadı. Bipolyar dünya quruluşu sistemi təkqütblü sistemə yer verdi. Mühüm geosiyasi dəyişikliklərlə əlaqədar olaraq ABŞ-ın əsas konsepsiya və strategiyalarına, həmçinin Qafqaz regionu siyasətinə yenidən baxılmışdır.
1998-ci ildə Amerika
politoloqu Ariyel Koen yazırdı, “ABŞ-ın Qafqazdakı maraqları Gürcüstan, Ermənistan və Azərbaycana müstəqillik və ərazi birliyi zəmanətlərinin verilməsindədir; İran və istənilən islam fundamentalizminin izharlarının üzərində nəzarətin aparılmasındadır; enerji ehtiyatlarına keçidlərin təmin edilməsindədir; regionda Rusiya İmperiyası ambisiyalarının mümkün yaranmasındadır.” Onun fikrincə, Birləşmiş Ştatlar “öz strateji maraqlar sahələrini mümkün olan təhlükələrdən qorumalıdılar, buna üç Cənubi Qafqaz respublikalarında mülki institutları və iqtisadi bazarları gücləndirərək, Türkiyə və İsrail tərəfindən dəstəklənən Gürcüstan və Azərbaycan koalisiyasını inkişaf etdirərək nail olmaq olar”. Koen “ Amerika energetik kompaniyalarına Qara və Aralıq dənizi vasitəsi ilə Qərbə neft və qaz kəmərlərinin tikilməsi imkanına zəmanət verməyi”; ABŞ rəhbərliyinə Bakı-Tbilisi-Ceyhan borusunun siyasi dəstəyini artırmağı təklif etdi, çünki “Şimali və ya cənubi yolun Rusiya və İran üçün enerji ehtiyatlarının mühüm hissəsinə nəzarət etmək imkanı yaratdığından, İran və Rusiya ərazisindənsə, Xəzər dənizindən Gürcüstan və Türkiyə ərazisindən neft daşınmasını aparmaq” Amerika maraqlarındadır.[5, 31]
Politoloqların yuxarıdakı fikirlərinə uyğun addımlar ataraq, ABŞ prezidenti B. Klintonun administrasiyası o vaxtlar Qafqazda öz siyasətinin məqsədini “ bütün bu regionun və beynəlxalq sistemin onun ətrafında islahatı” kimi müəyyən etmişdir.
Qeyd edək ki, XXI əsrin əvvəllərindən başlayaraq ABŞ-ın milli təhlükəsizlik strategiyası dəyişdirilmişdir. Strateqiyaya “güc” amili daxil edilir. Xarici siyasi strategiyada güc– başqalarının davranışına istənilən nəticənin alınması üçün təsir etmə imkanıdır.” “Power” – müxtəlif sahələrdə işlədilən universal anlayışdır. Xarakter və təsir üsulları üzrə gücün üç növü vardır – sərt, yumşaq və orta. Sərt (Hard power) - hərbi gücün istifadəsi daxil olmaqla lazımı nəticənin əldə edilməsi üçün sərt siyasət aparmağa imkan verir. Yumşaq (Soft power) - qoyulmuş məqsədlərə zor gücü tədbiq etmədən insan və cəmiyyətləri öz tərəfinə cəlb etməklə nail olur. Orta (Smart power) - nə “hard” nə də “soft”, onların kombinasiyasını təşkil edir.
“Smart power” sahəsində nailiyyətlərə yiyələnmək üçün ABŞ beş əsas punkta nəzər salmalıdır:
-Alyanslar, partnyorluq və institusiyalar – qlobal dəyişiklikləri nəzərə almaq lazımdır;
-İctimai diplomatiya, təhsil və tədris sahəsində beynəlxalq kontraktların aktivləşdirilməsi;
-Qlobal inkişaf məsələlərində vahid şəklə salınmış üsulların hazırlanması;
-İqtisadi inteqrasiya sahəsində geniş insanlar dairəsi üçün aparılan ticarətdən alınan gəlirin çoxaldılması;
-Energetika, təhlükəsizlik və iqlim dəyişiklikləri təminatı məsələlərində innovasiya və texnologiyaların dəstəklənməsi;
“Yumşaq gücün” istifadə prinsipi yeni strategiyanın qəbul edilməsindən xeyli əvvəl ABŞ siyasətçilərinin arsenalına daxil olub və Qafqazda işlədilməyə başladı. 1990-cı ildə Z.Bjezinskinin tərəfdaşı, beynəlxalq münasibətlər üzrə ittifaqın əməkdaşı Cozef Nay illərlə hazırlanmış ABŞ-da SSRİ-yə qarşı aparılan psixoloji və informasiya mübarizə metodlarının əsas prinsiplərini “yumşaq güc” anlayışı altında birləşdirdi. 2005-ci ildə o “Yumşaq hakimiyyət: dünya siyasətində qələbənin əhəmiyyəti” kitabını nəşr etdirdi. Soft Power: The Means to Success to World Politics”, burada o bütün səyləri Amerika siyasi ideallarının və mədəniyyətin cazibəsi hesabına ABŞ tərəfinə yeni tərəfdaşların cəlb edilməsinə yönəltməyi təklif etdi. Q.Kissincer və Z.Bjezinskinin dəstəyi ilə “yumşaq” metodlar vasitəsi ilə Amerika nüfuzunun dünyada artırılması Amerika dövlət departamenti tərəfindən artıq 90-cı illərin ikinci hissəsindən irəli sürülməyə başladı.[3, 46]
“Yumşaq güc” tək Cənubi Qafqazın yeni dövlətləri əhalisinin simpatiyasının alınması üçün deyil, həmdə Rusiya ərazisi, Şimali Qafqaz respublikasında da işlədilirdi. Kütləvi informasiya vasitələri, siyasi və mədəni xadimlər, müxtəlif maarifçilik mərkəzləri Amerika yaşayış tərzini təbliğ edirdilər, Amerika idealları, ədalət, yüksək mədəniyyət barəsində danışırdılar. Müxtəlif Amerika fondları tərəfindən maliyyələşdirilən kiçik biznes, kadr hazırlığı, xarici dil tədrisi, müəllim və tələbələrin təcrübəsi sahələrində proqramlar fəaliyyət göstərməyə başladı. Bu proqramların əksəriyyəti bu günədək fəaliyyətdədir. Hər hansı bir zorakılıqdan istifadə olunmadan, tərəfdar və köməkçilər dairəsinin genişləndirilməsi ilə ABŞ-ın regiondakı strateji təminat məsələləri həll olunur. KİV, internet, müasir kommunikasiya vasitələrindən istifadə edilir. “Yumşaq güc” siyasətinin köməkliyi ilə ABŞ Gürcüstanda müvəffəqiyyət qazana bildi.


Ədəbİyyat

1. Həsənov Ə.M. “Neft strategiyası və Azərbaycanın xarici siyasət fəaliyyətinin qurulması. Əsrin müqaviləsi-10”. Bakı, 2005.
2. “Region plus”. «Битва за Кавказ». 1 марта 2007
3. Бжезинский З. Великая шахматная доска (Господство Америки и его геостратегические императивы). Пер. с англ. О.Ю. Уральской. - М.: Междунар. отношения, 1998. – c.46
4. Торкунов А.В. Современные международные отношения и мировая политика. М.: “Просвещение”, 2004, 991c.
5. Зверев Ю.М.. Мировая экономика и международные экономические отношения, 2000, 289c.
6. Ушков А.М., Жильцов С.С., Зонн И.С. Геополитика Каспийского региона // Международные отношения 2003, 280 с.
7. “West condemns Russia over Georgia”. BBC News. 2008-08-26. http://news.bbc.co.uk/2/hi/europe/7583164.stm
8. http://www.caucasus.dk/chapter4.htm

"Geostrategiya" jurnalı № 02 (26) MART-APREL 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM