Nazilə Yaqubova,
AMEA İnsan Hüquqları İnstitutu, doktorant
Bu gün qloballaşmaya ümumi mənada dünyalaşma və ya qlobal inteqrasiya kimi tərif verilir: “Qloballaşma ölkələr arasındakı iqtisadi, sosial və siyasi əlaqələrin inkisafı, fərqli cəmiyyətlərin və mədəniyyətlərin inanc və görüşlərin tanınması, millətlərarası əlaqələrin genişlənməsi kimi fərqli görünən, lakin bir-biri ilə bağlı məsələləri birləşdirən bir anlayışdır.”(10)Başqa bir ifadə ilə qloballaşma ölkələrin sahib olduqları maddi və mənəvi dəyərlərin çərçivəsində əmələ gəlmiş münasibətlərin, milli hüdudları aşaraq dünya səviyyəsində yayılması və fərqliliklərin bütünlük və uyğunlaşma adı altında birləşməsidir. Bu o deməkdir ki, həyatımızın elə bir sferası yoxdur ki, qloballaşmanın təsirinə məruz qalmasın.
Müasir dünyada gedən qloballaşma prosesinin əsas səbəbləri kimi dövlətlər arasında informasiya və hərəkət azadlığının artması, inkişaf etməkdə olan və inkişaf etməyən dövlətlərin investisiya cəlb edilməsi üçün sərhədlərini inkişaf etmiş dövlətlərin üzərinə açması, ümumdünya bazarının formalaşması, istehsal-istehlak asılılığının yaranması, xammalın qeyri-stabil paylanması və digər amilləri göstərə bilərik.
Əgər qloballaşmanı dünyanı əhalisinin getdicə bir-biri ilə daha çox bağlandığı və bütün maneələrin aradan qalxdığı vahid qlobal ölkəyə çevrilməsi kimi təsəvvür etsək, onda dünya insanların, kapitalın, əmtəələrin və ideyaların sürətli və azad axınının baş verdiyi yeni bir dövlətə şahidlik edir. Daha sonra isə o insan hüquqlarının görünməmiş istifadəsinə şahidlik edəcək, çünki qloballaşma yer kürəsinin hər bir bucağına demokratiyanın, azadlıq və ədalətin yüksək dəyərlərini yaymaqla firavanlıq gətirir.(1, 167-175)Digər tərəfdən əgər qloballaşma dünyanın əmtəələr və xidmətlər üçün qlobal bazara çevrilməsi kimi başa düşülərsə, deməli güclü, nəhəng transmilli korporasiyalar tərəfindən idarə olunur və gəlir qaydalarına əsasən tənzimlənir, bu zaman dünyadakı bütün insanların hüquqları ciddi təhdidlərə məruz qala bilər.(6)
Ümumiyyətlə, qloballaşma haqqında ədəbiyyat, qloballaşmanın tərəfdarları və tənqidçiləri çoxdur.Qloballaşmanı tənqid edənlərin diqqət mərkəzində əhəmiyyətli yeri yoxsul və inkişaf etməkdə olan ölkələrdə insan hüquqlarının təsiri tutur. Onların təhlil və nəticələri, insan hüquqlarının qloballaşmanın mənfi təsirinə məruz qalmasını sübut etmək üçün, adətən beynəlxalq hesabatlar və statistikalardan götürülmüş faktlar və rəqəmlərlə dəstəklənir. Onlar adətən insan hüquqlarının bu və ya digər aspektləri, qloballaşmanın bu və ya digər aspektləri ilə, məsələn, inkişaf etməkdə olan ölkələrdə yoxsulluqla, özəlləşdirmə ilə əlaqədar yaranan işsizliklə və ya dərman patentlərinin inhisarçılığı nəticəsində insan sağlamlığının pisləşməsi ilə bağlıdır. Və ya onlar insan hüquqları sahəsindəyoxsullaşma və həyat şəraitinin aşağı düşməsi, insanlar arasında ayrı-seçkliyin artması, ərzaq, təmiz su, mənzil, savadsızlıq və s.təməl ehtiyacların təmin edilməməsi kimi pisləşən aspektləri sadalayırlar. Tənqidçilər qloballaşmanın bu faktlarını bütövlükdə dövlətin qloballaşmadan əvvəlki (adətən, 1990-cı ilə qədər) və sonrakı vəziyyətini müqayisə etməklə izah edirlər.
Qloballaşma tərəfdarları son 10 illikdə bir neçə regionda əsas insan hüquqlarına riayət edilməməsi faktını inkar etmirlər, lakin onlar bunu bir sıra ölkə və xalqların qloballaşmaya olan müqaviməti ilə izah edirlər və onlar təsdiq edirlər ki, qloballaşmadan mütləq faydalananlar və zərərçəkənlər olmalıdır.Zərərçəkənlərin qloballaşmaya qarşı müqaviməti onların durğunluq vəziyyəti və ya onların ənənəvi mədəniyyəti və hətta onların dinlərinin təbiəti ilə izah edilir, hansı ki, anti-demokratik və anti-modernizasiya yönümlü hesab edilir. (8)
Beləliklə, qloballaşmanın həm tərəfdarları, həm də tənqidçiləri razılaşırlar ki, insan hüquqları qloballaşmanın bu və ya digər mənfi təsirlərinə məruz qalır, lakin onların hüquqi müdafiə vasitələri ilə bağlı izahatları bir-birindən fərqlidir.Qloballaşma tərəfdarları qlobal sistemə daha çox insanların və ölkələrin cəlb edilməsini müəyyən edərkən, tənqidçilər isə tarnsmilli korporasiyaların hegemonluq müqavimətini və qloballaşma prosesinə xas olan ədalətsizliyi müəyyənləşdirir.
Müasir dünyanın səciyyəvi xüsusiyyətlərindən biri - öz mahiyyətinə görə müxtəlif siniflər və sosial sistemlərin maraqlarına daxil olan və həllindən bəşəriyyətin gələcəyi asılı olan qlobal problemlərin kəskinləşməsidir.Öz mahiyyətinə görə, müasir dövrün qlobal problemləri fərqlidir: nüvə müharibəsi təhlükəsi, ekoloji fəlakət, dünyanın varlı və kasıb ölkələrə bölgüsünün artması, tükənməkdə olan enerji mənbələrinin yerinə yenilərinin tapılmasının vacibliyi kimi problemlər.İctimai inkişafın ziddiyyətləri nəticəsində yaranan qlobal problemlər ölkə və regionların sosial-iqtisadi və elmi-texniki inkişafı və insanların ətraf mühitə artan təsiri ilə sıx bağlıdır.(2, 270 - 300)
Əsas problemlərdən biri də insan hüquqlarının, hər şeydən əvvəl sağlam mühitdə insanların yaşamaq hüququnun təmin olunmasıdır.Beləliklə, müasir qlobal problemlər 3 qrupa bölünür: ümumdünya qlobal problemləri, ümumplanetar qlobal problemlər, ümumbəşəri qlobal problemlər. “Qloballaşma” təhlükəsi yalnız xalqların müstəqil inkişaf hüquqlarının pozulmasındа deyil,bununla bərabər həm də bəşəriyyətin çoxsaylı inkişaf resursları məhdudlaşır, hansı ki, mümkün böhranlı vəziyyətlərdə onun inkişaf perspektivlərinin təminatçısı kimi olduqca zəruridir.Bu mənada, bəlkə də qlobal proseslərin ən mühüm münaqişəsi yaranır.Bir tərəfdən əsas təsir və yaradıcılıq vasitələrindən biri kimi insan intellekti çıxış edir, deməli insanın şəxsiyyəti, mövcudluğu, yaradıcılıq potensialı inkişafın reallaşdırılmasına yönəldilməlidir.Digər tərəfdən isə ümumdünya standartlaşdırması siyasəti nəticəsində hər şey ümumiləşdirilməyə çalışılır.
Qloballaşma dövlətin və cəmiyyətin hər bir sahəsinə təsir göstərdiyi kimi insan hüquqlarına da əsaslı təsir göstərən amillərdəndir. Ümumiyyətlə, insan hüquqlarının fenomen kimi formalaşması məhz qloballaşmanın cəmiyyətin həyatına fəal şəkildə nüfuz etməsi ilə birbaşa bağlıdır. Qloballaşmanın insan hüquqları sahəsinə göstərdiyi müsbət təsirlər sırasına aşağıdakıları aid edə bilərik:
- İnsan hüquqlarının ümumbəşəri dəyər kimi formalaşması;
- İnsan hüquqlarına xüsusi əhəmiyyətin artması;
- İnsan hüquqlarının daha geniş tətbiq edilməsi, insan hüquqlarının yayılması;
- İnsan hüquqlarının tətbiqi metodlarının genişləndirilməsi;
- İnsan hüquqları sahəsində maarifləndirilmənin artması;
- İnsan hüquqlarına sahəsində təcrübənin əldə edilməsi və paylaşılması;
- İnsan hüquqlarının milli (və ya dövlət) səviyyəsində olan problemlərinin aradan qaldırılmasında müştərək həll yollarının axtarılması və s.
Bununla yanaşı qloballaşmanın insan hüquqları sahəsində bir neçə mənfi təsirlərini də göstərmək olar:
- Qloballaşma prosesində insan hüquqlarından bəhanə kimi istifadə olunması, xüsusən də digər dövlətlərin daxili işlərinə qarışılması, suverenliklərin təhlükə qarşısında qalması;
- İnsan hüquqlarının kor-təbii şəkildə yerli şəraitə uyğunlaşdırılmadan tətbiq edilməsi;
- İnsan hüquqları anlayışının mərkəzləşməsi, yəni insan hüquqları anlayışının tez-tez istifadə edilməsinə qarşılıq olaraq bu sahənin insanlara konkret nələr vəd etməsindən yan keçib, ümumiləşdirməyə üstünlük verilməsi;
- İnsan hüquqlarının ABŞ və Avropa ölkələri tərəfindən təzyiq silahı kimi istifadə olunması;
- Əksər hallarda insan hüquqlarının müdafiəsi adı ilə müdaxilə edilməsi;
- Öz milli maraqlarına görə insan hüquqlarının pozulması adı altında bəzi istənməyən dövlətlərin təcrid edilməsi;
- Qloballaşma və inteqrasiya prosesləri nəticəsində dövlətlər arasında gömrük tariflərinin və şərtlərinin yumşadılmasının, əhalinin yerdəyişməsinə qoyulan qadağaların aradan qalxmasının özü ilə gətirdiyi qeyri-qanuni miqrasiya, qaçaqmalçılıq, narkobiznes, mütəşəkkil cinayətkarlıq və digərlərinin insan hüquqlarının qorunması sahəsində ciddi təhdidlərə çevrilməsi.(9)
Beləliklə, müasir insan hüquqları özündə bir sıra prinsip və normaları daşıyır. Bunlara dövlətlərin həm sülh, həm də silahlı münaqişələr zamanı əsas insan hüquq və azadlıqlarına hər hansı ayrı-seçkilik qoymadan onlara əməl etməsi və təmin etməsi vəzifəsi, habelə bu hüquqların yerinə yetirilməsinə qarşı cinayət pozuntularına görə məsuliyyət daşıması daxildir.
İnsan hüquqlarına dair beynəlxalq hüquq normalarının təfsiri ümumən beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasında (31-33-cü maddələr) təsbit olunmuş təfsir qaydalarına söykənir.
İnsan hüquqlarına dair beynəlxalq hüquq normalarının təfsirində mütənasiblik prinsipi mühüm əhəmiyyətə malikdir. Bu prinsip dövlətin hər hansı insan hüquq və ya azadlığına müdaxiləsinin qorunan məqsədə ( məsələn, dövlətin suverenliyinə, milli təhlükəsizlik maraqlarına, ictimai təhlükəsizliyə,ictimai əxlaqa və s.) uyğunluğunu müəyyən etmək məqsədi ilə tətbiq olunur. Başqa sözlə, bu zaman ümumi (ictimai) maraqla fərdin əsas hüquqları arasındakı ədalətli balans axtarılıb müəyyən olunur.(4, 89) Əgər dövlət tərəfindən tətbiq olunan məhdudiyyət qanunla müəyyən olunmuş məqsədə ziddirsə və “ demokratik cəmiyyətdə zəruri ” addım sayılmırsa, dövlət mütənasiblik həddini aşmış sayılır və beləliklə, müvafiq hüquq və ya azadlıq pozulmuş hesab olunur. Bu yanaşma həm də elan olunmuş fövqəladə rejimin və bununla bağlı qəbul olunmuş və insan hüquqlarını məhdudlaşdıran tədbirlərin mövcud vəziyyətin tələblərinə nə dərəcədə uyğun gəlməsini yoxlamaq üçün tətbiq olunur.
İnsan hüquqları sahəsində bir sıra müqavilələr sisteminin mövcudluğu hələ onun inkişaf prosesinin tamamlanması demək deyildir.Adı çəkilən hüquq sahəsi getdikcə artan müxtəlif beynəlxalq hüquqi aktlarla zənginləşir.Onun inkişafı çoxtərəfli beynəlxalq müqavilələrin bağlanması və dövlətlər tərəfindən həyata keçirilməsi üzərlərinə götürülmüş vəzifələrə nəzarət mexanizminin gücləndirilməsi yolu ilə davam edəcək.(1, 36-40)
İnsan hüquqlarının həm müasir, həm də ənənəvi problemləri sırasında təhsilin rolunu göstərmək labüddür. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin qurulması, insan hüquqlarının tam və qüsursuz tətbiqi, hüquqi və demokratik dövlətin yaradılması məhz təhsilin cəmiyyətdə oynadığı roldan çox asılıdır. Amma təhsilin səviyyəsinin artırılması sadəcə elmi biliklərin artırılması kimi yox, eyni zamanda insanlara sərbəst düşüncə qabiliyyətinin qazandırılması, onların fərd kimi formalaşdırılması, azad seçimin tətbiq edilməsinin aşılanması kimi nəzərdən keçirilməlidir. Çünki hər bir cəmiyyət istənilən məsələyə öz milli prizmasından yanaşır və onu özününküləşdirərək qəbul edir. Ona görə də, təhsil cəmiyyətin milli şüurunun formalaşdırılmasında əsas rol oynamalıdır.
İnsanın vətəndaş, siyasi, iqtisadi, sosial, mədəni və digər hüquqları barəsində, o cümlədən əhalidə ümumi hüquq düşüncəsinin və mədəniyyətinin formalaşdırılması istiqamətində maarifləndirmə işi insan hüquqlarının müdafiəsində mühüm rol oynayır. Əhali arasında həmçinin insan hüquqları pozulduğu hallarda onların müraciət edə biləcəkləri müdafiə mexanizmləri, o cümlədən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və onun fəaliyyəti, ona şikayət edilməsi halları və qaydaları barəsində geniş maarifləndirmə işinə ehtiyac vardır.
Bütün bunlarla yanaşı insan hüquqlarının beynəlxalq problemlərinə bir neçə məsələləri də göstərmək olar ki, bu məhz qloballaşmanın gətirdiyi yeniliklərlə bağlıdır. Məsələn, son dövrlərdə qloballaşmanın nəticəsində dövlətlər arasında sərbəst insan hərəkətinin genişlənməsi bu sahədə olan boşluqlardan insan alverinin genişlənməsində istifadə olunmasına şərait yaradır. İnsan hüquqlarında gender məsələsinin ön plana çəkilməsi, ailə daxili şiddət, insanlar arasında bir-birinə qarşı dözümsüzlük əslində cəmiyyətin daxilində olan problemlər olsa da, insan hüquqlarına beynəlxalq səviyyədə təsir göstərir. İnsanlar arasında texnologiyalar vasitəsilə əlaqələrin asanlaşması, xüsusən internet vasitəsi ilə təbliğatın genişlənməsi və şəxsi maariflənmə bu problemləri aktuallaşdırmaqdadır.
Qloballaşma prosesi nəticəsində dövlətlər arasında sərhədlərin aradan qalxması, işçi qüvvəsinə olan tələbatın kəskinləşməsi insan hüquqları sahəsində bir sıra problemlərə səbəb olur ki, bunun başında insan alveri, rasizm və digərləri gəlir. Dünyanın müxtəlif yerlərində cəmiyyətlərin müxtəlif inkişaf səviyyəsi də insan hüquqları sahəsindəki problemlərin yaranma səbəblərindəndir. Belə ki, insan hüquqlarının hakim olduğu cəmiyyətlər əslində dözümsüzlük nümayiş etdirərək insan hüquqlarının mövcud olmadığı cəmiyyətləri maarifləndirmək yerinə daha çox onları təcrid edərək özünü qorumağa çalışır. Bunun ənənəvi sübutu kimi Avropanın digər dövlətlərə və onların cəmiyyətlərinə qarşı yaratdığı diskriminasiya və dözümsüzlük gəlir (Fransada hicabın qadağan edilməsi, Danimarkada İslam dinini təhqir edən karikaturaların dərc edilməsi və s.). Əslində bu məsələdə Avropanın mövqeyinə də birmənalı yanaşmaq düzgün olmazdı. Əsrlərlə müharibələr meydanı olan, insan hüquqlarının bərpa edilməsi uğrunda mübarizələr aparan Avropa bugün qurduğu stabilliyi başqaları tərəfindən müdaxilə edilərək pozulmasını istəmir.
Sonda bildirmək istərdik ki, cəmiyyətdə insan hüquqları sahəsində olan problemlərin yeganə həlli cəmiyyətin ona qarşı olan həssaslığını artırmaqdır. Yəni cəmiyyət hazır olmadığı halda ona insan hüquqlarını tam olduğu kimi tətbiq etməklə problemi həll etmək mümkün deyil. Problemin həlli yalnız bu amilin bütün insanlar tərəfindən dərk edilərək qəbul edilməsidir. Bir şeyi də nəzərdə saxlayaq ki, yalnız o cəmiyyətdə insan hüquqları davamlı və dəyişməz olur ki, həmin cəmiyyət öz hüquqları üçün mübarizə aparmış olsun.
Ədəbİyyat
1. Карташкин В.А. Права человека в международном и внутригосударственном праве. М.:Изд-во ИГиП РАН, 1995, 135С.
2. Международное публичное право: Учеб. / Под ред. К.А. Бекяшева. 3-е изд., доп. М.: ТК Велби, Изд-во Проспект, 2004, 928C.
3. Права человека и вооруженные конфликты: Учеб. для вузов / Под ред. В.А. Карташкина. М.:Норма, 2001, 384C.
4. Soering v. The United Kingdom, Publications of the European Court of Human Rights, Ser. A, No. 161,1989, p. 89
5. Thomas L. Friedman : The lexus and the Olive Tree,: Understanding Globalization, Cairo : international Publishers,1999, p.394
6. Anthony Giddens: “Globalization”,BBC Reith Lectures (http://www.Ise.ac.uk/Giddens_99/week!.htm)
7. Gray C. Hufbaur, Globalization Facts and consequences ,Institute for International Economics,2001
http://www.iie.com/publications/papers/paper.cfm?ResearchID=388
8. Global Issues,CausesofPoverty
http://www.globalizationissues.org/Traderelated/Facts.asp
9. http://turalisgandarov.wordpress.com/2011/10/26/rights/
10. http://diplomatsbloq.wordpress.com/2011/09/15/qloballasma /
Yaqubova Nazilə
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM