Etibar Əsədov,
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Siyasi nəzəriyyələr şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru
Öncə qeyd edək ki, sön dövrlər hərbi təhlükəsizliyin təmin olunması məsələsinə ciddi diqqət yetirilməkdədir. Ayrı-ayrı dövlətlərin mill təhlükəsizliyinin mühüm istiqaməti kimi hərbi təhlükəsizliyin təmin olunmasının müxtəlif mexanizmləri nəzərdən keçirilməkdədir və tətbiq olunmaqdadır. Məlum olduğu kimi, hərbi təhlükəsizlik istənilən dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Hərbi təhlükəsizliyin mahiyyətini daha dərindən dərk etmək üçün milli təhlükəsizliyin təbiətini qısaca nəzər salmaq məqsədəuyğun olardı. Ən geniş mənada təhlükəsizlik - ən vacib dəyərlərə qarşı yönəlmiş təhlükədən müdafiə deməkdir. Çox vaxt təhlükəsizlik anlayışı tərif edilərkən məhz müdafiə -vasitə, vəsait və təşkilat tədbirləri, institut, əməkdaşlarla sazişlərin mövcudluğu vurğulanır. Lakin müdafiənin təmin edilməsi bütövlükdə götürülmüş kompleksi təhlükənin xarakter və miqyası ilə müəyyənləşdirilir. Bu səbəbdən “təhlükəsizlik” anlayışı bir-birindən ayrlmaz olan “təhlükələr-onlardan müdafiə” cütlüyünü birləşdirir.
Təhlükəsizlik - mümkün zərələrdən müdafiə olunma imkanları, ziyanlı təsirlərin qarşısının alınması, həmçinin kompensassiya olunması imkanlarının məcmusudur.
Təhlükə ilə üzləşib müdafiəyə ehtiyacı olan obyektdən asılı olaraq, söhbət individual formada “insanın təhlükəsizliyi”, “bir qrup insanın təhlükəsizliyi” (məsələn, etnik qruplar), “cəmiyyətin təhlükəsizliyi”, dövlətlərin “milli təhlükəsizliyi”, bir qrup dövlətin “regional təhlükəsizliyi” və ya “kollektiv təhlükəsizlik” (bu dövlətlər bir regiona daxil ola və ya hansısa birliyə üzv ola bilər) və nəhayət, dünya birliyinin “qlobal təhlükəsizliyi” haqqında gedə bilər.
Hərbi təhlükəsizliə gəldikdə isə, qeyd etmək lazımdır ki, bir çox hallarda beynəlxalq müstəvidə nəzərdən keçirilir.[6, 51] Hərbi təhlükəsizlik bilavasitə hərbi təhlükənin olmaması kimi qiymətləndirilirdi. Hərbi təhlükəsizliyin bu cür ənənəvi dərk edilməsində bir-birinə zidd olan iki məsələ vurğulanır. Birincisi dövlətin fiziki mövcudluğu və o ilk növbədə öz suverenitetinə arxalanaraq beynəlxalq sistemdə özünü idarə etmək hüququ və imkanı ilə bağlıdır. Praktikada bu güclülərə öz maraq və mənafeləri uğrunda beynəlxalq təhlükəsizlik qaydalarını pozmaq üçün stimul verir. İkinci məsələ isə müəyyən siyasi məkandakı dövlətlər arasında yaranmış münasibətlər çərçivəsində sülhün təmin edilməməsindən ibarətdir. Bununla belə, sülhün iştirakçıların niyyətindən əlavə hansı obyektiv bünövrəyə əsaslanacağı və uzun müddət ərzində necə təmin ediləcəyi barədə məsələ qaldırılmır.
Hər şeydən öncə qeyd edək ki, informasiya cəmiyyətinin tam bərqərar olduğu bir şəraitdə kommunikasiya ictimai təcrübənin mərkəzi elementlərindən birinə çevrilmişdir.[4, 21] Bu baxımdan, müxtəlif elm sahələrinin nümayəndələrinin tədqiq etdiyi sahəyə çevrilmişdir. Nəzəri cəhətdən siyasi aktorların fəaliyyətlərində informasiya proseslərinin rolunun artması siyasi mübarizənin, siyasi təsirin, siyasi iştirakçılığın həmçinin, cəmiyyətin bütün siyasi sisteminin transformasiyasının yeni forması meydana gəlir. Həmçinin hərbi təhlükəsizliyin təmin olunmasının yeni prinsipləri getdikcə daha artıq aktuallıq kəsb etməyə başlayır. Belə ki, hərbi təhlükəsizliyin təmin olunmasının ənənəvi vasitələri ilə yanaşı, qeyri-ənənəvi üsulları daha çox diqqət mərkəzinə keçir. Bunun obyektiv səbəbləri vardır. Belə ki, hərbi təhlükəsizliyin təmin olunmasında tətbiq edilən ənənəvi metodlar bir qayda olaraq hərbi güclə bağlıdırsa və daha çox resursların sərf olunmasını tələb edirsə, siyasi kommunikasiyaların köməyi ilə nisbətən az resurs sərf etməklə, dövlətin konstitusion quruluşuna, ərazi bütövlüyünə yönəlmiş təhdidlərin ciddi bir qismini aradan qaldırmaq mümkün olur. İnformasiya-kommunikasiya texnologiyalarının hazırkı inkişaf səviyyəsində siyasi kommunikasiya kifayət qədər təsirli vasitə kimi tətbiq olunmaqdadır.[2, 53] Təbii ki, dölətlərarası münasibətlərdə siyasi kommunikasiya bir çox hallarda çox da səmərəli olmaya bilər. Belə şəraitdə hərbi təhlükəsizliyin təmin olunmasının adətən hərbi gücün tətbiqi üsulundan istifadə olunur. Çünki, siyasi kommunikasiya əksər hallarda cəmiyyətin idarə olunması istiqamətində tətbiq olunduqda səmərəli olur. Bu baxımdan, daxili təhdidlərin aradan qaldırılmasında siyasi kommunikasiyalar daha işlək ola bilərlər.
Beləliklə, istənilən dövlət üçün hərbi təhlükəsizliyin təmin olunması vacib ictimai əhəmiyyətli funksiya kimi nəzərdən keçirilir. Ümumiyyətlə, əksər tədqiqatçılar hesab edirlər ki, hərbi təhlükəsizliyin təmin edilməsi özünün siyasi xarakteri ilə seçilir.[7, 91] Müasir mərhələdə, dövlətin özünün hərbi təhlükəsizliyinin təmin etməsinin hansı modelini seçməsindən asılı olmayaraq, onun səmərəliliyi birbaşa informasiya resurslarından, subyektlərlə obyektlər arasında informasiya əlaqələrinin xarakterindən və məzmunundan asılı olur. Yəni, informasiya-kommunikasiya texnologiyalarının inkişafı hərbi təhlükəsizliyin daha səmərəli təmin olunması üçün real imkanlar açır. Bu mənada hazırkı mərhələdə hərbi təhlükəsizliyin təmin olunmasında siyasi kommunikasiyaların rolunu xüsusi qeyd etmək lazımdır. Hərbi təhlükəsizliyin təmin olunmasında siyasi kommunikasiyaların rolu haqqında aydın təsəvvürlərə malik olmaq üçün siyasi kommunikasiyanın mahiyyətinə yaxından diqqət yetirmək lazımdır. Hər şeydən öncə qeyd edək ki, nəzəri konsepsiyalarda siyasi kommunikasiya probleminə xüsusi diqqət yetirilmişdir və bu tendensiya indiki məqamda daha da güclənməkdədir. Qeyd etmək lazımdır ki, siyasi kommunikasiya təkcə indi deyil, əvvəlki dövrlərdə hərbi təhlükəsizliyin təmin olunmasının vacib elementi rolunda çıxış etmişdir. Belə ki, birinci dünya müharibəsindən sonrakı dövrdə hərbi təhlükəsizliyin təmin olunması istiqamətində siyasi kommunikasiya vasitələrindən geniş istifadə olunmuşdur. Həmin dövrdə müxtəlif kommunikasiya vasitələrindən istifadə bir növ preventiv xarakter daşıyırdı.[5, 63] Belə ki, kommunikasiya vasitələri ilə təbliğat kampaniyasını həyata keçirməklə, müəyyən qədər hərbi təhlükəsizliyə təhdid yaradan məqamların aradan qaldırılmasına nail olunurdu. Təbii ki, bu istiqamətdə həyata keçirilən fəaliyyət heç də həmişə səmərəli olmurdu. Məlum olduğu kimi, hərbi təhlükəsizliyin təmin olunmasının əsas elementi rolunda hərbi güc çıxış edir. Bu baxımdan, siyasi kommunikasiya hərbi gücü tam şəkildə əvəz etmək gücündə deyildir. Hərbi təhlükəsizliyin təmin olunması istiqamətində siyasi kommunikasiyanın əhəmiyyəti əsasən onunla bağlıdır ki, o, ictimai orqanizmə təsir etməklə, onu tamam nəzarətə götürməyə imkan verir.
Qeyd edək ki, müasir cəmiyyətlərdə hakimiyyətin səmərəliliyi əksər hallarda hakimiyyətinin özünün informasiya-kommunikasiya xüsusiyyətlərindən, hakimiyyət daxilində kommunikativ qarşılıqlı fəaliyyətin qurulması prinsiplərindən asılı olur. Sosiumun və hakimiyyət-cəmiyyət münasibətlərinin inkişafı prosesi informasiya-komunikasiya yeniliklərinin mənimsənilməsindən və insanların onlardan istifadə səviyyəsindən asılı olur. İnkişaf etmiş cəmiyyətlərdə siyasi idarəetmənin səmərəliliyi komanda-inzibati kommunikasiyalardan demokratik kommunikasiyalara keçiddən birbaşa asılı olur. Siyasi kommunikasiyalar bütün sahələrdə müəyyən razılığın, kompromissin tapılmasını şərtləndirməklə, ictimai dəstəyi təmin etmiş olur. Bu baxımdan, siyasi idarəetmə sistemində ictimaiyyətlə əlaqələr institutunun əhəmiyyəti ciddi şəkildə artmışdır. Siyasi hakimiyyətin stabilliyi və onun legitimliyi onun informasiya-kommunikasiya xüsusiyyətlərindən birbaşa asılıdır.[3,71] Bununla yanaşı, müsir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi hakimiyyətə cəmiyyətin davranışlarını proqramlaşdırmağa imkan verir.
Siyasi kommunikasiyanın mahiyyəti ondan ibarətdir ki, siyasi aktorlar informasiya əlaqələri vasitələrilə fasiləsiz informasiya qarşılıqlı fəaliyyəti prosesində olurlar. Bu zaman siyasi kommunikasiya siyasi informasiyanın mübadiləsi üsulu kimi nəzərdən keçirilir. Hakimiyyət münasibətləri sferasında siyasi kommunikasiya problemini nəzərdən keçirərkən informasiyanın ötürülməsi kanallarına xüsusi diqqət yetirmək lazımdır. Həmçinin hərbi təhlükəsizliyin təmin olunması sahəsində də atılan addımların uğurlu olması birbaşa məhz kommunikasiya kanallarından asılı olur.
Beləliklə, hərbi təhlükəsizliyin təmin olunması subyekti rolunda dövlət çıxış edir. Dövlətin, xalqı, ərazini, maddi və mənəvi dəyərləri etibarlı qoruması üçün o, siyasi, iqtisadi, demoqrafiq, mənəvi və informasiya resurslarına istinad etməlidir. Bu mənada müasir siyasi kommunikasiya dövlətin hərbi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Hərbi təhlükəsizliyin təmin olunması istiqamətində siyasi kommunikasiyanın tətbiqi siyasi aktorların informasiya əlaqələri vasitəsilə fasiləsiz qarşılıqlı fəaliyyətini nəzərdə tutur. İnformasiya əlaqələri vasitəsilə həyata keçirilən bu qarşılıqlı əlaqə hərbi təhlükəsizliyin səmərəli təmin olunmasına istiqamətlənmiş olur. Bu da bir daha sübut edir ki, hərbi təhlükəsizliyin təmin olunmasında siyasi kommunikasiyanın kifayət qədər rolu vardır.
İstİfadə edİlmİş mənbələr
1. Бакулев Г.П. Массовая коммуникация: Западные теории и концепции: Учебное пособие. М.: Аспект Пресс, 2005.
2. Вершинин M.С. Политическая коммуникация в информационном обществе: Научное издание. СПб.: Изд-во Михайлова В.А., 2001. - С. 53-63.
3. Каныгин Ю.М., Калитич Г.И. Основы теоретической информатики. Киев: Наукова думка, 1990. - 232 с.
4. Кастельс М. Информационная эпоха: Экономика, общество и культура. Пер. с англ. / Под ред. О.И. Шкаратана. М.: ВШЭ, 2000, 311с.
5. Ницевич В.Ф. Военно-информационная политика государства: теория, императивы, приоритеты. М.: ВУ, 2001, 289с.
6. Прокофьев А.П. Военно-стратегический паритет как фактор обеспечения мира и безопасности народов: Дис. . канд. филос. наук.- М.: ВПА. 1990, 221с.
7. Радиков И.В. Военно-политические проблемы обеспечения безопасности государства в переходный период (На опыте России): Дис. . канд. филос. наук. М.: ВПА. – 1992, 163с.
"Geostrategiya" jurnalı № 02 (26) MART-APREL 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM