Bircə Bayramova,
BDU-nun Tarix fakültəsinin dissertantı
2004-2005-ci illərdə Azərbaycan Respublikası ilə ABŞ arasında iqtisadi-ticarət sahəsi üzrə ikitərəfli və çoxtərəfli əlaqələr olmuşdur. Həmin illərdə bir sıra müqavilələrə imza atılmış, layihələr həyata keçirilmişdir.
İlkin olaraq qeyd etmək olar ki, 2004-cü il fevralın 19-da Vaşinqtonda İqtisadi Əməkdaşlıq üzrə ABŞ-Azərbaycan İşçi Qrupunun iclası keçirildi. İclas zamanı aşağıdakı məsələlərə baxılması nəzərdə tutuldu: 1.turizm sahəsində əməkdaşlıq - ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) Azərbaycanda Turizm strategiyasının işlənib hazırlanması üçün ölkəmizə 308.000 ABŞ dolları həcmində qrant ayırdı. Bu qrantın alıcısı (resipienti) – Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi olmalı idi (9, 127); 2. İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində əməkdaşlıq - Məlum olduğu kimi, bu sahənin inkişa-fına dair Azərbaycanda Milli Strategiya qəbul olunmuşdur (2003-2012-ci illər üzrə). Onu da qeyd etmək lazımdır ki, ABŞ tərəfi İKT sektorunu Ermənistan üçün prioritet sahə seçmişdir. Ona görə də bu sahədə ABŞ şirkətlərinin Azərbaycana cəlb edilməsi vacib idi; 3. Elmi-Texniki sahədə əməkdaşlıq- bu əməkdaşlıqda 2003-cü ildə ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondunun (CRDF) yardımı nəticəsində Azərbaycanın Milli Fondunun yaradılması, iclasda elmi-texniki sahədə ikitərəfli sazişin inzalanması məsələsi də gündəliyə qoyulmuşdu (9, 128); 4.Kənd təsərrüfatı sahəsində əməkdaşlıq - 2003-cü il ABŞ tərəfinin Azərbaycana GSM-102 və “Supplier Credit Guarantee Program” (SCGP) proqramları üzrə (buğda və digər kənd təsərrüfatı mallarının alınması üçün) müvafiq olaraq 15 və 5 milyon dollar məbləğində kredit qrantlarının verilməsi məsələsi müzakirə edildi. Bununla əlaqədar 2004-cü ilin fevarılnda ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Avropa və Yaxın Şərq üzrə mütəxəssisi Cozef Merton ilə görüşdə GSM-102 və “Supplier Credit Guarantee Program” (SCGP) proqramları çərçivəsində ABŞ-dan Azərbaycana ərzaq mallarının ixrac məsələləri müzakirə olundu. ABŞ Hökuməti 15 və 5 milyon dollar məbləğində kredit qarantiyaları ayırdı. “Hazırda ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi Azərbaycana PL480- tipli 1 proqram üzrə yardım verilməsini araşdırır” (9, 128). Belə ki ABŞ-dan buğda və digər kənd təsərrüfatı mallarının alınmasının səmərəli yolları araşdırıla bilər.
İqtisadi Əməkdaşlıq üzrə ABŞ-Azərbaycan İşçi qrupunun iclasına dair sənəddə sonuncu məsələ Minilliyin Çağırışları Korporasiyası (13, 14) (MÇK) idi. MÇK-nın İcraçı Şurasının formalaşması,həmçinin ona ABŞ Dövlət Katibi Kolin Pauelin sədrlik edəcəyi, onunla birgə Maliyyə Naziri Con Snou, ABŞ Ticarət Nümayəndəsi(USTR),səfir Robert Zoelik və USAİD-in administratoru Andryu Natsiosun daxil olması göstərildi. (9, 129). 2004-cü il fevralın 28-dən martın 27-dək ABŞ-ın Ticarət Nazirliyi nəzdində fəaliyyət göstərən Xüsusi İşgüzar İxtisasartırma Təhsil Proqramı (Special American Business İntership Training Program - SABİT) çərçivəsində süd məhsulları sahəsinə dair kurs təşkil olundu (Qeyd:SABİT-in 2004-cü ildə keçiriləcək kursları barədə Səfirliyin VŞN/477/03, 21/11/2003 tarixli məktubunda məlumat verilmişdir). Kursda Azərbaycanın üç özəl qurumunun nümayəndələri iştirak etdi: “Azərbaycanın Süd Emalçıları Assosiasiyası”nın prezidenti İslam Hüseynov, “Azərbaycan Marketinq Cəmiyyəti”nin süd məhsulları departamentinin direktoru Məlik Əliyev, “MİLK- PRO ltd.” Şirkətinin direktor müavini Roman Vasilko idi. “JBDS inc” şirkətinin İcraçı direktoru Alan Qross ilə görüş zamanı süd məhsulları və digər sahələrdə maraq doğuran layihələr müzakirə olundu (12, 106).
ABŞ Ticarət Nazirliyinin yeni ölkələr üçün biznes məlumat xidmətində (BİSNİS) Azərbaycan şirkətlərinin nümayəndələri BİSNİS-in direktoru Trevor Qann, təşkilatın Azərbaycan üzrə mütəxəssisi Çanq Sah, digər mütəxəssislər Xristo Xristov və xanımı Coan Morqan ilə görüş keçirdilər. Tədbirdə, həmçinin ABÇ EXİMBANK-ın Rusiya, MDB və Türkiyə üzrə departamentinin direktoru Pol Tummimia iştirak etmişdi. Görüşdə Azərbaycan nümayəndəliyinə BİSNİS-in “Partnyorun axtarılması” proqramı və digər proqramlar barədə xüsusi formalar təqdim olundu. Onlar Azərbaycanda qatılaşdırılmış süd (condesend milk), makaron və şirələr istehsalının təşkili üçün ABŞ-da partnyorun tapılmasını arzu etdilər. EXİMBANK-ın nümayəndəsi P.Tumminia bankın maliyyələşdirmə proqramları barədə məlumat verdi. O, qeyd etdi ki, ABŞ şirkətlərindən əmtəə və texnologiyaların alınması üçün Bank əlverişli kreditlər verə bilər. Həmin görüşdə USAİD təşkilatının Azərbaycanda aqrobiznesin inkişafına yönəldilən fəaliyyəti müzakirə olunaraq bildirildi ki, kənd təsərrüfatı sahəsində kiçik və orta sahibkarlığın inkişafı üçün USAİD xüsusi proqram hazırlayıb. Bu layihənin həyata keçirilməsi üçün “Praqma” şirkəti seçildi (12,109).
ABŞ-ın Xarici Özəl İnvestisiyalar Korporasiyasının (Overseas Private İnvestment Corporation - OPİC) regional meneceri Ceyms Geyl ilə görüş zamanı bu qurum tərəfindən perspektiv investisiya layihələrinin maliyyələşdirilməsi məsələləri müzakirə olundu. Qeyd etmək lazımdır ki, EXİM BANK-dan fərqli olaraq, OPIC uzunmüddətli kreditlərin verilməsində və onların sığortalanmasında ixtisaslaşırdı; burada habelə kiçik biznesin inkişafı üçün xüsusi proqram hazırlanırdı. Bu proqrama görə, şirkətlərə 10 milyon dollardan artıq olmayaraq uzunmüddətli kreditlər verilə bilərdi. Əgər Azərbaycan və ABŞ şirkəti birgə hər hansı bir layihənin 1/3 hissəsini maliyyələşdirsə idi, OPİC layihənin digər 2/3 hissəsini maliyyələşdirə bilərdi (12, 108).
Azərbaycan iqtisadiyyatı, o cümlədən TASİS proqramı, Bakı - Tbilisi - Ceyhan neft, Bakı - Tbilisi - Ərzurum qaz kəmərləri haqqında Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Milli Təhlükəsizlik üzrə Biznes İcraçıları Təşkilatının baş icraçı əməkdaşı, istefada olan Çarlz Boyda 2004-cü il fevralın 29-da keçirilən görüşdə məlumat verdi, Ermənistan-Azərbaycan münaqişəsinin bu layihələrin təhlükəsizliyinə ciddi əngəl yaratdığını söylədi. ABŞ dövləti Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaxın zamanlarda 10 milyon dollar ayıracağını bəyan etdi (1).
2004-cü il aprelin 24-də ABŞ-Azərbaycan Ticarət Palatası Amerika iş adamları üçün Azərbaycanda və Xəzər bölgəsində biznes imkanları, ticarət, maliyyələşmə və digər məsələlərə dair brifinq keçirdi. Brifinqdə ABŞ Ticarət Nazirliyinin, İxrac-İdxal Bankının, Ticarət və İnkişaf Agentliyinin, habelə OPİK təşkilatının Avrasiya üzrə nümayəndələri çıxış etdilər. Ticarət və İnkişaf Agentliyinin (TİA) Avrasiya üzrə direktoru Daniel Stein bildirdi ki, 907-ci düzəlişin qadağaları dayandırıldıqdan sonra, agentlik Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə 5 milyard dollardan artıq sərmayə qoymuşdur. Azərbaycanda hava və dəniz limanlarının təkmilləşdirilməsi, turizm layihələri fövqəldövlətləri çox cəlb edir. Belə ki, TİA tərəfindən Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinə 380 min dollar vəsait ayrıldı (11, 122).
2004-cü il mayın 20-də ABŞ-Azərbaycan İqtisadi İşçi Qrupunun VIII iclası keçirildi. İclasa Azərbaycan tərəfindən Maliyyə naziri Əvəz Ələkbərov, ABŞ tərəfindən isə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə yardım üzrə əlaqələndiricisi səfir Karlos Paskual sədrlik edirdi (4). ABŞ 2004-cü maliyyə ilində 70 milyon dollar yardım edəcəyini bildirdi. 2003-cü ildə bu rəqəm 68 milyon dollar idi. Bu vəsait müxtəlif proqramların reallaşdırılması üçün nəzərdə tutulmuşdu (5). Qeyd edək ki, bu rəqəm XİN-nin 2004-cü il üçün cari arxivində 1milyard miqdarında göstərilmişdir. Həmçinin sənəddə 2005-ci il üçün prezident Buşun 2,5 milyard ABŞ dolları məbləğinin ayrılmasını Konqresdən istəməsi belə qeyd olunmuşdur (10, 41). Bundan başqa, iclasda ABŞ-ın Bakıdakı Səfirliyinin hüquq məsləhətçisi xanım Bet Stinan bildirdi ki, “Azərbaycanın müvafiq qanunvericiliyi vətəndaşlara öz gəlir mənbələrini açıqlamağa vadar etmir. Bir çox ölkələrdə çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı qanunvericilik fiziki şəxslərdən fərqli olaraq hüquqi şəxsləri məsuliyyətə cəlb etmir.Azərbaycan tərəfinə göstərilən sahələrdə nümunə qanun layihələrin təqdim oluna bilər” (10, 41).
2005-ci ildə iqtisadi sahədə əlaqələr çərçivəsində bir sıra görüşlər keçirildi. Belə ki “Azərbaycan Respublikası Hökuməti və ABŞ Hökuməti arasında hava nəqliyyatı haqqında Saziş” layihəsinin müzakirəsi üçün 2005-ci il ABŞ-ın Dövlət Departamentində üçüncü görüş keçirildi. Görüşdə Dövlət Departamentinin İqtisadi və Biznes məsələləri üzrə Bürosunun hava nəqliyyatı şöbəsinin direktor müavini xanım Laura Fauks-Qabl, şöbənin eksperti Laurens Cons, Nəqliyyat Nazirliyinin nümayəndəsi Stiven Hatli və Səfirliyin müşaviri F.Paşayev iştirak etdi. Azərbaycan tərəfindən ilk görüş zamanı Amerika tərəfinin irəli sürdüyü təkliflərə dair “Azərbaycan Hava Yolları” Dövlət Konserninin cavabları təqdim olundu (6, 86-89).
2005-ci ildə də USAİD ilə Azərbaycan arasında mütəmadi olaraq əlaqələr saxlanılırdı. Belə ki, 2005-ci il avqustun 26-da USAİD “Dövlət İnvestisiya Siyasəti və Səmərəliliyi” (DİSS) layihəsinin təqdimat mərasimi keçirildi. Tədbirdə DİSS texniki yardım layihəsinin əsas məqsədləri aşılandı.Qeyd olundu ki, ölkənin maliyyə vəsaitinin ən səmərəli şəkildə istifadə edilməsində hökumətə kömək göstərmək lazım idi. Eyni zamanda “təbii sərvətlərin hesabına iqtisadiyyatın inkişafınının müvəqqəti xarakter daşıması, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq və sosial siyasətlə sərmayə siyasətinin uzlaşdırılması məsələri müzakirə edildi” (2).
ABŞ-Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair İşçi qrupu ildə iki dəfə Bakı və Vaşinqton şəhərlərində görüş keçirir. İşçi qrupu 2005-ci ildə də öz fəaliyyətini davam etdirdi. Belə ki 2005-ci il mayın 25-də növbəti görüş oldu.İşçi qrupunun Gündəliyində Azərbaycan tərəfindən aşağıdakı məsələlər dururdu:
“Makroiqtisadi mühit (2005-ci ildəki makroiqtisadi mühit, yaranmış inflyasiya ətrafında narahatlıq, Azərbaycanın Beynəlxalq Maliyyə İnstitutları ilə əməkdaşlığı (BVF, DB);Sərmayə/Biznes/Maliyyə Mühiti (Azərbaycanın ÜTT-yə üzvolma məsələsi,İşçi qrupun Növbəti görüşü, gömrük məsələləri, Əqli Mülkiyyət Hüquqları məsələləri, Cekson Venik Düzəlişi, Davamlı Yardım); Azərbaycanın antikorrupsiya strategiyası; Özəlləşdirmə (Dövlət Proqramlarının icra vəziyyəti,xüsusilə bank, telekommunikasiya və aviasiya sahələrində); Bank Nəzarət Proqramı (7, 35-38); Dövlət anti-İnhisarçılıq proqramı;Sərmayə Haqqında Yeni Qanun;Çirkli pulların yuyulması;Mühasibat Standartları;Kənd Təsərrüfatı/KOS (Kiçik və Orta Sahibkarlıq/Regional İnkişaf) (Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı, Kredit Paylanması üzrə ABŞ Dövlət Proqramları, ABŞBİA-nın Kənd Təsərrüfatı Sektorunda Proqramları); Enerji və İnfrastrukturlar; Minilliyin Çağırışı Proqramı” (7, 39).
ABŞ tərəfindən bi sıra məsələlərə baxıldı: İqtisadi Artımın Davam Etdirilməsi, Neft Gəlirlərinin İstifadəsi; ABŞBİA(USAİD) tərəfindən hazırlanmış ölkə üzrə yeni strategiya; ABŞ Ölkədaxili Yardımının Müzakirəsi, neft gəlirlərinin idarəsində şəffaflıq- Mineral Ehtiyatların Hasilatı ilə məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT); Neft Gəlirlərinin İstifadəsi; ABŞBİA-nın yeni İctimai Sərmayələr Siyasəti və Effektlilik (İSSE və ya PİPE) layihəsi (7, 38).
Görüşdə adı çəkilən İşçi Qrupunun fəaliyyəti, o cümlədən Azərbaycanın ÜTT-yə üzvolma prosesində ticarət danışıqları, beynəlxalq ticarət sistemi və onun tendensiyaları üzrə mütəxəssislərin hazırlanması və ÜTT-yə “daxil olmanın Azərbaycanın iqtisadiyyatı və ya onun hər hansı konkret sahəsinə göstərəcəyi təsir barədə təhlil aparılması çərçivəsində ABŞ-ın texniki yardım ayırması imkanlarının araşdırılması” yüksək qiymətləndirildi (8, 41).
Qeyd olunmalıdır ki, ABŞ Azərbaycanın ÜTT-yə üzv olması üçün 2004-cü il oktyabrın 14-də birinci dəfə keçirdiyi Texniki Yardım layihəsini 2005-ci ilin mayında da həyata keçirdi. Həmin layihənin Azərbaycan üzrə koordinatoru İ.Kavass idi (8, 41).
2005-ci il noyabrın 29-da ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığa dair İşçi qrupunun 11 görüşündə makroiqtisadi mühit, fiksal və monetar siyasət, Azərbaycanın beynəlxalq maliyyə institutları-BVF,DB ilə əməkdaşlığı, 2005- ci ilin may ayında keçirilən görüşdəki bəzi məsələlər (regionun sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı,ABŞ-ın Azərbaycana yardım proqramının istiqamətləri və s.) müzakirə olundu (3).
Beləliklə, qeyd olunmalıdır ki, 2004-2005-ci illərdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf etmişdir. Lakin təəssüflər olsun ki, «907-ci düzəliş» in aradan qaldırılmaması və sadəcə olaraq müvəqqəti şəkildə dondurulmasi bu əlaqələrə mənfi təsirini bildirmişdir. Cənubi Qafqazda ən gözəl əlverişli- coğrafi mövqeyi olan Azərbaycan kimi dövlətlə ABŞ-ın hərtərəfli əlaqələr saxlaması məhz ABŞ-ın da marağındadır. Bunun üçün dünyanın hegemon dövlətlərindən biri kimi mühüm addımlar atmalıdır: «907-ci düzəliş» aradan tamamilə qaldırılmalı, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ikili standart mövqeyindən əl çəkməlidir.
İstİfadə olunmuş ədəbİyyat sİyahısI
1. ABŞ Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına 10 milyon dollar ayıracaqdır. “Respublika ” qəz., 2 mart 2004.
2. ABŞ Beynəlxalq İnkişaf Abentliyinin hazırladığı “Dövlət İnvestisiya Siyasəti və Səmərəliliyi layihəsi təqdim olundu. “Azərbaycan”qəz., 27 avqust 2005.
3. ABŞ-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlığa dair İşçi Qrupu ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək növbəti 11-ci görüşü barədə. 25.11.2005.// http://www.maliyye.gov.az/node/44
4. ABŞ-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlığa dair İşçi Qrupu ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək növbəti 11-ci görüşü barədə. 25.11.2005.// http://www.maliyye.gov.az/node/44
5.Azərbaycanla Birləşmiş Ştatlar arasında əməkdaşlıq uğurla davam edir. “Respublika” qəz., 21 may 2004.
6. XİN TAİ, 2005-ci il üçün cari arxivi. Responses by State Concern “Azerbaijan Airlines” (AZAL) to the questions of US side regardinq the draft Air Transport Agreement betüeen United States of America and the Republic of Azerbaijan. ABŞ qovluğu, f.28, s.11.
7. XİN TAİ, 2005-ci il cari arxivi. ABŞ qovluğu. Azərbaycan-ABŞ arasında iqtisadi əməkdaşlığa dair İşçi Qrupu (05 may 2005-ci il). f.28, s.11.
8. XİN TAİ, 2005-ci il üçün cari arxivi. ABŞ qovluğu. ABŞ tərəfi müzakirə olunması üçün iqtisadi məsələlərə dair tezislər, f.28, s.11.
9. XİN TAİ, Azərbaycanın 2004-cü il üçün cari arxivi, ABŞ qovluğu, İqtisadi Əməkdaşlıq üzrə ABŞ-Azərbaycan İşçi Qrupunun iclasına dair, f.28, s.8, VŞN/046/04. 19 fevral 2004, Səhifələrin sayı 3.
10. XİN TAİ, Azərbaycanın 2004-cü il üçün cari arxivi. ABŞ qovluğu, İqtisadi Əməkdaşlıq üzrə ABŞ-Azərbaycan içşi qrupu. 20 may 2004.
11. XİN TAİ, Azərbaycanın 2004-cü il üçün cari arxivi. Nazirliyin s/19-3379/19 və s/8-3773/02 nömrəli məktuba cavab olaraq Nazir Elmar Məmmədyarovun Vaşinqtona səfəri zamanı keçirilən görüşlər üçün tezislər, f.28, s.8.
12. XİN TAİ, 2004-cü il üçün cari arxivi, ABŞ qovluğu f.28, s.8. SABİT proqramında iştirak edən Azərbaycan nümayəndələrinin görüşləri haqqında AR XİN Arxivi, Elektron poçt sənədi, göndərilmə nömrəsi: VŞN/115/04. Tarix 30/03/2004 Səhifələrin sayı 3.
14. www.mca.gov
15. www.mca.gov.in - Ministry of Corporate Affairs
"Geostrategiya" jurnalı № 02 (26) MART-APREL 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM