Şahlar Əsgərov
Professor, Əməkdar Elm Xadimi
Qlobal dünya iqtisadiyyatı, qlobal rəqabətdir. Qlobal iqtisadiyyat şəraitində müstəqil yaşamaq çox çətindir. Belə şəraitdə zəiflər, ya güclülərin oyun qaydalarını qəbul etməli, ya da rəqabətə davamlı olmasını təmin etməlidir. Rəqabətə davamlı dövlətin qurulması güclü təhsildən keçir. Təhsil faktorunun həyatda rolunu ABŞ-ın prezidentlərindən biri belə qiymətləndirmişdir: “Amerika Universitetləri qüvvətlidir, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır, ona görə ki, onun Universitetləri qüvvətlidir”. Təhsilin rəqabətdə unikal rolunu ABŞ digər məşhur elm adamı, atom sualtı qayığın atası sayılan Rikover də yüksək dəyərləndirmişdir: “Təhsil - bizim Sovet İttifaqı ilə yarışa girdiyimiz sahədir. Bu yarışı udan tərəf də potensial cəhətdən qalib tərəf olacaqdır”. Əlavə şərhə ehtiyac yoxdur,çünki qalib tərəf məlumdur.
Təhsildə problemlərin olması artıq hər kəsə məlumdur. Bu problemin ən əsası təhsilin maraqlar arasında parçalanması və təhsil maşınının pulu biliyə çevirə bilməməsidir. Bundan əlavə olaraq digər problemlər də (12 illik təhsil, repetitorluq, əsgərlik problemi, xaricdə təhsil, vahid milli test, müəllimin (alimin) maaşı, təhsildə mədəniyyət qıtlığı, təhsildə rüşvət, tələbə sayı, universitetlərin şəhər kənarına çıxarılması, universitetlərin reytinqi və s ) mövcuddur. Bütün bu problemlərin varlığı səbəbindən, əhalinin təhsil müəssisələrinə baxışı pozitiv deyil. Bir çox insanlar təhsil ocaqlarına (məktəblərə, universitetlərə) az idrak işığı yayan məkan kimi baxırlar. Professor və müəllimlərimiz isə haqq daşıyıcıları funksiyalarını yerinə yetirənlərə az bənzəyirlər. Nəticədə, həmişə ictimai faydalı sahə hesab edilən təhsil, sosial-mənəvi sahədən daha çox qulluq sferasına çevrilməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiq edilmişdir. Təhsilimiz üçün böyük əhəmiyyət kəsb edən bu sənədin Azərbaycan Respublikasında təhsilin vəziyyəti adlanan 3-cü bəndində yazılıb:
“… aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin beynəlxalq rəqabətə davamlılıq göstəricilərinin və Azərbaycan Respublikasının ərazisində yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir”. Təhsilimizin beynəlxalq təhsil şəbəkəsində yerini bilmək və raqabətə davamlı təhsil ocaqları yaratmaq çox vacibdir.
Böyük Britaniyanın Legatum İnstitutunun analitik mərkəzi hər il dünya dövlətlərinin “Qlobal Firavanlıq İndeksi” (The Legatum Prosperity Index) adlanan mürəkkəb göstəricini ölçə bilir. Dövlətlərin firavanlıq nöqteyi nəzərindən nailiyyətləri 8 istiqamətdə (iqtisadiyyat, sahibkarlıq, idarəetmə, təhsil, səhiyyə, təhlükəsizlik, şəxsi azadlıq, sosial kapital) təyin edilir. Hər istiqamətdə alınmış nəticələr maraqlıdır və diqqəti cəlb edir.
Təhsillə bağlı nəticələr daha böyük maraq doğurur. Çünki, bizim Nizamiyə, qərbin Bekonuna görə gücün, qüvvətin mənbəyi bilikdir. Əgər qonşun səndən güclü olsa, sənə əziyyət verə bilər. Çalış ki, sən də güclü olasan.
Legatum İnstitutunun analitik mərkəzinin 2012 –ci il üçün 142 dövlətin təhsil indeksini müəyyən etmiş və cədvəl şəklində çap etmişdir. Adətən, cədvəllər quru və ruhsuz olduğundan ondan faydalı bir nəticə almaq mümkün deyil. Ancaq bu indekslərin keyfiyyət faktoru K[1] -dan asılılığı (K faktoru əldə edilmiş nailiyyətin, nailiyyət qıtlığına olan nisbətini ifadə edir) çox dəyərli nəticələr çıxarmağa imkan verir. Belə bir asılılıq şəkil 1-də göstərilmişdir. Qrafikin absis oxunda keyfiyyət faktoru K, ordinat oxunda təhsil indeksi göstərilmişdir. Qrafikdəki rəqəmlər bəzi dövlətlərin (Legatum İnistitunun analitik mərkəzitərəfindən təyyin edilmiş) təhsil indekslərini göstərirlər. Qrafikdəki biabırçı 87- ci nöqtə Azərbaycanın təhsil indeksini göstərir.
Şəkildən görünür ki, təhsil indeksinə görə dünya çox rəngarəngdir. Hər bir xalq öz mədəniyyətinə, tarixinə arxalanaraq yeni texnologiyalar, ictimai ideyalar, sosial və siyası institutlar yaradaraq cəmiyyəti idarə edirlər. İdarəetmə maşınının daxili elementləri müxtəlif olduğundan, bu maşının verdiyi son nəticələr də müxtəlif olur. Dünya təhsilindəki müxtəliflik bunun nəticəsidir.
Sual oluna bilər bu ölkələrdən hansını “standart” kimi qəbul etmək və ya nümunə kimi götürmək olar? Bu suala düzgün cavab verməklə təhsilin bəzi problemlərini həll etmək olar. Anoloji problemləri həll etmək üçün əvvəllər təklif edilən metodologiyadan[2] burda da istifadə etmək olar. Bu məqalədə ölkələri K parametrinə görə üç qrupa bölünürlər :
Bu qruplar sosial-iqtisadi parametlərinə görə bir birindən çox fərqlidirlər. Qrup daxilində isə ölkələrin parametrləri bir birinə nisbətən yaxındır. Bu səbəbdən istənilən bir dövlətin hər hansı bir parametrini öz mənsub olduğu qrup ölkələri ilə müqayisə etmək daha məntiqlidir.
Şəkil 1. Dünyanın 142 dövlətində təhsil reytinqinin K faktorundan asılılığı. Şəkildə rəqəmlərlə dövlətlərin təhsil reytinqi göstərilmişdir. 18-Latviya, 20-Macarstan, 21-Belarusiya, 25- Kipr, 26-Slovakiya, 27-Rusiya, 28-Litva, 29-Ukrayna, 40-Malayziya, 44-Ermənistan, 50-Çin, 51-Bolqarıstan, 57- İran, 59- Moldova, 61- Serbiya, 66- Gürcüstan, 68-Tacikistan, 78- Meksika, 87-Azərbaycan, 96- Beliz.
Aydındır ki, örnək olaraq birinci qrup dövlətlərin təcrübəsindən istifadə etmək olmaz, çünki onlarda həm adam başına düşən ÜDM, həm də K faktorunun qiyməti çox yüksəkdir, bu səbəbdən də təhsil standartları çox yüksəkdir. Bu ölkələrdə uşağın təhsili, anadan olandan ömrünün axırına kimi dövlətin nəzarətindədir. Belə ölkələrə misal olaraq Yeni Zelandiyanı (1), Avstraliyanı (2), Kanadanı (3), Norveçi (6) və digərlərini göstərmək olar.
Model olaraq, üçüncü qrup dövlətlərdən də istifadə etmək məqsədəuyğun deyil, çünki bu ölkələrin təhsil standartları çox zəifdir, onlar çox geri qalıblar. Bu ölkələrə misal olaraq Əfqanıstan (139), Çad (140), Niger (141) və Mərkəzi Afrika Respublkasını (142) göstərmək olar. Bu ölkələrdə təhsilin vəziyyəti çox pis və ya bərbaddır.
Biz öz qrupumuza daxil olan dövlətlərin müsbət təcrübəsindən örnək olaraq istifadə edə bilərik. Bu qrupa daxil olan 50 dən çox ölkə punktirli dördbucaqlı ilə əhatə edilmişdir. Bu ölkələrin həm iqtisadi, həm də humanitar parametrləri bir-birinə yaxındır. Göründüyü kimi bu dövlətlərin təhsil indeksləri əla ilə pis arasında dəyişir. Əla təhsil indekslərimə malik dövlətlərin uğurlarından bəhrələnə bilərik. Bu niyyətlə qrupa daxil olan bir qisim dövlətlərin təhsil indeksləri və sosial-iqtisadi nəticələri cədvəldə göstərilmişdir.
Şəkildən görünür ki, ikinci qrup ölkələr arasında Latviya, Macarıstan, Belarusiya yüksək təhsil səviyyəsinə malikdirlər. Təhsil indeksinə görə Rusiya 27 –ci yerdə, Litva, Ukrayna isə 28 və 29-cu yerlərdədir.
|
Ölkələr |
Təhsil indeksi (2012) |
K-faktor |
ÜDM (2010) |
1 |
Latviya |
18 |
3,33 |
14500 |
2 |
Belarusiya |
21 |
2,73 |
13400 |
3 |
Kipr |
25 |
4,26 |
21000 |
4 |
Slovakiya |
26 |
4,5 |
22200 |
5 |
Russiya |
27 |
2,6 |
15900 |
6 |
Litva |
28 |
3,61 |
15900 |
7 |
Ukrayna |
29 |
2,45 |
6700 |
8 |
Estoniya |
31 |
4,32 |
19000 |
9 |
Kazaxstan |
43 |
2,5 |
12500 |
10 |
Ermənstan |
44 |
2,28 |
5800 |
11 |
Moldova |
59 |
1,65 |
2500 |
12 |
Özbəkstan |
65 |
1,61 |
3100 |
13 |
Gürcüstan |
66 |
2,3 |
4800 |
14 |
Tacikstan |
68 |
1,38 |
2000 |
15 |
Qırğızstan |
73 |
1,49 |
2200 |
16 |
Azərbaycan |
87 |
2,48 |
11000 |
Həm qrafikdən, həm də cədvəldən görünür ki, ikinci qrup dövlətləri arasında ən yaxşı təhsil sisteminə SSRİ-dən qopmuş ölkələr (Latviya, Belarusiya, Rusiya, Litva, Ukrayna, Estoniya) malikdirlər. Bu ölkələrin təhsil indeksləri 142 ölkə arasında 18 ilə 44-cü yer arasındadır. Qrafikdən görünür ki, Belarusiyanin təhsil indeksi Fransa, Danimarka, Yaponiya səviyyəsindədir və Sinqapurdan yüksəkdir. Belarusiyanın Şərqi Avropanın Sinqapuru olması gözləniləndir. Bunun üçün o, vaxtı çatanda Li Kuan Yunun 7 addımını atmalıdır.
Qrafikdən və cədvəldən görünür ki, ikinci dünya ölkələri arasında Azərbaycan təhsilinin vəziyyəti acınacaqlıdır. SSRİ-nin süqutundan sonra ən dağıdıcı proseslərə bizim təhsil sistemimiz məruz qalıbdı. Digər respublikalar öz təhsil sistemlərini qismən qoruya biliblər. Sovet təhsil sistemini qoruya bilən dövlətlərdə (Belarusiya, Latviya) təhsilin səviyyəsi çox yüksəkdir. Ölkəmizin təhsil indeksi, bu qurup ölkələr arasında ən aşağı olub, 87 –ci yeri tutaraq Tacikistandan və Qırğızıstandan geri qalır. Təhsilimizdə aparılmış “islahatlar” onu bərbad hala salıbdır.
Bizim təhsil sistemimiz özbaşına bu səviyyəyə düşə bilməzdi. Sanki, təhsilimizi bu vəziyyətə salan real qüvvə fəaliyyət göstərib. Bu vəziyyətdən çıxmaq üçün model olaraq biz Latviya və ya Belarusiyanın təcrübələrindən istifadə edə bilərik.
Təhsil sistemimi daxildən baxanda hiss olunur ki, biznes sahəsində olduğu kimi, təhsil sferasında da tərəflər qarşılıqlı münasibətdə rahatlığa maraqlıdırlar. Təhsildə boz sükut hökm sürür. Subyekt özünü elə aparır ki, guya öyrədir. Obyekt özünü elə aparır ki, güya öyrənir. Biri bilir ki, kəsirlə bilik verir, digər isə bilir ki, aldığı bilik tam deyil, yarımçıqdır. Həyat bu cür kəsirlə lilamar axır. Bu kəsirləri düzəltmək lazımdır. Son hadisələr göstərir ki, ümüd var, düzələcəkdir.
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM