Kainatın müasir kosmoloji konsepsiyaları və inkişaf istiqamətləri

10:28 / 29.06.2015

Sürəyya Səfərova,
doktorant

Nəzəri-metodoloji əsasını fiziki nəzəriyyələr və fəlsəfi prinsiplər təşkil edən kosmologiyanın öz inkişafının “müasir” mərhələsinə qədəm qoyması məhz fizika sahəsindəki yeniliklərlə bağlı olmuşdur. 1915-ci ilə qədər yaradılmış kosmoloji konsepsiyalar ancaq statik kainatdan bəhs etmişdir. Bu dövrdə kainatın dərki ilə məşğul olan tədqiqatçılar bir çox suallarına cavab tapa bilmədikləri hallarda bədbin qənaətlərə gəlib çıxırdılar. Misal üçün, görkəmli astronom Ceyms Hopvud Cins iddia edirdi ki, “biz Kainat haqqında səhih biliyə nail ola bilmərik , çünki daha çox təsadüflər aləmində işlərimizi qaydasına salmaqla məşğuluq. Eyni cəhdi kainatı dərk etmə cəhdlərimizə tətbiq etməməyə səbəb yoxdur” . Cins bir tərəfdən kainat haqqında gerçək biliyə çatmanın mümkünsüzlüyünü bildirsə də, digər tərəfdən, belə cəhdləri davam etdirməyin vacibliyini vurğulayır. Bir çox alim və mütəfəkkirlərin müxtəlif vaxtlarda belə fikirlər irəli sürmələrinə baxmayaraq, yeni üfüqləri kəşf etmək istəyi Kainatı izah edən konsepsiya və modellərin klassik yanaşmadan müasir və fərqli modellərin yaranmasına gətirib çıxarıb. Müasir kosmoloji konsepsiyaların yaranması əsas bir kəşflə -- 1915-ci ildə Albert Eynşteynin irəli sürdüyü ümumi nisbilik nəzəriyyəsi ilə bağlıdır. Bu nəzəriyyəyə əsasən cisimlərin kütlə və enerjisinin təsiri altında məkan-zaman daxilində deformasiya-əyilmələr baş verir, bu isə öz növbəsində cisimlərin traektoriyasının dəyişməsinə səbəb olur. Bu dəyişikliyi biz cazibə adlandırırıq. Eynşteyn nəzəriyyəsini bütövlükdə kainata tətbiq etməyə çalışsa da, bu işin öhdəsindən 1922-1924-cü illərdə Aleksandr Aleksandroviç Fridman gələrək, relyativist kosmoloji nəzəriyyəni yaratdı. Onun bu nəzəriyyəsi 3 modelə əsaslanırdı. Bu modellərdən ikisində məkanın əyrilik radiusu dəyişmədən artır, Kainat isə sonsuz genişlənir. Birinci modeldə maddənin orta sıxlığı və məkanın təhrif olunmaması nəzərdə tutulurdu. Bu halda Kainat hansısa başlanğıc nöqtəsindən sonsuz halda genişlənməlidir. Bu modelin özünəməxsusluğu ondadır ki, real məkan özü sonsuz olsa da, onda əksini verən kainat sonludur. İkinci modeldə güman olunur ki, madənin sıxlığı böhran həddən (temperatur və təzyiqin elə bir uyğunlaşma nöqtəsidir ki, bu halda maddənin maye və qaz halı arasındakı sərhəd yox olur ) aşağıdır. Bu halda məkan mənfi əyriliyə malikdir, amma yenə də Kainat başlanğıc nöqtəsindən genişlənməlidir. Üçüncü modeldə isə pulsasiya edən Kainat vaxtaşırı dəyişən əyrilik radiusuna malikdir. Bu modeldə maddənin sıxlığının böhran həddən yüksək olduğu hal nəzərdən keçirilir. Bu halda məkan müsbət əyriliyə malik olmalı, Kainat isə mütəmadi genişlənməli və sıxılmalıdır.
Fridmanın kosmoloji konsepsiyası 1929-cu ilədək özünün empirik təsdiqini tapmasa da , onunla eyni fikrə gələn katolik abbat Jorj Lemetr var idi. 1929-cu ildə Lemetr ilk dəfə olaraq Kainatın genişlənməsini qalaktika spektrlərində “qırmızı sürüşmə və ya uzaqlaşma” vasitəsilə seyr etməyin mümkün olduğunu irəli sürmüşdü.
Nəzəri cəhətdən Fridman və Lemetr tərəfindən irəli sürülən konsepsiyalar Xabl tərəfindən təklif olunmuş “Xabl qanunu”da öz təsdiqini tapdı.
“Xablın qanunu”na nəzər salmazdan əvvəl Fridmanın konsepsiyasının hansı prinsiplərə söykəndiyini izləyək. Kainatın yekcins və izotropluğunu ifadə edən və ideya kökləri alman alimi Nikolay Kuzanskiyə aparıb çıxaran kosmoloji prinsip əslində Albert Eynşteyn tərəfindən irəli sürülüb.
Kosmoloji prinsipin bir hissəsi olan yekcinslik maddənin Kainatda yayılmasını əks etdirir. İzotropluq anlayışına görə Kainatda hər hansı ustünlük təşkil edən və seçilmiş istiqamət yoxdur. Başqa sözlə, məkanın xassələri onda seçilmiş istiqamətdən asılı deyil. Bu o deməkdir ki, kainat istənilən anda, istənilən nöqtədən eyni görünür.
Bu sonuncu nəticə isə kainatın stasionarlıqdan uzaq olmasına dəlalət etməklə, məkan əyriliyinin dəyişməz qalmadığını, zaman daxilində hökmən dəyişdiyini nümayiş etdirir.

Beləliklə, Ümumi Nisbilik Nəzəriyyəsindən yararlanan Fridman, Kosmologiya elminə kainatın yekcins, izotrop, qeyri-stasionar və bu xassələrdən irəli gələn genişlənən və sıxılan konsepsiyasını bəxş etmiş oldu. Bu konsepsiya öz təsdiqini Xabblın kəşfində tapdı. “Xabl müəyyən etdi ki, qalaktikalar getdikcə yerdən uzaqlaşırlar. Qalaktikanın uzaqlığı onun Yerdən kənar daha da uzaqlaşmasını asanlaşdırır. Qalaktikaların uzaqlaşma sürəti onların Yerdən olan məsafələri ilə düzmütənasibdir. (E.Xabblın qanunu). Bu qanun belə bir fikir söyləməyə əsas verir ki, qalaktikaların Yerdən uzaqlaşması Kainatın genişlənməsini əks etdirir”. Deməli, Kainat statik olmayıb, dəyişkəndir. Dəyişiklik fikri isə öz növbəsində kainatın tarixini onun yarana və yox ola bilməsini ortaya qoyur. Bu qanundan irəli gələn hesablamalara görə Kainatın tarixi yaşı 15-20 milyard il arasında ölçülür.
Genişlənmə və müvafiq olaraq sıxılma məqamının yol açdığı ikinci fikir isə kainatın ölçüsü ilə bağlıdır. Fikirləşmək olar ki, mütəmadi olaraq bu proses baş verirsə, onda kainatın ölçüsü də əvvəlki kimi deyil, yəni əvvəl kiçik olub amma davamlı genişlənmə nəticəsində böyüyüb və ya əksinə. Sinqulyarlıq adlanan qeyd etdiyimiz məqam 1927-ci ildə Jorj Lametr tərəfindən irəli sürülüb, 1965-ci ildə Stiven Xokinq tərəfindən sübuta yetirilib. Xokinq qeyd edirdi ki, “müşahidələrimizin nəticələri sübut edir ki, Kainat müəyyən bir zaman kəsiyində yaranıb. Lakin yaranışın başlanma anı, sinqulyarlıq heç bir məlum fiziki qanuna tabe olmayıb”.
Nəzərə alaq ki, sinqulyar vəziyyətdən genişlənən kainat anlayışına keçidi Corc Qamovun 1946-cı ildə irəli sürdüyü Böyük Partlayış nəzəriyyəsi ilə də izah etmək mümkündür. Bu nəzəriyyəyə görə radiusu kainat kiçik radiuslu, lakin, böyük sıxlıqlı maddənin partlaması nəticəsində yaranıb. Qamov güman edirdi ki, kainatı təşkil edən elementlər böyük partlayışdan sonra nüvə reaksiyaları nəticəsində yaranıblar.
Qamovun nəzəriyyəsi yarandığı vaxt diqqəti cəlb etmədi. Yalnız 1965-ci ildə amerikalı alimlər A.Penzias və R.Vilsonun eksperimental tədqiqatları Qamovun nəzəriyyəsinə həyat verdi. “A.Penzias və R.Vilson kosmik mikrodalğalı fon şüası aşkar etdilər. Məlum oldu ki, kosmik məkan elektromaqnit dalğaları ilə əhatə olunub və bu dalğalar kainatın başlanğıc halının şahidləri , ən əsası isə ilk başlanğıcda kainatın yüksək sıxlıq və temperatur halında olmasının sübutudur”.
Beləliklə, Böyük Partlayışdan sonra təkamül dövrü baş verib, bir tərəfdən, differensasiya digər tərəfdən, strukturların mürəkkəbləşməsi ilə müşaiyət olunub. “Kainat öz inkişafında qaynar plazma halında olduğu Adronnaya dövrünü keçib. Bu mərhələdə əsas hərəkətdə olan və güclü qarşılıqlı təsir şəraitində olan qüvvələr elementar hissəciklər olmuşdur.
Lepton erasında əsas qüvvələr leptonlar; yəni elektronlar, pozitronlar olmuşdur. Bu dövrdə də kainatın temperaturı birinci dövrə (1032 K) nisbətən azalıb və 1015 K-a çatmışdır. Şüa adlanan 1 milyon il müddəti əhatə edən üçüncü mərhələdə isə temperatur 10 000 K barabər idi və bu zaman kainatda şüa üstünlük təşkil edir, maddə isə ionlaşmış vəziyyətdə idi.
Hazırda maddə erası davam etməkdədir. Kainat soyuduqca neytrallaşır və tündləşir, beləliklə, maddə yaranır, şüa maddə ilə qarşılıqlı təsirini itirirərək sərbəst şəkildə kainatda qarışır. 3 K-ya qədər soyuyan həmin neytrin və fotonlar bu günkü gündə kosmik mikrodalğalı fon şüa formasında müşahidə olunurlar”.
Böyük Partlayış nəzəriyyəsi ilə yanaşı mövcud olub, onunla ziddiyyət təşkil etməyən digər bir model isə İnflyasiya konsepsiyasıdır. Bu konsepsiya kainatın təkamülünü genişlənmə anından hesablayır. Bu nəzəriyyəyə görə kainat öz başlanğıcını yüksək aktivliyə malik vakkumdan götürür. Vakkum müxtəlif təzyiq və enerjilərin təsiri altında ola bilər. Vakkumun ilkin halını qabda qaynayan suya bənzətmək olar, belə ki, təzahür edən hər qabarcıq ayrıca bir kainatdır, belə kainatlardan biri də bizim mövcud olduğumuz kainatdır. Həmin şişmə və ya sürətli genişlənmə inflyasiya adlanır və məkansız, zamansız bir dünyanı ehtiva edir. İnflyasiya fazasında tədricən şişən kainat indiki Metaqalaktikanın ölçüsünü aşır, sonra isə davamsız vakkum dağılır, kosmik itələmə gücü tükənir. Hissəcik və antihissəciklərin dağılma prosesi fərqli tərzdə baş verdiyindən adi maddənin antimaddə üzərində nəzərə çarpmayan üstünlüyü -- milliard antihissəciyin müqabilində milliard plyus bir hissəcik yaranır. Bu assimmetriyanın izahı hələlik, tapılmayıb. Maddə və antimaddənin arasındakı simmetriya pozuntusu sistemin ahənginin pozulmasını şərtləndirir ki, bu da sistemin öz strukturunu dəyişərək yeni vəziyyətə keçməsinə səbəb olur.
Böyük partlayış və inflaysiya konsepsiyalarının elmi dairələrdə qəbul olunmasına baxmayaraq, kosmik konsepsiyalar öz inkişafının kulminasiya nöqtəsinə çatmayıb. Burda açılmayan və izahını tapmayan bir qism suallar bəzi düşüncə sahiblərinin dini yanaşmaya müraciət etmələrinə səbəb olur. Əsas problematik məqam sinqulyarlığın izahı ilə bağlıdır. Kainatın ilkin ölçüləri barəsindəki əsas sual açıq saxladığından bir çox alimlər Sinqulyarlıq vəziyyətini natamam sayırlar .


ƏDƏBİYYAT SİYAHISI

1. Məmmədov Ə. Bəşirov R. Müasir təbiətşünaslığa konseptual yanaşma. - B:.”Elm”, - 2001. -757 s.
2. Базалук О.А.,Владленова И.В. Философские проблемы космологии:
монография. - Х.: НТУ “ХПI”, 2013.-190 c.
3. Под ред. В.В. Казютинского.Современная космология: философские горизонты . - М.: «Канон+» РООИ <<Реабилитация», 2011.- 432 с.
4. В.М. Найдыш. Концепции современного естествознания.
http://www.bibliotekar.ru/estestvoznanie-3/index.htm
5. Гусейханов М. К., Раджабов О. Р. Концепции современного естествознания: Учебник. — 6-е изд., перераб. и доп. — М.: Издательско-торговая корпорация «Дашков и К°», 2007. — 540 с.
6. Новоженов В.А. Концепции современного естествознания. Барнаул: Изд-во Алт. гос. ун-та, 2001. - 474 с.
7. Хокинг С . Краткая история времени. От большого взрыва до черных дыр. - 108 c . www.koob.ru
8. Hawking S. W., The occurrence of singularities in cosmology, III. Causality and singularities, Proc. Roy. Soc. London, A300, (1967)
9. https://ru.wikipedia.org/wiki/Реликтовое излучение
10. https://ru.wikipedia.org/wiki/Гамов_Георгий_Антонович


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM