Şərqi Avropa regionunda Qərb-Rusiya qarşıdurması: başlıca gərginlik xətləri

10:47 / 30.06.2015

Nərmin Hüseynli

1991-ci il Sovet İttifaqının dağılmasından sonra SSRİ-nin Avropa hissəsində, Qafqaz regionunda və Mərkəzi Asiyada müstəqil dövlətlərin meydana gəlməsi dünyada geosiyasi şəraiti köklü surətdə dəyişdirdi. Şərqi Avropa ölkələrinin Qərbə inteqrasiyası və bununla əlaqədar olaraq Rusiya təsirinin nisbi azalması ilə yeni siyasi çərçivə formalaşdı və ABŞ və Avropa Birliyinin post-Sovet məkanında üstünlüyü ələ alması ilə vəziyyət xeyli dəyişdi. Hələ bu Ukrayna kimi geostrateji mövqeyə sahib bir ölkə sərhədləri çərçivəsində olduğundan, Rusiya müqavimət göstərməyə başladı. Hətta ABŞ-Rusiya siyasəti realistlər və liberallar arasında da ideoloji mübarizəyə də səbəb oldu. Realistlər, Soyuq müharibənin bitməsindən sonra Şərqi Avropada və Baltik dövlətlərində idarənin ələ keçirilməsini, NATO-nun genişlənməsini təqdirlə qarşılayırdılar. Onlar düşünürdülər ki, NATO-nun Ukrayna və Gürcüstanı üzvlüyə qəbul etməsi Rusiyanı ciddi şəkildə narahat edəcək və onun köhnə hegemoniyasına sahib olma duyğusunu daha da artıracaqdır. Realist məktəbin nümayəndələrindən biri olan Corc Kennan, NATO-nun Şərqə doğru genişləndiyi dövrdə “Məncə, Ruslar yavaş yavaş buna düşməncə rəftar sərgiləyəcək, bu onların xarici siyasətinə təsir edəcəkdir. Bunun faciəvi bir səhv olduğunu düşünürəm. Bunun üçün heç bir əsas yoxdur, kimsə kimsəni təhdid etmir” demişdir(2).
Bill Klintonun rəhbərliyi ilə təmsil olunan liberallar isə, Rusiyanın zəifliyindən istifadə edərək, Şərqi Avropa və post-Sovet coğrafiyasına hakim olmağı iddia edərək düşünürdülər ki, Rusiya bu vəziyyətə kəskin reaksiya verməyəcək. Liberallar, Soyuq müharibənin bitməsinin dünya siyasətini təməlindən dəyişdiyini, realizmin deyil, idealizmin bütün dünyanı əhatə edəcək şəkildə başda ABŞ olmaqla digər dövlətlərin də xarici və təhlükəsizlik siyasətində prioritet kəsb etdiyini bildirirdilər. . Bu dövrdə ABŞ və müttəfiqləri, Şərqi Avropa dövlətləri ilə iqtisadi və siyasi əlaqələrini inkişaf etdirməyi, bu dövlətləri Avropa Birliyi sərhədləri içərində görməyi istəyirdilər.
1991-ci ilin yanvar ayından Şərqi Avropa ölkələrinin Qərbin hərbi-siyasi və iqtisadi strukturlarına inteqrasiyası başladı. 1994-cü ilin yanvar ayında NATO-nun Brüsseldə keçirilən sessiyasında qəbul edilən “Sülh naminə tərəfdaşlıq proqramı”nı Şərqi Avropa ölkələri də imzaladılar. əvvəllər Rusiya buna öz maraqlarına zidd olmayan bir hadisə kimi baxırdı. Hətta 1993-cü ilin avqustunda RF prezidenti B.Yeltsin bunu öz çıxışında da bir daha təsdiq etdi. Lakin bundan iki il keçməmiş Rusiya “valı dəyişdirdi” və bu məsələyə başqa münasibət bəsləməyə başladı (1).
1994-cü ildə NATO-nun Şərqə doğru genişlənməsi haqqında qərar qəbul edildi. NATO-nun genişlənməsi ümümi sabitliyi və təhlükəsizliyi təmin etdi.
Macarıstan, Polşa və Çexoslavakiya NATO-ya 1999-cu ilin martında “dördüncü genişlənmə zamanı daxil oldular. Bu ölkələr NATO-ya girməklə ilk növbədə ABŞ-a rəğbət bəslədiklərini və onun Şərqi Avropa ölkələrinə münasibətini bəyəndiklərini göstərmək istəyirdilər. Umumiyyətlə ABŞ-ın Şərqi Avropa siyasəti səmərəli xarakter daşıyır və Rusiyanı Şərqi Avropadan kənarlaşdırmağa xidmət edir.
Pribaltika ölkələri müstəqilliklərini elan etdikdən dərhal sonra Şimali Atlantika Əməkdaşlıq Şurasının işində iştirak etməyə başladılar və 2004-cü ildə NATO-ya üzv oldular. Bu isə Rusiyaya ağır zərbə oldu və onun Baltik dənizində hüquqlarının məhdudlaşdırılmasına səbəb oldu(4).
Ukraynanın itirilməsi ilə Rusiyanın Qara dənizdəki imtiyazlarından məhrum olması onun geosiyasi uğursuzluğu idi. Bugun də bu məsələ öz aktuallğını qoruyub saxlayır.
Bu gün də Şərqi Avropa ölkələrinin Qərbə istiqamətlənməsi Rusiya tərəfindən ciddi narazılıqla qarşılanır. Avropa Birliyi, NATO kimi inteqrasiya təşkilatlarının bu region üçün xüsusi inteqrasiya modelləri, layihələri var. Rusiyanın da öz layihələri olduğundan, özbaşına rəqabət meydana gəlir. əsas məsələ köhnə Sovet ölkələrinin hansı modelə üstünlük verməsi, Avropanın yoxsa Rusiyanın təklifini qəbul etməsidir. Bu ölkələrin öz standartlarını daha da inkişaf etdirmələri şərti ilə AB, Moskva ilə əməkdaşlığa etiraz etmir. Ancaq Kremlin isə bunun əksini etməyə çalışır. Nəticədə “köhnə sovet ölkələrinə əməkdaşlıq modeli deyil, inkişaf yolu təklif edilir”.
Digər tərəfdən, bu regionda başlıca gərginlik xətləri öz həllini tapmamış münaqişələr və ərazi məsələləridir. Ukrayna və Moldovadakı hadisələr buna misal ola bilər. Ukrayna məsələsində Avropa Birliyi, NATO kimi təşkilatların əsas məqsədi ölkənin ərazi bütövlüyünü təmin etmək və iqtisadi böhranı aradan qaldırmaqdır. Bunun üçün azad ticarət zonasının yaradılmasına böyük ehtiyac var. Lakin Rusiya ortaq üzvlük müqaviləsinin reallaşmasına qarşıdır və mövqeyindən çəkilmək niyyətində deyil. Cünki , Rusiya iqtisadiyyatı bundan zərər görə bilər. 18 Mart 2014-cü ildə AB-nin Ukraynanı “Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əhəmiyyətli bir ortaq” olaraq qəbul etdiyi vurğulandı(3). Bununla da regionda gözlənilməz geosiyasi və hərbi faktorla üzə çıxdı. Maraqlıdır ki, Qərb analitiklər arasında Ukrayna böhranında Vaşinqton və Brüsselə günahlandıranlar da az deyil. Onlar hesab edirlər ki, böyük dövlətlər qonşu olduqları potensial təhlükələrə həmişə həssas olmuşdur. Ukraynada da bu təhlükəni Qərb yaratdı və Moskva buna reaksiya verməli idi.
Digər tərəfdən, mütəxəssislər Ukraynanın Avropa Birliyinə inteqrasiyasını da tam olaraq müsbət görmür. Birincisi, Kiyevin “Avropaya inteqrasiya istiqamətində əldə etdiyi uğurlar çox deyil”; ikincisi, “AB-nə üzvlüyün mənfi nəticələri yalnız qısa vaxt da deyil, uzun vaxtda da təsirini göstərə bilər”. Kiyev isə bu mövzuya hər şeydən əvvəl ölkənin davamlı və sabit iqtisadi inkişafı müstəvisində baxır. Göründüyü kimi, burada məqsədlə gerçək vəziyyət arasında müəyyən ziddiyyətlər var. Yaxın perspektivdə burada ciddi dəyişikliklərin olması çətindir. Kiyev sanki Avropa Birliyi ilə Rusiya arasında sıxışdırılır. Onun qarşısına çıxan problemlərin həlli istiqamətində atacağı addımlar çox təyinedicidir. Bununla birlikdə, Ukraynanın kompleks geosiyasi vəziyyətə düşdüyü də etiraf edilməlidir.
Moldova haqqında da eyni fikirləri söyləmək olar. Ancaq bu ölkədə separatçılıq Ukraynadakı qədər ixtilaflara hələlik yol açmaz. Doğrudur, Moskva Avropa Birliyinə ortaq üzvlüklə əlaqədar Kişinyovda bir neçə dəfə xəbərdar etdi ki, Dinyesteryanı da vəziyyət gərginləşə bilər. Rusiya üçün hər hansı bir iqtisadi təhlükə meydana gəlsə, Kremlin konkret olaraq hərəkətə keçə bilər. Burada yenə əsas məqsəd AB-nin azad ticarət zonasına böyük əhəmiyyət verməsidir.
Rusiyanın əlində həmişə Avropanı təhdid edən bir silah var. Bu silah Avropanın Rusiya ilə ödənilən qaz ehtiyatıdır. Ukrayna və Belarusu da Rusiyadan asılı vəziyyətdə saxlayan bu “qaz silahı” dır. Hadisələrin bu xətt üzərində inkişafı göstərir ki, bu regiondakı münaqişəli məsələlərin tezliklə həlli qeyri mümkündür. Rusiyanın bölgədə təsir imkanlarının və təməl söz sahibi olması qarşıdurmaların həllində başlıca maneədir. Rusiyanın son zamanlarda bölgədəki proseslərə açıq şəkildə müdaxilə etməsi Moskvanın hələ də imperiya düşüncəsindən əl cəkmədiyini göstərir.

 

İstifadə olunmuş ədəbİyyat.

1. Mustafayeva S, Qurbanova Ş, Cavadova Z. ABŞ-ın xarici siyasəti (1945-2010-cu illər), Bakı 2011, s 259-260.
2. Миршаймер Дж., Почему Запад повинен в кризисе на Украине, http://www.globalaffairs.ru/number/Pochmu-Zapad-povinen-v-krizise-na-Ukraine-16921, 3 сентября 2014.

3. Factsheet: EU-Ukraine relations, 18 March 2014, Brussels, http://eu-un.europa.eu/articles/en/article_14756_en.htm

4. http://www.nato.int/nato_static/assets/pdf/pdf_publications/20120117_21st_tur.pdf

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM