Aytac İsmayılova
Sovet İttifaqı Soyuq müharibə dövründə Əfqanıstanda əldə etdiyi üstünlüyü XX əsrin 90-cı illərinin əvvəlində mübaribənin başa çatması və İttifaqın dağılması ilə itirmişdir. 2001-ci il 11 sentyabr terror hücumlarından sonra Əfqanıstan Rusiyanın xarici siyasət prioritetlərindən birinə çevrilmişdir. Rusiyanın Əfqanıstanla əlaqələrinin bərpasına əhəmiyyət verməsi təbiidir, çünki rəsmi Moskvanın köhnə nüfuz sahələrini nə bahasına olursa-olsun itirməmək siyasətinin ən diqqət çəkən hissələrindən biri də Əfqanıstandır. 1996-cı ildən etibarən qısaca Şimal İttifaqı olaraq adlandırılan Cəbhə-i müttəhid-i islam hərəkatı İran və Hindistanla yanaşı, Rusiyanın da dəstəyini qazanmış və 2001-ci ilin sonunda Əfqanıstan ərazisinin təxminən 10%-nə nəzarət etməyə nail olmuşdur. Rusiyanın Şimal İttifaqına verdiyi bu dəstəklə ABŞ-dan əvvəl Talibanı aradan qaldırmaq fikrində olduğu söylənilir. Beləliklə də, Taliban Rusiyanın sayəsində məhv ediləcək və ABŞ-ın Əfqanıstanda möhkəmlənməsi üçün lazım olan bəhanəsi də ortadan qalxmış olacaqdı [1]. Asiyanın "nəzarət qülləsi" hesab olunan Əfqanıstan ABŞ üçün Rusiyanın Orta Asiyadakı mövqeyinin zəifləməsi baxımından böyük əhəmiyyət kəsb edir. Rusiyanın "yumşaq qarnı" olaraq xarakterizə edilən Orta Asiyada hərəkət imkanı qazanan ABŞ bölgədəki dövlətlərə təsir etməyə və Rusiyanın nüfuzunu azaltmaqla bölgədəki enerji qaynaqlarına nəzarəti ələ almağa çalışırdı. Bundan başqa, Orta Asiyadakı ABŞ varlığı Rusiya-Çin oxunun qırılması baxımından da böyük əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, Əfqanıstan ABŞ-ın Yaxın Şərq siyasətində ən böyük baş ağrısı olan İranın Orta Asiya ilə əlaqəsinə nəzarət etməsinə, Hindistan və Pakistan kimi iki nüvə gücünə sahib olan Cənubi Asiyanın nəzarətdə saxlanmasında Əfqanıstandan strateji baza kimi istifadə etməyə imkan yarada bilərdi. Beynəlxalq terrorizmlə mübarizə adı altında reallaşdırdığı Əfqanıstan müdaxiləsi ABŞ-ın Orta Asiyada mövqeyini gedərək gücləndirmiş və Vaşinqton rəhbərliyi 1990-cı illərdə Amerika şirkətləri vasitəsilə girdiyi Orta Asiyaya hərbi cəhətdən də yerləşmişdir [2]. ABŞ və NATO-nun Əfqanıstandakı fəaliyyətlərinə qarşı həddindən artıq həssaslıq göstərən Rusiya Federasiyası, Radikal İslami qrupların yayılmasını və Orta Asiyadakı qarşıdurmaların bölgə ölkələrindən sonra Rusiyanın müsəlman azlıqlarının yaşadığı bölgələrinə sıçraması ehtimalını öz təhlükəsizliyi üzərində bir təhdid olaraq görməkdədir. Biz bu narahatlığı hələ Sovet İttifaqının 1979-cu ildə Radikal İslami qrupların Əfqanıstanda hakimiyyətə gəlməsinə maneə olmaq adına Əfqanıstana hərbi müdaxilə qərarına gəlməsində aydın şəkildə görə bilərik [4]. Bundan başqa, iki ölkə arasındakı əhəmiyyətli problemlərdən biri narkotik ticarətidir. Rusiyanın Tacikistandakı hərbi qüvvələri hər nə qədər narkotik ticarətinə maneə olmağa çalışsalar da, əsgərlərdən bəzilərinin bu ticarətə ortaq olduğuna dair hesabatlar Rusiyanı çətin vəziyyətdə qoyur. Narkotik dövriyyəsindən əldə olunan gəlirin böyük qisminin silah alverinə və terror hücumlarının təşkil olunmasına istifadə olunduğu məlumdur. Buna görə də, narkotik qaçaqmalçılığı ilə mübarizədə Rusiyanın zəiflik göstərməsi, terrorizmə qarşı mübarizədə boşluq yaranmasına səbəb olur [1].
11 Sentyabr hadisələri Rusiyanın ABŞ-a qarşı baxışını dəyişdirmiş və hətta qlobal təhdid olan terrorizmlə birlikdə mübarizə aparmağa başlamışdılar. Bu istiqamətdə rəsmi Moskva ABŞ ilə kəşfiyyat xarakterli məlumatlarını paylaşacağını, hava sahəsini humanitar yardım məqsədi daşıyan uçuşlara açacağını, beynəlxalq axtarış-xilasetmə əməliyyatlarına qatılacağını və Əfqanıstanda Taliban rejiminə qarşı döyüşən Şimal İttifaqına yardımlarını artıracağını [5] açıqlamış, həmçinin BMT Təhlükəsizlik Şurasının 1373 saylı qərarına dəstək vermişdir. Onu da qeyd etmək lazımdır ki, Rusiya ABŞ-a göstərdiyi dəstəklə müxtəlif qazanclar əldə etməyə çalışmışdır. Birincisi, 11 Sentyabr hadisələri Çeçenistan müharibəsi baxımından da bir dönüş nöqtəsi olmuşdur və Rusiya terrorizmə qarşı mübarizə adı altında daha çox dəstək qazanmağa başlamışdır [2]. Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşən NATO-nun baş katibi Corc Robertsonun '' yeni şəraitə görə Çeçenistana baxışımız dəyişdi " ifadəsi, Moskvanın Əfqanıstana nə qədər əsgər və silah göndərəcəyini dəqiqləşdirmişdir [3]. Rusiyanın Çeçenistandakı vəziyyəti terorrizmə qarşı mübarizə kimi qiymətləndirməsi ABŞ tərəfindən qəbul olunsa da, Qafqaz respublikalarının sabitliyi və ərazi bütövlüyü ABŞ üçün daha əhəmiyyətli olmuşdur. İkincisi, Rusiya göstərdiyi dəstəyin qarşılığı olaraq Amerikan şirkətlərinin enerji sahəsində Rusiyaya olan yatırımlarının artmasını tələb etmişdir. Son olaraq NATO-nun reallaşdırdığı əməliyyatlarda söz sahibi olmağa və Çinin bölgədəki fəaliyyətinin azalacağına ümid etmişdir [2]
Rusiyanın 11 sentyabr hadisələrindən sonra ABŞ ilə Şimal İttifaqının yaxınlaşmasına sürətlə adaptasiya olması diqqətçəkicidir. Rusiya Kabildəki ABŞ qüvvələrinə dəstək vermək və Şimal ittifaqına sahiblənmək məqsədi ilə Kabil yaxınlığına 12 ədəd hərbi təyyarə və 80 nəfərlik Əfqanıstan üzrə mütəxəssis heyətini göndərmişdir. Bundan başqa, Rusiya tərəfindən 2002-2003-cü illərdə ABŞ-a kəşfiyyat xarakterli məlumatlar ötürülmüşdür (minalanmış əraziləri göstərən xəritələr kimi lazımlı məlumatlar). Bu kimi vasitələrlə Rusiya Əfqanıstanda hələ söz sahibi olduğunu göstərməyə çalışırdı [1].
BMT TŞ-nin 20 dekabr 2001-ci il tarixli qərarı ilə qurulan İSAF-a qatılmayan Rusiya Əfqanıstan siyasətini müstəqil icra etmək yolunu seçmişdir. Rusiya ABŞ-ın sözünün keçdiyi İSAF-a daxil olmaqdansa, Şimal İttifaqı kimi uzun müddətdir tanıdığı və qismən nəzarət etdiyi həm siyasi, həm də hərbi bir quruluş içərisində yer almağı daha uyğun bilmişdir [1]. 2001-ci ildə qurulan Kərzai hökumətində taciklərin əsas vəzifələrə yiyələnməsi Rusiya üçün böyük üstünlük olmuşdur. Şimal İttifaqının lideri Əhməd Şah Məsudun yerinə keçən General Muhammed Fehim də tacikdir. Belə ki, Fehimin 1992-ci ildə dağılan Əfqan kommunist rejimi zamanı Kabildə gizli polis olaraq fəaliyyət göstərdiyi və ruslarla çox yaxın əlaqələrinin olduğu bildirilir.
2002-ci ilin fevral ayında Marşal Fehimin Rusiyaya etdiyi bir həftə davam edən səfərinin detalları tam olaraq bilinməsə də, ancaq bu səfərdə Fehim Rusiyanın sabiq müdafiə naziri Sergey İvanovdan texniki və hərbi dəstək sözü almışdır. Fehimdən təxminən bir ay sonra Kərzai Moskvanı ziyarət etmiş və Vladimir Putin Əfqanıstan ordusunun yenidən qurulması ilə bağlı yardım göstərəcəyini vurğulamışdır. 2002-ci ilin sentyabr ayında Əfqanıstanda səfərdə olan Sergey İvanov bu ölkəni 40 milyon dollar dəyərində hərbi cihaz və təchizat ilə təmin edəcəyini bildirmişdir. Bütün bu yardımların göstərilməsində əsas məqsədin Əfqanıstanı gücləndirməkdən çox Rusiyanın ölkədəki təsirini dərinləşdirməkdən ibarət olduğu aydın şəkildə görünür [1]. Rusiya Əfqanıstanda iqtisadi sahədə də təsirli olmağa çalışmışdır. İki ölkə arasındakı iqtisadi əlaqələrin əsasını Əfqanıstanın sahib olduğu təbii qaz və neft ehtiyatları təşkil edir. Ümumiyyətlə, Rusiyanın Əfqanıstana yönəlik iqtisadi siyasətinin Sovet Rusiyasının izlədiyi siyasətdən elə bir fərqi yoxdur. Müdafiə naziri Sergey İvanovun 2002-ci ilin sentyabrında baş tutan Əfqanıstan səfərinə əfqan nefti ilə yaxından maraqlanan Rosneft şirkətinin rəhbərləri də qatılmışdır [1]. 11 sentyabr hadisələrindən sonra Rusiyanın ABŞ ilə əməkdaşlığı, Pentaqonun Orta Asiyada bir-birinin ardınca hərbi bazalar yaratması və Orta Asiya respublikaları ilə əlaqələrini inkişaf etdirməsi, Rusiyanın xarici siyasət və milli təhlükəsizlik konseptləri içərisində olduqca əhəmiyyətli yer tutan "Yaxın Ətraf" siyasətini ortadan qaldırmağa başlaması ilə pozulmağa başlamışdır. Bundan başqa, ABŞ-ın Orta Asiyadan sonra başda Gürcüstan olmaqla Cənubi Qafqazda hərbi və siyasi mövqeyini artırması, Moskvada Əfqanıstan probleminin həlli istiqamətində ABŞ-a göstərilən dəstəyin sorğulanmasına səbəb olmuşdur [1].
Rusiyanın ABŞ-a qarşı göstərdiyi etibarsızlığın altında "rəngli inqilablar" yatmaqdadır. 2004-ci ildə Ukraynada reallaşan "Narıncı İnqilab" və sonra Gürcüstan və Qırğızıstanda tədavülə buraxılan digər cəhdlər Rusiyada xarici güclərin demokratikləşmə bəhanəsi altında ölkənin "yaxın ətrafına" müdaxilə etməsi düşüncəsini yaratmışdır. ABŞ-ın Tibet və Şərqi Türküstanı müstəqillik hərəkatlarına təhrik etdiyinə inanan Çin, bu mövzuda Rusiya ilə eyni düşüncədədir. Hindistanın bu üçlüyə daxil olmasına əsas səbəb isə Rusiya faktorudur. Silah sənayesindəki ortaqlıqları və texnologiya transferi kimi əhəmiyyətli məsələlər Hindistan-Rusiya əməkdaşlığına təsir göstərir. Bundan başqa, Hindistan Çinin artan gücünə qarşı Rusiyanı yanında görmək istəyir [6].
Onu da qeyd etmək lazımdır ki, Rusiya və ABŞ-ın Əfqanıstandakı iqtisadi maraqları toqquşur. Rəsmi Moskva ABŞ mənşəli şirkətlərin Əfqanıstan ərazisindən Orta Asiya və Pakistanı birləşdirəcək neft kəmərlərinin inşasına qəti şəkildə qarşı çıxır. Rusiyanın istəyi Orta Asiya neftinin Qərb bazarına öz torpaqları üzərindən daşınmasıdır. Əfqanıstanın etibarlı və sabit bir ölkə olmamasından irəli gələrək (heç bir ölkənin Əfqanıstanda ciddi enerji sərmayələri yoxdur) Rusiya enerji xətlərinin buradan keçməsində maraqlı deyildir və Rusiyanın Əfqanıstanla bağlı enerji siyasətini ABŞ ilə rəqabətinin bir ünsürü olaraq düşünmək olar [1]. Belə ki, Əfqanıstanda çəkilməsi planlaşdırılan neft boru xəttinin gələcəkdə Rusiya neftinə və təbii qazına alternativ olması, Rusiyanın əlindəki kozlardan birinin itkisinə səbəb olacaq irəliləyiş hesab olunur. İsti dənizlərə çıxış əldə etmək yolunda əsas vasitələrindən biri olan Əfqanıstanda ABŞ ilə qonşu olmaq Rusiya üçün başqa bir problemin ortaya çıxması deməkdir . ABŞ və NATO-nun Əfqanıstan əməliyyatı ilə Orta Asiyaya yerləşməsinə Rusiya və Çinin münasibət bildirməyəcəyini gözləmək məntiqli görünmür. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin bu prosesin kənarında və ya gerisində qalması mümkün deyil. ABŞ-ın Çinə qarşı Tayvanı silahlandırması, Rusiyaya qarşı Qara dəniz və Qafqaz bölgəsinə nüfuz etməyə çalışması, Gürcüstanı dəstəkləyib, Ukraynanı NATO-ya daxil etmək planları qurması, İran və Pakistana baxmayaraq cənubda bəlucları dəstəkləməsi, Pakistan və Hindistan arasındakı gərginliyi bilsə də Hindistan ilə əlaqələrini genişləndirməsi vəziyyətində Əfqanıstan probleminin həllində müvəffəqiyyət qazanması və Northern Distribution Network (NDN) vasitəsilə gözlədiyi regional əməkdaşlığa nail olması mümkün görünməməkdədir [6].
2008-ci ildən etibarən Rusiya Əfqanıstanda NATO-ya rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə əməkdaşlıq etməyi təklif etmişdir. Rusiyanın terrorla mübarizə sahəsində əməkdaşlıq adı altında KTMT-ni Əfqanıstan probleminə daxil etmək istəməsinə baxmayaraq, ABŞ və NATO buna müsbət tərəfdən baxmır [1]. Rusiyanın gələcəkdə necə bir Əfqanıstan siyasəti izləyəcəyini müəyyənləşdirmək çox çətin deyil, çünki rəsmi Moskvanın həm Orta Asiya, həm də Cənubi Asiya siyasətinin Sovet Rusiyası dövründən bəri bir o qədər də dəyişmədiyi göz önündədir.
Ədəbİyyat sİyahısı
1. Büyük Güçlerin Afganistan Poliyikaları // The Black Sea International, Ekim 2011, Rapor No: 15, s. 13-17.
2. Ali Cem Kaya. Yeni Büyük Oyunda Çatışma və İşbirliği Alanı Olarak Afganistan: ABD-Rusya Kontrollü Rekabeti, Yüksek Lisans Tezi, İstanbul, 2012.
3. İrfan Polat. 11 Eylül Terör Saldırıları və Amerika Birleşik Devletlerinin Afganistan Müdahilesi, Yüksek Lisans Tezi, İsparta, 2006.
4. Ahmet K. Han, “Sovyet İşgali Ve Sürekli Özgürlük: Afganistanda Süper Güç Müdahalelerinin Uluslararası Sisteme Etkileri Üzerine Karşılaştırmalı Bir Jeopolitik İnceleme” // Ortadoğu Etütleri, 2011, Cilt.2, Sayı.2, s. 57-95.
5. Erel Tellal, “Zümrüdüanka: Rusya Federasyonunun Dış Politikası” // Ankara Üniversitesi SBF Dergisi, 2010, Cilt.65, Sayı.3, s. 190-236.
6. Mert Gökirmak. Afganistan: Bölgesel Rekabet və Yeni Açılımlar // Güvenlik Stratejileri Dergisi, Haziran 2011, yıl 7, sayı 13, s.7-42. Россией и США.
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM