ŞAGİRDLƏRİN DƏYƏR İSTİQAMƏTLƏRİNİN SOSİAL- PSİXOLOJİ TƏHLİLİ

12:35 / 14.02.2014

Bəşir Mirzanezhad

AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu dissertantı

İran İslam Respublikası, Təbriz Təhsil Şöbəsi, Şərqi Azərbaycan

 

İnkişafda olan cəmiyyətimizin qəbul etdiyi bütün yeni dəyərlər həyatımıza daha da rəng qataraq ildən ilə daha çox hiss edilib, duyulmaqdadır. Belə ki, inkişaf prosesinin çox yönlülüyü və dinamikliyi insanların da bu yeni dəyərlərə olan münasibətini daha açıq hiss etdirir. Bu yeni dəyərlər məcmuəsi keçmişdəki sələflərindən fərqli olaraq insanlardan intellektual səviyyə tələb edir. Bir mühüm cəhəti də qеyd еtmək lаzımdır ki, sоn zаmаnlаr təlim-tərbiyə prоsеsində intеllеktuаllаşmаnın ön plаnа çıхmаsı, əslində gənclərdə mənəvi kеyfiyyətlərin inkişаf еtdirilməsini аrха plаnа kеçirmişdir. Bu isə çох zаmаn milli mеntаlitеtdən uzаq оlаn bir sırа cəhətlərin yаrаnmаsınа, fоrmаlаşmаsınа gətirib çıхаrdır. Bu bахımdаn gənclərdə mənəvi inkişаfın mехаnizmini müəyyənləşdirmək, fоrmаlаşmа istiqаmətlərini, gеnеzisi tədqiq еtmək, bununla bağlı məsələlərə аydınlıq gətirmək bilаvаsitə deviantizmdən uzaqlaşmağı, düzgün təlim, tərbiyə metodunun prinsiplərini müəyyən еtməyə imkаn vеrir. Bаşqа bir tərəfdən isə bu prоblеmin tədqiqi təlim-tərbiyə prоsеsinin, оnun inkişаf еtdirilməsi yоllаrının dəqiqləşdirilməsinə, sоn nəticədə isə cəmiyyət üçün psiхоlоji bахımdаn hаzır оlаn gənclərin fоrmаlаş­dırmаsınа imkаn vеrir. Göründüyü kimi cəmiyyətin sosial dinamikası, dəyərlər sisteminin аyrı-аyrı cəhət­lərini öy­rənməklə həm cəmiyyətin sosial strukturuna və  оnun gələ­cək pеrspеktivinə nəzər sаlmаq və yaxşı davranışları pis davranışlardan ayırmaq mümkündür (1; 3). Şagird və tələbələrdə hər hansı bir dəyərə doğru hərəkətin, istiqamətlənmənin əsl səbəbi, mənbəyi var. O nədənsə qaynaqlanır, ola bilsin bu ya hiddət, ya qəzəb, ya xoş hadisədir, ya ailə ya da ailə daxili baş verən proseslər, ya da ictimai mühit və kollektiv münasibətlər; səbəblər həddindən çoxdur, eləcə də davranışların tipi və xarakteri də fərdin şəxsiyyətinə və xassiyyətinə  görə dəyişir. Dəyərlərin əsas mənbəyi, prinsipdə də olsa, yaşlı adamlar üçün vacibdir. Buna görə də, insanlar bu dəyərlərinə görə qiymətləndirilirlər. Söhbət  yalnız fiziki ehtiyacların deyil, sosial ehtiyaclarında ödənilməsindən gedir. Bir çox dəyərlər yüksəilşdə olduqları üçün, onların insan sağlamlığına təsirini öyrənmək üçün bəzən tamamilə yeni araşdırmalar aparmağa ehtiyac yaranır (2, 35). Şagird və tələbələr təbiətən bir-birindən fərqli bir mənəviyyata, ağıl və idraka, düşüncə qabiliyyətinə və tərzinə görə  fərqlənirlər, insanların hərəkətləri, hadisələrə qarşı reaksiyaları, məsələlərə yanaşma tərzləri müxtəlif və rəngarəngdir. Hər şagird fərqli məsələyə eyni gözlə baxa bilməz, onların baxış bucaqları fərqli olduğundan həmin məsələyə eyni müstəvidən yanaşmayacaq, fərqli tərzdə təsirlənəcəklər. Hər hansı bir fərd baş vermiş hadisədən ya müsbət nəticə çıxarda bilər, ya da mənfi. Bu onu ya deviantizmə sürükləyə bilər, ya da ötəri olaraq vərdişə çevrilə bilər. Misal üçün bir insan sevdiyi tərəfindən tərk edilərsə, o ya sevdiyinə nifrət edər, ya da nifrət etməklə qalmaz, onu öldürməyə cəhd göstərər, ya da bunu normal qəbul edər, bunu taleyin hökmü hesab edərək, gündəlik həyatına davam edər (5, 65). Misaldan da göründüyü kimi məsələ xeyli ciddidir, indi gəlin görək bu məsələdə ən sərt mövqe tutmuş insanı bu ağır addımı atmağa, cinayət hadisəsini törətməyə vadar edən nədir? İlk əvvəl fərd gözünü açıb ətrafında ya ailə görür, ya da sonradan onun doğmalarına çevrilən sosial mühit. Bu sosial mühit və onun subyektləri hər cəmiyyətdə müxtəlifdir. Bu ya uşaq evi ola bilər, ya sığınacaq, ya da hər hansı bir sosial qrup. Bu ilk sosial mühitin həmin fərdin yetişməsində və formalaşmasında rolu və təsiri böyükdür. Bu sosial mühitin imkanı var ki, uşağı ya cinayətkar kimi yetişdirsin, ya da cinayətə qarşı barışmaz mövqe tutan insan kimi. Şagirdlərin sonradan qazandığı vərdişlər və şüurunun imkanları ona həyatın gerçəklikləri haqqında bəzi şeylər aşılayır (4, 54). Dəyərlərin və normaların normativ təsiri fiziki təsirlərdən daha güclü ola bilər.  Əgər insanlar normalara əməl etdikləri üçün cəzaya məruz qalırlarsa, onda insan ruhuna hörmət etmək ehtiyacında müəyyən qədər dəyişikliklər yarana bilər.Adi vəziyyətdə əldə edilə bilən şeylərin tapılmaması halıdır. Adətlər də əlavə dəyər mənbəyidir. Bunu da qeyd etməliyik ki, dəyərlər yeganə başlanğıc  mənbə deyil, bəzən onlar dəyər mənbəsinə də çevrilə bilirlər. Cənab Rafi Pur iddia edir ki, dəyərlərlə normalar arasında yaxın əlaqə mövcuddur. Beləliklə, dəyərlərlə normalar arasında yaxın əlaqə vardır, ola bilsin bəzi dəyər və normalar geniş miqyasda üst-üstə düşürlər [7, 55]. Mədəniyyət də dini qurumlara bənzər rola malikdir. Normalar və ictimai qaydaların yaradılmasında cavabdehlik daşıyan hüquqi  obyektlər. İctimai təkliflərə görə cavabdeh olan siyasi qurumların reallaşdırılması. İqtisadiyyatı təmin etməkdə davam edən maliyyə qurumlarının ətraf mühitlə qarşılıqlı qaydada işləməsi. Mədəni sistem bilik və dəyərlərin formalaşdığı mühüm simvolik elementlərin başında dayanır. Mədəniyyətin aparıcı elementləri dil, din, adətlər, dəyərlər, normalar, bilik, incəsənət, musiqi və şerdir.  Bu elementlərin dəyər və normaları  hər bir mədəniyyətdə çox güclüdür.  Əhalinin əksəriyyəti tərəfindən qəbul edilən mədəniyyətdə kölgədə qalan yeganə dəyər elementi onun sosial normaya çevrilməsini təmin edə bilər.Məsələn, fərz edək ki, hər hansı bir ərazidə bir və ya bir neçə intellektual düşüncənin ən yüksək zirvəsinə çatmış adamlar vardır. Bu tələb hələ ki mədəniyyət tərəfindən irəli sürülmür, onda əvvəlcə bu dəyər özü dəyişilməlidir. Bu dəyərlər başqa adamlar üçündür. Sonradan bu dəyər adamlar arasında sürətlə yayıldıqda o normaya çevriləcəkdir.

Hazırda, Qərbdə böyük bir insan kütləsi misli görünməmiş iqtisadi təhlükəsizlik təmin edib. İqtisadi təhlükəsizlik və həyat təhlükəsizliyi də pozitiv bir dəyərdir, amma mənəvi dəyərlər artıq keçmişdə qalıb. İnqelhartın sosiallaşma fərziyyəsinə əsas etibarilə iqtisadi və ictimai baxımdan ən böyük ehtiyac duyulan qiymətli subyektlərin nisbtən az miqdarda olmasına əsaslanır. Əqli, sosial, estetik maddi ehtiyaclara olan tələbat təmin edilmir, insanlar qida əldə edə bilməyərək ac qalırlar. Həyatın davam etdirilməsi üçün zəruri olan müəyyən koordinatlar sisteminə əsasən təyin edilən ehtiyaclar mövcuddur.  Amma aydın surətdə görünür ki, həyatın maddi və təbii ehtiyacları arasında əsas fərq, təhlükəsizliyə, sosial ehtirama, ifadə edilməyə, estetik görüntülərə ehtiyac duymaqdadır. Proqressiv sənaye iqtisadiyyatının defisit fərziyyəsi  leqal nəticələrlə göstərilməlidir. Əhalinin əksəriyyəti aclıq və iqtisadi təhlükə içərisində yaşamır. Bu fakt göstərir ki, tədrici dəyşiklik baş verir, estetik ehtiyaclara nisbətən subyektiv təminat və başqalarıyla olan münasibətlərə ehtiyac daha böyük əhəmiyyət kəsb edir (5, 59). Sosiallaşma fərziyyəsi vəziyyətin yetişməsinə uyğun olaraq öz başlıca dəyərlərini geniş surətdə əks etdirir. İslam dinində biz ilkin sosiallaşma və həyat gərginliklərinin əsas çətinliklərinin əhəmiyyəti ilə tanışıq.  Mühüm olan, status kvoda olan düşüncə və təsəvvürlərin alına bilməsidir. İnqelhart da qəbul edir ki, dəyərlərin dəyişməsi sosiallaşma ilə əlaqədar olaraq şərh edilməlidir. Uşağın şəxsiyyətinin gec ictimailəşməsini bir kənara qoyaraq daha yaşlıların davranış və oriyentasiyalarının başlıca rol oynadığını deyə bilərik. Əlbəttə, bu heç də daha yüksək təhsil və sosial yaş amillərini inkar etmir. Heyvani cismə malik olan  insanın yüksək və mənəvi –ruhani dəyərlərindən söhbət açarkən, biz onun digər orqanizmlərdən inanc, insanlıqla fərqləndiyini qeyd edirik. İnsanlıq isə elm və inanc üzərində qurulmuş bir məfhumdur. Dünyanın geniş spektrdə görülməsinin məqsədi, insanın əsrlər boyu gərgin əməyinin məhsuludur. Bu anlayışı ifadə edən termin və sözləri biz elm adlandırırıq. İslamda bu sual necə qoyulur, aşağıdakı kateqoriyalarda bu infrastrukturlardan hansılarının yerləşdirilməsinə ehtiyac vardır? Həqiqət bundan ibarətdir ki, bəşəriyyətin təkamülü mükəmməlliyə doğru istiqamətdə davam edir, onun elementləri isə həm fərdə həm də cəmiyyətə tətbiq edilən prinsiplərdə özünü göstərir. İnsan öz fiziki başlanğıcında maddi ehtiyaclarını ödəməyə çalışır. Heyvanlar kimi insan da özünə yuva qurur, zaman keçdikcə isə daha mükəmməl bir varlığa çevrilir. Bura ətraf mühitin və sosial münasibətlərin təsirini, ideologiyaları da əlavə etməliyik. Gələcəkdə,  insan inanclarına, əqidə və ideologiyalarına  daha böyük azadlıq vermək mümkün olacaq. Reallıqda nəzərə almalıyıq ki, heyvanı təkamüllə yanaşı maddi ehtiyaclar da ön plana çıxır. Maddiyyatın kölgəsinin təkamül funksiyasının üzərinə düşməsi təkamülün ayrıca bir faktor olmadığını göstərir. Qurani-Kərimdə insan həm təriflənir, həm də ittiham edilir. İnsana qarşı ən gözəl sözləri və ən ağır ittihamları Quran buyurur. O yerlərin və göylərin sahibidir, eyni zamanda ən üstün həm də daxilən heyvani bir varlıqdır. Quranda göstərilir ki, insan öz bacarıqları ilə dünyanı fəth etməyə qadirdir, o mələklərin ibadətinə layiqdir, lakin ən aşağı təbəqəyə də düşə bilmişdir. Quranda bildirilir ki, Allahdan kənarda heç bir insan əsl inama malik deyildir. İslam həyatın hər bir anında özünü göstərir, həm maddi həm də mənəvi yöndən həyata rəhbərlik edir. Fiziki və bioloji məsələlərlə bağlı bir çox xüsuslar vurğulanır. Bir çox ayə və hədislərdə zəkat vermək, yetimlərə və yoxsullara kömək etmək, əfv və bağışlama əmr edilir. Eyni zamanda, bioloji ehtiyaclar və dindarlıq da zəruri olaraq qeyd edilir. Digər faktorlarla yanaşı buda ən vacib faktorlardan biri sayılır.  İslam dinində insanın iqtisadi və maddi üstünlüyü onun mütləq dəyər kriteriyası kimi götürülmür, amma daha böyük dəyərlərə nail olmaq üçün bu dəyərlərin də əhəmiyyəti olduğunu nəzərə alsaq, ətraf mühit və fərdi dəyərlərə diqqət daha çox ayrılır. Ona görə də İnqelhartın nəzəriyyəsi barədə deyə bilərik  ki, maddi və qeyri-maddi dəyərlərin qiyməti verilməlidir. Lakin bu zaman daha çox iqtisadi və maliyyə amillərinə fikir verilir. Bu araşdırmanın məqsədi yeniyetmələrin mənəvi və maddi cəhətlər baxımından araşdırılmasıdır. Bu araşdırma üçün adıçəkilən nəzəriyyə münasib şərait yaradır (6; 7).

Nəticə: Əqli və davranış çatışmazlıqları bütün ölkələrdə geniş yayılmış və xeyli problem yaradan bir sahədir. Belə qüsurlarla yaşayan insanlar bir çox hallarda sosial izaolyasiya, daha zəif həyat keyfiyyəti və hətta ölüm hallarıyla rastlaşırlar.

Belə hallar həm də mühüm təsiri olan iqtisadi və sosial ziyanlara da gətirib çıxarır. Araşdırmalar göstərir ki, depressiya, narahatlıq və sair bu kimi əqli çatışmazlıqlar işsizlik, az gəlir, məhdud təhsil, gərgin əmək şəraiti, cinsi ayrı-seçkilik və qeyri-sağlam həyat tərzi kimi problemlər yaradır.

Məqalədə şagirdlərin sosial psixoloji vəziyyətləri kontekstində dəyər istiqamətləri araşdırılmışdır. Dəyər istiqamətləri nədir və şagirdlərin həyatında nə kimi rol oynayır? Şagirdlərin o cümlədən tələbələrin həyatında zaman-zaman müxtəlif sosial – psixoloji problemlərin olduğu məlumdur. Bunun bir sıra sosial səbəbləri vardır, lakin əsas səbəb dəyər istiqamətlərinin düzgün seçilməməsidir. Dəyər istiqamətləri və onların seçimi çox mühimdir və buna görə də dəyərlərin araşdırılmasına, sosial –psixoloji sferada ətraflı tədqiqinə ciddi ehtiyac vardır.

 

 

QEYDLƏR:

  1. Əzimov. Q.E. Psixi inkişaf və tərbiyənin müasir problemləri. Бакы, 2004.
  2. Бреслав Г.М. Эмоциональные особенности формирования личности в детстве: Норма и отклонения. – М.: Педагогика, 1990.
  3. Гасанова З.Б. Особенности общения в подростковом возрасте // Psixologiya, Bakı: 2005, №3, s.70-75.
  4. Sinha R.  Catapono D.  Omalleys stress induced craving and  stress Response in  cocaine dependent individuals. Psychopharma cology, 1999. № 142
  5. Cloninger C.R. “A systematic method for clinical description and classify­ca­ti­on of perso­na­li­ty variants”.1987, № 44, p.573-588;
  6. Dawe S. & Loxton N.J. “The role of impulsivity in the development of substance use and eating disorders”. Neuroscience and Biobehavioral Reviews, 2004, № 28[3], p.343-351;
  7. Bəharistan, C. Yəzd orta məktəblərində idarəçilərin münaqişə idarə etmə metodlarının tədqiqi. pedaqojiyə ə psixoloji jurnalı, 2005, № 3-4

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM