Hərbi təhlükəsizliyin təmin edilməsində şəxsiyyətin rolu

09:33 / 31.07.2015

XX əsrin 90-cı illərindən etibarən Azərbaycan xalqının tarixində tamamilə yeni bir mərhələnin başlanğıcı qoyuldu. İstər keçmiş SSRİ daxilində cərəyan edən dağıdıcı proseslər, istərsə də respublika daxilində mərkəzin ədalətsiz siyasətinə qarşı baş qaldıran geniş miqyaslı hərəkatlar son nəhayətdə Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsinə zəmin yaratdı. Bununla da Azərbaycanın müstəqil inkişafına, milli-mənəvi və tarixi dəyərlərin dirçəlişinə, xalqın öz taleyini və gələcəyini öz əlinə almasına, dünya birliyi arasında öz yerini tutmasına tarixi imkan açıldı. Amma müstəqilliyin ilk illərinin təcrübəsi göstərdi ki, bu müstəqilliyi qoruyub inkişaf etdirmək, qazanılmış olan fürsətlərdən xalqın bu günü və gələcəyi naminə bəhrələnmək, dövlətlər sırasında layiqli yer tutmaq elə də asan bir məsələ deyildir. Bunun üçün dövlət rəhbərliyi tərəfindən son dərəcə məsuliyyətli, əsaslandırılmış və məqsədyönlü siyasət yeridilməsinə ehtiyac vardır. Əks təqdirdə tarixi şans kimi əldə edilmiş olan bu müstəqillik ciddi sınaqlarla qarşılaşar, ölkə daxilində hərbi-siyasi sabitlik pozular, vətəndaş müharibəsi təhlükəsi reallaşar, separatiz vüsət alar.

Azərbaycan xalqı da müstəqilliyinin ilk illərində məhz belə təhlükələrlə qarşılaşmalı oldu və hakimiyyətdə olan qüvvələrin təcrübəsizliyi, səriştəsizliyi və milli maraqlardan uzaq olan siyasəti nəticəsində meydana gəlmiş olan dərin böhran ölkəni çox böyük fəlakətlərlə üzbəüz qoydu.

Məlumdur ki, Azərbaycanı bu dərin və təhlükəli böhrandan böyük dövlət xadimi cənab Heydər Əliyev çıxardı. Xalqın tələbi ilə Azərbaycanın rəhbərliyinə qayıdan cənab Heydər Əliyev ölkənin ağır günlərində bütün xalqı öz ətrafında birləşdirən və onun gücünü düzgün istiqamətləndirən ümummilli liderə çevrildi. Onun gəlişi ilə Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı, çox keçmədi ki, Azərbaycan daxili parçalanmadan, vətəndaş müharibəsi təhlükəsindən, xaos və özbaşınalıqlardan xilas oldu, daxili və xarici təhdidlərin qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirildi, real ordu quruculuğunun əsası qoyuldu, dövlətin siyasətinə və bütünlükdə dövlət quruculuğuna yeni məzmuun verildi, xalqın dinc və əmin-amanlıq içində yaşayışına obyekyiv imkanlar yaradıldı. Bir sözlə cənab Heydər Əliyev Azərbaycanın müstəqilliyinin xilackarına çevrildi.

Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi üçün Heydər Əliyevin göstərdiyi böyük xidmətlər onun bir şəxsiyyət kimi malik olduğu potensialın ifadəsidir. Cənab Heydər Əliyevdən miras qalan təcrübənin təhlili və qiymətləndirilməsi isə onu göstərir ki, hər bir xalqın tarixində böyük şəxsiyyətlərin böyük rolu vardır və belə şəxsiyyətlər tarixin inkişafına təkan verməyə qadirdirlər.

Bu mənada cənab Heydər Əliyevin malik olduğu tarixi fəaliyyət şəxsiyyətin tarixdəki rolu məsələsini də bir daha aktuallaşdırmaqdadır. Qeyd edilməlidir ki, bu məsələ uzun zamandır ki, sosioloqların, filosofların müzakirə obyektidir və şəxsiyyətlərin tarixdəki rolu haqqında çoxlu təlimlər yaradılmış, baxış və yanaşmalar ortaya qoyulmuşdur. Hətta tarixdə xalqın rolunu mütləqləşdirməyə çalışan elmi kommunizmin yaradıcıları da tarixi şəxsiyyətlərin tarixdəki rolunu inkar etməmişlər. Əslində bəşər tarixinin gedişi də bunun sübutudur. Çünki cəmiyyətin, insan həyatının inkişafı hansı qanunlara əsaslansa belə, onların reallaşmasında ayrı-ayrı tarixi şəxsiyyətlərin rolunu inkar etmək mümkün deyil.

Bir çox fəlsəfi və sosioloji nəzəriyyələrdə xalq cəmiyyət tarixinin hərəkətverici qüvvəsi kimi qəbul olunur. Amma xalqı təşkil edən tək-tək adamların cəmiyyətdəki ictimai-siyasi yeri eyni olmadığı kimi, onların mənəvi-fiziki keyfiyyətləri, qavrayışı və

qiymətləndirmə aparmaq imkanları və qabiliyyəti də eyni deyildir. Ona görə sözsüz ki, onların cəmiyyətə verə biləcəkləri də eyni deyildir. Bunun nəticəsidir ki, müxtəlif sferalarda insanları malik olduqları qabiliyyətinə görə fərqləndirmək də mümkündür. Həyatın bu və ya digər sahələrində xüsusi istedada malik olan insanların mövcudluğu da şəxsiyyət fenomeninin reallığından xəbər verir. Belələri ətrafdakıların orta qabiliyyət səviyyəsindən yuxarı olan qabiliyyət səviyyəsinə malik olurlar. Bəzi hallarda belə şəxsiyyətlərin parlaması təsadüflə də bağlanılır. Amma öz xalqlarının, eləcə də bəşəriyyətin tarixində xüsusi xidmətlərə malik olan belə şəxsiyyətlərin nadir hallarda meydana gəlməsi heç də təsadüflə bağlı deyildir və onlar mövcud zəruri şəraitin ifadəsi kimi tarixi inkişafın çox həlledici dövrlərində ortaya çıxırlar və onlara bağlanılan ehtiyacların ödənilməsində ictimai-tarixi rollarını oynayırlar.

Tarixi şəxsiyyətlər o zamanlar tarix meydanına çıxırlar ki, konkret zaman kəsiyində cəmiyyət qarşısında dayanan möhtəşəm vəzifələrin həll edilməsi üçün bütün xalqı hərəkətə gətirəcək və istiqamətləndirəcək bir rəhbərə ehtiyac duyullur. "Böyük şəxsiyyətlər onunla böyükdür ki, onda öz dövrünün böyük ictimai ehtiyaclarına xidmət edə bilmək qabiliyyətini şərtləndirən xüsusiyyətlər vardır... Böyük şəxsiyyət yol açandır. Ona görə ki, o, hamıdan uzağı görür, hamıdan da çox yanır. O, cəmiyyətin əvvəlki əqli inkişaf gedişi ilə meydana çıxarılmış elmi məsələləri həll edir; o, cəmiyyətin ictimai münasibətlərinin ona qədərki inkişafı ilə şərtlənmiş yeni ictimai tələbləri ortaya çıxarır, öz üzərinə bu ehtiyacları ödəmək təşəbbüsünü götürür. O, qəhrəmandır. O mənada yox ki, o, tarixin inkişafını saxlaya, ya da dəyişə bilər. O mənada ki, onun fəaliyyəti bu zəruri və qeyri-şüuri inkişafın şüurlu və azad ifadəsidir. Onun böyük rolu və bütün gücü bundadır" (1).

Cənab Heydər Əliyevə xalq etimadının göstərilməsi və respublikanın rəhbərliyinə dəvət edilməsi də konkret tarixi ehtiyacdan doğurdu. Çünki respublikanın qarşılaşdığı hərbi-siyasi böhran, xalqın gündən-günə ağırlaşan həyat tərzi, dövlətçiliyin özünün sınağa çəkilməsi cəmiyyətin həyatında dəyişikliklər yarada biləcək fenomen şəxsiyyətin ali siyasət meydanına gəlməsini tələb edirdi. Cənab Heydər Əliyev də belə bir fenomen oldu və o, malik olduğu dövlətçilik təcrübəsi ilə konkret tarixi şəraitdə tarixi rol oynaya biləcək şəxsiyyətə çevrildi.

Tarixi şəxsiyyətlərin böyüklüyü ondadır ki, onlar qərar tutduqları şəraitin mahiyyətini və xarakterini başqalarına nisbətən daha dəqiq qiymətləndirməyi bacardıqları kimi, həm də həmin tarixi şəraitin tələblərinə uyğun olaraq müvafiq addımlar atılması üçün daha böyük istedad, daha düzgün yanaşma, qabiliyyət, duyum, intuisiya, işgüzarlıq, təşəbbüskarlıq və təşkilatçılıq keyfiyyətləri nümayiş etdirirlər.

Özünəməxsus xüsusiyyətləri olan hərb quruculuğu da son dərəcə mürəkkəb, risqli, çoxşaxəli bir proses olduğundan bu sahədə də şəxsiyyətlərin rolu və xidmətləri danılmazdır. Əslində xarakteri etibarı ilə hərb sahəsi şəxsi məsuliyyət, şəxsi cavabdehlik və şəxsi təşəbbüskarlıq üzərində qurulmuş fəaliyyət sahəsidir. İndiyə kimi tarixdə elə bir müharibə olmamışdır ki, şəxsiyyətin rolu olmadan bu müharibəni səmərəli aparmaq, ordunun və bütünlükdə bütün cəmiyyətin gücünü daha düzgün şəkildə müharibənin aparılmasına və ya tamamlanmasına səfərbər etmək mümkün olsun. Çünki ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsinin bütün məsuliyyəti və xüsusi bir orqanizm olan silahlı qüvvələrin başqa ictimai-siyasi təşkilatlarla müqayisədə daha möhkəm mərkəzləşdirilmiş rəhbərliyə malik olması da bütün ordunun iradəsinin bir şəxsdə toplanmasını tələb edir. Bu isə hərb işində şəxsiyyətlərin rolunun əhəmiyyətini daha da artırır.

Hərb quruculuğunun böyük tarixi şəxsiyyətləri o şəxslərdir ki, onlar silahlı qüvvələrin iradəsi ilə cəmiyyətin və dövlətin iradəsini düzgün əlaqələndirirlər, konkret tarixi şəraitdə silahlı qüvvələrin inkişaf meyllərini daha düzgün qiymətləndirirlər və ona həvalə olunmuş vəzifələrin icrası üçün konkret dövrün yaratdığı ən kiçicik imkanlardan maksimum səmərə ilə istifadə edirlər, başqalarının görə və ya duya bilmədiyi fürsətləri ortaya çıxarırlar, çoxlarının gözləmədiyi nəticəni əldə edirlər. Hərbi-siyasi liderlərin böyüklüyü ondadır ki, onlar öz şəxsi keyfiyyətləri ilə dövlət siyasətinin hərb üzərindəki roluna yeni bir nəfəs gətirirlər, yeni bir məzmun verirlər və onların qarşılıqlı əlaqələrinin ən təsirli vəhdətini üzə çıxarırlar.

Müxtəlif xarakterli, keyfiyyətli, qabiliyyətli, mövqeli insanların məcmusu olan böyük saylı silahlı qüvvələrə rəhbərlik edilməsi hərbi-siyasi liderlərdən böyük məharət tələb edir. Məhz belə bir məharətə malik olan hərbi-siyasi lider silahlı münaqişənin ən mürəkkəb şəraitlərində ən müxtəlif vəziyyətlərdən çıxmağın düzgün yolunu tapa bilir. Ona görədir ki, yalnız yüksək nəzəri biliyə, hərbi-siyasi təcrübəyə, ən mürəkkəb vəziyyətlərdən ən qısa zaman ərzində çıxa bilmək üçün düzgün qərar qəbul edə bilmək qabiliyyətinə malik hərbi-siyasi liderlər özlərindən sonra tarixə yaddaqalan izlər buraxa bilirlər.

Hərbi təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirilən hərbi siyasətin dövlət siyasətinin tərkib hissəsi olduğundan və ölkənin hərbi qüdrətinin göstəricisi olan silahlı qüvvələrin inkişafının dövlətin siyasi və iqtisadi potensialından birbaşa asılı olduğu üçün hərb quruculuğunda hərbi-siyasi liderlərin səmərəli fəaliyyəti daha böyük önəm kəsb edir. Hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi üçün insanın, cəmiyyətin, dövlətin qarşılıqlı əlaqələrinin uzlaşdırılması, ölkənin bütün iqtisadi, elmi, mənəvi potensialının daha səmərəli şəkildə hərbi təhlükəsizliyin təmin edilməsinə istiqamətləndirilməsi, bu məsələdə daxili və xarici siyasətin düzgün əlaqələndirilməsi və onların imkanlarından hərbi təhlükəsizliyin təmin edilməsində məharətlə istifadə edilməsi elə bir prosesdir ki, onun uğuru hərbi-siyasi liderin istedadından çox asılıdır. "Hərbi rəhbərliyin uğurları indi daha çox siyasi rəhbərliyin şəxsi keyfiyyətlərindən, onların ölkəni qələbəyə ruhlandırmaq, ölkəni və onun müttəfiqlərinin ehtiyatlarını səfərbər edərək düzgün istifadə etmək bacarığından asılıdır. Bunlar isə öz növbəsində hakimiyyətin icraedici orqanlarının başında dayanan baş nazirdən və ya prezidentdən asılıdır. Bu vəzifəni tutan adam hərbi rəhbərlik sisteminin məhək daşıdır və o öz boynuna düşən vəzifələri nazirliklər, mülki təşkilatlar və hərbi qərargahlar vasitəsilə həyata keçirməlidir. O nəinki nazirlər arasında əlaqələri nizamlayır, eyni zamanda... hərbi rəhbərlik tərəfindən təqdim edilən strateji ideya və planları təsdiq edir. Çünki o, ölkənin imkanları haqqında daha bütöv məlumata malikdir" (2).

Hər bir tarixi şərait dövlət və hərb işini özündə birləşdirən hərbi-siyasi rəhbərlərin qarşısında öz tələblərini qoyur. Bu günün tələbi belədir ki, dövlət və hərb işini özündə cəmləşdirən hərbi-siyasi lider həm dövlət quruculuğunun, həm də hərb işinin nəzəriyyəsinə və təcrübəsinə malik olsun, dövlətin daxili və xarici potensialını yaradıcı şəkildə hərbi təhlükəsizliyin təmin edilməsinə istiqamətləndirə bilsin, dünyada və bölgədə cərəyan edən prosesləri obyektiv qiymətləndirərək dövlətin maraqları çərçivəsində bu proseslərə müdaxilə etsin, hərbi siyasəti izləyərkən dövlətin hansı imkanlara və potensiala, o cümlədən də mövcud təhdidlərin mənbələrinin hansı imkanlara malik olduğunu reallıqla qiymətləndirsin.

Klassik hərb nəzəriyyəçisi Karl fon Klauzevits hərb işinin ən mürəkkəb anlarında hərbi-siyasi liderin daha düzgün qərar qəbul edə bilməsini əsil hünər adlandırırdı. Onun

fikrincə bəzən elə bir an yaranır ki, sonsuz sayda variantların arasından ən doğrusunun seçim edilməsi üçün hərbi-siyasi liderin əqli fəaliyyəti əsil hünərə çevrilir. Çünki ən qısa zamanda sonsuz sayda olan elementlərdən və vəziyyətlərdən ən vacibinin və ən həlledicisinin intuitiv olaraq seçilməsi insanın əqli fəaliyyətinə üstün gəlmiş bir hünərdir.

K.F.Klauzevits daha sonra yazır: "Beləliklə müharibəyə hazırlıq üçün görüləcək işlərin miqyasını dərk etmək üçün biz onun həm özümüz, həm də düşmən üçün verə biləcək siyasi mənanı başa düşməliyik; biz özümüzün və düşmən dövlətin qüdrətini və daxili şəraitini, özümüzün və qarşı tərəfin hökumət və xalqının xarakterini və keyfiyyətini, nəhayət digər dövlətlərlə siyasi münasibətləri və müharibənin onlara göstərə biləcəyi təsiri dəqiqliklə qiymətləndirməyi bacarmalıyıq. Anlamaq çətin deyil ki, bir biri ilə kəsişən və qovuşan bütün bu müxtəlif məqamların götür-qoy edilməsi çox mürəkkəb məsələdir. Bunun üçün elə bir düha olmaq lazımdır ki, məsələləri vaxtında dərk etmək mümkün olsun. Çünki bu qədər məsələni adi məktəb səviyyəsində olan mühakimə qabiliyyəti ilə dərk etmək qətiyyən mümkün deyil.

Ona görə böyük sərkərdə və dövlət xadimi Napoleon tamamilə doğru olaraq qeyd edirdi ki, belə bir cəbr məsələsinin öhdəsindən hətta Nyuton də gələ bilməz" (3).

Əslində, müstəqilliyin ilk illərində Azərbaycanın düşdüyü ağır hərbi-siyasi böhranın səbəblərini və eləcə də ümummilli lider missiyasını öz üzərinə götürmüş cənab Heydər Əliyevin Azərbaycanı həmin böhrandan necə çıxarmasının səbəblərini anlamaq üçün yuxarıda deyilənlər meyar ola bilər. Yəni cənab Heydər Əliyev siyasəti - insanın əqli fəaliyyət çərçivəsindən kənara çıxacaq hünər səviyyəsinə çatdırdı və Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsində də tarixi missiyanı həyata keçirdi. Öz fenomen təfəkkürü ilə o, son dərəcə mürəkkəb olan hərbi-siyasi şəraitdə Azərbaycanı böhrandan çıxardı, daxili hərbi-siyasi sabitliyi təmin etdi və bu gün bölgənin ən güclü ordusu olan Azərbaycan ordusunun bünövrəsini qoydu.

 

1. Плеханов Г.В. Избранные философские произведения. Москва, 1956, т.II, с.333

2. Кингстон Маккаори Э.Дж. Руководство войной. Москва, 1957, с.53

3. Клаузевиц. О войне. Москва, 1936, с. 345

 

 

Mehman Süleymanov

Tarix elmləri doktoru

Ehtiyatda olan polkovnik


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM