TÜRKMƏNÇAY MÜQAVİLƏSİ HAQQINDA YENİ ARAŞDIRMA

08:56 / 10.08.2015

Bu günlərdə tarix elmləri doktoru Mehman Süleymanovun XIX əsrin əvvəllərində Türkmənçay müqaviləsinin imzalanması ilə yekunlaşan hərbi-siyasi proseslərin tarixi haqqında irihəcmli araşdırması işıq üzü görmüşdür. "Türkmənçay müqaviləsi" adlanan bu kitab müəllifin 2014-cü ildə çap olunmuş "Gülüstan müqaviləsi" (2 cilddə) adlı araşdırmasının xronoloji davamıdır. Kitabda Gülüstan müqaviləsindən sonra Azərbaycan xanlıqları ərazisində yaranmış vəziyyət, Azərbaycan xanlıqları ərazisində möhkəmlənmək üçün Rusiya ilə İran arasında aparılan hərbi rəqabət, Azərbaycan xanlıqları əhalisinin işğala qarşı mübarizəsi, Türkmənçay müqaviləsinin mahiyyəti, Türkmənçay müqaviləsinin Azərbaycan xalqına gətirdiyi nəticələr və s. məsələlər geniş araşdırılmışdır. Müəllifin "Türkmənçay müqaviləsi" kitabında Türkmənçay müqaviləsinin nəticələri haqqında öz əksinin tapmış ümumiləşdirici mülahizələrini oxuculara təqdim edirik.

 

 

Türkmənçay müqaviləsi və onun nəticələri

 

1828-ci ilin fevral ayında imzalanmış Türkmənçay müqaviləsi XIX əsrin əvvəllərindən Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi prosesləri tamamlayan bir sənəd oldu. Bu müqavilənin imzalanması Cənubi Qafqazda uzun müddət üçün dəyişməz qalan bir geosiyasi reallığı rəsmiləşdirməklə bölgə xalqlarının həyatında da tarixi bir mərhələnin başlanğıcını qoydu. Bununla, bölgə uğrunda Rusiya ilə Qacar sarayı arasında aparılan çəkişməyə də bir aydınlıq gətirildi və bu hərbi-siyasi çəkişmə Rusiyanın üstünlüyü ilə başa çatdı.

Türkmənçay müqaviləsi ilk növbədə Rusiyanın cənuba doğru istiqamətlənmiş işğalçılıq müharibələrinin nəticələrini özündə əks etdirən bir sənəd idi. Məlumdur ki, bir neçə onilliklər ərzində zəngin təsərrüfat ehtiyatlarını ələ keçirilmək və əhəmiyyətli geosiyasi mövqelərdə möhkəmlənmək üçün Rusiya sarayı Azərbaycan xanlıqlarının və vilayətlərinin işğal edilməsi üçün öz hərbi fəallığını kifayət qədər genişləndirmişdi. Bu niyyətlərə nail olmaq üçün istər I Pyotrun dövründə, istərsə də ondan sonrakı imperatorların dövründə Azərbaycan torpaqlarına Rusiya qoşunlarının çıxarılmasına cəhdlər göstərilmişdi. Amma XIX əsrin əvvəllərindən Cənubi Qafqazdakı Azərbaycan xanlıqlarının işğal edilməsi Rusiya sarayının işğalçılıq siyasətində prioritet istiqamətlərdən birinə çevrildi. Nəticədə Azərbaycan xanlıqlarının dağınıqlığından, bu xanlıqların hərbi potensialının zəifliyindən istifadə etməklə Rusiya sarayı bir-birinin ardınca İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Arazın şimalında yerləşən Azərbaycan xanlıqlarını, habelə Lənkəran xanlığını işğal etməyə müvəffəq oldu.

Türkmənçay müqaviləsinə aparan yeni müharibənin başlaması bölgədə cərəyan edən proseslərin və mövcud hərbi-siyasi reallıqların nəticəsi idi. Çünki Gülüstan müqaviləsinin rəsmiləşdirdiyi hərbi-siyasi reallıq bölgədə maraqlı olan qüvvələrin heç birini qane etmirdi və tərəflərin hər biri öz maraqları mövqeyindən bu müqavilənin yaratdığı şəraiti dəyişdirməyin yollarını axtarırdı. İlk növbədə Azərbaycan xanlıqlarının əhalisi Gülüstan müqaviləsinin təsbit etdiyi işğal durumu ilə razı deyildi və bu duruma qarşı bir barışmazlıq nümayiş etdirirdi. Gülüstan müqaviləsi ilə rəsmiləşən Rusiya işğalı təkcə Azərbaycan xanlıqlarının müstəqilliyinə son qoymadı, eyni zamanda bu xanlıqların əhalisinə fəlakətlər və sonsuz məhrumiyyətlər gətirdi. Baş alıb gedən

haqsızlıqlar, təzyiqlər, iqtisadi istismar, milli və dini dəyərlərə təcavüz, işğalın möhkəmlənməsinə və əhalinin iradəsinin qırılmasına hesablanmış idarəçilik üsulları Azərbaycan xanlıqları ərazisində yeni bir müqavimət hərəkatının formalaşmasına yol açdı. Bu müqavimət hərəkatının kütləviliyinə nail olunması üçün məzhəb etiqadlarına müraciət edildi və siyasi və milli dəyərlərin bərpası üçün rus işğalına qarşı başlanan mübarizənin cihadla əlaqələndirilməsinə də cəhd göstərildi.

Araşdırmalar göstərir ki, müharibənin ilk dövründə rus qoşunlarına müəyyən zərbə vuruldu və yerli əhalinin mübarizliyi nəticəsində işğal altında olan Azərbaycan xanlıqlarının çoxu Rusiya qoşunlarından təmizləndi. Əldə edilmiş nəticələr hətta Rusiya qoşunları komandanlığını da ciddi təşviş qarşısında qoydu. Lakin bu ilkin uğurları məqsədyönlü şəkildə davam etdirmək mümkün olmadı. Çünki Azərbaycan xanlıqları ərazisində aparılan müharibədə aydın və mütəşəkkil rəhbərliyi olmayan, dağınıqlığı aradan qaldırılmayan xalq hərəkatı Rusiya kimi nəhəng bir dövlətin hərbi gücünün müqavimətinin qırılmasında yetərli olmadı. Bu mübarizədə Azərbaycan xanlıqları əhalisinin işğaldan nicat tapması üçün köməyinə istinad edə biləcəyi Qacar qoşunlarına bağlanan ümidlər isə öz nəticəsini vermədi. Milli və dini təəssübkeşlik, tarixi bağlılıq və ənənələr bu qüvvələrin Rusiya işğalına qarşı müttəfiqliyi üçün real əsaslar olsa da, bir tərəfdən Qacar sarayının Azərbaycan xanlıqları ilə bağlı qarşısına qoyduğu siyasi məqsədlərin fərqliliyi, digər tərəfdən də Qacar qoşunlarının özünün təsirli gücə çevrilə bilməməsi və eyni zamanda Rusiya qoşunlarına qarşı müqavimətin düzgün uzlaşdırılmaması və planlaşdırılmaması tezliklə Rusiya qoşunlarının hərbi üstünlüyünə əlavə fürsət yaratdı.

Malik olduğu çoxsaylı qoşunlarla Rusiya işğalı altında olan Azərbaycan xanlıqlarına qarşı irəli sürülən iddiaların həyata keçəcəyinə böyük ümidlər bağlayan Qacar sarayının qüvvələri Rusiya qoşunları ilə elə ilk ciddi döyüşlərdən sonra kütləvi şəkildə geri çəkilməyə başladı və nəticədə hərbi əməliyyatlar Arazın cənubuna keçirildi. Rusiya qoşunlarına qarşı müqavimətin parlaq səhifələrindən birini təşkil edən İrəvan qalasının müdafiəsi zamanı da Qacar qoşunlarından gözlənilən səmərəli köməyin yetişməməsi burada alovlanan mübarizənin silah gücünə yatırılmasına yol açdı. Rusiya qoşunlarının ciddi hücumları qarşısında az qala iflasa uğramaq təhlükəsi ilə qarşılaşan Qacar sarayı 1828-ci ilin fevralında Türkmənçay müqaviləsini imzalamaq məcburiyyətində qaldı.

Bölgədə başlanan yeni müharibənin hərbi-siyasi nəticələrini özündə əks etdirən bu müqavilə əslində Azərbaycan xanlıqlarının bölüşdürülməsi üçün Rusiya ilə İran arasında imzalanmış bir sənəd idi və onun qəbulu Azərbaycan xalqına yeni fəlakətlər gətirdi. Hər şeydən əvvəl Azərbaycan xanlıqları ərazisində cərəyan edən yeni müharibə bu xanlıqların yeni dağıntılarla üzləşməsinə, əhalinin var-yoxdan çıxmasına yol açdı. Bu müharibənin nəticəsi kimi imzalanan Türkmənçay müqaviləsi isə Azərbaycan xalqı üçün Gülüstan müqaviləsindən daha ağır olan şərtləri özündü əks etdirdi. Müqaviləyə görə, Arazın şimalında olan Naxçıvan və İrəvan xanlıqları da Rusiya işğalı altına düşdü, Rusiyanın cənub sərhədləri Araz çayına və Xəzərin cənub-qərb sahillərinə çatdırıldı. Bununla Osmanlı Türkiyəsi ilə İran sərhədində Rusiya özü üçün çox əhəmiyyətli geostrateji mövqelər əldə etdi. Qeyd etmək lazımdır ki, Türkmənçay müqaviləsinə əsasən Rusiya tərəfindən zorla qəbul etdirilmiş sərhəd xətti indiyə kimi dəyişməz olaraq qalmaqdadır və kiçik istisna olmaqla hazırda Azərbaycan Respublikası ilə İran arasındakı sərhəd xəttini təşkil edir.

Türkmənçay müqaviləsi ilə yekunlaşan müharibənin nəticəsi kimi, Rusiya Azərbaycan xanlıqları ərazisində öz işğalını daha da möhkəmləndirdi və bu xanlıqları şəriksiz

nəzarət altına almaqla İranı bu xanlıqlara iddialar irəli sürməkdən imtina etməyə məcbur etdi. Qacar sarayı da bu tələblə razılaşmalı oldu və nəticədə Arazın hər iki tayında yerləşən azərbaycanlı əhali milli və tarixi ayrılıqla üzləşməli oldu. Başqa sözlə Rusiya işğalının ortaya qoyduğu yeni sərhəd xətti vahid xalq arasında tarixi parçalanmaya yol açdı.

İşğalın yaratdığı siyasi, iqtisadi, milli, dini və mənəvi məhrumiyyətlərə qarşı xalq barışmazlığının qarşısının alınmaması üçün Rusiyanın bütün tələbləri qeyd-şərtsiz Türkmənçay müqaviləsində öz əksini tapdı. Belə tələblərdən biri də İran ərazisində yaşayan erməni əhalinin Azərbaycan xanlıqları ərazisinə köçürülməsi tələbi idi. Bölgədə aparılan siyasətin maraqları çərçivəsində Rusiya tərəfi Qacar sarayının iradəsinin əksinə olaraq İran ərazisində məskunlaşmış erməni əhalinin işğal olunmuş Azərbaycan xanlıqları ərazisinə köçürülməsinə başladı. Bu siyasətin həyata keçirilməsi ilə başlıca olaraq İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində süni şəkildə əhalinin etnik tərkibinin dəyişdirilməsinə başlandı, bu xanlıqlar ərazisindəki azərbaycanlı əhalinin etnik təqibi gücləndirildi, Azərbaycan torpaqlarının isə azərbaycanlı əhalidən yadlaşdırılması qarşısıalınmaz bir prosesə çevrildi. Nəticədə, XX əsrin əvvəllərində Cənubi Qafqazda milli-azadlıq hərəkatı tarixi bir reallığa çevriləndə Azərbaycan torpaqları yenidən parçalanmaya məruz qaldı və azərbaycanlıların tarixi torpaqları olan keçmiş İrəvan xanlığının ərazisi bu torpaqların əsil sahiblərinin iradəsindən asılı olmayaraq erməni dövlətinin qurulması üçün ayrıldı. Daha doğrusu, Türkmənçay müqaviləsinin bölgədə yaratdığı geosiyasi vəziyyət təxminən bir əsrdən sonra, yəni XX əsrin əvvəllərində Azərbaycan torpaqları yenidən parçalanmasına yol açdı və bu torpaqlarda bölgə üçün fəlakətlər mənbəyi olan Ermənistan dövləti yaradıldı.

 

 

Mehman Süleymanov

Tarix elmləri doktoru


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM