Ülviyyə Haqverdi,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,siyasi elmlər üzrə fəlsəfə doktoru
Çağdaş dünyamızda baş verən dinamik proseslər özünü müxtəlif sahələrdə və spektrlərdə əks etdirirlər. Belə müxtəlifliklərdən biri və demək olar ki, cox əhəmiyyətlisi dünya səhnəsində bir tərəfdən qloballaşma proseslərinin zəruriliyi və labüdlüyü kontekstində genişlənməsi və inkişaf etməsi, digər tərəfdən isə milli dövlətlərin və onların milli maraqlarının günü-gündən güclənməsi və artması tendensiyalarıdır.
Həm qloballaşma, həm də milli dövlətçiliyin və milli maraqların artması prosesi və onun yaratdığı təzadlar cəmiyyətin bütün sahələrini və burada fəaliyyət göstərən siyasi institut və dəyərlərə özünün müvafiq təsirini göstərməkdədir. Belə bir şəraitdə vətəndaş cəmiyyətinin və dövlətin əsas institutu olan siyasi partiyaların fəaliyyətində baş verən dəyişikliklərin izlənilməsi və təhlil olunması əhəmiyyətli dərəcədə aktuallıq kəsb edir.
Cəmiyyətdə olan müxtəlif sosial maraqların əsas təmsilçisi hesab olunan siyasi partiyalar siyasi sistemin və ümumilikdə cəmiyyətin aparıcı institutlarıdır ki, müasir dövrdə onların inkişafının əsas tendensiyalarını izləmək və üzə cıxarmaq üçün ilk növbədə cəmiyyətin özündə baş verən obyektiv prosesləri izləmək lazımdır.
Bunlardan birincisi cəmiyyətin bütün sahələrini əhatə edən qloballaşmadır ki, o, xüsusilə də siyasi institutların formalaşması və siyasi proseslərin gedişatına əhəmiyyətli dərəcədə təsir edir.Təbii ki,qloballaşma fenomeni elmi dövriyyəyə ciddi formada daxil olmuşdur ki, onunla bağlı çoxsayli elmi əsərlər və yanaşmalar mövcuddur.
“Qloballaşma” terminini ilk dəfə Harvard Biznes Məktəbinin professoru Teodor Levit “Bazarların qloballaşması” adlı əsərində istifadə edərək elmi dövriyyəyə gətirmişdir. Burada müəllif qlobal standartlaşdırılmış məhsul istehsalı üçün yaradılmış qlobal bazarların yaradılmasından söhbət açır. İlkin dövrlərdə sırf iqtisadi münasibətlərə aid edilən qloballaşma prosesi K.Marks, F.Engels, V.Leninin əsərlərində təhlil olunan beynəlmiləlçilik proseslərinin məntiqi davamı kimi araşdırılır.
XX əsrin 80-ci illərində yapon alimi Keniç Omainin “Triad Power” adlı əsərində ABŞ, Yaponiya və Qərbi Avropanın hökmranlıq etdikləri qlobal texnoloji bazar anlayışı tədqiqat mərkəzinə gətirilərək sirf iqtisadi prizmadan təhlil olunur.
Lakin elə həmin müəlliflərin 1990-cı illərdə çap olunan yeni əsərlərində qloballaşma təkcə iqtisadi deyil, eyni zamanda siyasi və cəmiyyətin digər sahələrini də əhatə edən proseslər kimi araşdırılaraq təhlil olunur.(4а. Səh 3-4)
Qloballaşma cəmiyyətin elə bir inkişaf səviyyəsini ehtiva edir ki, burada müəyyən standartların formalaşması nəzərdə tutulur. Misal üçün, dövlət modeli standartı, hüquq standartı, insan hüquqları standartı və s.. Əlbəttə ki, göstərilən standartların qloballaşmasına hələ çox var. Ancaq siyasi partiyalar bu modellərin tərtibatçısı və təşəbbüskarı olmaqla dünya inkişafını bu istiqamətdə hərəkətə gətirirlər.
Məlumdur ki, dünya miqyasında surətlə inkişaf edən qloballaşmaya olan münasibətlər birmənalı deyil, əksinə, təzadlıdır. Siyasi partiyalar da siyasi proseslərin qloballaşmasına ikili münasibət göstərirlər.
Bir tərəfdən siyasi partiyalar inkişafın sivilizasiyalı növünü (qərb modeli) qəbul edirlər. Onlar inkişafı demokratik, sosial və hüquqi dövlətlə, vətəndaş cəmiyyətinin inkişafı ilə birbaşa əlaqələndirirlər. Müasir siyasi partiyalar vətəndaş cəmiyyətinin və demokratiyanın, hakimiyyətin legitimliyinin yeganə vasitəsi kimi ümumi seçki hüququnun və parlamentin hüquqlarının keyfiyyətli genişləndirilməsinin formalaşdığı dövrdə yaranan təşkilatlardı.(6, səh.35 )
Digər tərəfdən isə siyasi partiyalar milli xüsusiyyətlərin daşıyıcıları kimi nəinki qalmaqda davam edir, hətta öz fəaliyyətlərində onları gücləndirirlər. XX əsrin sonunda sosializm düşərgəsinin dağılması ilə müşayiət olunan radikal dəyişikliklərdən biri də postsovet məkanında və Şərqi Avropada müstəqillik əldə etmış ölkələrin yeni dövlət və cəmiyyət quruculuğu yoluna qədəm qoymaları idi . Milli-azadlıq hərəkatının əvvəllərində kütlələrin səfərbər olunmasında ictimai-siyasi təşkilatlar xüsusi fəallıq göstərsələr də onlardan ayrılaraq müstəqil formalaşan siyası partiyalar tədricən vətəndaşların assosiasiyalarından tamhüquqlu institutlara çevrilməyə başladılar. Bu proses siyasi partiyaların institutlaşması adlanır ki, bunun da konkret təzahürü dövlətlərin konstitusiyalarında siyasi partiyaların statusunu müəyyənləşdirən prinsipin təsbit olinması və siyasi partiyaların sonrakı hüquqi vəziyyətlərinin qanunla tənzimlənməsidir. Bu prosesin birinci hissəsi siyasi partiyaların konstitusiyalaşması, ikinci hissəsi isə onların hüquqi institutlaşması adlanır.
Dünyanın siyasi xəritəsində meydana çıxmış yeni dövlətlərdə partiyalaşma prosesinin əsas xüsusiyyətlərindən biri də millətçilik prinsipi və milli dəyərlər əsasında formalaşan siyasi partiyaların yaranması idi. Bir tərəfdən həmrəylik, kosmopolitizm və ateizm ideologiyası əsasında formalaşmış sovet sisteminin çökməsi, bu sistemlərdə sosialist və kommunist partiyalarının hakimiyyətdən uzaqlaşdırılması, pozitiv millətçilik prinsipi əsasında müstəqil dövlətlərin yaranması artıq XX əsrin sonu və XXI əsrin əvvəllərində millətçi siyasi partiyaların inkişaflna müsbət təsir edərək bu növ partiyaların yeni bir inkişaf dalğasına səbəb oldu. Digər tərəfdən də 2008-ci ildən başlayaraq ümumdünya iqtisadi böhranı qloballaşmanın nöqsanları kimi qiymətləndirilməyə başlanıldı ki, bu da milli partiyaların mövqelərinin güclənməsinə, qloballaşmanı dəstəkləyərək postmaterial dəyərlərə əsaslanan siyasi partiyaların mövqelərinin nisbətən zəifləməsinə səbəb oldu.
Lakin bu bizə milli partiyaların tam qələbəsindən danışmağa əsas vermir. ABŞ-da baş verən 2001-ci il 11 sentyabr terrror hadisələri millətçilik ideologiyasının neqativ tərəflərini ön sıralara gətirərək milli partiyaların da fəaliyyətinə istər-istəməz öz mənfi təsirini göstərmişdir.
Rus politoloqu A.V. Sıpenko qeyd edir ki, siyasi partiyalar müasir və demokratik dəyərləri qəbul etsələr də onların milli xüsusiyyətlərə daha çox bağlı olmaları bir sıra partiyalara mütərəqqi tələblərlə çıxış etməyə imkan vermir. Misal üçün, müsəlman dünyasının bir sıra siyasi partiyaları qərb cəmiyyətlərində bərqərar olmuş hüquqi dövlət və vətəndaş cəmiyyəti kimi dəyərləri qəbul etmirlər. Bununla belə, qloballaşma şəraitində dövlətlər hüquqi norma və institutları biri-birilərindən qarşılıqlı formada qəbul edirlər, lakin onların reallaşdırılması mexanizmlərində milli xüsusiyyətləri saxlayırlar. Bu da ona gətirib çıxarır ki, bir sıra ölkələrdə demokratik dəyərlər formal olaraq qəbul olunur, lakin faktiki olaraq onlar reallaşmırlar. Bu da bir daha sübut edir ki, qloballaşma dövlətlərin və siyasi partiyaların inkişafında milli xüsusiyyətləri və spesifikliyi rədd etməməli, yəni ümumiləşdirmə aparmalı deyil. Bir sıra ölkələrin tarixi göstərir ki, bu cür ümumiləşdirmənin aparılması mütərəqqi inkişafa səbəb olmur. Buna görə də qloballaşmanın obyektiv və qaçınılmaz bir proses olduğu etiraf edilsə də, ümumi unifikasiya kimi ifrat hallardan çəkinməli, siyasi plüralizm, inkişafın mədəni, sivilizasiyalı və milli xüsusiyyətləri saxlanılmalıdır (5, səh.123).Özlərini beynəlxalq aləmin demokratik və müstəqil bir obyekti kimi təqdim etməyə çalışan əksər dövlətlər XX əsrin sonlarına qədər Qərb demokratiyası adı altında onun təbiğ etdiyi dəyərləri cəmiyyətin təkcə siyasi sahəsinin deyil, bütün sahələrininin inişafının baza prinsiplərinə əsaslanaraq reallaşdırırdılar.Lakin məlum həqiqətdir ki, qərb cəmiyyətlərinın özündə belə həmin dəyərlərin reallaşdırılması bir sıra problemlər yaratdı ki, bunlardan ən əhəmiyyətlisi ailə institututnun və milli dəyərlərin deqradasiyası oldu. Bu gün məhz bunun məntiqi nəticəsi olaraq qərb dövlətləri özlərinin ən ağır və həlli demək olar ki, mümkün olmayan bir problemi hesab edilən doğum əmsalının ilbəil aşağı düşməsi, əhalinin göcalması ilə qarşılaşdılar.
Eyni zamanda qərbin texnoloji inkişafı və innovativliyinə milli dəyərləri də əlavə edərək yeni inkişaf dalğasına qədəm qoymuş Şərq ölkələrində artıq demokratiyanın Asiya modelindən danışılmağa və reallaşdırılmağa başlanıldı. Bu proses də millətçi siyasi partiyaların fəaliyyətinə bəraət qazandıraraq onların inkişafında yeni-yeni stimullar yaratdı.
İlk beynəlmiləl partiya olan marksistlər bir vaxtlar dünyaya sosializm modelini təklif edirdilər. Politoloq Çuqrov qloballaşma ilə əlaqəli olan siyasi proseslərin bir-birindən fərqləndiyini qeyd edir. Beynəlmiləlçilik-əlaqələr sisteminin milli institutlar səviyyəsində inkişafı idisə, qloballaşma milli sərhədlərin aradan qaldırılması və milli suverenliyin dağıdılması idi (2.səh. 20).
Beləliklə, qloballaşmaya münasibətinə görə siyasi partiyaları iki qrupa bölmək olar:
1.Qloballaşmanı dəstəkləyən qlobolist siyasi partiyalar
2.Qloballaşmanın əksinə çıxış edən əksqlobalist siyasi partiyalar
Siyasi elmdə qloballaşma beynəlmilələmə və modernləşmə anlayışları ilə də eyniləşdirilir. Lakin bu terminlər arasında oxşarlıq olsa da onların hərəsinin özünün ayrı-ayrılıqda məna yükü var. Belə ki, modernləşmə daha çox texnoloji və sosial fərqliliyi, belnəlmiləlçilik isə məkan baryerlərinin keçilməsini nəzərdə tutur. Bu zaman qloballaşmaya daha çox inteqrasiya anlayışı uyğun gəlir ki, bu da qarşlıqlı fəaliyyət göstərən müxtəlif növlü elementlərin vahid bir sistemdə bütövləşməsidir (2.səh.124).
Qlobalistlərin fikrincə, müasir dünyada plüralizm və çoxpartiyalılıq beynəlxalq sabitliyə təhdid yaradır ki, bunun qarşısını yalnız qloballaşma ilə almaq olar. Bir sıra alimlərin fikrincə, qloballaşma dünyanın quruluşunu koklü surətdə dəyişəcək: suverenliyini sərhədlərlə məhdudlaşdırmış ərazi dövlətlərin sərt sistemləri tədricən keçmişə gömüləcək və o, öz yerini suverenliyin qlobal sisteminə verəcəkdir. M.V.İlin yeni növ qlobal dövlətin yaranacağından söz açaraq onları transformalar adlandırır. Bu zaman bir qrup dövlətlər hər hansı bir prinsipə görə digər dövlətləri öz ətraflarında birləşdirəcəklər. Bu qan birliyi əsasında-türk və ya Avropa transformaları, ruhuna görə-demokratik, əksterrorçu, əksirqçi transformalar ola bilərlər. Qlobal sistemin əsasını onlarla belə transformalar təşkil edəcəklər.(3.səh.125)
Məlum həqiqətdir ki, müasir dünyada suverenliyin lokallaşdırılması, onun milli sərhədləri aşmaması uğrunda güclü tendensiya mövcuddur. Buna misal olaraq Avropa Konstitusiyasının iflasa uğramasını və Avropa dövlətlərində milli partiyaların inkişafını göstərmək olar.
Qlobalistlərin əksinə olaraq XX əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq müxtəlif siyasi partiya və təşkilatların təmsil etdikləri əksqlobalist hərəkat inkişaf edir. Bu partiyalar qloballaşma şəraitində cəmiyyətin müxtəlif sahələrində ədalətsizliyə qarşı çıxış edən sosial qrupların maraqlarını təmsil edirdilər. Hələ ki, bu partiyalar zəif təşkilati quruluşa malik olaraq vahid siyasi mövqelərini formalaşdırmasalar da, Ümumdünya Sosial Forumunun çərçivəsində özlərinin konstruktiv mövqelərini ortaya qoymağa cəhd edirlər.
XX əsrin 50-70-ci illərində sosial-demokrat və mühafizəkarların ideologiya və proqramlarında yaxınlaşma tendensiyası özünü biruzə verir ki, bu da siyasi elmdə konvergensiya nəzəriyyələrində öz əksini tapir. Həmin nəzəriyyəyə görə, gələcək sosializm və kapitalizm sistemlərinin birliyindən yaranacaq yeni bir siyasi sistemə məxsus olacaqdır ki, burada mülkiyyət ilə hakimiyyət bir-birindən ayrılır, idarəedənlər bütün cəmiyyətin mənafeyinə uyğun olaraq hərəkət edirlər (1.səh.232).
Cəmiyyətin sosial strukturunun dəyişməsi, orta sinfin inkişafı siyasi partiyaların konkret sosial qruplara meyilliliyini azaldıb ki, bu da öz növbəsində partiyaların qeyri-sabit sosial bazaya malik olmasına, seçkilərin nəticələrinin proqnozlaşdırmasına mane olur. Son dövrlərdə seçicilərin parlament və ptezident seçkilərində müxtəlif təmayüllü namizədlərə səs vermələri müşahidə olunur. Başqa sözlə ifadə etsək, siyasi partiyalar özlərinin sosial qrupların maraqlarının təmsilçisi və onların uzlaşdırılması kimi klassik funksiyalarını tədricən itirmiş olurlar.Qeyd etmək lazımdır ki, bu prosesdə bir qanunauyğunluq da var. Belə ki, hələ XIX əsrin sonunda həmin funksiyanı kadr partiyaları daha səmərəli formada həyata keçirirdilər. XX əsrin əvvəllərindən başlayaraq sonlarına kimi həmin funksiyanı kütləvi siyasi partiyalar daha da səmərəli formada reallaşdıraraq kadr partiyalarını demək olar ki, kölgədə buraxmışdılar. Və bu zaman artıq siyasi partiyalar demək olar ki, cəmiyyətdə olan kiçik sosial qrupların deyil , böyuk insan kütlələrinin maraqlarının təmsilçilərinə çevrilirdilər.
Cəmiyyətin mürəkkəbləşməsi və burada KİV-in rolunun artması ilə əlaqədar olaraq siyasi partiyaların həmçinin kütlələrin sosiallaşdırılması funksiyası da zəifləmiş olur. Əgər əvvəllər partiyalar seçici səsini qazanmaq üçün mitinqlər, “qapıdan qapıya” modelinə uyğun olan təbliğatdan istifadə edirdisə, indi elektorat siyasi partiyaları və namizədləri televiziya verilişlərindən və sosial şəbəkələrdən tanıyırlar.
Siyasi partiyalar həmçinin kütlələrin səfərbər edilməsi funksiyasını da tədricən itirirlər ki, bunun da səbəbi yüksək təhsilə malik insanların (xüsusilə gənclərin) partiyaların köhnə metodlarla təbliğatına önəm verməmələri, daha çox üstünlüyü ictimai hərəkatlarda birləşməyə vermələridir. Bu hərəkatlar müasir dünyanın reallıqlarını daha doğru və tez dərk edərək ona adekvat reaksiya verirlər. Müasir ictimai hərəkatlar fəaliyyətlərini qeyri-formal təşkilatlardan siyasi partiya və parlament fəaliyyətlərinə qədər genişləndirirlər. Misal üçün, “Yaşıllar hərəkatı” bir çox ölkələrdə özlərinin siyasi partiyalarını yaradıblar ki, bunlar da milli çərçivələri aşaraq “Qrinpis” adlı belnəlxalq təşkilatda birləşib və hətta Avropa Parlamentində vahid fraksiyada təmsil olunurlar. “Qrinpis” (ingilis dilində Greenpeace-“yaşıl məkan”)-Avropa, Amerika, Asiya və Okaniyadakı 40 dövlətdə mövcud olan və gəlir əldə etmək məqsədi güdməyən bir təşkilatdır. 1971-ci ildən başlayaraq ətraf mühitin qətliamına qarşı çıxan “Qrinpis” işlərinin irəli getməsi üçün dövlətlərdən, şirkətlərdən və siyasi partiyalardan pul almır və heç bir sponsorluğu da qəbul etmir. Ancaq üzvlərinin maddi və mənəvi yardımları ilə fəaliyyətini sürdürür. (6.səh.1)
Yuxarıda deyilənləri ümumiləşdirərək, siyasi partiyaların müasir inkişaf tendensiyalarını aşağıdakı kimi təsnifatlaşdırmaq olar:
1. Dövlət və siyasi partiyaların qarşılıqlı münasibətləri daha intensiv forma alib ki, bu bir sıra xüsusiyyətlərdə özünü göstərir: partiyaların daha çox institutlaşması, onlara dövlət maliyyələşdirilməsinin artırılması, partiyalara dövlət nəzarətinin gücləndirilməsi və s.
2. Siyasi partiyaların vətəndaş cəmiyyətindən dövlətə sosial və siyasi maraqların daşıyıcısı bəndi olmaq rolunun azalması. Bu da bir sıra səbəblərdən irəli gəlir: KİV-in rolunun artması, seçicilərin siyasi partiyalara inamlarının azalması, partiya nəşrlərinin rollarının azalması, təzyiq qrupları və ictimai hərəkatların sayının və rolunun artması vəs.
3. Partiyaların qarşılıqlı təsir və asılılıqlarının artması. Siyasi partiyalar qloballaşmaya uyğun olaraq hərtərəfli xalq partiyası olmağa çalışırlar və hamısi eyni elektoral sahədə fəaliyyət göstərirlər ki, bu da partiyalararası əlaqələri gücləndirir. Belə olan halda, partiyalar ənənəvi funksiyalarını yenilərilə əvəz edirlər. Onlar partiya üzvlərinə yox, elektoratın çox olmasına diqqət verir, ideoloji təsəvvürlərə yox, seçici ugrunda mübarizəyə diqqət yetirirlər.
4. Vətəndaş cəmiyyətinin partiyalara təsiri artır. Bu ilk növbədə özünü siyasi hərəkat və ictimai təşkilatların siyasi partiyalar üzərində təsirinin artmasında göstərir.
5.Siyasi partiyaların təşkilati quruluşlarının dəyişməsi. Kadr partiyaların kütləvi, universal partiyalarla əvəz olunması, partiya sıralarına üzvlük rolunun azalması, elektoratın əhəmiyyətinin artması baş verir ki, bu da siyasi partiyaların klassik təşkilati quruluşlarının deformasiyasına səbəb olur.
6.Siyasi partiyaların hökumət kursunun hazırlanması kimi funksiyasının dəyişməsi:partiya proqramlarının uzunmüddətli və tutumlu sənəd kimi rolunun azalması, seçkilər zamanı elektoratı narahat edən problemləri əks etdirən şüarların toplandığı partiya platformalarının rolunun artması və s.
Lakin siyasi partiyaların bir sıra funksiyalarının itirməsi və ya zəifləməsi onların tamamilə siyasi səhnədən çəkilməsi haqqında düşünməyə əsas vermir. Əvvəlki kimi siyasi partiyalar yenə də seçkilər vasitəsilə siyasi elitanın seçilməsi və siyasi liderliyin formalaşdırılması kimi vacib funksiyaları yerinə yetirməkdə davam edirlər.
Müasir dünyada özünü demokratik , hüquqi və legitim dövlət kimi qələmə verməyə çalışan hər bir dövlət siyasi partiyalarsız qarşılarına qoyulan məqsədə nail ola bilməzlər.
Beləliklə, müasir dövrdə siyasi partiyaların fəaliyyətlərini və buradakı inkişaf tendensiyalarını izləmək və təhlil etməklə müəyyən bir nəticəyə gəlmək mümkündür: siyasi proseslərin olduqca təzadlı və dinamik formada reallaşması şəraitində qloballaşma və əksqloballaşma proseslərinin davam etdiyi və bunlardan birinin digəri üzərində əhəmiyyətli dərəcədə üstünlük əldə edə bilməməsi siyasi partiyaların da fəaliyyətində əks olunur. Belə ki, özünü çağdaş siyasi institutlar kimi qələmə verən siyasi partiyalar öz nizamnamə və fəaliyyət proqramlarında milli və qlobal maraqları sintez şəklində əks etdirirlər.
Qeydlər:
1.Yusif Rüstəmov.Siyasi-hüquqi təlimlər tarixi. Mühazirə kursu. Bakı-2000.
2.Чугров С. Глобализация , модернизация или интернационализация. Мировая экономика и международные отнощения. 2002.№ 4
3.Ильин М.В.Суверенитет вызревания понятийной категории в условиях глобализация .Политическая наука.2005.№4
4.Елисеев С.М. Политические партии и проблемы развития национального поля российской политики // ПОЛИТЕКС Т.2. в„–.1. 2006
4a.Труевцев К.М. “Глобализация как политический процесс» , Москва, 2012.
5.vestnik-old/samsu.ru/ articles/142/73.20. А.В.Сыпченко . Основные тенденции развития современных политических партий.
6.az.wikipedia.orq/wiki/Qrinpis
Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM