Elmi geoloji məktəblər

11:26 / 12.08.2015

M.Rüstəmov –AMEA Geologiya və Geofizika İnstitutunun Petrologiya və Metallogeniya şöbəsinin baş elmi işçisi,
professor, geologiya-mineralogiya elmləri doktoru,
M.Məmmədov –BDU-nun Geologiya fakültəsinin professo-ru,
Geologiya-mineralogiya elmləri doktoru

Mə­lum hə­qi­qət­dir ki, ha­zır­da asan­lıq­la kəşf olu­nan fi­liz və qey­ri-fi­liz ya­taq­la­rı­nın ağır sə­na­ye­nin sü­rət­li in­ki­şa­fı ilə əla­qə­dar ola­raq on­la­rın in­ten­siv is­tis­mar olun­ma­sı tə­bii xam­mal eh­ti­yat­la­rı­nın kəs­kin azal­ma­sı­na sə­bəb ol­muş­dur. Bi­la­va­si­tə bu­na gö­rə də öl­kə­mi­zin geo­loq-mü­hən­dis və geo­loq alim­lə­ri­nin qar­şı­sın­da müs­tə­qil döv­lə­ti­mi­zin di­na­mik in­ki­şa­fı­nı qo­ru­yub sax­la­maq üçün Döv­lət proq­ram­la­rı çər­çi­və­sin­də konkret elmi və təcrübi əhəmiyyətə malik olan uyğun proqramların işlənib-hazırlanmasına kifayət qədər elmi səriştəli, eyni zamanda axtarış və kəşfiyyat yönümlü təcrübəsi olan alim və mühəndis geoloqların köməklərinə böyük ehtiyac vardır. Dünya təcrübəsi göstərir ki, bir sıra inkişaf etmiş ölkələrin, hətta məhdud təbii xammal ehtiyatının olmasına baxmayaraq mü­həndis və yaradıcı alimlərin təfəkküründən uğurla istifadəyə nail olunmuşdur.
Buna görə də ulu öndərimizin insan potensialı konsepsiyası ölkəmizin dinamik inkişafının qorunub saxlanılması üçün gündəmdə durur və duracaqdır.
Müasir texnologiyanın köməyi ilə əldə olunmuş nəticələri çoxölçülü riyazi-statistik üsul­larla araşdırılmaqla, eyni zamanda aeorokosmik tədqiqat üsulundan istifadə etməklə bir sıra elmi və əməli əhəmiyyəti olan məlumatları toplamaq olar.
Amma geoloji elmlərdən öncə klassik petrologiyadan və onunla bir başa sıx əlaqəsi olan minera­logi­yadan və geokimyadan istifadə etməklə uğurlu nəticələr əldə etmək olar.
Ölkəmizdə klassik petrologiya elmi istiqamətinin yaradıcısı olan akademik Ş.Ə.Əzizbəyovun ye­tir­mələri arasında geologiya-mineralogiya elmləri doktoru M.İ.Rustəmov petrologiyanın geo­dinamik aspektində olduqca uğurlu nəticələr əldə etmişdir. O, Aralıq dənizi qırışıqlıq əya­lə­ti­nin mərkəzi, yaxud Qafqaz kəsiyində Paleo və Mezotetis okeanlarının Fanerozoy mər­hə­lə­sindəki geoloji inkişafını əsaslı araşdıraraq «Cənubi Xəzər hövzəsi – geodinamik hadisələr və proseslər» (2005-ci il) adlı çox mükəmməl bir monoqrafiya nəşr etdirmişdir. Mono­qrafiyada maq­matizmə və çöküntü toplanmasına nəzarət edən geodinamik pro­seslər sintez olunaraq olduqca əsaslı şərh olunmuşdur. Eyni zamanda maqma­tizm, çöküntü toplanması, geodinamik proses­lərin vəhdətinin köməyi ilə Jənubi Xəzər karbohidrogen ehtiyatlarının əmələ gəlmə və yerləş­mə qanuna­uyğun­luqları təhlil olunmuşdur. Kitabda filiz və qeyri-filiz yataqlarının əmələ gəl­mə­sində və yerləşməsində öncə maqmatizmə xüsusi önəm verilmişdir. Müəllif göstərir ki, Arpa çayının dərəsində Gümüşlük polimetal yatağı bilavasitə ərazidə olan toleit bazalt maqmasının diferensiatı olan doleritlərlə əlaqədardır. Bu nöqteyi-nəzər rift təbitəli qırılmalarla nəzarət­lənmə və ərintinin bərpa olunmuş şəraitdə sinkin, qurğuşunun sulfid fazasının formalaşması ilə izahlanır.
Əlbəttə, bu yetkin, təcrübəli geoloqu bir-iki misalla xarakterizə etmək mümkün deyil. Nəhəng bir məktəbin yetirməsi olan Muxtar müəllimin təcrübəsindən istifadə etməklə olduqca hazırlıqlı mühəndis-geoloq və elmi işçi geoloq kadrları hazırlamaq olar.
Əlbəttə, belə bir təkmil istiqamətin qorunub-saxlanılması və inkişaf etdirilməsi ölkəmizdə insan kapitalı konsepsiyasının günün tələbi səviyyəsində olduğunu bir daha sübut edərdi.
Qeyd etdiyimiz kimi petrologiyanın geokimyəvi və mineraloji istiqamətləri də bilavasitə faydalı qazıntı yataqlarının axtarışı və kəşfində aparıcı rola malikdir.
Azərbaycanda məktəb yönümlü tədqiqatçılar sırasında H.Əfəndiyevin, X.Məmmədovun, S.Mah­­­mudovun adlarını çəkməmək haqsızlıq və ədalətsizlik olardı. Heydər müəllim və Siya­vuş müəllim filiz əmələ gətirən mineralların ən səciyyəvi xüsusiyyətləri əsasında bir sıra faydalı qazıntı yataqlarının formalaşma mərhələlərini müəyyən etmişlər.
Xüsusi ilə Heydər Əfəndiyev Kiçik Qafqazın filiz yataqlarının mineralo­giyasını tədqiq etməklə filizlərin tərkiblərində iştirak edən mikroelementlərin geokimyəvi davranış formasını araşdırmışdır.
Siyavuş Mahmudov Gədəbəy intruzivinin təmas zonalarında metasomatik yolla əmələ gəlmiş mineralların xarakter xüsusiyyətləri əsasında mineral paragenezislərini ayırmışdır.
Xudu Məmmədov haqqında olduqca çox məlumatlar vardır. Xudu müəl­limin yaratdığı kristalloqrafiya, kristallokimya məktəbi isə onun kifayət qədər səriştəli yetirmələrinin köməyi ilə davam etdirilir.
Güman edirəm ki, adları ehtiramla çəkilən bizim alimlərin arasında keçmiş Sovetlər Birliyinin əməkdar geoloji kəşfiyyatçısı, əməkdar geoloq, Daşkəsən dəmir yataqlarından birinin kəşfiyyatçısı, geologiya-mineralogiya elmləri namizədi Dəmir Əhmədovun zəhmətinə kölgə salmaq olmaz.
Bu sayılıb-seçilən, kifayət qədər nüfuzlu alim-geoloqların, mühəndis-geoloqların məktəb yönümlü nəaliyyətlərindən faydalanaraq, yerin kifayət qədər dərin horizontlarında yerləşən faydalı qazıntı yataqlarının aşkar olunması üçün günün tələbləri səviyyəsində yüksək ixtisaslı milli geoloq-alim və geoloq-mühəndis kadrlar hazırlamaq olar. Bu mənada həmin məktəblərin olduqca məhdud sayda yetkin nümayəndələri hələ vardır. Onlara şərait yaratmaqla insan kapitalı kimi nəzərdə tutulan problemi geologiya sahəsində həll etmək olar.
Hazırda geoloji elmlər sahəsində olduqca məhdud yetkin kadr potensialı vardır. Həmin mütəxəssislər adları çəkilən məktəblərin yetirmələridir. Ölkəmizin bu məhdud potensialından istifadə edərək yüksək ixtisaslı geoloq kadrlar yetişdirmək olar. Onu da qeyd etməliyik ki, həmin kadrların hazırlanmasında çöl axtarış-kəşfiyyat işlərinin aparılması fonunda AMEA Geologiya və Geofizika İnstitutunun mükəmməl analitik bazasından məqsədəuyğun istifadə etmək olar.
Aparılacaq elmi-tədqiqat və axtarış-kəşfiyyat işlərinin müştərək yerinə yetirilməsi istehsalçı geoloqların bir-birilərinin təjrübəsindən istifadə etməyə imkan verə bilər.
Geologiya sahəsində elm fondundan isə yalnız günün tələbinə uyğun olan geoloji proqramların həyata keçirilməsində kadr hazırlığına xüsusi önəm verilməlidir.
Beləliklə, olduqca məhdud olan yüksək ixtisaslı geoloq-alim, geoloq mühəndislərin biliyindən və təcrübəsindən istifadə etməklə ölkəmizdə kadr çatışmamazlığını aradan qaldırmaq olar.

"YER VƏ İNSAN" jurnalı № / 04/ MAY- İYUN


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM