Ağamahmud SƏMƏDOV
Bizim bir çoxumuz hələ də, heyvanları insana gərək ola biləcək bir əşya və əyləncə mənbəyi kimi qəbul edirik. Bəzən “Öz heyvanımdır, istəsəm onu incidə də, döyə də, hətta lazım gəlsə canını da, ala bilərəm” deyə düşünürük. Əksər hallarda biz heyvanların təbii ehtiyaclarına, instinklərinə məhəl qoymur, onlara qarşı laqeydlik nümayiş etdiririk. Lakin, unutmaq olmaz ki, biz insanlar kimi heyvanlar da, Yaradan tərəfindən verilmiş haqlara-ilk növbədə Yaşamaq haqqına malikdirlər. Heyvanlarda da emosiyalar var, insanlarda olduğu kimi onlarda da mərkəzi sinir sistemi mövcuddur; onlar da xəstələnir, ağrıyır, əzab çəkir, ac qalmağa məhkum olur, nəsil artırmaq, min illər boyu daşıdıqları instinktləri öz nəsillərinə ötürmək uğrunda mübarizə aparırlar.
Bəzən sual olunur. Heyvanların hüquqları varmı?
Bildiyimiz kimi, heyvanlar heç bir hüquqi öhdəlik daşımadan bir-birinin qayğısına qalır və lazım gəldikdə hətta öz həyatları bahasına digərlərini müdafiə edirlər. “Hüquq” anlayışı biz insanlar tərəfindən düşünülmüşdür və onun insandan savayı heç bir digər canlıya aidiyyəti yoxdur. Bəs onda biz nə üçün heyvan hüquqlarından danışırıq? Cavab sadədir: heyvan haqları insanla heyvan münasibətlərində olan həddi nizamlayan hüquqlardır. Əgər insanlarla heyvanların arasında olan münasibətlərin həddini müəyyənləşdirə bilməsək, o zaman biz bəzi insanları heyvanlara qarşı qəddarlığa görə cavabdeh saya bilmərik.
Heyvanlarla qəddar münasibətə, kobud davranışa görə insanlar məsuliyyət daşımalıdırlar. Bax, elə heyvan hüquqları da buradan yaranır.
Heyvanlara bizim necə münasibət bəsləməyimiz və onlara hansı hüquqlar verməyimiz artıq etik problemdir. Alman filosofu Albert Şveytsar demişkən: “etikanın özəyində mərhəmət dayanmalıdır. Mərhəmət yoxdursa hüquqdan söhbət etmək mənasızdır ” .
Heyvanların büsbütün insanların tabeliyində olması, ona xidmət etməsi və İlahi ierarxiyanın aşağı pilləsində durması, insanın isə ən yüksək pillədə yer tutması fikri tövrat zəmanələrinə gedib çıxır. Bununla yanaşı, hesab olunurdu ki, madam heyvanların şüuru və insan kimi danışmaq qabiliyyəti yoxdursa, onlar hörmət olunmağa, sayılmağa layiq deyillər. Buna görə də, insanların heyvanları məhv etməsi, öldürməsi təbii sayılırdı.
Qədim dünyanın ən tanınmış nümayəndələrindən biri olan yunan filosofu və riyaziyyatçısı Pifaqor heyvanlara hörmət etməyi və onlara qarşı qəddar olmamağı tövsiyə edirdi.
Müasirlərinin yazdıqlarına görə İtalyan rəssamı Leonardo da Vinçi (1452-1519) heyvanları, xüsusən də, atları çox sevirdi. O, hesab edirdi ki, heyvanlarla münasibətdə insanın əxlaqı tədricən inkişaf edəcək və bu heyvanlara qarşı zorakılıq əməllərinin qarşısını almağa kömək edəcəkdir. Da Vinçi satılan quş qəfəslərini alır və açaraq onları azadlığa buraxırdı. Heyvanlara əziyyət verənlərə pis münasibət bəsləyirdi.
Leonardo da Vinçi deyirdi: “Bir vaxt gələcək heyvan öldürənə insan qatili kimi münasibət bəsləyəcəklər”.
Elmdə inqilabın banilərindən biri, alim və filosof Rene Dekart 1641-ci ildə “İlkin fəlsəfə haqqında düşüncələr” adlı əsərini çap etdirmiş və orada kainatın yaranmasının mexaniki nəzəriyyəsini vermişdi. Həmin əsərində Dekart heyvanların da, insanlar kimi hissetmə qabiliyyəti olması, onların da, ağrı və əzab çəkə bilmələri barədə məlumat verirdi.
İngilis alimi Riçard Rayderə görə, ingiliscə danışılan ölkələrdə ilk dəfə Heyvanları Mühafizə barədə Qanun 1635-ci ildə İrlandiyada qəbul olunmuşdur. Diri qoyunun bədənindən yunun əllə dartılaraq çıxardılması və xışın atın quyruğuna bağlanması həmin heyvanlara əziyyət verdiyinə görə Qanunla qadağan edilirdi.
1641-ci ildə Dekart “Düşüncələri”ni çap etdirən zaman Şimali Amerikada Massaçuset körfəzi müstəmləkəsində kənd təsərrüfatı heyvanlarının mühafizəsi barədə ilk Kodeks qəbul edildi. Kodeksi Kembric Universitetinin məzunu hüquqşünas Natanael Uord hazırlamışdı. Qanun toplusuna 92-ci bənd əlavə edilmişdi: “Heç kəs Allahın yaratmış olduğu və insana faydalanmaq naminə istifadə oluna bilən, hər hansı bir canlıya qarşı qəddarlıq, yaxud kobudluq etməməlidir”. Tarixçi Roderik Neş bu hadisənin olduqca böyük tarixi əhəmiyyət kəsb etməsindən yazırdı.
Təxminən eyni zamanda İngiltərədə də, heyvanları müdafiə edən qanunlar qəbul edildi. 1654-cü ildə Oliver Kromvelin hökuməti tərəfindən qəbul edilmiş Qanunda qan axıdılan idman növləri; ələlxüsus xoruz döyüşləri və it boğuşdurulması qadağan edilirdi. Lakin, bu heç də, hamının ürəyincə deyildi. 1660-cı ildə Styüartların krallığının bərpasından sonra bu qanunlar ləğv olundu. Öküz döyüşləri isə, İngiltərədə hələ 162 il sonra, yəni 1822-ci ildə “Heyvanlarla münasibət haqqında Qanun” qəbul edilənədək qalmışdı.
Britaniya filosofu Con Lokk (1632-1704) 1693-cü ildə çapdan çıxmış “Tərbiyə haqqında bəzi fikirlər” əsərində yazırdı “heyvanlarda duyma qabiliyyəti vardır, etik cəhətcə onlara əzab vermək düzgün deyil”. O, da Foma Akvinski kimi qeyd edirdi ki, heyvanların onlarla yaxşı davranılmasına heç bir haqqı yoxdur.Yaponiyada XVII əsrin sonlarında Beşinci Syequn Sunayosi Tokuqava heyvanlarla qəddar münasibətlə əlaqədar bir sıra fərmanlar imzalamışdı. Fərmanlar itlərlə, atlarla, inəklərlə, pişiklərlə, toyuqlarla, tısbağalarla və hətta ilanlarla, həmçinin balıqlarla bağlı idi. Heyvan öldürməyə görə cəza kimi sürgün, həbs olunmaq və hətta ölüm cəzası nəzərdə tutulurdu. Ölümündən az öncə Sunayosi onun Fərmanına əbədi olaraq riayət olunmasını vəsiyyət etmişdi. Fəqət onun yazdığı Qanun ölümündən onca gün sonra ləğv edildi.
Fransız yazıçısı və mütəfəkkiri Jan Jak Russo (1712-1778) 1754-cü ildə çapdan çıxmış “İnsanlar arasında qeyri-bərabərliyin yaranması və bunun əsasları barədə düşüncələr” adlı əsərində yazırdı : “şüurlu olmasalar belə, hiss etmə qabiliyyətinə görə heyvanlar təbii hüquqlara malikdirlər”.
Alman filosofu İmmanuel Kant (1724-1804) Avqustina Avreliyinin, Foma Akvinskinin və Lokkin ardınca təsdiq edirdi ki, insanın heyvan qarşısında heç bir mənəvi borcu, öhdəliyi yoxdur. Kanta görə, insanın heyvana qarşı qəddarlığı yalnız ona görə pislənməlidir ki, bu insan şəxsiyyətinin özünə zərər yetirməkdir. 1785-ci ildə o yazırdı ki, insanın yalnız digər insanlar qarşısında öhdəliyi vardır.
İngilis filosofu Ceremi Bentam (1748-1832) 1781-ci ildə yazırdı: “Bir vaxt gələcək ki, bəşəriyyət nəfəs alan bütün varlıqlarla humanistcəsinə davranacaq.”
Dörd il ötəndən sonra yenə Ceremi Bentam Russo ilə razılaşır və qeyd edirdi ki, əzab çəkmək qabiliyyəti digər varlıqlarla münasibətdə əsas əlamət kimi qəbul olunmalıdır.
İlk dəfə 1822-ci ildə, heyvanlarla qəddarcasına münasibətə görə, yəni atı döydükləri üçün Londonda 2 nəfərə qarşı məhməkə işi qaldırıldı və onların hərəsi 20 şillinq cərimə olundular.
XIX əsrin əvvəlləri bir çox ölkələrdə heyvanların müdafiəsinə maraqların kəskin artması ilə əlamətdardir. Bu İngiltərədə daha çox müşahidə olunurdu.
O elə zaman idi ki, cəmiyyətin ziyalı hissəsinin maraqları həm qocaların, yoxsulların, uşaqların, kəmağılların problemlərinə, həm də, heyvanların vəziyyətinə cəlb olunmuşdu.
XIX əsrin əvvəllərində İngiltərədə bir neçə dəfə heyvanlarla humanist münasibətlə əlaqədar qanunların qəbul edilməsi cəhdləri olmuşdu. Lakin, hər dəfə qanunverici orqanların etirazları nəticəsində bu vacib iş nəticəsiz qalmışdı.
1821-ci ildə İrlandiya parlamentinin üzvü polkovnik Riçard Martin atlarla xeyirxah münasibət barədə qanun layihəsini irəli sürdü və Britaniyanın ictimai palatasının üzvləri tərəfindən lağa qoyuldu. Guya ki, onun növbəti təklifi eşşəklərin, itlərin və pişiklərin hüquqları ilə bağlı olacaqdı. Buna baxmayaraq, Martin Kral IV Georq tərəfindən “İnsanpərvər Dik” təxəllüsü almışdı və onun təşəbbüsü ilə 1822-ci ildə atlar və iribuynuzlu heyvanlara münasibət barədə Qanun qəbul olundu. “Martin Qanunu” kralın sanksiyasını almaqla heyvanların qorunması sahəsində ilk məşhur sənəd oldu. Fərq qoyulmadan hər bir adam Qanun qarşısında məsuliyyət daşıyırdı. Bu Qanunu pozanlar 5 funt sterlinq cərimələnir, yaxud 2 ay müddətinə həbs olunurdu.
ABŞ-ın bir sıra ştatlarında heyvanlarla səbəbsiz qəddarlıq qanundan kənar hesab edilirdi. 1850-ci ildə öküz döyüşünün qadağası barədə Qanun qəbul edildi.
1866-cı ildə Henri Berq tərəfindən ilk dəfə olaraq Amerikada Heyvanları Müdafiə Cəmiyyəti yaradıldı. Bundan əvvəl Berq ABŞ prezidenti Avraam Linkoln tərəfindən Rusiyada diplomatik işə təyin olunmuş və orada heyvanlarla olduqca qəddar münasibətin şahidi olmuş və buna çox heyrətlənmişdi.
XIX əsrin ortalarında Avropada və Amerikada heyvan hüquqları ilə əlaqədar müəyyən işlər görüldü. Belə ki, 1879-cu ildə Edvar Nikolson “Heyvan hüquqları” əsərində qeyd edirdi ki, heyvanlar da, insanlara aid edilən həyat və azadlıq kimi təbii hüquqlara malikdirlər.
O dövrün bir sıra yazıçıları Con Lyuis, Edvard Evans və Havard Mur da, heyvanların təbii hüquqlarını müdafiə edirdilər.
Alman filosofu Artur Şopenhauer (1788-1860) İngiltərədə Heyvan Hüquqları Konsepsiyasının işlənməsini tam bəyənirdi.
O yazırdi ki, “Avropada insanların təfəkküründə getdikcə heyvan hüquqları barədə fikir formalaşır, tədricən köhnə təsəvvürlər, yəni heyvanın sanki bir əşya və əyləncə mənbəyi olması barədə fikirlər dağılır. Lakin, Sopenhauerin heyvanların hüquqları barədə fikirləri vegetarianlığa şamil edilmirdi. O, hesab edirdi ki, insanlar ət yeməsələr daha çox əziyyət çəkərlər.
XIX əsrin 90-cı illərində heyvanlara münasibət kəskin şəkildə pisləşdi; alimlər antropomorfizmi (qeyri insan təbiətli canlıların insani keyfiyyətlərə malik olması) elmdən kənar hesab edirdilər.
Rus fizioloqu, Nobel mükafatı laueratı İvan Pavlov heyvanlara fizioloji varlıq kimi baxırdı, “zərurət olmadan onlara ayrıca bir fərd kimi baxmaq fantastik oyunlara baş qoşmağa bənzəyir.” deyirdi. Bu sanki Dekartın XVII əsrdə dediyi fikirlərin təsdiqi idi: heyvanlar sadəcə mexanizm, saat kimi cihazdırlar, şüursuzdurlar və hətta qavrama qabiliyyətindən məhrumdurlar.
XX əsrdə heyvanların istismarının güclənməsi ilə əlaqədar onların hüquqları uğrunda hərəkat meydana gəldi. Almaniyada 1933-cü ildə heyvanlarla bağlı bir sıra qanunlar qəbul edildi. “Kladderadatsch” satirik jurnalında 1933-cü ilin 3 sentyabrında bir karikatura çəkilmişdi. Üzərində tibbi təcrübə aparılan heyvanlar German Gerinqi nasistcəsinə salamlayırdılar. Alman nasional-sosialist partiyası 1933-cü ildə hakimiyyətə gələndən sonra Avropada heyvanların müdafiəsi ilə bağlı bir sıra qanunlar toplusu çap etdi. Bu canlılar (ənənəvi olaraq insan və heyvan) arasında növ bölgüsü səddinin götürülməsi ilə bağlı ilk təşəbbüs idi.
1933-cü ilin 24 noyabrında heyvanların mühafizəsi barədə qanun toplusu çap olundu.”Yeni Reyx”də ilk dəfə heyvana qarşı qəddarlığa qadağa qoyuldu.
3 iyul 1934-cü ildə ov etmə ləğv edildi, 1 iyul 1935-ci ildə isə Ətraf Mühit Qanunvericiliyi qəbul edildi. 1937-ci ildə heyvanların avtomobildə, 1938-ci ildə qatarda müvafiq qaydada aparılıb-gətirilməsi barədə Qanun çıxdı. Atların əziyyətsiz nallanması barədə təlimat buraxıldı və müvafiq Qanun qəbul edildi. Himmler həmçinin “SS”-in yüksək rütbəli zabitləri üçün vegeterian dietinə keçmək barədə təlimat da çap etdirdi. German Gerinq heyvanlar üzərində tibbi təcrübələrin aparılmasına da, qadağa qoydu. Məməli heyvanlardan atlara, itlərə və pişiklərə xüsusi status verilərək təcrübə (eksperiment) məqsədilə onların istifadəsi yolverilməz sayıldı. Tibbi eksperiment aparılmaq üçün nadir hallarda xüsusi icazə yalnız institutlara verilirdi. Ayrı-ayrı tədqiqatçılara lisenziya verilmirdi.
Tibbi eksperimentlər sonralar konsentrasiya düşərgələrində, məs. Osvensimdə, həmçinin digər düşərgələrdə doktor Yozef Mengen tərəfindən əsasən yəhudi və qaraçılar üzərində icra olunurdu.
1945-in sonunda müharibədən sonra heyvanların istismarı güclənir.
Heyvanlar haqqında genişləndirilmiş qanunların qəbuluna baxmayaraq onların heç bir hüququ yox idi. Tədqiqatlar göstərir ki, qanunvericilik o vaxt əsasən insanların maraqlarına uyğun olaraq hazırlanırdı.
Məsələn, heyvanlara qəddar münasibətlə bağlı Qanun şəxsi mülkiyyətin, yəni kənd təsərrüfatı heyvanlarının mühafizəsi məqsədilə qəbul olunmuşdu. Balıqların həddən artıq ovlanması ətraf mühitə təsir edər və bu da nəticədə insanların sağlamlığına zərər yetirərdi. Nəzərdə tutulandan çox heyvan ovlanması və brakonyerlik sonda maliyyə itkilərinə gətirə bilərdi.
Tədqiqatçılar hesab edirlər ki, heyvanların vəziyyətinin XIX əsrdə qismən yaxşılaşması barədə fikir yayılmasına baxmayaraq, XX əsrdə vəziyyət xeyli pisləşdi. Bu ən çox II Dünya müharibəsindən sonra baş verdi. Heyvanların elmi təcrübələrdə istifadəsinin genişlənməsi də buraya əlavə olunmalıdır.
Oksford qrupu adlanan bir qrup tədqiqatçılar qərara gəldilər ki, heyvanların istifadə olunmasının güclənməsi görünməmiş istismara gətirib çıxarır. 1964-cü ildə Rut Harrison məşhur “maşın heyvanlar” kitabında fabrik-fermaları tənqid edirdi.
Oksford qrupu üzvlərindən biri psixoloq Riçard Rayder 1965-ci ildə “Sunday Times”da Bricit Brofinin “Heyvan hüquqları” adlı məqaləsinə işarə edərək yazırdı ki, bu böyük qəzetdə heyvan hüquqları barədə yazılmış ilk məqalə idi.
Lester Universitetindən (İngiltərə ) Robert Qarner yazırdı: Harrison və Brofinin işləri ictimai maraqlarda insan və heyvan münasibətləri ilə bağlı elə bir partlayış törətdi ki, bu da “yeni əxlaq”ın yaranmasına gətirdi. Brofi yazırdı “insanla digər növlər arasında münasibətlər sonuncunun fasiləsiz istismarıdır. Onlar bizə işləyirlər, onları yeyirik və onlardan paltar düzəldirik. Onları yarırıq, əvvəllər onları bizim allahlarımıza qurban gətirirdik, onların daxili orqanları üzərində təcrübələr aparırıq...”. Sonralar, 1971-ci ildə Rayder çox yayılmış və təsirli olan “Heyvanlar, insanlar və əxlaq: heyvanlara qarşı qəddarlıq məsələləri” əsərinin müəlliflərindən biri oldu.
1970-ci ildə Rayder ilk dəfə olaraq “speşiesizm” terminindən istifadə etdi. İngilis dilində olan bu söz hər hansı bir növə qarşı ayrı-seçkilik mənasını verirdi.
Sonralar məşhur Avstraliya alimi Piter Singerin speşiesizm sözünü 1975-ci ildə “Heyvanların azad olunması” adlı kitabında termin kimi işlətməsi bunun heyvan hüquqlarının müdafiə hərəkatı iştirakçıları tərəfindən qəbul edilməsinə gətirdi və bu söz 1989-cu ildə çıxmış “İngilis dilinin Oksford lüğətinə” daxil edildi.
Piter Singerin “Heyvanların azad olunması” kitabının 1975-ci ildə ABŞ-da və 1976-cı ildə Böyük Britaniyada çap olunması dünya alimləri içərisində heyvan haqlarına marağı artırmış oldu.
Tom Reqan 2001-ci ildə yazırdı, filosoflar son 20 ildə heyvan haqları barədə, əvvəlki 2000 il ərzində yazıldığından çox yazmışlar.
Böyük Britaniyada hüquq tələbəsi Ronni Li 1971-ci ildə Luton şəhərində ovçuluqla mübarizə fəalları qrupunu yaratdı. Onlar ovçuların avtomobillərinə hücum edir, şinlərini deşir, şüşələrini sındırır və öz hərəkətlərini “fəal əzabçəkmə” adlandırırdılar. 1973-cü ildə onlar İngiltərənin Milton Kins şəhərindəəczaçılıq laboratoriyasında yanğın törətdilər. 1974-cü ildə Li və digər bir fəal 3 illik həbs cəzasına məhkum olundular. Lakin, 12 ay sonra onlar buraxıldılar. 1976-cı ildə Li 30 nəfərdən ibarət tərəfdaş toplayaraq “Heyvan Azadlığı Cəbhəsi”ni yaratdı. O hesab edirdi ki, bu ad heyvanları istismar edənlərə dinclik verməyəcəkdir. İndi “Heyvan Azadlığı Cəbhəsi ”dünyanın 38 ölkəsində fəaliyyətdədir.
2002-ci ildə ABŞ-ın Federal Təhqiqat Bürosu elan etdi ki, adı çəkilən Cəbhə ölkənin təhlükəsizliyinə bir terrorçu təşkilat kimi zərər yetirir. 2005-ci ildə ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyi bu təşkilatı “daxili terror təhlükəsi” siyahısına daxil etdi.
2008-ci ildə İspaniya bəzi heyvan növləri barədə qanun qəbul edən ilk dövlət oldu. “İnsanabənzər meymunlar” barədə qəbul edilmiş qanunda meymunlar üzərində hər hansı bir təcrübənin qoyulmasına, onların sirk və televiziya proqramları üçün saxlanılmasına qadağa qoyulur və zooparklarda saxlanılma şəraitinin yaxşılaşdırılması tələb olunurdu.
İsveçrə Avropada Heyvan hüquqlarının müdafiəsi sahəsində aparıcı dövlətdir. 2008-ci ildə heyvan haqları barədə Qanun qüvvəyə mindi ki, burada ilk dəfə olaraq məhkəmədə “heyvan vəkili” məsələsi qoyulurdu. Həmçinin Qanunda vəhşi və ev heyvanları ilə münasibətə dəqiq reqlament müəyyənləşdirilmişdi.
Niderlandda yaradılmış “Heyvanların Müdafiəsi Partiyası” ilk siyasi partiyadır. Vəhşi heyvanlar üçün partiya 2002-ci ildə yaradılıb. Partiya Almaniyada olduğu kimi ölkə konstitusiyasında heyvan hüquqlarına yer ayrılması və heyvanların müdafiəsi barədə ayrıca qanun işlənməsi üçün çalışır. 2007-ci ildə Partiya seçicilərin 2,5%-nin səsini toplayaraq parlamentdə 9 yer aldı.
2010-cu ilin yanvarında zooloq Lori Marino və Emori Universitetindən olan həmkarları delfinlər üzərində anatomik tədqiqat apardılar. Maqnit rezonans tomoqrafiyası ilə delfinin beyni skanerə çəkildi və nəticə digər məməlilərlə müqayisə olundu. Bəlli oldu ki, insana yaxın olan şimpanze ilə müqayisədə delfinin beyni çəkisinə görə xeyli iridir və onların hərəkəti yüksək zehni inkişafa dəlalət edir.
Bu səbəbə görə bir çox elm nümayəndələri təklif edirdi ki, delfinlərə “qeyri insan təbiətli şəxsiyyət” kimi baxmaqla onlara fərdi hüquqlar verilsin.
Sonda onu xatırlatmaq istəyirik ki, biz hər birimiz şüurlu varlıq olaraq, istər vəhşi təbiətin, istərsə də ev heyvanlarının rifahı, gələcəyi üçün böyük məsuliyyət daşıdığımızı dərk etməliyik. Biz növündən, cinsindən asılı olmayaraq bütün heyvanları sevməklə, qorumaqla, həmçinin onların yaşamaq haqlarına hörmətlə yanaşmaqla, eyni zamanda insan nəslinin Yer planetində xoşbəxt yaşamasına xidmət etmiş oluruq. Heyvanlarla humanistcəsinə davranmaq: xəstə, atılmış, kimsəsiz heyvanlara qayğı və mərhəmət göstərmək zərurətini hər birimiz vicdan borcu hesab etməliyik.
"YER VƏ İNSAN" jurnalı № / 04/ MAY- İYUN
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM