Qadın hüquqlarının təmin olunmasında feminizmin rolu

09:51 / 21.08.2015

Xəyalə Məmmədova,
Xəzər Universiteti

XVIII əsrdən başlayaraq qadınların təhsil, seçki, işləmək və digər siyasi-vətəndaş hüquqları ilə bağlı siyasi-ideoloji mübarizə yolu keçən Qərb feminizmi monarxiya sistemlərinin çökməsi və dini reformasiya hərəkatlarının genişlənməsində çox böyük tarixi rol oynamışdır. XIX əsrin sonu və XX əsrin əvvəllərindən genişlənərək Azərbaycanda və digər Şərq ölkələrində milli azadlıq hərəkatının tərkib hissəsi olan “qadın azadlığı” hərəkatlarında ortaya çıxmışdır.
Feminizmin nəzəri əsasları, əslində ənənəvi ictimai fikir tarixində (fəlsəfi, sosioloji və psixoloji tədqiqatlarda) qadın və kişi münasibətləri , onların cəmiyyətdə yeri və rolları barədə irəli sürülən ənənəvi fikirlərə münasibət bildirmək zəminində ortaya çıxdı. XX əsrin 80-ci illərində meydana çıxan gender nəzəriyyələrinin təməlində feminizmin uzun müddət qadın hüquqlarının təmin olunması istiqamətində apardığı sosial-siyasi fəaliyyətlər və ideya-nəzəri araşdırmalar (sosial-fəlsəfi, kulturoloji, sosioloji, psixoloji) dayanırsa, onların da ideya bazasını ictimai fikir tarixində qadın və kişi fenomenlərinə həsr olunan sosial-fəlsəfi ideyalar təşkil edir.
I və II Dünya Müharibələrində qadınların kütləvi olaraq əsasən arxa cəhbədə kişiləri əvəz etməsi və sonrakı dövrdə fiziki əməyi daha çox intellektual əməklə əvəz edən postindustrial cəmiyyətin formalaşması, dünya cəmiyyətində qadınların kütləvi şəkildə savadlanaraq sosiallaşmasına, kişilərlə eyni hüquqlara malik olmaq uğrunda apardıqları siyasi-ideoloji mübarizə prosesində məhdud (milli, irqi, dini, etnik, ideoloji, siyasi) çərçivədən çıxaraq 50-ci illərdən sonra yenidən beynəlxalq qadın hərəkatında təşkilatlanmasına səbəb oldu. Buna 1915-ci ildə Haaqada müharibəyə etiraz olaraq yaradılan “Beynəlxalq Pasifist Qadın Təşkilatı” (1919-cu ildə həmin təşkilat “Qadınların Beynəlxalq Sülh və Azadlıq Liqası” adlandı) və 1945-ci ildə “Beynəlxalq Demokratik Qadın Federasiyası” təşkilatlarını misal göstərmək olar. Feministlərin sosial-siyasi həyatda göstərdikləri fəaliyyət nəticəsində bir çox beynəlxalq qurum və sənədlərin meydana çıxdı:
- 1937-ci ildə Cenevrədə qüvvəyə minən Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Qadınların müxtəlif yeraltı işlərdə və şaxtalarda əməyinin məhdudlaşdırılması haqqında konvensiya”
- 1945-ci ildə San-Fransiskoda BMT-nin cinsi birliyi insan hüquqlarının tərkib hissəsi kimi qəbul edən beynəlxalq sazişi
- 1946-cı ildə BMT-də yaradılan “Qadınların statusu məsələsi üzrə komissiya”
- 1948-ci ildə BMT-nın Baş Assambleyasının təsdiq etdiyi “İnsan hüquqlarının ümumi bəyannaməsi”
- 1951-ci ildən BMT-nın qüvvəyə minən “İnsanlarla ticarət və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında konvensiya”
- 1952-ci ildə Cenevrədə qüvvəyə minən BƏT-nın “Analığın mühafizəsi haqqında 103 saylı konvensiyası”
- 1953-cü ildə Cenevrədə qüvvəyə minən BƏT-nın “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında 100 saylı konvensiyası”
- 1954-cü ildə qüvvəyə minən BMT-nın “Qadınların siyasi hüquqları haqqında konvensiya”
- 1957-ci ildə BMT-nın Baş Assambleyası tərəfindən qəbul edilən “Ərdə olan qadınların vətəndaşlığı haqqında konvensiya”
- 1964-cü ildə BMT-nın Baş Assambleyası tərəfindən qəbul edilən “Nigaha daxil olmağa razılıq, nigah üçün minimal yaş həddi və nigahların qeydiyyatı haqqında konvensiya”
- 1979-cu ildə BMT-nın Baş Assambleyası tərəfindən qəbul edilən “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında konvensiya”
- 1993-cü ildə BMT-də qəbul edilən “Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında deklarasiya” (1).
Feminizmin sosial-inqilabi ideyaları ənənəvi patriarxal sosial-mədəni sistemləri (ənənəvi dinləri və idarəetmə formalarını) tədricən inkar edərək qadının (kişilərdən) tam azadlığına (feminizm) və ya cinslərin bərabərliyi prinsipinə (gender) əsaslanan yeni postmodernist, demokratik, multikulturalist, sekulyar, qlobal dünya nizamının əsasını qoydu. Çünki müxtəlif millət və dindən olan qadınları milli-dini maraqlarının fövqündə bir araya gətirən transmilli beynəlxalq qadın təşkilatları artıq qloballaşma prosesinin əsas təkanverici qüvvəsinə çevrildilər. Çünki feminizmin separatçı ideyaları və gender tədqiqatlarının unifikisiya xarakteri, ənənəvi dünya mədəniyyətlərinin (dinlərin, milli dövlətlərin, konservativ siyasi sistemlərin) bir tərəfdən parçalanmasına, digər tərəfdən yeni prinsiplər əsasında (gender, demokratiya, bazar iqtisadiyyatı, multikultiralizm) unifikasiya olunmasına şərait yaradır. Buna görə də transmilli təşkilatların, qərb dövlətlərinin bu sahədə həyata keçirdikləri hərtərəfli layihələr anlaşılandır.
Feminizm və gender ideyalarının genişlənməsini birmənalı şəkildə transmilli təşkilatların maraqları ilə əlaqələndirmək olmaz. Həqiqətən feminizm hərəkatları bəşəriyyətin ənənəvi sosiomədəni inkişafında kifayət qədər insan (xüsusilə qadın) hüquqlarına və sosial ədalətə zidd olan məqamları üzə çıxarmışlar ki, onlarla hesablaşmamaq mümkün deyildir. Sadəcə böyük siyasi qüvvələr feminizmin bu ideyalarından dünya siyasətində öz mənafeləri istiqamətində istifadə etməyə çalışırlar. Buna görə də R.Mirzəzadə bildirir ki, “Gender – müəyyən norma və ölçülərə əsaslanan hüquqi dövlətdə cinsi diskriminasiyanın əleyhinə vətəndaş cəmiyyətində stabil münasibətlərin gerçəkləşməsini tələb edir. Bu nöqteyi nəzərdən gender demokratik prinsiplərin əsas meyarı sayılmalıdır” (2).
Nəzəri və ideoloji baxımdan daha təsiredici olan radikal feministlər (Keyt Millett, Andrey Dvorkin, Kristina Delfi, Sulamif Fayerston, Meri Deyli) XX əsrin 70-ci illərindən başlayaraq qadın köləliyini ənənəvi mədəniyyətdə, elmdə, sosiomədəni ənənələrdə əks olunan patriarxatda (kiçilərin qadınlar üzərində hakimiyyətində) görürlər və patriarxal mədəniyyət tarixinə tənqidi münasibətlə araşdırmalar aparırlar. Feminizmin bu qolu bəzi məsələlərdə ifrata varsa da, qadın hüquqlarının təmin olunması sahəsində gördükləri işlər əvəzolunmazdır. Bu yanaşma ilk dəfə 1949-cu ildə Simona de Bovuarın “İkinci cins” əsərində qoyulmuş və bu əsər radikal feminizmin klassik əsərinə çevrilmişdir. Qərb kommunistləri bu cərəyanın ortaya çıxmasını cəmiyyəti kapitalizmə qarşı sinfi mübarizədən yayındırmaq məqsədi daşıdığını irəli sürürdülər. Radikal feministlər qadını hər bir cəmiyyətdə və hər bir dövrdə ən məzlum varlıq hesab edir və mövcud patriarxal sosial-mədəni sistemlərin kökündən dəyişməsi ilə bağlı əksmədəniyyət nəzəriyyəsinin (contrculture theory) tətbiqini yeganə çıxış yolu kimi dəyərləndirirlər. Onlar qadın ədəbiyyatı, musiqisi, incəsənət növləri və başqa sahələri fərqləndirməklə yanaşı, kişinin qadın bədənini bir əşya, bir intim vasitə kimi istismarına (abortun qadağan olunması, zorakılıq növləri, intim istismar) daha çox nəzər yetirir və bu istismardan qurtulmağı öz hüquq və azadlıqları hesab edirlər. Sulamif Fayerston “Cinslərin dialektikası” (1970) əsərində qadının tarixi məzlumluğunu bioloji qeyri-bərabərliyə bağlayır, marksizmin tarixi materializminin əsasında iqtisadi sinif deyil, cinsi sinif anlayışını bazis kimi qəbul edir, tarixi təkamülün təməlində istehsal deyil, təkrar istehsalın durduğunu və ilk əmək bölgüsü əsasında cəmiyyətin iki cinsi iqtisadi-mədəni sinifə bölündüyünü iddia edir və bu məsələlərə aydınlıq gətirmək üçün iqtisadi deyil, cinslərin bioloji təhlilini aparmağın, məsələlərin həlli üçün isə “bioloji inqilabın” həyata keçirilməsinin zəruri olduğunu irəli sürür (3. 44). O, bioloji təkrar istehsal vasitələri üzərində nəzarətin qadınların əlinə keçməsi, cinsi rolların tədricən dəyişməsi (insanların süni yolla dünyaya gətirilməsi texnologiyasının inkişafı) nəticəsində patriarxal sinfi sistemin və reproduktiv-iqtisadi ittifaq olan bioloji ailənin ortadan qaldırılmasını, kişi və qadınların produktiv-reproduktiv rolları arasında fərqlərin silinməsini və nəhayət qadınların məzlum, kölə vəziyyətindən çıxmasını mümkün hesab edir. Onun fikrinə görə təsəvvür edilən cəmiyyətdə mədəniyyət kişi texnoloji və qadın estetik tərəfləri vəhdət tapacaqdır. Müəllifin radikal və bioloji tədqiqatları çoxlu mübahisələrə və elmdə artan bu diskussiyalar isə gender nəzəriyyələrinin meydana çıxmasına şərait yaratdı. Bir çox feministlər Sulamif Fayerstonun fikirlərini tənqid edərək bildirdilər ki, kişilər öz övladlarına nəzarət etmək və övlad dünyaya gətirmək prosesində iştirak etmək üçün qadınların bədəninə nəzarət etməyə çalışırlar ki, bu da patriarxal müqavilənin ortaya çıxmasına səbəb olur (Meri Obreyn) və kişilərin yeni texnologiyalar vasitəsilə övlad dünyaya gətirmək prosesindən kənarlaşdırılması isə problemin həllinə deyil, yenidən qadın və onun bədəni üzərində yeni və daha neqativ patriarxal nəzarət formalarının ortaya çıxmasına, həmçinin qız uşaqlarının nəslinin kəsilməsinə şərait yaradar (Adrienna Riç, Andrea Dvorkin, Marqaret Etvud). Son dövrlərin təcrübəsi göstərir ki, bu hallar cəmiyyət üçün ağır fəsadlarla nəticələnir. Azərbaycan statistikasında əhalinin sayına mənfi təsir edən uzi aparatları vasitəsilə cinsləri müəyyənləşdirilən qız övladlarının dünyaya gəlişinin qarşısının alınması faktları üzə çıxmışdır. Buna görə də, dövlət son dövrdə bu həyəcan siqnalını nəzərə alaraq doğuşdan əvvəl bu aparatların istifadəsini qadağan etmişdir.
Radikal feministlər fərdi analığın deyil, analıq institutunun qadını stresə salan daha çox məhdudiyyətlər və məsuliyyətlər qoyduğunu bildirirlər. Enn Oukli “Ev işlərinin sosiologiyası” və “Evdar qadın” əsərlərində analıq ilə bağlı miflərə və ya yanlış ideyalara öz münasibətini bildirir:
1. Uşaqlara sosial deyil, bioloji ana gərəkdir - fikrini təkzib edərək bildirir ki, övladlığa götürülən uşaqlar heç də öz doğma valideynləri yanında tərbiyə alan uşaqlardan seçilmirlər. Bu mif qadını istismar edən mədəni konstruksiyadır. Bəzi qadınlar şüurlarında köklənən sosial-mədəni stereotiplərdən çıxış edərək sonsuzluğu fərdi bədbəxtlik, uğursuzluq hadisəsi kimi qəbul edirlər. Halbuki, övladı olan və özünü bədbəxt, uğursuz hiss edən anaların sayı da az deyildir. Buna görə də, qadının səadəti onun övladının olub-olmamasına bağlı deyildir.
2. Uşaqlar (xüsusilə körpə) məhz ananın (atanın deyil) tam qayğısına ehtiyac duyurlar - fikrini təkzib edərək bildirir ki, uşaqlara onunla yaxın ünsiyyət qura bilən bir adamın olması vacibdir.
3. Uşaqlara çox deyil, yanlız bir nəfər qayğı göstərməlidir - fikrini təkzib edərək bildirir ki, kommunal israil kibbutsilərində tərbiyə alan uşaqlar ailədə tərbiyə alan uşaqlardan geri qalmırlar (3. 44).
Katerin Makkinnon, Keyt Millet dövlətin bir patriarxal institut kimi qadınları istismar etməsini (aborta qadağa, çox uşaqlılığa təhrik, qadınlara qarşı psixi və fiziki zorakılıq, qadından imtim obyekt kimi istifadə və təhqir edilməsi və s) patriarxal siyasətin davamı hesab edirlər. Onlar qadın məsələsi ilə bağlı elmə bir çox yeni anlayışlar (seksizm – qadınların bioloji cins kimi ayrıseçkiliyə məruz qalması; maskulinlik – cəmiyyətdə kişinin hakimiyyətinə haqq qazandırılması; androsentrizm – insan deyəndə əsasən kişinin nəzərdə tutulması) gətirdilər. Onların analıq, mənəviyyat və dil məsələlərinə yeni baxış gətirən “mədəni feminizm nəzəriyyəsi” (Nensi Çodorou, Ursula Kinq, Meri Deli) qadınların özünəməxsus müsbət mənəvi dəyərlərlə müşayiət olunan fərqli mədəniyyət sisteminin olduğunu, essensialistlər (Kerol Qilliqan) isə bu mədəniyyətin kişilərin mədəniyyətindən daha mənəviyyatlı və daha humanist olduğunu irəli sürürlər (onlar fərqli qadın klubları, klinikaları, kooperativləri və s. olmasını təklif edirlər).
Radikal feministlərin ifrat biodetermenizm, essensializm, separatçılıq, avromərkəzçilik və universalizmə, konservatizmə, müstəmləkəçiliyə (kölə doğulan xalqlar kölə qalmalıdır) meylləri, onların qadın-kişi qarşıdurmasını mütləqləşdirməsi və çıxış yolunu fərqli separativ qadın mədəniyyəti sisteminin təşəkkülündə görməsi, onları siyasi baxımdan təhlükəli edir. Çünki onlar qadının bioloji baxımdan kölə olmağa məhkum olunduğunu əsas götürərək, hərdən onun azadlıq hüquqlarının təmin olunmasına, həmçinin sinfi, irqi, cinsi və mədəni fərqlərə qarşı çıxırlar. Lakin onların dedikləri kimi patriarxal mədəniyyət total xarakter daşısaydı, ümumiyyətlə onların mövcudiyyəti və azad fəaliyyəti sual altında qalardı.
Hal-hazırda bəhs etdiyimiz feminizm istiqamətləri 60-70-ci illərdə olan aktuallığını itirmişdir. Onların yerini indi zənci-amerikan, latınamerikan, afrika, müsəlman və başqa feminizm hərəkatları əvəz etmişdir. Bu yeni feminizm hərəkatlarında qadınların durumu yanlız cinsə görə deyil, həmçinin irqə, milliyyətə, dinə görə müəyyən edilir və onlar arasında sərhəd qoyulmur. Bunlarla yanaşı həm də yeni psixoanalitik və postmodernist feminizm hərəkatları meydana çıxmışdır.
Feminizmin yeni fundamental və radikal mövqeyi həm özü, həm də qərb cəmiyyətinə təhlükə təşkil etdiyi üçün, feminist qurumlar öz içindən bir-biri ilə uzlaşmayan müxtəlif siyasi-ideoloji separatçı qruplara bölündü və qərb cəmiyyətini daxili parçalanmadan, cinslərarası gərginlikdən qorumaq istiqamətində atılan siyasi-mədəni addımlar cinslərarası harmoniyanı, davamlı inkişafı, insan hüquqlarını, demokratiyanı təmin edən gender tədqiqatlarının meydana çıxmasına şərait yaratdı. Feminizmi radikal siyasi-ideoloji səviyyədən yeni mülayim nəzəri-fəlsəfi gender tədqiqatları səviyyəsinə keçidini təmin edən amil, postklassik elmi paradiqmaların süqutunu və yeni postneoklassik təlimlərin inkişafını sürətləndirən, eyni zamanda qloballaşan dünya nizamını tənzimləyən “seksual inqilab” və postmodernist düşüncə forması idi.
Yeni postneoklassik elmi paradiqmanın yaranmasına təsir edən gender nəzəriyyələri və metodologiyaları üsyankar və intelektual feminizmin fərqli ideyalarının, özünəməxsus yanaşmalarının nəticəsi kimi meydana çıxan sosiomədəni inkişafın alternativ fəlsəfi konsepsiyası oldu.

 

Ədəbİyyat

1. R. Aslanova, R. Mirzəzadə. Qadın hüquqları beynəlxalq və milli qanunvericilikdə. Bakı 2002. səh.119.
2. R. Mirzəzadə. “Gender və Feminizm” “Adiloğlu”, Bakı 2002. Səh 256.
3. Теория и методология гендерных исследований. Под общ.ред. О.А.Ворониной. — М.: МЦГИ - МВШСЭН - МФФ, 2001.

 Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM