Tür­ki­yə Res­pub­li­ka­sı­nın gips (al­çı­ta­şı) eh­tiyat­la­rı və on­dan is­tifa­də

09:54 / 21.08.2015

İl­man Məm­mə­dov
Geo­loq

(Mə­qa­lə möv­cud geo­lo­ji ma­te­ri­al­la­rın və mü­əl­lif tə­rə­fin­dən uzun­ müd­dət Tür­ki­yə Res­pub­li­ka­sın­da gip­slə bağlı apa­rı­lan araş­dır­ma iş­lə­ri­nin nə­ti­cə­sin­də top­lan­mış ma­te­ri­al­lar əsa­sın­da ya­zıl­mış­dır.)

Al­çı­ta­şı (gips) kim­yə­vi tər­ki­bi kal­si­um sul­fat­dan iba­rət mi­ne­ral olub, tər­ki­bin­də iki mo­le­kul kris­tal su sax­la­yan nö­vü gips, susuz kal­si­um sul­fat nö­vü isə an­hid­rit ad­la­nır. Hər bi­ri­nin ay­rı-ay­rı­lıq­da rast gə­lin­di­yi ya­taq­la­rın ol­ma­sı­na bax­may­raq, bu iki mi­ne­ral çox za­man bir­lik­də rast gə­li­nir.
Al­çı­ta­şı tə­bi­ət­də əsa­sən 6 şə­kil­də rast gə­li­nir:an­hid­rit, gips, bas­sa­nit, ale­bastr, ipək gip­si (lif­li gips) və se­le­nit.
An­hid­rit su­suz kal­si­um sul­fat­dır (Ca­SO4). Tər­ki­bin­də kris­tal su­yu ol­ma­yan, sıx və gip­sə nə­zə­rən da­ha sərt olan tə­bə­qə­lər şək­lin­də tə­bi­ət­də gips­lə bir­lik­də rast gə­li­nir. An­hid­rit əsa­sən açıq-boz və gö­yüm­tül-boz rəng­də­dir. Rü­tu­bət­li böl­gə­lər­də an­hid­rit ya­taq­la­rı yer sət­hi­nə çıx­mır, çün­ki nəm­li mü­hit­lər­də mo­le­ku­lu­na su ala­raq gip­sə çev­ri­lir. Əsa­sən me­tal ya­taq­la­rı­nın asan aşı­nan yer­lə­rin­də dik ya­mac­lar şək­lin­də rast gə­li­nir. Bə­zi öl­kə­lər­də sul­fat tur­şu­su is­teh­sa­lı is­tis­na ol­maq­la ya­xın vaxt­la­ra qə­dər di­gər is­ti­fa­də sa­hə­lə­ri ta­pıl­ma­mış­dır. An­caq son 30 il­dən bu ya­na kim­ya sə­na­ye­sin­də və in­şa­at ma­te­ri­al­la­rı is­teh­sa­lın­da ge­niş is­ti­fa­də olu­nur.

 Gips (Ca­SO4.2H2O) tər­ki­bin­də 2 mo­le­kul su sax­la­ya­raq, tə­bi­ət­də mas­siv şə­kil­də rast gə­li­nir. An­hid­rit­dən asan­lıq­la ayırd edi­lir, çün­ki an­hid­ri­tə nis­bə­tən çox yum­şaq­dır və dır­naq­la asan­lıq­la cı­zı­lır. Moo­sun sərt­lik şka­la­sı­na gö­rə gip­sin sərt­li­yi 2 ci­va­rın­da ol­du­ğu hal­da, an­hid­ri­tin sərt­li­yi 3,0-3,5 ara­sın­da də­yi­şir. Gip­sin həcm küt­lə­si 2,2-2,4 ara­sın­da də­yiş­di­yi hal­da, an­hid­ri­tin həcm küt­lə­si 2,7-3,0 ara­sın­da də­yi­şir. Gip­sin rən­gi ağ və ya ağım­tıl-kül rən­gin­də­dir. Gip­sin tər­ki­bin­də olan ya­ban­çı (kə­nar) mad­də­lər gip­sə və on­dan ha­zır­la­nan məh­sul­la­ra rəng ve­rir. Pet­roq­ra­fik ba­xım­dan gips sü­xur­la­rı­nın ço­xu də­nə­li­dir. Ti­ca­rət ba­xı­mın­dan də­nə öl­çü­lə­ri ilə kal­si­um sul­fat ara­sın­da bağ­lan­tı ol­du­ğu bəl­li­dir. Ya­ban­çı (kə­nar)mad­də­lər ət­ra­fın­da əmə­lə gə­lən kris­tal­lar iri də­nə­li olur­lar. Hal­bu­ki tə­miz şə­kil­də əmə­lə gəl­miş gips kris­tal­la­rı da­ha ki­çik öl­çü­də olur­lar. Müx­tə­lif də­nə­li gips­lər is­teh­sal mər­hə­lə­sin­də xər­cə və key­fiy­yə­tə tə­sir gös­tə­rir. Gips ya­taq­la­rı­nın ço­xun­da iki ay­rı-ay­rı geo­lo­ji ya­şa aid iki növ gips kris­tal­la­rı gö­rül­mək­də­dir.

 Bas­sa­nit an­hid­rit ilə gips ara­sın­da ay­rı bir mi­ne­ral nö­vü ki­mi qə­bul edi­lir. Tə­bi­ət­də bir­ba­şa aş­kar edil­mə­si qey­ri-müm­kün­dür. An­caq X şüa­la­rı və ya yax­şı ha­zır­lan­mış nü­mu­nə­lər üzə­rin­də pet­roq­ra­fik yol­la ta­nın­ma­sı müm­kün­dür. Nor­mal şərt­lər­də bas­sa­nit ya­rı ba­lans­lı ol­du­ğun­dan şək­li­ni də­yiş­di­rir. Bu­nun­la bə­ra­bər gips ya­taq­la­rı­nın 1%-ə qə­də­ri­nin bas­sa­nit mi­ne­ra­lın­dan iba­rət ol­du­ğu qeyd edi­lir.

Ale­bastr sıx, in­cə də­nə­li bir gips nö­vü­dür. Bu növ gips asan yo­nul­du­ğun­dan ­hey­kəl­ta­raş­lar tə­rə­fin­dən çox də­yər­li hey­kəl ma­te­ria­lı ki­mi ge­niş is­ti­fa­də edi­lir. Bə­zən sa­tış üçün is­ti­fa­də edi­lə­ bi­lə­cək qə­dər bö­yük öl­çü­də olan ya­taq­la­rı rast gə­li­nir.

 İpək gip­si (lif­li gips) iy­nə şə­kil­li kris­tal­lar­dan iba­rət­dir. Təz­yiq al­tın­da əmə­lə gə­lən mi­ne­ral olub, par­laq­lı­ğı nə­zə­rə alı­na­raq ipək gip­si adı ve­ril­miş­dir. İpək gip­si əsa­sən, sü­xur­la­rın çat­la­rın­da və kə­nar his­sə­lə­rin­də əmə­lə gə­lir. Bə­zi ya­taq­lar­da lif­li kris­tal­lar ke­çə ki­mi bir-bi­ri­nə keç­miş küt­lə­lər şək­lin­də rast gə­li­nir.

Se­le­nit–gips mi­ne­ra­lı­nın bir­ nö­vü olub, özü­nəməx­sus pa­ra­lel-lif­li qu­ru­lu­şu ilə fərq­lə­nir­ və ipək par­laq­lı­ğı­na ma­lik­dir. Şəf­faf gips kris­tal­la­rın­dan iba­rət olub, bir-bi­ri ilə sıx bir­ləş­miş na­zik lif­lə­rin sa­yə­sin­də ci­la­lan­mış sət­hi gö­zəl və əl­van op­ti­ki ef­fekt ya­ra­dır. Se­le­nit su ilə zən­gin bir or­tam­da (höv­zə­də) əmə­lə gə­lir. Se­le­nit ilk gö­rü­nüş­də mi­ka­ya bən­zə­yir. Se­le­ni­tin iq­ti­sa­di də­yə­ri az­dır. Çün­ki sü­xur­lar ara­sın­da çox az də­rə­cə­də yer alır. İri kris­tal­lı se­le­nit ya­taq­la­rı na­dir hal­lar­da iş­lə­dil­mək­də­dir. Çök­mə sü­xur­lar­da, əsa­sən gil sü­xur­la­rı­nın içə­ri­sin­də rast gə­li­nir və lin­za­şə­kil­li pa­ra­lel-lif­li struk­tu­ra­ya ma­lik da­mar­lar əmə­lə gə­ti­rir.
Çox ­da qiy­mət­li ol­ma­yan bə­zək da­şı ki­mi is­ti­fa­də olu­nur və on­dan bə­dii-oy­ma və bə­dii-məi­şət mə­mu­lat­la­rı –mun­cuq və müx­tə­lif fi­qur­lar ha­zır­la­nır.

Gips tə­bi­ət­də bol miq­dar­da rast gə­li­nir. Çox əs­ki dövr­lər­dən baş­la­ya­raq gip­si qız­dır­dıq­dan son­ra baş­da Mi­sir ol­maq­la As­su­ri­ya­lı­lar, Çin­li­lər, Yu­na­nıs­tan­lı­lar və Ro­ma­lı­lar is­ti­fa­də et­miş­lər. 1755-ci il­də Fran­sa­da gip­sin kim­ya­ sə­na­ye­sin­də açıq şə­kil­də is­ti­fa­də­si və 1870-ci il­də gip­sin bər­ki­mə­si­nin ge­cik­dir­mə üsu­lu­nun ta­pıl­ma­sı ilə gips is­teh­sa­lı­nın in­ki­şa­fı baş­la­mış­dır.
Tür­ki­yə­də al­çı­da­şın­dan al­çı­nın alın­ma­sı mi­lad­dan 9000il ön­cə­yə söy­kə­nir. Bu il­lər­də Ça­tal­hö­yük­də al­çı­dan is­ti­fa­də edil­mə­si ya­zı­lı mən­bə­lər­də öz ək­si­ni tap­mış­dır. Şu­mer­lər və As­su­ri­ya­lı­lar (mi­lad­dan7000 il ön­cə) al­çı­ta­şın­dan şə­hər içi struk­tur­lar­da və yol­lar­da is­ti­fa­də et­miş­lər.
Tür­ki­yə­də Səl­cuq­lar­dan qal­ma ti­ki­li­lər­də al­çı­dan is­ti­fa­də olun­du­ğu mü­əy­yən edil­miş­dir. Ak­şe­hir, Kon­ya və Er­zu­rum­da 200 il ön­cə al­çı ilə su­van­mış ev­lə­rin var­lı­ğı diq­qət çək­di­yin­dən al­çı­nın Tür­ki­yə əra­zi­sin­də çox əs­ki ta­rix­lər­dən bə­ri is­ti­fa­də edil­di­yi an­la­şı­lır.
Al­çı­ta­şı eh­ti­yat­la­rı­nın möv­cud du­ru­mu:
Gips dün­ya sə­viy­yə­sin­də çox ge­niş ya­taq­la­ra ma­lik­dir. Dün­ya­da bö­yük gips eh­ti­yat­la­rı­na sa­hib olan öl­kə­lər sı­ra­sı­na ABŞ, Fran­sa, Ru­si­ya, İn­gil­tə­rə, Ka­na­da və Tür­ki­yə da­xil­dir. Tür­ki­yə­də­ki gips ya­taq­la­rın­da aş­kar olu­nan gip­sin saf­lı­ğı qərb öl­kə­lə­ri­nə nə­zə­rən çox yük­sək­dir. Qərb öl­kə­lə­rin­də saf­lı­ğı 70% olan gips­lər­dən is­ti­fa­də edil­di­yi hal­da, Tür­ki­yə­də bu miq­dar 95-99% ara­sın­da­dır.
Dün­ya­da iş­lə­di­lə bi­lən al­çı eh­ti­yat­la­rı­nın top­lam miq­da­rı 2,6 mil­yard to­na qə­dər ol­du­ğu təx­min edi­lir. Bu­nun 800 mln. to­nu­nun ABŞ-da, 500 mln. to­nu­nun Ka­na­da­da, 825 mln. to­nu­nun Av­ro­pa öl­kə­lə­rin­də (Fran­sa, Al­ma­ni­ya, İs­pa­ni­ya, İta­li­ya, Yu­qos­la­vi­ya və Yu­na­nıs­tan), 90 mln. to­nu­nun Asi­ya öl­kə­lə­rin­də, 70 mln. to­nu­nun isə Meks­ka­da və Af­ri­ka öl­kə­lə­rin­də ol­du­ğu bi­lin­mək­də­dir. Al­çı­nın is­teh­sa­lı ta­ma­mi­lə in­şa­at sek­to­ru­nun in­ki­şa­fı ilə bağ­lı­dır. II Dün­ya mü­ha­ri­bə­sin­dən son­ra al­çı is­teh­sa­lın­da sü­rət­li ar­tım mü­şa­hi­də olu­nur. XXI əs­rin baş­lan­ğı­cın­da dün­ya­da təx­mi­nən 110 mil­yon ton, 2010-cu il­də isə 147 mil­yon ton al­çı is­teh­sal edil­miş­dir ki, bu­nun 47 mln. to­nu Çi­nin, 13 mln. to­nu İra­nın, 11,5 mln. to­nu İs­pa­ni­ya­nın, 8,8 mln. to­nu ABŞ-ın, 8,5 mln. to­nu Tai­lan­dın, qa­lan his­sə­si isə Ka­na­da, Ru­si­ya, Fran­sa, Tür­ki­yə, İta­li­ya, İn­gil­tə­rə, Al­ma­ni­ya, Mi­sir, Pol­şa, Hin­dis­tan və Mek­si­ka­nın pa­yı­na dü­şür.
Gips­lə zən­gin olan Tür­ki­yə­nin eh­ti­yat­la­rı yüz mil­yon­lar­ca ton təş­kil edir. Tür­ki­yə­də in­di­yə qə­dər aş­kar­la­nan al­çı­ta­şı ya­taq­la­rı üz­rə sis­te­ma­tik geo­lo­ji araş­dır­ma iş­lə­ri apa­rıl­ma­dı­ğın­dan Tür­ki­yə­nin al­çı­ta­şı eh­ti­yat­la­rı ba­rə­də də­qiq mə­lu­mat­lar yox­dur. Bu­nun əsas sə­bə­bi 1999-cu ilin so­nu­na qə­dər al­çı­ta­şı ilə əla­qə­dar mə­dən qa­nu­nu­nun qə­bul edil­mə­mə­si­dir. Tür­ki­yə­də bu sa­hə­yə nə­za­rət edən ən bö­yük təş­ki­la­tın - Mə­dən Təd­qiq Ge­nəl Ara­ma Mü­dir­li­yi­nin ar­xiv­lə­rin­də bir sı­ra ki­çik ça­lış­ma­lar is­tis­na ol­maq­la konk­ret mə­lu­mat­la­ra rast gə­lin­mir. Sa­də­cə, təx­mi­ni ola­raq Al­çı Özəl İx­ti­sas Ko­mis­si­ya­sı­nın sə­nəd­lə­rin­də- VI be­şil­lik İn­ki­şaf Pla­nın­da də­qiq­ləş­di­ril­miş eh­ti­yat­la­rın 165 mil­yon ton, proq­noz eh­ti­yat­la­rın isə 1,8 mil­yard ton ol­du­ğu qeyd edil­miş­dir.
Tür­ki­yə­də gips-an­hid­rit bir­ləş­mə­lə­ri üst Tə­ba­şir­dən baş­la­ya­raq III döv­rə qə­dər ge­niş sa­hə­lər­də, Dör­dün­cü dövr­də isə məh­dud sa­hə­lər­də in­ki­şaf edən la­qun və kon­ti­nen­tal mü­hit­lər­də çök­müş­dür. Bu geo­lo­ji ta­rix bo­yun­ca Tuz­gö­lü, Çan­kı­rı-Ço­rum-Yoz­gat, Si­vas–Ha­fik-Za­ra, Gü­ney Do­ğu Ana­do­lu, Kars-Ka­ğız­man-Tuz­lu­ca, So­ma-Tunç­bi­lek, Ge­diz-Uşak, Ho­naz-Sa­ray­köy-De­niz­li, Aş­ka­le-Er­zu­rum-Tor­tum-Ol­tu, Ba­lı­ke­sir-Su­sur­luk ve Bey­pa­za­rı gips höv­zə­lə­ri in­ki­şaf et­miş­dir.
Tuz­gö­lü höv­zə­si Kon­ya-Tuz­gö­lü, Şe­ref­li­koç­hi­sar-Ak­sa­ray, Niğ­de-Ulu­kış­la, An­ka­ra-Bo­lu gips ya­taq­la­rı­nı əha­tə edir. Bu sa­hə­lər­də geo­lo­ji araş­dır­ma iş­lə­ri­nin apa­rıl­ma­ma­sı­na bax­ma­ya­raq top­lam eh­ti­yat­la­rın mil­yard­lar­ca ton ol­du­ğu qeyd edi­lir.
Çan­kı­rı-Ço­rum-Yoz­gat höv­zə­sin­də Oli­qo­mio­sen yaş­lı mil­yard­lar­ca ton gip­sin var­lı­ğı bi­lin­mək­də­dir.
Kay­se­ri­nin Şi­mal-Şər­qin­dən baş­la­ya­raq Si­vas vi­la­yə­ti­nin hü­dud­la­rın­dan keç­mək­lə Er­zin­ca­nın Cə­nub-Şər­qi­nə qə­dər da­vam edən Si­vas-Ha­fik-Za­ra höv­zə­sın­də qa­lın­lı­ğı min­lər­lə met­rə ça­tan çö­kün­tü­lər içə­ri­sin­də çox zən­gin gips eh­ti­yat­la­rı var­dır. Bu sü­xur­lar Şi­mal­da Şe­bin­ka­ra­hi­sa­ra qə­dər uzan­maq­da­dır. Böl­gə­də mil­yard­lar­ca ton gips və an­hid­rit eh­ti­yat­la­rı göz­lə­nil­mək­də­dir.
MTA Ge­nəl Mü­dir­li­yi tə­rə­fin­dən in­di­yə qə­dər müx­tə­lif məq­səd­lər­lə apa­rı­lan araş­dır­ma­la­rın nə­ti­cə­si­nə gö­rə Si­vas böl­gə­si gips po­ten­sia­lı ba­xı­mın­dan əhə­miy­yət­li möv­qe­yə ma­lik­dir. MTA Ge­nəl Mü­dir­li­yi­nin sə­nəd­lə­rin­də Si­vas böl­gə­sin­də qa­zıl­mış bu­ruq qu­yu­la­rı­nın nə­ti­cə­si­nə əsa­sən he­sab­lan­mış al­çı­ta­şı eh­ti­yat­la­rı­nın 50 mil­yon ton, po­ten­si­al eh­ti­yat­la­rın isə 1 mil­yard 191 mil­yon ton ol­du­ğu gös­tə­ri­lir.
Cə­nub-Şər­qi Ana­do­lu höv­zə­si Si­irt-Bay­kan, Kur­ta­lan, Bat­man (mər­kəz), Be­şi­ri, Di­yar­ba­kır-Çı­nar və Bis­mil sa­hə­lə­rı­nı əha­tə edir. Kars-Ka­ğız­man-Tuz­lu­ca höv­zə­sin­də Araz ça­yı va­di­si bo­yun­ca Plio­sen yaş­lı kon­ti­nen­tal for­ma­si­ya­lar­da 15,0 m qa­lın­lı­ğa ça­tan gips bir­ləş­mə­lə­ri rast gə­li­nir. Ge­diz çev­rə­sin­də 29 mil­yon ton gips eh­ti­ya­tı mü­əy­yən edil­miş­dir. De­niz­li böl­gə­sin­də 15 mil­yon ton, Ba­lı­ke­sir böl­gə­sin­də 50 mil­yon ton gips eh­ti­ya­tı göz­lə­nil­mək­də­dir. Er­zu­rum-Aş­ka­le­də Neo­gen yaş­lı 20 mil­yon ton gips eh­ti­ya­tı var­dır. Bey­pa­za­rı höv­zə­si Nal­lı­han, Mi­ha­lıç­çık, Siv­ri­hi­sar, Emir­dağ, Po­lat­lı ve Aya­şı əha­tə edən ge­niş bir sa­hə olub, yer-yer an­hid­rit eh­ti­va edən gips­lər Neo­gen yaş­lı­dır ve 1 mil­yard ton eh­ti­ya­ta ma­lik­dir. Tür­ki­yə­də gips və an­hid­rit ya­taq­la­rı ilə il­gi­li ilk geo­lo­ji ça­lış­ma­lar 1950-1960-cı il­lər ara­sın­da apa­rıl­mış­dır. Mə­dən Təd­qiq Ara­ma Ge­nəl Mü­dir­li­yi tə­rə­fin­dən 1970-ci il­lər­də azot və se­ment fab­ri­ka­la­rı üçün gip­sə ax­ta­rış iş­lə­ri apa­rıl­mış­dır. Son il­lər­də in­şa­at sek­to­ru­nu al­çı məh­sul­la­rı ilə tə­min et­mək üçün plan­laş­dı­rı­lan ya­tı­rım­lar çər­çi­və­sin­də qiy­mət­lən­dir­mə iş­lə­ri ye­ri­nə ye­ti­ri­lir.
Al­çı­ta­şı sek­to­ru­nun coğ­ra­fi ça­lış­ma sa­hə­lə­ri­nə ba­xıl­dıq­da al­çı­ta­şı ya­taq­la­rı­nın ümu­mi­lik­də İç (mər­kə­zi) Ana­do­lu­da, Gü­ney (Cə­nub) və Gü­ney-Do­ğu (Cə­nub-Şərq) Ana­do­lu­da ge­niş ya­yıl­dı­ğı mü­əy­yən­ləş­di­ril­miş­dir. Tür­ki­yə­nin Ba­tı (Qərb) his­sə­si­nin al­çı­ta­şı ilə ka­sıb ol­du­ğu bəl­li­dir.
Baş­lı­ca eh­ti­yat­lar Bey­pa­za­rı höv­zə­sin­də, Ba­la-Tuz­gö­lü höv­zə­sin­də, Çan­kı­rı Ço­rum- Yoz­qat höv­zə­sin­də, Ka­ra­bük-Pür­çü­kö­rən höv­zə­sin­də, Si­vas höv­zə­sin­də, Cə­nub-şər­qi Ana­do­lu höv­zə­sin­də, Kars-Ka­ğız­man-Tuz­lu­ca mən­tə­qə­sin­də, Ər­zu­rum çev­rə­sin­də, De­niz­li çev­rə­sin­də, Ba­lı­ke­sir-Su­sur­luq sa­hə­sin­də və Kü­tah­ya-Ge­diz sa­hə­sin­də top­lan­mış­dır.
Şi­mal-Şər­qi Ana­do­lu­da Pa­sof, Nor­man və Aş­ka­le­də yer sət­hi­nə çı­xan Oli­qo­mio­sen yaş­lı gips ya­taq­la­rı mə­lum­dur. Ümu­miy­yət­lə, kir­li bə­yaz, sa­rım­tıl-bə­yaz rəng­lər­də, 12,0 m qa­lın­lı­ğın­da (Aş­ka­le­də 8,0-12,0 m), mər­cək­səl (lin­za­va­ri) və ya uzun mə­sa­fə­də tə­bə­qə­li for­ma­da, se­le­nit­li al­çı­taş­la­rı (Aş­ka­lə­də yer-yer mas­siv və də­nə­li) əhəng­da­şı, qum­da­şı və ça­qıl daş­la­rı­nın ara­sın­da rast gə­li­nir. Al­çı­ta­şı­nın mak­si­mal qa­lın­lı­ğı 150 m-ə çat­maq­da­dır.
Si­vas höv­zə­sin­dən Qərb­də Bün­ya­nın Qər­bin­dən baş­la­ya­raq Ece­miş fa­yı­na qə­dər uza­nan, Şərq­də Mun­zur dağ­la­rı­nın­Şi­mal-Şər­qi­nə qə­dər da­vam edə­rək 400 km uzun­lu­ğun­da, 50-100 km enin­də bir sa­hə­ni əha­tə edir. Al­çı­taş­la­rı təx­mi­nən 150,0 m qa­lın­lı­ğın­da bir zo­na­da mer­gel və gil­daş­la­rı­nın (ar­gil­lit)ara­sın­da rast gə­li­nir. Al­çı­ta­şı Üst Eosen-Mio­sen yaş­lı olub, rəng­lə­ri bə­yaz, kir­li bə­yaz, sa­rım­tıl-bə­yaz və boz rəng­lər­də rast gə­li­nir. Ümu­miy­yət­lə, Si­va­sın cə­nu­bun­da mas­siv və də­nə­li şə­kil­də rast gə­li­nən gips­lər­lə sin­ge­ne­tik ola­raq əmə­lə gəl­miş se­les­tin  (SrSO4)ya­taq­la­rı da möv­cud­dur.
Ulu­kış­la-Ereg­li höv­zə­si geo­lo­ji ba­xım­dan Si­vas höv­zə­si­nin Ece­miş fa­yı ilə atıl­mış Cə­nub-Qərb bö­lü­mü ola­raq qə­bul edi­lə bi­lər. Üst Eosen-Mio­sen yaş­lı bə­yaz və açıq-boz rəng­li al­çı­ta­şı­nın an­hid­rit­lə bir­lik­də qa­lın­lı­ğı 60,0-70,0 m-ə ça­tır. Al­çı­taş­la­rı mas­siv­dir. Ulu­kış­la­nın Cə­nub-Şər­qin­də al­çı­ta­şı tə­bə­qə­lə­ri gil­daş­la­rı ilə növ­bə­lə­şir. Ya­taq­da iş­lə­di­lə bi­lən se­les­ti­nin var­lı­ğı özü­nü doğ­rult­ma­mış­dır.
Ba­la-Tuz gö­lü höv­zə­si, Ulu­kış­la-Ereg­li höv­zə­si ilə bir­lik­də Tür­ki­yə­nin ən key­fiy­yət­li və iş­lə­dil­mə­si ən sə­mə­rə­li olan al­çı­ta­şı sa­hə­lə­rin­dən­dir. Üst Eosen-Mio­sen yaş­lı,əsa­sən, bə­yaz, na­dir hal­lar­da boz rəng­li al­çı­taş­la­rı­nın qa­lın­lı­ğı 5,0-25,0 m ara­sın­da də­yi­şir. Al­çı­taş­la­rı­nın al­tın­da qa­lın­lı­ğı 60,0 m-ə ça­tan an­hid­rit aş­kar edil­miş­dir. Xlo­rid və ge­niş­lə­nən gil miq­da­rı yox de­yə­cək qə­dər dü­şük­dür. Al­çı­ta­şı-an­hid­ri­tin al­tın­da iş­lə­di­lə bi­lən xü­su­siy­yə­tə ma­lik si­mek­tit qru­pu gil­lər yer al­maq­da­dır.
Çan­kı­rı-Ço­rum höv­zə­sin­də iki ay­rı-ay­rı stra­tiq­ra­fik zo­na­da yer­lə­şən və bir-bi­rin­dən struk­tur fərq­li­lik­lə­ri ilə ay­rı­lan al­çı­ta­şı aş­kar edil­miş­dir. Alt bö­lüm­də Üst Eosen-Oli­qo­sen yaş­lı 2,0-6,0 m qa­lın­lıq­lı tə­bə­qə və ya mər­cək­lər şək­lin­də qum­da­şı, gil­da­şı, silt­da­şı və ça­qıl­da­şı ara­qat­lı al­çı­taş­la­rı mai­li izok­li­nal qı­rı­şıq­lı­ğa mə­ruz qal­mış­dır. Qı­rı­şıq­lı­ğın şar­ni­rin­də qa­lın­lıq art­maq­da­dır. Qı­rı­şıq­lı­ğın qa­nad­la­rın­da rel­ye­fə nə­zə­rən gö­zal­da­dı­cı qa­lın­lıq­lar iz­lə­nil­mək­də­dir.
Kı­rık­ka­la-Yoz­gat höv­zə­si Çan­kı­rı-Ço­rum höv­zə­si ilə Ba­la-Tuz gö­lü höv­zə­si ara­sın­da yer­ləş­mək­lə bu­ra­da­kı al­çı­taş­la­rı­nın hər iki höv­zə­də olan al­çı­taş­la­rı­na bən­zər­li­kə­ri var­dır. 20,0-30,0 m qa­lın­lı­ğın­da açıq-boz, bə­yaz və çəh­ra­yı rəng­li Üst Eosen-Oli­qo­sen yaş­lı al­çı­daş­la­rı ilə ara tə­bə­qə­lə­ri 5,0-15,0 m qa­lın­lı­ğa ça­tan bə­yaz-boz rəng­li mer­gel, əhəng­da­şı və qum­da­şı olan Mio­sen yaş­lı al­çı­taş­la­rı böl­gə­də ge­niş ya­yıl­mış­dır.
Düz­cə-Kay­naş­lı höv­zə­sin­də aş­kar olu­nan al­çı­taş­la­rı əra­zi­nin cə­nub his­sə­sin­də yer sət­hin­də iz­lə­ni­lir. Üst Eosen-Oli­qo­sen yaş­lı, bə­yaz rəng­li al­çı­taş­la­rı qa­lın­lı­ğı təx­mi­nən 20,0 m-ə ça­tan an­hid­ri­tin üzə­rin­də rast gə­li­nir. Al­çı­taş­la­rı­nın qa­lın­lı­ğı 10,0-12,0 m-dir.
Bo­lu-Göy­nük höv­zə­sin­də iz­lə­ni­lən al­çı­taş­la­rı Pa­leo­sen yaş­lı qum­da­şı, qum­lu əhəng­da­şı ara­sın­da 1,5-2,0 m qa­lın­lı­ğın­da, boz, bə­yaz rəng­li də­nə­li və lin­za­va­ri qu­ru­lu­şa ma­lik bir tə­bə­qə şək­lin­də rast gə­li­nir. İş­lə­dil­mə­si yal­nız ye­ral­tı üsul­la müm­kün­dür.
Bey­pa­za­rı-Ça­yır­han höv­zə­sin­də ara­la­rın­da mer­gel və əhəng­da­şı qat­la­rı olan Mio­sen yaş­lı al­çı­taş­la­rı­nın qa­lın­lı­ğı 8,0-21,0 m ara­sın­da də­yi­şir. Rən­gi bə­yaz, kir­li bə­yaz­dır. Əsa­sən üfi­qi tə­bə­qə­li­dir. Də­nə­li se­le­nit­li qu­ru­lu­şa ma­lik­dir. Al­çı­ta­şı­nın al­tın­da 1,0-2,0 m qa­lın­lıq­lı si­mek­tit qa­tı üs­tün­də yay­ğın şə­kil­də Go­lo­bo­rit çev­rə­lən­mə­si iz­lə­ni­lir.
Po­lat­lı-Siv­ri­hi­sar höv­zə­sin­də 3,0-20,0 m qa­lın­lı­ğa ma­lik al­çı­taş­la­rı kir­li-ağ rəng­də olub, özəl­lik­lə də­nə­li se­le­nit rast gə­li­nir. Al­çı­ta­şı tə­bə­qə­lə­ri gil­da­şı, əhəng­da­şı, do­lo­mit və mer­gel­lə növ­bə­lə­şir. Tə­bə­qə­lər üfi­qi olub, ya­tım 7-80-ni keş­mir. Sin­ge­ne­tik ola­raq do­lo­mit, maq­ne­zit, at­ta­pul­qit, se­pi­yo­lit, si­mek­tit, il­lit sax­la­yır. Ge­niş­lə­nən gil miq­da­rı 0,9-2,6 % ara­sın­da də­yi­şir.
De­niz­li-Kap­lık (Kı­zıl­yar) mən­tə­qə­sin­də ha­zır­da is­tis­mar olu­nan ya­taq­lar­da al­çı­ta­şı­nın qa­lın­lı­ğı 40,0 m-ə ça­tır. Kir­li bə­yaz və boz rəng­də­dir. Gips və an­hid­rit qa­rı­şıq şə­kil­də rast gə­li­nir. Əmə­lə­gəl­mə­si və ya­şı hə­lə­lik də­qiq­ləş­di­ril­mə­miş­dir.
Ay­dın Boz­do­ğan­da önəm­li bir his­sə­si iş­lə­dil­miş al­çı­ta­şı­nın ümu­mi qa­lın­lı­ğı 8,0-10,0 m olub, ay­rı-ay­rı lay­la­rın qa­lın­lı­ğı 0,5-3,0 m ara­sın­da­dır və qum­da­şı və gil­daş­la­rı ilə növ­bə­lə­şir.
Mer­sin-Ada­na-İs­ken­de­run höv­zə­sin­də önəm­li bir qis­mi iş­lə­dil­miş 6 al­çı­ta­şı sa­hə­si var­dır. Qa­lın­lı­ğı 10,0-30,0 m ara­sın­da də­yi­şir. Bə­yaz, açıq-boz rəng­li al­çı­ta­şı­nın üst və alt bö­lüm­lə­ri iri se­le­nit kris­tal­la­rı ilə zən­gin olub, or­ta his­sə­si də­nə­li və mas­siv­dir.Ge­niş­lə­nən gil miq­da­rı 0,3-0,7 % ara­sın­da də­yi­şir.
Al­çı is­teh­sa­lı.Al­çı, kim­yə­vi for­mu­lu Ca­SO4.2H2O olan al­çı­ta­şı­nın (gip­sin) uy­ğun is­ti­lik­də (140-200°C, or­ta 163°C) isi­di­lə­rək, at­mos­fer təz­yi­qi al­tın­da qis­mən su­suz­laş­dır­ma əmə­liy­ya­tı­na uğ­ra­dıl­ma­sı, üyü­dül­mə­si və ələn­mə­si ilə əl­də edi­lir.
1400C-2000C
Bu şə­kil­də əl­də edi­lən gip­sə β-ya­rım­hid­rat və ya β gips adı ve­ri­lir. β gips po­ro­şok şə­kil­li bü­zü­cü ma­te­ri­al olub, tə­bii 2 mo­le­kul­lu gip­sin ter­mi­ki yol­la iş­lən­mə­si nə­ti­cə­sin­də alı­nır və ba­zar­da ge­niş su­rət­də is­ti­fa­də edi­lir. Yan­dır­ma yük­sək bu­xar təz­yi­qi al­tın­da otok­lav­lar­da hə­ya­ta ke­çi­ril­dik­də α-ya­rım­hid­rat adı ve­ri­lən da­ha yax­şı key­fiy­yət­də olan gips əl­də edi­lir.
İs­teh­sal olu­nan al­çı­ta­şı­nın is­ti­fa­də sa­hə­lə­ri:
-xam gips güb­rə, ağ bo­ya, emal və qla­zur is­teh­sa­lın­da və dol­ğu mad­də­si ola­raq sel­lü­loz-ka­ğız və pam­bıq­lı teks­til mad­də­lə­ri­nə qa­tıl­maq­la is­ti­fa­də edi­lir;
-xam gips se­men­tin tut­ma müd­də­ti­nin tən­zim­lən­mə­si məq­sə­di­lə se­ment sə­na­ye­sin­də ak­tiv əla­və ki­mi is­ti­fa­də edi­lir;
- ni­ke­lin əri­dil­mə­si­ni asan­laş­dı­rır;
-pi­və sə­na­ye­sin­də ma­ya­lan­ma üçün is­ti­fa­də edi­lir;
-al­çı tibb­də cər­ra­hi­yə­də və diş­çi­lik­də is­ti­fa­də edi­lir;
-al­çı far­for və ki­rə­mit is­teh­sa­lın­da qə­lib mər­hə­lə­sin­də is­ti­fa­də olu­nur;
-kim­ya sə­na­ye­sin­də am­mo­ni­um sul­fat, kü­kürd, kü­kürd ok­si­di və sul­fat tur­şu­su əl­də et­mək üçün is­ti­fa­də olu­nur;
-al­çı­dan ha­zır­lan­mış mə­mu­lat­lar in­şa­at üçün baş­lı­ca məh­sul­dur. Al­çı­nın in­şa­at­da is­ti­fa­də ye­ri çox çe­şid­li­dir. Son il­lər­də is­ti və so­yuq izol­ya­si­ya mad­də­lə­ri, səs izol­ya­si­ya­sı və rü­tu­bə­ti ni­zam­la­yan bir tən­zim­lə­yi­ci ola­raq ge­niş is­ti­fa­də edi­lir.
Hal-ha­zır­da Tür­ki­yə Res­pub­li­ka­sın­da 20 al­çı fab­ri­ki fəa­liy­yət gös­tə­rir. On­la­rın gün­də­lik məh­sul­dar­lı­ğı 8050 ton təş­kil edir. An­ka­ra­ya bağ­lı Ba­la bə­lə­diy­yə­si ən key­fiy­yət­li al­çı­ta­şı ba­xı­mın­dan ən zən­gin böl­gə sta­tu­su­na ma­lik­dir. Böl­gə­də­ki mə­dən eh­ti­yat­la­rı­nın ək­sə­riy­yə­ti ay­rı-ay­rı şir­kət­lər tə­rə­fin­dən li­sen­zi­ya­laş­dı­rıl­mış­dır. Mə­dən­lər­dən çı­xa­rı­lan al­çı­ta­şı al­çı, se­ment və güb­rə fab­rik­lə­ri­nə gön­də­ri­lir. Mə­dən­çi­lik Özəl İx­ti­sas Ko­mis­si­ya­sı­nın 8-ci be­şil­lik İn­ki­şaf Pla­nın­da qeyd edil­miş­dir ki, son il­lər­də Tür­ki­yə­də qu­ru­lan 15 al­çı fab­ri­kin­dən 8-i Ba­la bə­lə­diy­yə­si əra­zi­sin­də in­şa edil­miş­dir.
“ABS Al­çı ve Blok Sa­na­yi A.Ş.” ilk al­çı fab­ri­ki­ni1979-cu il­də Bi­le­cik­də qur­ma­ğa baş­la­mış və 1982-ci il­də 67000 ton məh­sul is­teh­sa­lı ilə fəa­liy­yə­tə baş­la­mış­dır. Şir­kət 1982-ci il­dən 2008-ci ilə­dək Tür­ki­yə­nin çe­şid­li yer­lə­rin­də 8 ədəd “Toz al­çı” və “Al­çı pla­ka” (al­çı­pan) fab­ri­ki ti­kib is­ti­fa­də­yə ver­miş­dir. 2008-ci il­də şir­kə­tin məh­sul is­teh­sa­lı 1885000 ton təş­kil et­miş­dir. Tək­cə şir­kə­tin Göl­ba­şı bə­lə­diy­yə­si əra­zi­sin­də in­şa et­di­yi fab­rik­də 700000ton məh­sul is­teh­sal edil­miş­dir. İs­teh­sal olun­muş məh­su­lun 65%-i da­xi­li ba­zar­da, 35%-i isə xa­ri­ci ba­zar­da sa­tıl­mış­dır. Bun­dan əla­və şir­kət “Si­as Si­vas Al­çı Sa­na­yi ve Ti­ca­ret A.Ş.”-nin Si­vas Toz Al­şı fab­ri­ki­nə də or­taq­dır.
“An­ka­ra Al­çı Ma­den Kim­ya İn­şa­at Nak­li­ye San. ve Tic. A.Ş.”-nin 1979-cu il­də Kon­ya yo­lu­nun 29-cu km-də in­şa et­di­yi fab­rik­kar­ton­pi­yer al­çıi­lə is­teh­sa­la­baş­la­mış­dır. 2000-ci il­dən baş­la­ya­raq fab­rik­də sa­ten per­dah, per­lit­li sı­va və ma­ki­na sı­va al­çı­la­rı­da is­teh­sa­lo­lu­nur.
“Ay­taş” şir­kə­ti 2007-ci il­də al­çı is­teh­sa­lı ilə əla­qə­dar Ba­la­bə­lə­diy­yə­si əra­zi­sun­də in­şa et­di­yi fab­rik­də­iş­lə­ri sək­kiz ay ər­zin­də ta­mam­la­mış və qı­sa müd­dət ər­zin­də ba­zar­da öz ye­ri­ni tut­muş­dur. Şir­kə­tin “Ay­gips və Ay­pan Al­çı Fab­ri­ki”ndə­yed­di al­çı əsas­lı və üç fərq­li al­çı löv­hə­çe­şi­di ilə məh­sul­lar is­teh­sal olu­nur. Şir­kə­tin is­teh­sal et­di­yi məh­sul­lar Bol­qa­rıs­tan, Ru­si­ya, Yu­na­nıs­tan, Ru­mı­ni­ya, Türk­mə­nis­tan və di­gər bir çox öl­kə­lə­rə gön­də­ri­lir.
“Fer­nas Al­çı Sa­na­yi ve Ti­ca­ret A.Ş”. 2002-ci il­də ilk fab­ri­ki­ni Bat­man böl­gə­sin­də qur­muş­dur. Ha­zır­da Bat­man ve An­ka­ra­nın Göl­ba­şı böl­gə­lə­rin­də şir­kə­tin iki al­çı fab­ri­ki fəa­liy­yət gös­tə­rir. 2004-cü il­də al­çı is­teh­sa­lı­na baş­la­yan Bat­man fab­ri­ki­nin məh­sul­dar­lı­ğı il­də 180000 ton, 2007-ci il­də is­teh­sa­la baş­la­yan An­ka­ra al­çı fab­ri­ki­nin məh­sul­dar­lı­ğı isə 300000 ton təş­kil edir.
Bun­dan əla­və Ba­la bə­lə­diy­yə­si əra­zi­sin­də Fran­sa­nın ”LA­FAR­GE” və “Rİ­GİPS” şir­kət­lə­ri­nin, Kon­ya yo­lun­da isə Al­ma­ni­ya­nın “KNA­UF” şir­kə­ti­nin fab­rik­lə­ri­ də fəa­liy­yət gös­tə­rir.
Sek­to­ru­n is­teh­sal et­di­yi ana mal­lar:
Al­çı sek­to­ru­nun is­teh­sal et­di­yi ana mal­lar ba­zar­da GTIP (901162) nöm­rə­si ilə ta­nı­nır. Dün­ya is­teh­sa­lı­na pa­ra­lel ola­raq Tür­ki­yə­də is­teh­sal olu­nan bir çox al­çı məh­su­lu ba­zar­da ye­ri­ni al­mış­dır. Ha­zır­da al­çı is­teh­sa­lı ilə məş­ğul olan şir­kət­lə­rin ək­sə­riy­yə­tin­də TS-EN-İSO 9001 bey­nəl­xalq key­fiy­yət stan­dar­tı­na uy­ğun məh­sul­lar is­teh­sal olu­nur.
Se­ment, qaz be­ton, kər­pic, tax­ta, ki­rə­mit, far­for və di­gər bir çox sek­tor­lar al­çı sek­to­ru ilə əla­qə­li fəa­liy­yət gös­tə­rir. Tür­ki­yə­də­ki per­lit is­teh­sa­lı­nın təx­mi­nən 80%-i al­çı is­teh­sa­lın­da is­ti­fa­də olu­nur. Bun­lar­dan əla­və al­çı sek­to­run­da kal­sit(əhəng­da­şı) və ver­mi­ku­lit­dən də ge­niş is­ti­fa­də olu­nur.
Tür­ki­yə Res­pub­li­ka­sın­da al­çı is­teh­sa­lın­da yer­li tex­no­lo­gi­ya­la­ra əsas­la­nan iki tex­no­lo­gi­ya­dan: dö­nən və şa­qu­li so­ba­lar­dan və is­teh­sal xət­lə­rin­dən is­ti­fa­də olu­nur. İn­şa olu­nan fab­rik­lə­rin məh­sul­dar­lı­ğın­dan ası­lı ola­raq Tür­ki­yə­də müx­tə­lif öl­çü­də so­ba­lar və is­teh­sal xət­lə­ri is­teh­sal edi­lir. Hal-ha­zır­da türk tex­no­lo­gi­ya­sı­na uy­ğun ha­zır­lan­mış fab­rik­lər dün­ya­nın bir çox öl­kə­lə­rin­də in­şa edi­lir.
Son il­lə­rə qə­dər Tür­ki­yə­də kar­ton al­çı pla­ka­la­rın is­teh­sa­lın­da xa­ri­ci tex­no­lo­gi­ya­dan is­ti­fa­də edi­lir­di. Ha­zır­da Tür­ki­yə­də yer­li tex­no­lo­gi­ya­ya əsas­la­nan al­çı pla­ka fab­rik­lə­ri in­şa edi­lir. Al­çı löv­hə is­teh­sa­lın­da is­ti­fa­də olu­nan kar­ton­lar və bə­zi kim­yə­vi məh­sul­lar xa­ric­dən id­xal olu­nur. İl­lik 25000000 dol­lar­lıq kim­yə­vi mad­də­lə­rin id­xal olun­du­ğu təx­min edi­lir.
2010-cü il­də Tür­ki­yə­də təx­mi­nən 30000000 ədəd al­çı pla­ka­lar (al­çı­pan) is­teh­sal edil­miş­dir. Təx­mi­nən 50000000 m2 (20000 ton) kar­ton is­ti­fa­də edil­miş­dir ki, bu­nun da ha­mı­sı xa­ric­dən alın­mış­dır. Al­çı pla­ka kar­to­nu sek­to­run ən mü­hüm prob­lem­lə­rin­dən bi­ri olub, ka­ğız sə­na­ye­sin­dən ma­raq gözləməkdədir.
Tür­ki­yə­də is­teh­sal olu­nan al­çı məh­sul­la­rı­nın top­lam miq­da­rı il­dən-ilə ar­tır: 2001-ci il­də məh­sul is­teh­sa­lı 1300000 ton təş­kil et­di­yi hal­da, 2005-ci il­də 2400000 ton,2012-ci il­də 3150000 ton, 2013- cü il­də 3400000 ton­təş­kil et­miş­dir.
İs­teh­sal olu­nan al­çı məh­sul­la­rı 42 öl­kə­yə ix­rac olu­nur. Bu­nun 92%-i Ru­si­ya, Kipr, Azər­bay­can, Mi­sir, Uk­ray­na, Qa­za­xıs­tan, İran, Türk­mə­nis­tan, Qır­ğızs­tan və Li­va­na gön­də­ri­lir. Di­gər öl­kə­lər­lə olan ix­ra­cat önəm­li yer tut­mur.
İs­teh­sal olu­nan məh­su­lun bö­yük miq­da­rı öl­kə da­xi­lin­də is­ti­fa­də olu­nur. Məh­su­lun is­teh­sa­lı in­şa­at sek­to­ru­nun in­ki­şa­fı ilə sıx bağ­lı­dır. Son il­lər­də in­şa­at sek­to­run­da­kı can­lan­ma ilə əla­qə­dar al­çı is­teh­sa­lı sek­to­ru da sü­rət­lə in­ki­şaf edir. Bu da il­dən-ilə məh­sul is­teh­sa­lı­nın ar­tı­rıl­ma­sı­na və məh­sul çe­şid­lə­ri­nin ge­niş­lən­mə­si­nə sə­bəb olur.

"YER VƏ İNSAN" jurnalı № / 04/ MAY- İYUN


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM