Fəxrəddin Abdullayev, Tamara Cəfərova,
Nüvə-Geofiziki Tədqiqatlar Mərkəzinin əməkdaşları
Azərbaycanda barit yataqlarının öyrənilməsinə XX əsrin 30-cu illərindən başlanılmışdır və o dövrün tələbatına uyğun olaraq aşkarlanmış yataqlarda, ancaq barit filizi öyrənilmişdir. Son zamanlar aparılan tədqiqatlar isə göstərir ki, məlum barit yataqlarında baritdən başqa qızıl filizi də intişar tapmışdır.
Barit yataqlarının geoloji-tektonik vəziyyəti onların Somxit-Ağdam struktur zonasına uyğunlaşması ilə xarakterizə olunur. Bu struktur zona isə öz növbəsində mürəkkəb qırışıqlıqla, çox mərhələli maqmatizm və endogen mənşəli filizləşmə ilə səciyyələnir. Məlumdur ki, Somxit-Ağdam struktur zonası üçün endogen filizləşmə üçün zonallıq xarakterikdir, burada məkan və mənşə etibarı ilə Bayos yaşlı subvulkanlarla əlaqəli olan müxtəlif filiz formasiyaları geniş yayılmışdır.
Barit yataqları hidrotermal komplekslərlə əlaqədar olmaqla şimal-şərq istiqamətində Tər-tərçaydan başlayaraq Qazax rayonuna qədər olan ərazidə qurşaq əmələ gətirir (şəkil 1 ). Bu qurşaqda yerləşən barit yataqlarının geoloji quruluşunda əsasən Orta və Üst Yuranın ekstruziv, boğaz subvulkanik süxurları iştirak edir.
Bunlarında arasında ən çox yayılan süxurlar Üst Bayos və Bat çöküntüləridir ki, bunlar da əsasən kvars-plagioporfirlərdən ibarətdir.
Şəkil 1. Kiçik Qafqazda barit qurşağının yerləşmə sxemi.
Struktur-formasiya zonaları: 1- Somxit-Qarabağ; 2- Göyçə-Həkəri; 3- Misxana-Zəngəzur; 4- Araz; 5- Kiçik Qafqazın barit qurşağı.
(Şəkil V.M. Babazadə, A.A. Məqribi, P.S. Qavrilyuk və b. “Azərbaycanın barit qurşağı” kitabından götürülmüşdür).
Barit yataqlarının əmələ gətirdiyi qurşaqda Şəmkir qrupu barit yataqları (Buzxana, İrmaşlı, Qarabulaq), Nuzgər barit yatağı, Öksüzlü qrupu barit təzahürləri, Danayeri barit-polimetal, Bayan, Pəyədərə barit, Quşçu barit təzahürü, Çovdar, Çaykənd, Başqışlaq və s. kimi çoxsaylı barit yataq və təzahürləri yerləşir (1).
Barit qurşağında yerləşən Çovdar yatağının qızıllılığı məlumdur.Aşağıda isə Çaykənd və Başqışlaq barit yataqlarının qızıllılığı haqqında qısa məlumat verilir.
Çaykənd barit yatağı Göygöl rayonunun Çaykənd kəndinin cənub-qərb yaxınlığında Kürəkçayın sağ sahilində yerləşir. Yataqda şimal-qərb istiqamətində uzanan onlarla barit damarı məlumdur.Onların qalınlığı 0,5-1,0m, yatım bucağı isə 700 dir.
Barit damarlarının endo və ekzo təmaslarında aparılmış nüvə-geofiziki tədqiqatlar, zamanı “Delta-X” Premium analizatoru vasitəsi ilə yerinə yetirilmiş ölçmələr nəticəsində burada qızılın miqdarının 67-112 ppm arasında olduğu müəyyən edilmişdir. Sınaqlar laboratoriya şəraitində əyar üsulla tədqiq edilmiş və nəticədə qızılın tutumu 0,04-1,16 q/ton təsdiq edilmişdir. Bu da Çaykənd barit yatağında qızılın olması haqqında ilk məlumatdır.
Başqışlaq (barit-polimetal) yatağı Goranboy rayonu ərazisində Balakürəkçayın sol sahilində, Buzluq kəndinin şərqində yerləşir. Bu yataq Somxit-Ağdam struktur formasiya zonasının dörd struktur vahidinin cəmləşdiyi yerə təsadüf edir. Yatağın əhatə etdiyi ərazi cənubdan Murovdağ antiklinoriumunun şimal-şərq qanadı ilə, şimal və şimal-şərqdə isə onun quruluşunda Ağcakənd sinklinoriumunun Göygöl qalxımına keçdiyi ərazi ilə hüdudlanır. Murovdağ antiklinoriumunun şimal-şərq qanadı ilə Göygöl qalxımı arasında Kəpəz sinklinalı ayrılır. Başqışlaq yatağı isə rayonun mərkəzi hissəsini tutan Göygöl qalxımının cənub-şərq batımının kənar hissəsindədir.
Yatağın geoloji quruluşunda Orta və Üst Yuranın kompleks süxurları və eyni zamanda Yura və Üst Təbaşirin ekstruziv, boğaz və subvulkanik süxurları iştirak edir(2). Orta Yuranın kəsilişində Üst Bayosun riolitləri, onların tufları və bunların üstündə yayılmış Bat mərtəbəsinin növbələşmiş piroklastik lava çöküntüləri yayılmışdır. Yataq ərazisində piroklastik lava çöküntülərinin bir sıra horizontları müşahidə olunur ki, bunlar da diabaz örtüklərindən, plagioklazlı andezitlərdən onların tuflarından, tufbrekçiyalarından və tufkonqlomeratlarından ibarətdir. Özündə barit, sulfid və qızıl mineralları cəmləşdirən süxurlar ştokabənzər formalı kvars-diorit tərkibli daykalardan ibarətdir (şəkil 2).
Daykaların yan süxurlarla təmas hissələrində kvarslaşma, sulfidləşmə (piritləşmə, xalkopiritləşmə, onların törəmələri və s.) müşahidə olunur.
Ərazidəki ekstruziv süxurlar riolitlərin lava örtüklərindən ibarətdir.
Yataq ərazisindəki boğaz fasiya süxurları diabazlardan ibarət olmaqla onun mərkəzi hissəsində yayılmışdır.
Subvulkanik əmələgəlmələr ştokabənzər formalı kvars-diorit tərkibli daykalardan ibarətdir və bu daykaların yan süxurlarla təmas hissələrində kvarslaşma, sulfidləşmə (piritləşmə, xalkopiritləşmə, onların törəmələri və s.) müşahidə olunur.
Şəkil 2. Başqışlaq barit-polimetal
yatağının barit-polimetal və
qızıl saxlayan süxurları
Başqışlaq (barit-polimetal) yatağı ərazisində yuxarıda adı çəkilən analizator vasitəsi ilə mövcud dağ qazmalarında (mağaraların töküntüləri və ağız hissələrindən) və təbii açılışlarda aparılmış ölçmələrə görə burada qızılın miqdarı 42-112 ppm arasında dəyişir və orta miqdarı 80 ppm-dən çoxdur. Digər elementlərdən isə 907 ppm Pb, 40873ppm Cu və 1039 ppm Zn təyin edilmişdir. Molibdenin miqdarı 961 ppm olmuşdur.
Nüvə-geofiziki tədqiqatların nəticələri göstərir ki, Başqışlaq ərazisində barit polimetal filizində barit və polimetalla yanaşı qızıl da yayılmışdır.
Qeyd edilməlidir ki, nüvə-geofiziki üsulla tədqiq edilmiş sınaqlar sonradan laboratoriya şəraitində əyar üsulla qızıl və gümüşə tədqiq edilmişdir. Nəticədə analiz edilmiş 10 sınaqdan 8-də 0,08-2,6 q/ton arasında qızıl aşkarlanmışdır və bu sınaqlar üzrə qızılın orta tutumu 1,1 q/ton təşkil etmişdir.
Göründüyü kimi Başqışlaq barit-polimetal yatağında barit və polimetal filizi ilə yanaşı qızıl da iştirak edir.
Aparılmış araşdırmalar göstərir ki, Kiçik Qafqazın barit qurşağında yerləşən Çovdar barit yatağının qızıllılığı, qızıllılığı yeni tədqiqatlarla aşkarlanmış Başqışlaq və Çaykənd barit yataqlarının barit qurşağında yerləşməsi və bu yataqları təşkil edən süxurların digərləri ilə anoloji olması qurşaqda yerləşən İrmaşlı, Qarabulaq, Öksüzlü qrupu barit təzahürlərinin, Nuzgər barit yatağının, Danayeri barit-polimetal, Bayan, Pəyədərə, Quşçu barit təzahürlərinin və s. yataqların da qızıllı olması ehtimalı yaradır.
Alınan nəticələrə əsasən barit yataqlarının əmələ gətirdiyi qurşaq boyunca yerləşən yataq və təzahürlərin qızıllılığının öyrənilməsi məqsədəuyğun hesab edilir.
Ədəbiyyat:
1.B.M.Бабазаде,А.А.Магриби, П.С.Гаврилюк и др. Баритовый пояс Азербайджана. Баку-2003.
2. Р.Н. Абдуллаев. Мезозойский вулканизм северо-восточной части Малого Кавказа. Баку-1963.
"YER VƏ İNSAN" jurnalı № / 04/ MAY- İYUN
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM