Lalə Məmmədova
Mineral Xammal Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi
Kərimov Əhməd Fərhad oğlu 1934-cü ildə Cəbrayıl rayonunun Quycaq kəndində müəllim ailəsində anadan olub. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini “Faydalı qazıntıların geologiyası və kəşfiyyatı” üzrə “dağ-mühəndis geoloqu” ixtisası ilə bitirib.
Ə.Kərimov əmək fəaliyyətinin ilk illərində Rusiya Federasiyasının Altay vilayətində civə və polimetal yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur. Aktaş və Çağan-Uzun civə yataqlarının kəşfiyyatında və onların ehtiyatlarının hesablanmasında yaxından iştirak etmişdir. Aktaş geoloji-kəşfiyyat dəstəsində çalışdığı müddətdə eyni zamanda Aktaş civə yatağının istismar sahəsində mədən geoloqu vəzifəsini də yerinə yetirmişdir.
1963-1970-ci illərdə Ağyataq civə yatağının kəşfiyyatına rəhbərlik etmiş, onun ehtiyatlarını hesablamış və SSRİ Geologiya Nazirliyinin Mərkəzi Ehtiyat Komissiyasında təsdiq etdirmişdir.
Həmin dövrdə Kəlbəcər rayonu ərazisində Şorbulaq civə, Zülfüqarlı oniks yataqlarını aşkar etmişdir.
1966-cı ildə Şorbulaq civə yatağının sənaye ehtiyatları təsdiq edilmiş və onun bazasında eyni adlı civə emalı metallurgiya zavodu inşa edilmişdir.
1970-1971-ci illərdə onun rəhbərliyi ilə Naxçıvan MR-in ərazisində bütün mövcud filiz yataqları və təzahürləri təftiş edilmiş və Azərbaycan Geologiya İdarəsinə müvafiq təkliflər verilmiş, 1977-1978-ci illərdə isə Qızılbulaq qızıl yatağının ilkin kəşfiyyatına rəhbərlik etmişdir.
1978-1981-ci illərdə xarici ölkələrdə İqtisadi Əlaqələr üzrə SSRİ Dövlət Komitəsi tərəfindən Türkiyə Respublikasında Beynəlxalq İzmir yarmarkasında geologiya bölməsinin rəhbəri qismində qısamüddətli ezamiyyətdə olub.
1979-1987-ci illərdə Azərbaycan Geologiya İdarəsində Geoloji Şöbənin rəisi və baş geoloq vəzifələrində çalışdığı dövrdə bir sıra iri həcmli filiz və qeyri filiz yataqlarının ehtiyatları Dövlət Ehtiyatlar Komissiyasında qəbul olunmuşdur.
Əfqanıstanda dünyada ən iri yataqlardan biri sayılan Aynak mis yatağının (7 mln.t mis) ehtiyatlarının hesablanmasına rəhbərlik etmiş və hesabatın həmmüəllifi olmuşdur. Hesabat SSRİ Ehtiyat Komissiyasında qəbul edilmişdir.
Ə.Kərimov oğlu əmək fəaliyyəti dövründə Azərbaycanda bütün mövcud olan qızıl yataqlarının kəşfiyyat işlərinə və ehtiyatların hesablanmasına rəhbərlik etmiş və Qızılbulaq, Vejnəli qızıl yataqlarının ilkin kəşfiyyatı üzrə hesabatlarında həmmmüəllifi olmuşdur.
O, 1993-cü ildən “Azərqızıl” Dövlət Şirkətinin Elmi-Tədqiqat Layihə Əlvan, Nadir və Nəcib metallar İnstitutunda, sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Elmi-Tədqiqat İnstitutunda çalışdığı müddətdə Qızılbulaq və Qoşa yataqlarının ehtiyatları yenidən hesablanmışdır.
Bu müddət ərzində onun yaxından iştirakı ilə İnstitutun fəaliyyətində axtarış-kəşfiyyat işlərinin elmi bazasının təkmilləşdirilməsi və möhkəmləndirməsi baxımından ciddi elmi - tədqiqat işləri həyata keçirildi.
1. Ehtiyatları sənaye kateqoriyaları ilə hesablanmış bir sıra yataqların filizlərinin laborator-texnoloji və mineraloji tədqiqatları aparıldı.
2. Qızılbulaq, Qoşa və Dağkəsəmən qızıl yataqlarının geoloji-genetik və həcmi modelləri tərtib edildi.
3. Qızılbulaq və Qoşa yataqlarının ehtiyatları yenidən hesablandı.
4. Azərbaycanın filiz yataqlarının proqnoz ehtiyatlarının yenidən dəyərləndirilməsi və perspektivli sahələrdə tamamlama işlərinin aparılması üçün elmi müddəaların formalaşdırılması istiqamətində mövzuların işlənməsinə başlandı.
5. Beş mindən çox söz ehtiva edən rusca-azərbaycanca-ingiliscə geologiya terminləri lüğəti tərtib edildi.
6. «Qafqazın 1:1000000 miqyasında geoloji məzmunlu xəritələr atlasının nəşrə hazırlanması” mövzusunda beynəlxalq proqram çərçivəsində Azərbaycanın 6 müvafiq xəritəsi tərtib edildi.
7. Azərbaycanın xətti və dairəvi strukturları, onların inkişaf mexanizmləri və əməli tətbiqi.
8. “Azərbaycanın qızıl yataqlarının atlasının tərtib edilməsi” onun ideyasıdır.
Məhz bu əsasda da Azərbaycan Respublikası sənayesinin geologiya sahəsinin inkişafını müasir tələblər səviyyəsində təmin etmək zərurətindən irəli gələn təməl müddəaları çərçivəsində bu yöndə nəzərdə tutulan işlərin konkret istiqamətləri müəyyən edildi.
Milli Geoloji Kəşfiyyat Xidmətində baş geoloq vəzifəsində çalışdığı dövrdə Azərbaycanda ilk dəfə platin filizlərinin köklü təzahürü və radioaktiv filiz yataqlarının axtarışı üçün kifayət qədər perspektivli sahələr aşkar edilmişdir.
Azərbaycan Geologiyanın Mövcud Durumu və gələcək perspektivləri
2010-2020 - ci illər üzrə Azərbaycan Respublukası ərazisində geoloji- kəşfiyyat işlərinin baş proqramının işlənməsində böyük əməyi olmuşdur.
Afrikanın Geologiyası - H.Bağırov, Ə.Kərimov
Zəngin məlumatları ehtiva edən, bu mövzuda səlis azərbaycan dilində ilk dəfə tərtib edilmiş, müstəqil Azərbaycanımızın tarixində ilk dəfə həyata keçirilmiş Azərbaycan-Afrika Elmi Ekspedisiyasının qitədə apardığı geoloji tədqiqatların təhlil və nəticələrinə əsaslanan bu kitab, universitet və məktəb müəllimləri, elm adamları, aspirantlar, tələbələr və şagirdlər, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Onun “Türkün yolu” kitabı hər bir Azərbaycanlının stol üstü kitabına çevrilməyə layiqdir. Çünki, bu kitab vasitəsilə həmvətəniərimizi öz mənəvi kimliyini, həyatın mənasını və nə üçün yaşadığını dərk edir ki, bu da Müstəqil Azərbaycanımızın öz suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı haqq-ədalət mübarizəsində mühüm önəm daşıyır.
Əhməd müəllimin fərdi keyfiyyətlərinə gəldikdə isə o olduqca təvazökar, xeyirxah və alicənab bir şəxsiyyət idi.
Onun bu həyatda ən ali missiyası ətrafındakılara təmənnasız yaxşılıq etmək, kimsəsizlərə əl tutmaq, dost-yoldaş naminə heç nəyi əsirgəməməkdən ibarətdi.
Əhməd müəllim son dərəcə özünə və başqalarına qarşı tələbkar, prinsipial, işgüzar, diqqətcil, mənəvi və etik meyarları hər şeydən uca tutan, qayğıkeş ailə başçısı, mehriban ata və baba, sədaqətli dost, mənən zəngin, gözütox, təmiz və halal, nəcib bir insan idi.
Əməksevər insan məsləkdaşlarının, dostlarının və qohum əqrəbanın hüsn - rəğbətini, məhəbbətini, böyük ehtiramını qazanmışdı.
O geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenerji Akademiyasının üzvü, professor idi. Onun müxtəlif jurnallarda çap olunmuş 100-dən çox elmi əsəri vardı. Görkəmli geoloq-alim, istedadlı istehsalat təşkilatçı Əhməd Fəryad oğlu Kərimov 2011-ci ildə ömrünün 78-ci baharında dünyasını dəyişmişdi.
Ə.Kərimov faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı sahəsində demək olar ki, bütün vəzifə pillələrini tədricən keçmiş kifayət qədər təcrübəli və səriştəli mütəxəssis olmuşdur.
Bu alimin elmi irsi gələcək mütəxəssislərin yetişməsində mühüm rol oynayacaq və bu elm sahəsində çalışan gələcək gənc alimlər üçün bir örnəkdir.
"YER VƏ İNSAN" jurnalı № / 04/ MAY- İYUN
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM