Lavrov Bakıya niyə gəldi? - Müttəfiq axtarışında olan Rusiya

16:19 / 01.09.2015

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb.

Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, əməkdaşlıq perspektivləri, regionda gedən proseslər, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.

Lavrovun səfəri zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcəyi gözlənilir.

S. Lavrovun Azərbaycana səfəri ilə bağlı ATV.az-a danışan millət vəkili Zahid Oruc bildirib ki, Lavrovun şəxsində bu ranqda şəxsin ölkəmizə səfəri böyük əhəmiyyətə malikdir.

“Nəzərə almaq lazımdır ki, Rusiya gündəmi həddindən artıq mürəkkəb bir şəraitdədir. Bu dönəmdə Lavrovun Azərbaycana səfəri, Rusiyanın strateji maraqları sırasındadır”.

Məsələnin  kontekstini nəzərə çatdıran politoloq, Rusiya xarici işlər nazirinin bu dönəmdə Azərbaycana səfərinin mahiyyətini belə görür:

Gürcüstan ABŞ-ın 53-cü ştatı

“Bir tərəfdən, Qərbin Cənubi Qafqaz uğrundakı savaşı fərqli məna kəsb eləməyə başlayır. Artıq bu barədə mediada geniş məlumatlar  da verildi ki, Gürcüstan üzərində NATO-nun uzun illər həyata keçirdiyi hərbi tədbirlər təhlükəsizlik işləri (tank-topların yerləşdirilməsi, müxtəlif silahların verilməsi, insanların göndərilməsi) ən sonda NATO baş katibinin gəlişi ilə nəticələndi. Təbii ki, bu yekun eyil. ABŞ daha irəli gedərək yəqin ki, Gürcüstanı bütövlükdə özünün 53-cü ştatına çevirəcək. Rusiya bu şəraitdə seyirçi mövqedə qala bilməzdi”.

Azərbaycan həlledici mövqedə

Politoloq bildirir ki, S. Lavrovun Azərbaycana səfərinin bir səbəbi onun iqdisadi, siyasi mövqeyidir.

“İkinci tərəfdən belə dönəmdə Azərbaycanın NATO-Rusiya qarşıdurmasındakı mövqeyi kifayət qədər həlledici əhəmiyyət daşımağa başlayacaq. Ermənistan Rusiya yönümlü ölkə olsa da, onların Avropa məkanı ilə xüsusi əlaqələri  yoxdur. Gürcüstan da çox mənfi resuslara və imkanlara malikdir. Ərazisinin də 22 faizi işğal altındadır.  Belə olan təqdirdə Lavrovun səfəri sırf bu regional prosseslərə və beynəlxalq məsələlərə Azərbaycanın mövqeyini öyrənmək üçündür”.

Azərbaycanın regionda iqdisadi-siyasi cəhətdən möhkəmlənməsi Rusiyanı qıcıqlandırır.

“İkincisi, Rusiya çox yaxşı dərk eləyir ki, İrəvandan Moskvaya hər gün məruzə olunan “Qarabağdakı itkilər” məsələsi həyəcanlı şəkil almaqdadır. Yəni, Azərbaycan öz gücünü həm də, Rusiyadan silah almaqla kifayət qədər artırıb. Bütün sərhəd bölgələrində və təmas xəttində Azərbaycanın imkanlarının genişlənməsi Erməni tərəfin itkilərinin qat-qat artması ilə müşayiət olunur. Bu ağrı nəticələr doğurur. Rusiya Ermənistanı müəyyən mənada qoruduğuna və onun təhlükəsizliyinə, hətta hüquqi tərəflərlə cavabdehlik daşıdığına görə, Sarkisyan aparatının və yaxud, Müdafiə Nazirliyinin Kremilə ötürdüyü informasiyalara oradakı analitiklər seyirçi qarşılaya bilməz. Bu səbəbdən güman ki, Lavrov Qarabağ məsələsinin həlli ətrafında Azərbaycanın mövqeni almaqla bir daha ortaq yollar arayışında olacaq”.- deyə politoloq bildirib.

Rusiya Dağlıq Qarabağ məsələsində maraq göstərir. Niyə?

“Rusiyada dərk edirlər ki, Azərbaycanın iqdisadi və hərbi cəhətdən güclənməsi fonunda, ən azı 7 rayonun qaytarılması ilə bu bölgədə müharibə təhlükəsini önləyə bilər. Beləliklə şəraitə özü nəzarət edər və Qafqaza Qərb yiyələnə bilməz. Çünki bu regiona Avropa dairələrini gətirən, məhs münaqişələrdir. Münaqişələrin həlli yolunda addım atılmasa, Rusiyanın özü üçün də vəziyyət çətin olacaq. Bunun üçün də Lavrova Azərbaycanın mövqeyi kifayə qədər əhəmiyyətlidir.  Ona görə ki, Qərb, Ukraynayla paralel, Rusiya əleyhinə növbəti cəbhəni məhs Qafqazda açır”.-deyə politoloq bildirib.

Natavan ÇAVUŞ


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM