Nailə Süleymanova,
İlahiyyat üzrə fəlsəfə doktoru,dosent
Osmanlı dövlətinin şeyxülislamları Türkiyədə uzun müddət araşdırılmış və hələ də araşdırılmaqdadır. Bu araşdırmalar ayrı-ayrı kitab və məqalə halında olduğu kimi, Osmanlı dövlətinin elm və mədəniyyət tarixinə dair kitablarda yer almışdır. Biz, bu elmi mənbələrdən istifadə edərək ilk öncə bildirmək istərdik ki, şeyxülislam sözü ilk dəfə olaraq XI əsrdə ortaya çıxmışdır (1.s.170). İslam aləmində şeyxülislam bir vəzifə olmamışdan əvvəl, hüquqi məsələlərdə fətva verən elm adamlarına verilmiş bir ad olmuşdur. Şeyxülislam vəzifəsi dövlət səviyyəsində rəsmi bir təşkilatın rəhbəri olaraq isə ilk dəfə Osmanlı dövlətinin dövründə (1299-1922) ortaya çıxmış və 622 il davam etmişdir. Şeyxülislamların təyininə gəldikdə isə ömürlərinin sonuna qədər bu vəzifəyə təyin edilirdilər. Lakin, şeyxulislamlar öz arzuları ilə bu vəzifədən imtina edə bilərdilər. Osmanlı dövlətinin şeyxülislamlıq tarixində üç şeyxülislam siyasi məsələlərə qarışdıqları üçün edam olunmuşlar: Ahizadə Hüseyn Əfəndi (v.1634), Hocazadə Məsud Əfəndi (v.1656) və Feyzullah Əfəndi (v.1703) (3, s.390-392). Osmanlı dövlətində şeyxülislam vəzifəsi 1424-cü ildən başlayaraq, 1922-ci ilədək davam etmişdir. Bu dövr ərzində 131 şeyxulislam (doqquzu türk əsilli deyildir) 175 dəfə bu vəzifəyə təyin edilmişdir. 1924-cü ildə şeyxülislamlığın yerinə Diyanət İşləri Bakanlığı qurulmuşdur. İlk şeyxulislam Şəmsəddin Məhəmməd bin Həmzə əl-Fənari (1424 - 1430), son şeyxülislam isə Mədəni Mehmet Nuri Əfəndi (1920 - 1922) olmuşdur. Ən uzun müddətli şeyxülislam 29 il ərzində Əbussuud Əfəndi (1545 - 1574), ən qısa müddətli şeyxülislam isə Məmikzadə Mustafa Əfəndi də 13 saat olmuşdur.
Şeyxülislamlar dini məsələlər haqqında fətva verən məsuliyyətli elm adamları və din alimləri olmaqla yanaşı, həmçinin yazıçı, şair, xəttat, bəstəkar da olmuşlar. Bir çox şeyxülislam verdikləri fətvaları toplayaraq, həm islami elmlərə, həm də Osmanlı hüquq tarixinə dəyərli əsərlər töhfə etmişlər. Osmanlı dövlətində həmçinin təfsir çalışmalarına da xüsusi bir önəmlə diqqət edilirdi. Sarayda “Hüzur dərsləri” deyilən təfsir dərsləri keçirilirdi. Bu dərslər Ramazan ayının ilk günündən başlayaraq, padişahın hüzurunda səkkiz dərsdə sona çatmaq şərti ilə tanınmış alimlər tərəfindən aparılırdı (3, s.99). Şeyxülislamların elmi irsinin əlyazma nüsxələri Türkiyənin dörd bir yanında və islamın yaşandığı ölkələrin müxtəlif əlyazma kitabxanalarında qorunmaqdadır. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda da Osmanlı dövlətinin şeyxülislamlarının əlyazma əsərləri saxlanılır.
Molla Şəmsəddin Məhəmməd bin Həmzə əl-Fənari Osamanlı dövlətinin quruluş dönəmində yaşamış bir alim, müdərris və dövlət adamı olmuşdur. O, 1350-ci ildə anadan olmuşdur. Fənari nisbəsi haqqında mənbələrdə fərqli məlumatlar vardır. Bu nisbənin Bursanın ətrafında yerləşən Fənar kəndindən və ya atasının məşğul olduğu sənət ilə əlaqəli olduğunu bildirirlər. Atası vəfat etdikdən sonra bacısının ailəsi onu himayəyə almış və bu himayə altında əl-Fənari gənclik illərinə qədər yaşamışdır. İlk olaraq atasından təhsil alan alim sonralar İznikdə Ələddin Əli Əsvəddən, Amasiyada Cəmaləddin Aksarayidən və Qahirədə Şeyx Əkmələddin Məhəmməd həzrətlərindən dərs almışdır(4, s.313). O, Şeyx Əkmələddindən icazə aldıqdan sonra Bursaya geri dönmüş, Yıldırım Bəyazîd tərəfındən Monastır Mədrəsəsinə müdərris və 1392-ci ildə isə Bursaya qazı olaraq təyin edilmişdir. 1424-cü ildə II Murad tərəfindən Molla Fənari təkrar Bursa qazısı və Manastır Mədrəsəsinə müdərris təyin olmuşdur(4, s.313-315). O, həmçinin II Murâd tərəfindən həmin ildə müftü vəzifəsində çalışmağa başlamışdır. Məhz bu vəzifə ilə onun ilk şeyxülislam kimi fəaliyyətə başladığı mənbələrdə bildirir. 1431-ci ildə Molla Fənari həcdən geri döndükdən sonra vəfat etmişdir. O, Bursada özünün inşa etdirdiyi caminin ətrafında dəfn edilmişdir(5, s.269-270). Molla Fənari Bursada üç məscid bir mədrəsə, Qüdsdə bir mədrəsə inşa etdirmişdir.
Molla Fənârî təfsir, təsəvvüf, fiqh, kəlâm, məntiq və bəlâğət sahələrində yüzdən çox qiymətli əsər qələmə almışdır. Bunlar arasından ən məşhurları təfsirə dair “Ayn əl-a’yân”, “Əl-fəvâid əl-Fənâriyyə şərh alə İsâğucî”, “Əsâs əs-sarf fî ilmi ət-təsrîf”, “Məcəllə min əhli ət-təsəvvuf” “Şərh fiqh əl-Keydânî” və s.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Molla Fənarinin B-7641 şifrəsi altında qorunan ərəb dilində yazdığı “Şərh şəvadih əl-zav” adlı əsərinin bir nüsxəsi saxlanılır. Əsər dilçiliyə aid olub, Tacəddin ibn Məhəmməd ibn Əhməd İsfərayininin əl-İmam Nəsir bin Abd əs-Seyyidin (v.1213) “Kitab əl-misbah fi ən-nəhv” adlı əsərinə yazdığı şərhin haşiyəsidir. Şərhi Tacəddin İsfərayini “əl-Zav” olaraq adlandırmışdır. Molla əl-Fənarinin haşiyəsi isə mənbələrdə “Haşiyə alə əI-Zav” adlanır. Əlyazmalar İnstitutunda saxlanılan nüsxənin adı isə “Şərh şəvadih əl-zav”dır. Nüsxə sadə tərtibatlı olub, kitabxana və ya şəxsi nüsxə olduğu ehtimal edilir. Əlyazmanın haşiyələrində mətnə dair Azərbaycan dilində katibin qeydləri vardır. Buna görə əlyazmanın Azərbaycanda hazırlandığı aydındır.
Molla Fənarinin Əlyazmalar İnstitutunda “Əl-fəvâid
əl-Fənâriyyə şərh alə İsâğucî” adlı əsərinin 60 nüsxəsi (B-1337; B-3240; B-4315; S-1082; və s.) qorunmaqdadır. Bu əsər Əsirəddin Əbhərinin məntiqə dair “İsağoci” əsərinə yazılmış çoxsaylı şərhlərdən birirdir. Nüsxələr tərtibatına görə kitabxana və ya şəxsi nüsxələrdir. Həmçinin bu nüsxələrin çoxunun Azərbaycanda köçürüldüyü də ehtimal olunur. Bu isə katiblərin nisbələrindən və haşiyələrdəki Azərbaycan dilində yazılmış qeydlərdən aydındır. Əlyazmaların köçürülmə tarixinə baxıldıqda isə bu əsərlərin köçürülməsi XVII əsrin sonundan (1643) başlayaraq, XIX əsrin ikinci yarısına (1869) qədər davam etmişdir. Nüsxələrin çoxluğu və köçürülmə tarixləri onların Azərbaycan mədrəsələrində uzun müddət dərs vəsaiti kimi istifadə edildiyini göstərir. Molla Fənarinin bu əsərinə Qul Əhməd Fazil bin Məhəmməd əl-Ağdaşi əl-Şirvani ( 47 nüsxə) və Burhənəddin bin Kamaləddin əl-Bulğarinin (15 nüsxə) yazdıqları haşiyələrin nüsxələri də qorunmaqdadır.
Molla Fənarinin “Haşiyə alə şərh cihət əl-vəhdə” adlı digər qısa həcmli bir əsərinin əlyazma nüsxəsi (B-457) qorunmaqdadır. Bu əlyazma sadə tərtibatlı olub, kitabxana və ya şəxsi nüsxədir.
AMEM M.Füzuli adına Əlyazmalar İnstitutunda Osmanlı şeyxülislamları arasında mövqeyi və şöhrəti ilə məşhur olan alimlərdən biri Əbüssuud bin Muhyəddin bin Mustafa əl-İskilibi əl-İmadi ər-Rumi əl-Hənəfinin təfsirinin əlyazma nüxsələri qorunmaqdadır. Əbüssuud Əfəndi İstanbulun Mudərris kəndində təqribən 1490-cı ildə anadan olmuşdur (doğumu haqqında fərqli tarixləri olan mənbələr vardır.). Atası dövrünün məşhur alimlərindən olmuşdur. Əbüssuud Əfəndi ilk təhsilini atasından almışdır. Sonralar isə o, ilk öncə Müəyyədzadə sonra isə Seyyidi Karamani və İbni Kamal Paşa kimi böyük ustadlardan dərs almış və illər sonra özü də bu məşhur alimlərin sırasına keçmişdir. Əbüssuud Əfəndi dini elmlərdə və xüsusilə də təfsir və fiqhdə böyük uğurlar qazanmışdır. II Sultan Bəyazid tərəfindən təqdir edilmişdir. O, Şeyxülislam İbni Kamal Paşa tərəfindən Çankırı mədrəsəsinə müdərris təyin edilmişdir. Lakin, burda işləməyə başlamadan əvvəl o, İnegöl İshaq Paşa mədrəsəsində ilk dəfə olaraq müdərris işləməyə başlamışdır. Sonralar isə Bursa və nəhayət İstanbulda mədrəsələrdə dərs vermişdir. Əbüssuud 1545-ci ildə Fənarizadə Mühyəddin Əfəndinin yerinə ömrünün sonuna qədər şeyxülisalm olmuşdur. Ən uzun müddətli şeyxülislam olmaqla yanaşı, o bütün həyatı boyunca elmi fəaliyyətdə olmuşdur. Əbüssuud Əfəndinin bir çox əsərləri vardır: “Məcmuət əl-Fətəva”, “Töhvət əl-tullab”, “”Maruzat”, “Duanamə” və s. Əbüssuud bin Muhyəd əl-İmadi 1574-cü ildə vəfat etmişdir. Onun qəbri İstanbulda Eyyub Sultan ətrafındadır(4, s.125-146; 8, s.201; 9, s.59). Onun əsərləri arasında “ İrşad əl-aql əs-səlim ilə mizayə əl-Quran əl-Azim” isimli təfsiri xüsusilə məşhurdur. O, bu təfsiri 1565-ci ildə yazmışdır. Əbüssud Əfəndi bu təfsiri Qanuni Sultan Süleymana (1494- 1566) təqdim etmişdir. Təfsirin Türkiyədə olduğu kimi, başqa ölkələrdə də əlyazma nüsxələri mövcuddur. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda bu təfsirin birinci cildinin iki nüsxəsi qorunmaqdadır. Təfsirin B-894 şifrəsi altında qorunan birinci nüsxəsi əl-Fatihə surəsindən başlayıb, əl-Maidə surəsi ilə sona çatır. Ayələr nəsx xətti ilə yazılaraq üstündən qırmızı mürəkkəblə xətt çəkilmişdir. Surələr haqqında məlumat qırmızı mürəkkəblə qeyd olunmuşdur. Sonu naqis olan əlyazmanın tərtibatından aydındır ki, nüsxə kitabxana nüsxəsi kimi hazırlanmışdır.
Təfsirin M-418 şifrəsi altında qorunan ikinci əlyazma nüsxəsinin nəfis tərtibatlı olub, sifarişlə hazırlandığı ehtimal edilir. Ayələr iri nəsx xətti ilə üzərindən qızılı mürəkkəblə xətt çəkilərək yazılmışdır. 1b səhifəsində qızılı, mavi və qırmızı rənglərlə çiçək motivləri ilə təzhiblənən sərlövhə tərtib edilmişdir. Surə adları qızılı, mavi, qırmızı və narıncı rənglərlə təzhiblənərək yazılmışdır. Abidə əl-Fatihə surəsindən başlayıb, əl-Əraf surəsi ilə sona çatır. Əlyazmanın cildi tünd qəhvəyi dəri olub, qızılı rənglə təzhiblənmişdir. Üzərinə salbəqli şəmsə, köşəbənd və zəncirək basılmışdır. Cildin iç tərəfi qara rəngə boyanmış və üzərinə qızılı rəngli şəmsə və köşəbənd basılmışdır.
Osmanlı şeyxülislamlarıın Azərbaycanda qorunan müxtəlif məzmunlu əlyazmaları Azərbaycan və Türkiyə arasında olan elmi və mədəni əlaqələrin tarixi keçmişindən xəbər verir. Belə ki, əlyazmaların arasında Azərbaycan ərazisində hazırlanan əlyazmalar olduğu kimi, Osmanlı dövlətində də hazırlanan əlyazmalar qorunmaqdadır. Həmçinin, əlyazmaların katiblərinin nisbələrindən də aydın olur ki, katiblərin bəzisi Azərbaycandan Osmanlı dövlətinə, bəziləri isə Osmanlı dövlətindən Azərbaycana köçmüşlər.
ƏDƏBİYYAT SİYAHISI:
1. Salih Arı, Osmanlılar`da Şeyhülislamlık Müessesesi. Yüzüncü Yıl Universitesi.İlahiyat Fakultesinin Dergisi.sayı 1, cilt 1, yıl : 1,1994
2. Osman Okumuş.Osmanlı Tarihində Katledilen Şeyhülislamlar Sosyal ve Beşeri Bilimler Dergisi,5 cilt, 1,2013
3. Demir Ziya XIII.-XVI.y.y. Arası Osmanlı Müfessirleri. İstanbul,2006
4. Bursalı M.T. Osmanlı Müellifleri. 3 cilt. İstanbul, 1333/1915
5. Abdülkadir Altınüstü.Osmanlı Şüyhülislamları, Ankara, 1972
6. Süreyye M. Siccil Osmaniyyə. 3 cild.İstanbul, 1311/1893
7. Nasuhi L. B. Büyük Tıfsir Tarihi. 2 cilt. İstanbul, 1974
8. Mehmet Özdemir .Mütercim ve Müellif bir Şeyhülislam: Hacazade E`sad Efendi ve eserleri.Turkish Studies , 6/2, 2011.
9. Kazıçı Ziya.İslam Kültür və Medeniyyeti.İstanbul, 1996
Geostrategiya" jurnalı № 04 (28) İYUL-AVQUST 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM