Ş.F Baxşəlİyeva.
ARDƏİA-nin şöbə müdiri
Təbriz ̶ Cənubi Azərbaycan Əyalətinin mərkəzi olub, min illərin tarixi keçmişinə sahibdir. İlk əvvəl Təbriz adının yaranma tarixinə baxaq.Təbriz adı Farsca Təb (atəş) və riz (axıdan tökən) sözlərinin birləşməsindən (Təbriz- atəş tökən) əmələ gəldiyi bildirilir. Bunun hekayəsi isə belə yaranıb. 791–ci ildə Abbasi Xəlifəsi Harun Rəşidin (17 Mart 763–. 24 Mart 809) həyat yoldaşı qızdırma xəstəliyindən əziyyət çəkir. Zibeydə XatunTəbrizdə olan isti sulara girib (spa) burada sağalmlaşdığından buranın adı Təbriz (atəş tökən) olmuşdur[2]. Təbrizin tarixi baxımdan ən əsas görməli yerlərindən birini mərkəzi küçələrin birində yerləşən “Təbriz Örtülü bazar”ı tutur ki, şərqdə ən böyük və ən vacib bazardır. Şərqdə ilk görülən yer “Bazar”─ İran, daha sonra Ərəbistan, Anadolu və Şimali Afrikaya qədər yayılmışdır [6]. Çarşı kəlməsi Farsca “cehar-su” dörd küçə mənasındadır. İki tərəfi dükan və ya meydanlara verilən addır. Qərbdə isə “Bazar”–“Çarşı” kəlməsinin qarşılığıdır. Bu ticarət məkanıTəbrizi demək olar ki, ən vacib iqtisadiyyat, sənaye, ticarət mərkəzinə çevirir. 30.000 hektar əraziyə malikdir. Zəlzələlər, müharibələr və təbii fəlakətlər zaman-zaman binaya zərər vurmuş, lakin müəyyən dövrlərdə memarlığına zərər vurulmadan bərpa edilmişdir. Hətta Qacar şahzadəsi Abbas Mirzə tərəfindən də təmir edimiş və bir neçə dini məktəb tikilmişdir. Eni bir klometrdir irili-xırdalı bazarda 5 mindən çox dükan, 8 dalan, 20 rastabazar, 35 sıra,25 timçə (eyni məhsulu və malı satan kiçik dükan)22 karvansara, 11 dalan, 9 dini məktəb və müxtəlif sayda ticarət məkanları var. Kəsişmələrsə digər ticarət məkanına keçiddir.“Təbriz Qapalı Bazarı” tarixi dərinliklərə götürən Cənubi Azərbaycanın xalı ustalarının mahir barmaqlarının və dünyada məhşur nadir əsər olan ən gözəl ipək xalıların satıldığı Müzəffəriyyə bazarı, baharatçılar küçəsi, qızıl satıldığı Əmir bazarı, Şüşəgərhanə, Şazdə, Mir İsmayıl, Dəriçilər bazarı, Hacı Rəhim və s çeşidli bazarları var. Bir çox girişləri olan “Təbriz Qapalı Bzar” ın bir girişi də Məsçidi- Cami deyilən Cümə namazı qılınan Təbrizin ən böyük məsçidinə çıxır. Qədimdən Təbriz bazarı Böyük İpək Yolunun üstündə yerləşdiyindən karvan yollarının mövcudluğu, Təbrizin mərkəzində yerləşən bu bazarı bütün ətraf ölkə tacirləri üçün buranı uyğun məkan etmişdir. Bina 2 mərtəbədən ibarətdir.1-ci mərtəbə ticarət, 2- ci mərtəbə isə sənət əsəri və dizaynla bağlıdır. 26 otaqdan ibrətdir. İçəri ilk addımda ziyarətçiləri özünə cəzb edən yersə mükəmməl dizaynla işlənmiş tavandır. Tavanın orta hissəsi gümbəzi xatırladır, kənarlarda isə kiçik bacalar var. Bacaların kənarları kiçik qırmızı kərpiclərlə şəbəkə şəklində, bəzəkli formada hörülmüşdür (Şəkil-1-2).Taxta çərçivəli pəncərələr isə ikinci mərtəbədə yerləşir.
Şəkil-1 Şəkil-2
Şəkil 1-2. Təbriz Örtülü Bazarın tavanı.
Buna bənzər 15- ci yüz illiyin tarixi məkanından biri Türkiyənin İstanbul şəhərinin mərkəzində yer alan eyni ada malik “İstanbul Qapalı Bazar”ıdır. Təməli 1461-ci ildə atılmışdır. Labirint kimidir. 30.700 kvadratmetrdir, 60 küçə və içəridə 3600-dən çox dükan var.1894-cü ildə böyük bir zəlzələ və bir neçə yanğın keçirən Qapalı bazar əvvəlki kimi düzəldilmişsə də, keçmişdəki əzəməti dəyişikliyə uğramışdır. Burda da “Təbriz Örtülü Bazar”ında olduğu kimidir, tacirlər arasında rəqabət tamamilə qadağandır, buradakı bütün dükanların ölçüləri də eynidir.
Bir başqa buna bənzər Suriyanın Dəməşq şəhərində yerləşən şərqin daha bir incisi məhşur “Hamidiyə Örtülü Bazar”ıdır. Buranı şəhərin bel sümüyü adlandırırlar. Digər tarixi örtülü bazarlar kimi bu bazarda şəhərin tam mərkəzində yerləşir. “Hamdiyə Qapalı Bazar”ı həm dinin həm də ticarətin ən qaynar nöqtəsidir.Adını Osmanlı Sultanı 2-ci Əbdül Əhməddən almışdır.Təxminən 150 il əvvəl Osmanlı Sultanı 1863-cü ildə inşa etdirmişdir və onun qoyduğu bir qanun var ki, bəzi dükanların gəlirləri hesbına tələbələrə və ac insanlara pul yardımı edilirdi və bu ənənə bu gün də davam edir. İlk baxışda bura Təbriz və İstanbul örtülü bazarlarını xatırladır.Tavan da 100-lərlə oyuq var və bu da bazarı günəşin işığı ilə aydınladır. Şəhər yayı çox isti olur, amma memarlıq üslübü elə inşa edilmişdir ki, yayda bura çox sərin olur. İçəri girərkən sağda Peyğəmbərlərdən hədis deyən tarixi şəxs Sahabi Həzrəti Əbuerənin məsçiddə məzarı var. Bazarın qərb qapısı şəhərin ən işlək prospektinə çıxır. Hamidiyə Qapalı Bazar”ına bitişik Şam qalası, Şərq qapısının qarşısında isə Misir və Suriya Sultanı Səlahəddin Yusuf İbn Əyyubinin dəfn olunduğu türbə var[6]. “Hamidiyə Qapalı Bazar”ı 15- ci yüz ilə aiddir. Əsrarəngiz memarlıq abidəsi UNESCO-nun dünya irsi siyahısına salınma da təəssüf ki, 2012- ci ilin fevralında müharibə şəraitində yanıb kül oldu. Demək olar ki, memarlıq incisi öz görünüşünü tamamilə itirdi.
Tarixi- ipək yolu üzərində mövcud olmuş Təbriz əlverişli ticarət üçün əsas bir ticarət mərkəzi olraq inkişaf etmişdir. Bü gün də eyni canlılıqla fəaliyyəti göstərir. İpək yolunun əsas ticarət məhsulu “Təbriz Örtülü Bazarı”nda satılan öz yüksək keyfiyyəti ilə dünyada 1- ci yerdə duran Təbriz xalısı öz gözəlliyi , keyfiyyəti ilə öndədir.16-cı əsrdən xalı toxumaq kənd sənəti olmaqdan çıxmış professional dizayn və sənaye halına gəlmişdir.Təbrizdə bu sənayenin mərkəzi olmuşdur[2]. Təbriz Süveyş kanalının 1869- cu ildən açılmasından əvvəl dünya ticarətində əsas bir mərkəz olub. Avropa malları Təbriz üzərindən gedirdi. Ancaq Süveyş kanalı açıldıqdan sonra Təbrizin millətlər arası ticarət əhəmiyyəti çox azalır[2].
NƏTİCƏ. Bütün tarix boyunca Təbriz müxtəlif şah, xanlar dövründə dəyişikliyə uğramışdır. 1468- ci ildə Təbriz Uzun Həsənin tərəfindən alınır. Bu dövrdə də Təbriz inkişaf etmiş və “Təbriz Örtülü Bazar” öz aktuallığını qorumuşdur. Daha sonra Şah İsmayıl 1500-cü ildə Təbrizi Səfəvi dövlətinin torpağına qatır.Yeni saraylar, camilər, xəstəxanalar tikdirir və Təbrizi ticarət, siyasi və ekonomik mərkəz kimi yüksəltmişdir. 15-ci yüz illikdən etibarən Azərbaycan və mərkəzi Təbriz Rus-Osmanlı və İran dövlətinin çəkişmələrinin ortasında qalmış və çox maddi –mənəvi zərərlər görmüşdür. Ancaq Təbriz bazarı tarixə təkcə bir ticarət mərkəzi kimi deyil, həm də siyasi, mübarizə ocağı kimi düşüb. 1891-ci il martın 19-da Nəsrəddin şahın İranda tütün ticarət hüquqlarını ingilis firmasına satmasına etiraz olaraq yenədə Təbriz bazarı idi. 1891-ci il avqustun 19-da Təbriz əhalisi adından şaha müraciət olunur, ardınca şəhər bazarı bağlanır. 1905-1911-cı illərdə baş vermiş Məşrutə hərəkatının aparıcı mərkəzi yenə də Təbriz bazarı idi. Təbriz bazarı Səttərxan hərəkatı zamanı proseslərin aparıcı mərkəzi olub. Elə buna görə də bütün əsrlərdə “Təbriz Örtülü Bazarı” ticarətin onurğası sayılıb. Bu mükəmməl məkanın əsas diqqqəti çəkən yeri bazarın işıqlandırılmasıdır. Memarlıq baxımından diqqətlə incələsək görərik ki,“Örtülü bazar”ın tavanında yerləşən işıqlandırma dizaynına dərin nəzər yetirmək lazımdır. Yuxarıda qeyd etdiyimiz "Çarşı" kəlməsi Farsca “cehar-su” kəlməsindən qaynaqlanan dörd mənasına gələn cihar-çar və orjinal Farsca“Su”, yəni səmt mənasına gəlir.Ancaq bu hər hansı bir ticarət yeri mənasına gəlmir,sadəcə “dörd” tərəfin kəsişdiyi “dörd tərəfli” mənasına gələn, insanların toplantı, ya da görüşdüyü nöqtə mənasına gələ bilir. Qapalı bazarlarda bu dörd yolun kəsişməsi və mərkəzi nöqtənin vurğulanması çadırlardaki atəşi təmsil etməkdə idi. Qapalı bazarlarda İslam memarlığının iki əhəmiyyətli dizayn elementlərindən olan su və işıq, hovuz və tavandan gələn işıqlandırmalarla yaradılmaqdaydı. Günümüzə qədər iç məkan və arxitektura xüsusiyyətlərini qoruduğu üçün “Təbriz Örtülü Bazarı” 2010-cu ildə UNESCO tərəfindən dünyanın ən böyük qapalı bazarı olaraq seçilmişdir. Tavanın açıq yerlərindən, oyuqlardan içəriyə düşən günəş işığı, daxili məkanın tamamilə təbii aydınlanmasını təmin etməkdədir. Təbriz qapalı bazarında şəhərin bir parçası olaraq, şəhərin tiklişi ilə iç- içə nəzərdə tutulmuşdur[6]. Tavanlar olduqca əhatəli, böyük strukturda dizayn olunmuşdur.
İslamdan əvvəl İranda olan Zərdüşt inanclar və dinlərdə təlimatlar açıqlamaq üçün işıq elementindən istifadə edərdi. İranda fərqli dövrlərdə hökm sürmüş olan bu dinlərdə işıqla əlaqədar inancların Örtülü Bazarın dizaynında da təsirli olmuşdur. Bu səbəbdən, bu inanclardan qısaca bəhs etmək lazımdır. Əməvilər dövründə Abbasi xəlifəliyində Monilərə göstərilən tolerantlıq, zamanla Zərduşt mubitlərinə şiddət göstərməyə başladılar. Maniçilik, əslində, Zərduşt Babil folkloru, xristian ünsürlərinin qarışığıdır Mani dini 8-ci yüzillikdə Uğur dövlətinin 762- ci ildə milli dini kimi elan edildi. Mani kəlməsi köhnə Türkcədə “Mengü” və Çağatay Türkcəsində tanrı deməkdir. Bu dində tanrısal aydınlıq ilə qaranlıq iki rəqib qarşı-qarşıya durur. Onlar yalnız təbiətin verdiyi təbii məhsullardan, həmçinin də işıq elementlərindən çox istifadə ediblər. Onlara görə işıqla qaranlıq axirətdə yox olacaqlar. Mani gözəlliyin ruha aid və uca bir işıq arenası ilə əlaqədar olduğuna inanmaqda idi. Bu səbəblə işığa əhəmiyyət vermək İranın sənət və memarlıq təməlini təşkil edir. Qaranlıq və işıqlı formaları arasındakı ziddiyyət və mübarizə, Zərdüşt düşüncəsinin təməli olub, varlığı işıqlıq və qaranlıq olan iki güclü xüsusiyyətlərin qarşılıqlı tərəfindən yarandığına inanmaqdaydı. İslam dövründə İran arxitekturasının, daxili məkan biçimlərində işığın həyat və insan ruhu üzərində müqəddəsliyi əks olunmuşdur. “Təbriz Örtülü Bazar” arxitekturasında işıq istifadəsinin fərqli sahələrdə ümumi dizayn istiqamətləndirilməsinə görə növləri yuxarıda toxunulan mövzulardan təsirlənmişdir. “Təbriz Örtülü Bazar”ında açıq sahələr, karvansara, həyət, mədrəsə və məscid, ekoloji sahələr- karvansara ətrafındakı otaqlar və mağazalar və tavandan günəş işığı enən yerlər birbaşa işıq alma sahələri olaraq qəbul edilməkdədir. “Təbriz Qapalı Bazar”ında işıq səviyyəsi baxımından, açıq sahələri üç kateqoriyaya ayıra bilərik:
1. İşıqlıq və parlaq açıq sahələr balkon, çardaq.
2. Tamamilə işıqlı və öz lokal işığı olan bağlı sahələr (homogen işıqlandırma); məscid, mədrəsə və karvansara kimi məkanların yan sahələridir. Ancaq bu bağlı sahələrdəki işığın rolu bu işdə nəzərə alınmamışdır.
3. Yarı qaranlıq və yarı işıqlıq sahələr və yerli işığı (müəyyən işıq qaynağı ilə işıqlandırılan sahələr); anbarlar, hamam, dükanlar və karvansara otaqları kimi sahələrdir.
İranda 4 iqlimin olması memarlıq elementindən kənarda qalmayıb (aşağıda 4 iqlim tipinin memarlıqda isifadə olunma üsulu göstərilmişdir şəkil-4).
Mülayim“Təbriz Örtülü Bazar”ın ana oxlarında iqlimə uyğun kərpic kəmər istifadə olunub. Kəmər forması və kərpic vəsaiti, istiliyin dəyişməsinə mane olmaqla bərabər, günəşin istiliyini də saxlayayaraq istiliyin qənaətini təmin etməkdədir. Ana oxlarının genişliyi və yüksəkliyi isti iqlimə görə daha aşağıdır. Bu ana oxlarda işıqlandırma və havalandırmanı təmin etmək üçün,kəmərlərin ortasında və kənarlarında kiçik məsamələr var. Bu açıqlıq içəridəki isti havanın çölə çıxmasına, daxili məkanın istiliyinin lap çox dəyişməsinə icazə vermir.Tavan açıq yerlərindən içəriyə gələn təbii işıq məkanlarının aydınlandırılmasına uyğun ritm və estetik görünüş verir və iki əhəmiyyətli faktor olan işıq və istiliyi təbii olaraq təmin edir. Damın üzərindəki açıqlıq ziyarətçilərin günün fərqli saatlarında vaxtı təqib etmələrini də təmin edir. Şəkil-5
ƏDƏBİYYAT:
1.Tapdıq Həsənov, Əbdürrəhim Hacızadə “Coğrafiya tarixi” Bakı Universitetinin Nəşriyyatı, 2001. s 22
2.Cihat Aydoğmuşoğlu, Tez Danısmanı Prof. Dr. Esref Buharalı T.C. AnkaraÜniversitesi Sosyal Bilimler Enstitüsü Tarih( Genel Tütk Tarihi) Anabilim Dalı “TARİHTE TEBRİZ” Ankara–2007. s 11, 1-ci bölüm s-9
3.Selçuklular ve islamiyet,Osman Turan, Ötüken yayınları, İstanbul, 2005.s.114
4. Selçuklular Tarihi ve Türk islam Medeniyeti, Osman Turan, s. 359, Bogaziçi yayınları, İstanbul 1996.
5.Kürə tv.Hamidiye Çarşısı (Suriya)
6.Soufg Moazemg- Hacettepe Üniversitesi Güzel Sanatlar Enistitüsü İç Mimarlık ve Çevre Tasarımı Ana Sanat Dalı Ankara 2013. s 13, 91-93
Geostrategiya" jurnalı № 04 (28) İYUL-AVQUST 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM