Z.M.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasında Şəki hakimiyyətinə dair

14:12 / 21.10.2015

Elməddin Quliyev,
AMEA-nın Tarix institutunun doktorantı

Azərbaycan tarixşünaslığı yarandığı gündən yurdumuzun tarixi müxtəlif qaynaqlar əsasında öyrənilmişdir. Lakin hazırda da Azərbaycan, o cümlədən Cənubi Qafqaz xalqlarının tarixinin tam dəqiqliyi ilə öyrənilməsi haqqında danışmaq tezdir. Bunu yaradan səbəblərdən başlıcası 1828-ci il Türkmənçay müqaviləsidir ki, həmin vaxtdan etibarən Şimali Azərbaycanın tarixi Rusiyanın Qafqaz siyasəti, Cənubi Azərbaycan tarixi isə İranın paniranizm siyasəti baxımından tədqiq edilmişdir ki, həmin nəzriyyələrin əsasını isə sonralar avropamərkəzçilik və “kəsrəviçilik” [3] təşkil etdi. Başlıcası, bütün bu cür tədqiqatlar tarixi-coğrafi məfhum kimi Azərbaycan ərazisini təşkil edən vilayətlərin tarixinə və onun etnik məsələlərinin öyrənilməsinə həsr edilsə də[2, 3-4], bir tərəfdən yazılı qaynaqların azlığı, digər tərəfdən, qaynaqların məqsədli şəkildə təhrif edilməsi, birtərəfli araşdırılması tariximizin qeyri elmi izahına gətirib çıxarmışdır [4, 3].
Qafqazşünaslığın bir qolu kimi azərbaycanşünaslıq hələ XIX əsrin ortalarında yaranmağa başlamışdır. Bu baxımdan A.Yankovski, B.Dorn, İ.Şopen, Gerland E., Q.Hübşman, İ.Marquart, M.Justi, Bartold V.V. Baratov S. və digərlərin əsrlərini qeyd etmək olardı ki, bu tədqiqatlarda daha çox tarixi coğrafiya və etnik məsələlərin həllinə, dil problemlərinin öyrənilməsinə yer verilirdi [46, 97-192; 47; 29; 54; 21; 35, 123-136; 21; 57; 55]. Adı çəkilən əsərlər yazıldığı dövrdə tədqiqatçıların istifadəsində olan qaynaqlar tam öyrənilməmişdi və burada qaynaq qıtlığı hiss edilirdi. Digər tərəfdən adı çəkilən müəlliflər yalnız antik və erməni qaynaqlarına üstünlük verirdilər. Bu cür elmi yanaşma isə qərəzli, daha çox xristian/ermənipərəst/ mövqeyi ilə seçilirdi. Onu da qeyd edək ki, məhz bu vaxt M.Brosset, K.Patkanovun və N.O. Eminin, Aniyskiy A. redaktəsi ilə qədim erməni və gürcü dillərində yazılan qaynaqlar fransız və rus dillərinə tərcümə edilərək tədqiqatçıların istifadəsinə verilirdi [50; 48; 19; 44; 34; 12; 10].
XX əsrin əvvəlində Qərbdə və Rusiyada bolşevik inqilabından sonra Avropada bu məsələ ilə bağlı Baynes N.M., Dirr A.A., Marquart J, Minorsky V.F. məşğul olmuşdular [49; 58; 60; 13; 15; 14; 17; 36]. Sonralar bu məsələlərlə bağlı sovet dövrünün tədqiqatçılarının əsərlərində rast gəlirik. Əlbəttə ki, bu dövrdə tədqiqatçıların ixtiyarına yeni yazılı qaynaqlar verilmiş, aparılan arxeoloji qazıntılar ilk məəxəzlərdə olan məlumatları daha da zənginləşdirmişdir. Lakin bu dövrün tarixçiləri öz tədqiqatlarında marksizm-lenininzm sinfilik nəzəriyyəsinin əsas müddəlarından çıxış edərək faktiki cüzi fərqlə rus/qərb tarixçilərinin ənənəvi baxışlarını müdafiə etmişdilər [13, 121-144; 36, 289-305; 42]. Bu tədqiqatların bütün müsbət cəhətlərinə baxmayaraq, yenə də onlarda erməni təəssübkeşliyi və qərəzliyi müşahidə edilir [43, 84, 87, 93, 144, 150, 185, 354; 39]. Həmin vaxt P.K.Cəuzi tərcüməsində bəzi ərəb qaynaqları nəşr edilir [32; 20; 33]. Onun dini ideoloji mübarizə ilə bağlı bir sıra əsərləri çap edilir [30].
Lakin keçən əsrin 50-ci illərinin ikinci yarısında-60-cı illərin əvvəlində Azərbaycan tarixşünaslığında yeni mərhələ başlayır. Bu dövrdə qədim və orta əsrlər dillərini bilən mütəxəssislər yaranır. Artıq Azərbaycan tarixi erməni tərcümələrindən deyil, bilavasitə orijinaldan öyrənilir və iranşünas və erməni tarixçilərinin inhisarından alınır. Əlbəttə ki, bütün bu tədqiqatların ən yüksək zirvəsi Z.M.Bünyadovun adı ilə bağlıdır. Azərbaycan tarixşünaslığı A.A.Bakıxanovdan başlandığı kimi Azərbaycan tarixşünaslığının medeyevistikası da məhz Z.M.Bünyadovdan başlayır [16, 14].
Ziya müəllimin tədqiqatlarında diqqət çəkən məqamlaqdan biri Xilafət dağıldığı ərəfədə Azərbaycan ərazisində formalaşan feodal dövlətlər məsələsidir. Müəllif tərəfindən Azərbaycanda formalaşan bəzi əslən alban mənşəli sülalələrin və onların xanədanlarının müəyyən edilməsi indi də aktuallığı ilə bizim tədqiqatçıların diqqət mərkəzindədir. Belə xanədanlardan biri də Şəki və onun sahibi Səhl ibn Smbat haqqında yazılı qaynaqlarda olan məlumatlarıdır. 1987-ci ildə Quram Qumbanın məqaləsinə cavab verən Z.M.Bünyadov bu məsələ ilə bağlı yazırdı: “Orta əsrlər Şəkinin lokalizasiyası ilə bağlı məsələlər Qafqazın tarixi xəritəsinə özünəməxsus düzəlişlər etmək istəyən tədqiqaqtçıları çoxdandır ki narahat edir. Onlardan bəziləri bu torpaqları dövlət torpaqlarına daxil etmək məqsədi ilə sərhədləri şərqə doğru çəkir, digərləri birincilərin fikirlərini özlərinə qiblə edərək, ləzzətlə onları müdafiə edir fikirlərini təsdiqləyirlər...” [25, 117-119].Vaxtı ilə adı çəkilən məsələ ilə A.Y.Krımski, V.F.Minorski, Ç. Dovsett, V.V.Bartold, Y.Markvart, V.A.Abaza və başqaları məşğul olmuşdular[36, 364-384; 59, 504-514; 53 462-463; 22651-674; 57, 461; 5, 70]. Lakin indiyə kimi əsasən də erməni uydurmalarına əsaslanan tədqiqatçılar /M.Çamçyan, V.Abaza, A Qren, Q.Veil və digərləri/, Şəki hakimi Səhl ibn Smbatı erməni Baqratuni çar nəslinin nümayəndəsi hesab edirdilər [51, 401; 28, 60; 61,, 301].
Musa Kalankatuklu Şəki hakimi Səhl ibn Smbat haqqında iki yerdə məlumat verir. Birinci dəfə o yazır ki, “erməni təqvimi ilə 270-ci ilin sonunda ərəblərin seçmə döyüşçüləri gizlicə Bərdədən çıxıb Amaras vilayətini qarət etdilər. Min nəfərə qədər əsir alıb Böyük Arranın Şikarkar məntəsində möhkəmləndilər. O vaxt cəsur və əzəmətli Arranşah işxan Səhl ibn Smbat igid qardaşları ilə birlikdə öz qoşunu ilə səhərçağı ərəblərə hücum etdi. Onlardan çoxunu qılıncdan keçirib qalanını qaçırtdılar, əsirləri isə şirlərin dişlərindən çıxarıb azad etdilər” [1, 194; 34, 164] . Erməni tarixi ilə 270-ci il 821-ci il mayın 5-də başlanıb 822-ci il 4-də bitib [1, 232] .
Daha sonra adı çəkilən alban müəllifi yazırdı: “Erməni təqviminin iki yüz səksən altıncı ilində Bağdaddan qəflətən on iki min atlı qoşun çıxıb Albaniya ölkəsinə basqın etdi. Çar nəsli Mehranilərdən olan Səhl ibn Smbat köməyinə böyük şəhid Qriqorisi çağırıb aciz quşlara şığıyan qartal kimi onların üzərinə hücuma keçib darmadağın etdi və çöllərə saldı. Elə həmin ildə bu işxan – Səhl ibn Smbat ölkələri dağıdıb ölümsaçan, qaniçən və yırtıcı qiyamçı Babəki tutdu və onu əmirəlmöminin ixtiyarına verdi. Öz səyinə görə o xilafətdən böyük mükafat aldı, Erməniyyə, İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi və o, bu ölkələrdə çar kimi hakimlik etdi” [1, 197].
Z.M.Bünyadovun tərcüməsində təqdim olunan bu parçadan fərqli olaraq Ş.Smbatyanın tərcüməsində Səhl ibn Smbat Zarmihr çar nəslindən olduğu göstərilir [34, 166]. Lakin Z.M.Bünyadov tərəfindən aparılan tədqiqatlar onu sübut edir ki, Səhl ibn Smbat tarixi səhnəyə bir qədər əvvəl çıxmışdır. Məsələn “Əl-Bab və Şirvan tarixindən fəsillər” adlı ərəb qaynağına əsaslanan alimimiz yazır ki, hicri tarixinin 205-ci, yəni milad tarixinin 820-ci ilində xəlifə Məmun tərəfindən Azərbaycan, Arran və Ermənistan hakimi vəzifəsinə təyin edilən Xalid ibn Yəzid ibn Məzyəd öz iqamətgahı Bərdəyə gedərkən, yolda Şəki əhalisinin üsyanını yatırmalı olmuşdu. Mənbəyə əsaslanan Z.M.Bünyadov daha sonra qeyd edir: “Xalid onlarla vuruşmağa girişdi və onların Xalidə gecə vaxtı hücum etdiklərinə baxmayaraq, qalib gəldi və onlardan çoxunu öldürdü. [Onlar aman istədilər] o da onlara verdi, əvəzində onlar öhdələrinə götürdülər ki, ildə ona 500 min dirhəm versinlər. Sonra onlardan girov götürüb, onları buraxıb getdi” [2, 176]. Səhl ibn Smbatın guya Baqratilər nəslinə mənsub olması haqqında yazılarında Z.M.Bünyadov isə Ç.Dovsetin fikirlərini dəstəkləyərək yazırdı ki, adı çəkilən Şəki hakiminin Baqratuni nəslinə mənsub edilməsi qaynaqlarda adların qarışdırılması nəticəsində meydana gəlmişdi və buna görə də rədd edilməlidir [2, 171].
Dərhal Z.M.Bünyadovun bu nəticələrini şübhə altına alan A.Ş.Mnatsakanyan Səhl ibn Smbat haqqında yazaraq əvvəlki erməni uydumalarına əsaslanaraq onu artıq erməni “aranşahik” nəslinin törəməsi elan edir. Hətta onun qənaətinə görə əvvəldən həmin erməni millətindən olan aranşahiklar Mehranilər bura köçənə kimi Arranda aparıcı mövqeyə malik idilər. Məqaləsində Məkdisiyə əsaslanan A.Ş.Mnasakanyan yazırdı ki, Səhl ibn Smbat erməni batriklərindən biri idi [38, 177-190]. Lakin burada qeyd etmək lazımdır ki, həmin müəlliflər özlərinə sərf etdikləri tərzdə ərəb qaynaqlarında onların hökmranlığı dövründə inzibati vahid olan “Ərmməniyyəni” artıq həmin vaxtda yalnız coğrafi məzmun təşkil edən “Ermənistan/Armeniya”-nı qarışdırırdılar. Artıq Azərbaycan tarixünsılığında bu barədə dəfələrlə yazılıb [2, 135-143; 6, 13]. Sonralar yenə həmin məsələyə qayıtmalı olan Z.M.Bünyadov A.Ş.Mnasakanyana olan cavabında yazırdı ki, “A.Ş.Mnasakanyan yerli Zarmihr hökmdar nəslindən çıxmış Arran ... hakimləri aranşahların erməni mənşəli olmasını iddia edir. Lakin bunun üçün heç bir əsas yoxdur, bundan əlavə Musa Kalankatuklunun əsərində dəqiq olaraq Zarmihr evinin yerli aqvan mənşəli olması haqqında deyilir ... Lakin A.Ş.Mnasakanyan istədikdə yadına salmalıdır ki, “Alban tarixinin” bütün nəşrlərində Səhl ibn Smbatın Zarmihr hökmdar ailsinə və aranşahlar sülaləsinə mənsubiyətini sübut edən parça əksini tapmayıb. Bu barədə hələ 1940-cı ildə T.İ.Ter-Qriqoryan yazmışdı. Bu haqda 1957-ci ildə ingilis ermənişünas tarixçi Ç.C.Dovsett “Qafqaz albanlarının tarixindən” unudulmuş parça” adlı məqaləsində yazmışdı. Bu barədə həm də 1961-ci ildə “Bir daha Moisey Kaqankatvasinin “Albaniya tarixinin” çap olunmamış səhifələri haqqında ... və 1964-cü “Albanika III” məqaləmdə yazmışdım... Nəhayət “Albaniya tarixində” Səhl ibn Smbatın alban mənşəli olmasını təsdiq edən bir yer də var” [27]. Kalankatuklu bu haqqda yazır: “Etibarlı və gerçək tarixçilərdən öyrəndik ki, İran şahının qohumlarından olan Bindoy və Bistam qardaşları Xosrovun atası Hörmüzdün əleyhinə üsyan edib onu öldürdülər ... Bundan sonra Xosrovun qohumu olan Mehran qaçıb ona sadiq olan ölkənin vilayətlərini öz hakimiyyəti altına aldı və Albaniyaya getdi. O, özüylə 30 min ailə aparıb böyük Bərdə şəhərinin yaxınlığında Uti vilayətinə daxil oldu və sonra Xəzərlərin ölkəsinə gedərək İranın bu düşmənlərinə qoşulmaq istədi ... Xosrov təcili olaraq Mehrana məktub yazır ... Bu məktub Mehrana dərə-təpəli Girdman vilayətinə çatmışdı... Bu yerlərin mülayim təbiətinə nəzər salaraq Mehran ... məmnuniyyətlə orada qaldı və orada şəhər salıb onu Mehravan adlandırdı. O, yaz mövsümü gələndə Girdman vilayətinin yuxarı əyalətlərinə gedib, hiylə ilə onların on iki yerli əyanını yanına dəvət edərək hamsını qılıncdan keçirib ölkəyə sahib olur. Bundan sonra o, ... rəhmətə getdi. Onun Armayel adlı oğlu var idi. O, Vardı dünyaya gətirdi, Vard isə üç il ərzində Girdman qalasını tikən Vardanı dünyaya gətirdi. O, ürəyinə vəfazısızlıq salaraq ... qədim yerli Aranşahları guya qonaqlığa dəvət edir. O, onlar üçün ölüm yeməyi hazırlayıb onu öz qanları ilə birlikdə onlara yedizdirdi. Onlardan altmışının başlarını vurdurub yalnız birini - öz qohumunun qızının ərini, Aranşah Zarmehri sağ buraxdı” [1,100 ; 34, 94].
Z.M.Bünyadovun həmin fikrini təsdiqləyən bir fakta nəzər salmaq istərdik. Məsələn, istər Z.M.Bünyadovun, istərsə də Ş.Smbatyanın tərcüməsində Səhl ibn Smbat “arranşah” kimi verilir. Həmin dövrü işıqlandıran müəlliflər, M.Xorenli və M.Kalankatuklu, Albaniyadan danışarkən qeyd edirlər ki, Parfiya Arşaki hökmdarı Vaqarşak bura “Yafəs nəslindən və Sisakan ... soyundan olan” Aranı hakim təyin edir [1, 17; 34, 25]. Bu haqda eyni məzmunlu məlumata biz M.Xorenlinin “Ermənistan tarixi” əsərində də rast gəlirik [45, II]. Qaynalarda olan bu məlumatlara əsalanaraq deməliyik ki, hər iki müəllif Aranın Sak mənşəli olmasını təsdiqləyir [10, 373-410].
Sakların mənşəyinə gəldikdə tarixşünaslıqda bu məsələ ilə bağlı iki fərziyyə mövcuddur – onların iran məşəli, yaxud türk mənşəli olması. O ki qaldı Baqratilərin mənşəyinə həm M.Xorenli, həm də M.Kalankatuklu yenə də eyni məzmunlu hekayə verirlər: “... Əgər sən Baqratilərin nəsli haqında bir şey öyrənmək istəsən, bil ki, erməni çarı Paruyr oğlu Hraçe Babil çarında Şmavon adlı yəhudinin ona verilməsini xahiş etmişdi. Özüylə aparıb, onu böyük hörmətlə Erməniyyədə yerləşdirdi. Bax, Baqratilər həmin Şmavonun törəmələridir” [1, 16; 34, 24; 46, II]. Yəni qaynaqlardan göründüyü kimi Baqratunilər yəhudi mənşəlidir.
Beləliklə qaynaqda olan bu məlumatdan bir daha aydın olur ki, əgər erməni müəllifləri hesab etdikləri kimi Səhl ibn Smbat “erməni millətindən” idisə, bu halda M. Kalankatuklu Zərmehri və onun nəslindən olan adı çəkilən Şəki hakimini “hayots” adlandırardılar. Lakin, gördüyümüz kimi alban tarixçisi bu nəslin nümayəndələrini ermənilərdən fərqləndirərək onları “aranşah” adlandırır. Albaniyanın sərhəd məsələsi ilə bağlı Ter-Gevondyanın kitabına cavab yazarkən Z.M.Bünyadov xüsusi olaraq qeyd edir ki, ümumiyyətlə sərhədlərin şərqə və şimal-şərqə doğru çəkmək ümumiyyətlə erməni tarixçilərin xəstəliyidir. O ki qaldı Sünika, müəllif qeyd edir ki, bu ərazi Ermənistan tərkibinə ilk dəfə 577-ci ildə, sonra da 1921-ci ildə daxil edilmişdir [26, 115-116]. Lakin bunu da qeyd etmək lazımdır ki, müasir Ermənistanı tarixi Ermənistanın nə hüquqi varisi kimi qəbul etmək, nə də ki coğrafi cəhətdən eyniləşdirmək olmaz.
Arranın Sisak nəslindən olması və həmin adla Sünik/Sisakan adının bağlılığı Z.M.Bünyadovun digər mühüm bir nəticəsini təsdiqləməyə imkan verir. Bu Səhl ibn Smbatın mülkü olan Şəki qalası idi. Yenə də Z.M.Bünyadovu tənqid edən A.Ş.Mnasakanyan Sünik, Ktiş, Varsan, Beylaqan, Qəbələ, Şəki, Arsax-Xaçın, Girdman və Utini erməni vilayətləri hesab edərək, yazırdı ki, erməni, gürcü və ərəb qaynaqlarında adı çəkilən Şəki qalası sonralar Şəki xanlığının mərkəzi idi və onun Sünikdə yerləşən eyni adlı məntəqəyə heç bir aidiyyatı yoxdur [38, 177-190].
Z.M.Bünyadovun yazdığından aydın olur ki, bu məsələdə ilk səhvi A.Y.Krımski buraxmışdır [36, 460-463; 24, 92]. A.Y.Krımskinin mülahizələrinə görə, Şəki hakimi Səhl ibn Smbatın Kür çayının “o tayında yəni sağ sahilindəki bəzi knyaz sülaləri ilə ... bəlkə qədimdən qohumluq əlaqələri var idi” [36, 373]. Sonralar A.Y. Krımskinin bu fikirlərini V.F.Minorski müdafiə etmişdir [59, 506]. Lakin 1960-cı il fevralın 4-də Z.M.Bünyadova məktub yazan V.F.Minorski etiraf etmişdir ki, bütün tədqiqatçlar iki Şəkinin olduğunu nəzərdən qaçırmışdılar və “görünür iki Şəki ərəb qaynaqlarında qarışdırılmışdır”. Eyni şeyi bir həftə sonra Ç.Dovsett də müəllifə yazdığı məktubunda etiraf etmişdi [2, 100]. Həmin müəlliflərdən fərqli olaraq ərəb qaynaqlarına əsaslanan Z.M.Bünyadov Səhl ibn Smbatın iqamətgahını yerləşdirərək yazır ki, Şəki qalasının xərabələri Bazar çayın sol sahilndə Darvazatəpə dağının üstündə yerləşib. Şəki qalası çay vadisinin qabağını tutaraq, yola və ətraf yerlərə hakim olan çox güclü bir istehkam məntəqəsi idi [2, 179]. Z.M.Bünyadov dediklərini Dinəvərinin və Təbərinin məlumatları ilə əsalandırır. Dinəvəri yazırdı ki, “O zaman (837-ci ildə) Araz boyunca uzanan torpaqlara Səhl ibn Smbat malik idi” [2, 178]. Babəkin Bəzzin süqutundan sonra Bizansa qaçışından danışan Təbəri isə yazırdıki, imperiya ərazisinə keçmək üçün Babəkin yolu Səhlin mülkü Şəkidən keçirdi və o Sünikdən keçərək yolunu davam etməli idi [2, 179].
Lakin Səhl ibn Smbatın qalası olan Şəki ilə bağlı Z.M. Bünyadovun fikirlərini təsdiqləyən başqa mühüm faktlar da var. Bu ərəb-xəzər müharibələrini işıqlandıran hadisələrlə bağlı olan məlumatlardır. 723-729-cu illər hadisələrini işıqlandıran müsəlman qaynaqlarından aydın olur ki, 723/724 –cü illərdə xəzərlərlə müharibədə ərəb qoşununun başçısı əl-Cərrah ibn Abdullah əl-Hakimi təyin edilmişdir. Lakin onun yürüşləri uğursuz nəticələndiyinə görə xəlifə Hişam 725/726-cı illərdə Carrahı Məsləmə ibn Əbdülməliklə əvəz edir [41, 180-181]. 728/729-cu ildə Məsləmə Dəryal istiqamətində xəzərlərə qarşı uğursuz yürüş təşkil edir [31, 42]. Bunun nəticəsi idi ki, 729/730-cu ildə xəzərlər Azərbaycana yürüş etdilər və Məsləmə yenə Cərrahla əvəz olundu. Dərhal əl-Cərrah Tiflis istiqamətindən Səməndərə doğru yürüş təşkil edir. Əl-Küfinin məlumatına görə, xəzərlər cavab olaraq 300 minlik qoşunla Azərbaycana soxuldu [7, 22]. Qaynaqlardan isə aydın olur ki, həmin vaxt Cərrah Şəkidə idi və o Beylaqan və Varsan yolu ilə Ərdəbilə doğru çəkildi [41, 181].
S.Aşurbəylinin məlumatına görə, ərəb qaynaqlarında istifadə olunan “Varsan” erməni qaynaqlarındakı “Vardanakert” idi [18, 40]. Tədqiqatçıların əsaslandır-dığı fikirlərə əsasən ərəb qaynaqlarında adı çəkilən Varsan Araz çayının sağ sahilində, Qarasu çayın ora töküldüyü yerdən bir qədər aşağıda yerləşirdi [18, 40]. Anonim erməni coğrafiyasında Beylaqan (Paytakaran) isə belə təsvir edilir: “...Paytarakan Utinin şərqində, Araz üzərindədir, hazırda Atrpatakana daxil olan 12 əyalətdən ibarətdir: 1. Hrakot-Peroj, 2. Vardanakert, 3.Yeotnpürakian-Baqink, 4. Rotibaqa, 5. Baqanrot, 6. Arospijan, 7. Qani, 8. Atli, 9. Baqavan, 10. Spandaran-Peroj, 11. Ormizd-Peroj, 12. Alevan” [12, 49-50]. Baxmayaraq ki, erməni anonimində Şəki haqqında heç bir məlumat yoxdur, lakin ərəb qaynaqlarında əl-Cərrahın Ərdəbilə doğru marşrutu haqqında olan məlumatlar bir daha nəzərdə tutduğumuz Şəki haqqında bildiklərimizi təsdiqləyir və Z.M.Bünyadovun fikirlərinin tam əsaslı olduğunu sübut edir. O ki, qaldı “Varsan” adına, bu söz türk mənşəlidir və “bars yurdu” – bars+an (toponimik formant) – deməkdir [9, 3-19] ki, bu barədə Şəmsəddin Sami yazırdı:“Varsan – bütün Azərbaycanın və ya onun bir hissəsinə verilən addır” [52, 173]. Şəmsəddin Saminin bu məlumatı erməni anonimdəki məlumatla tam üzlaşır.
Beləliklə də, yazılı qaynaqların bu məlumatına əsaslanan Z.M.Bünyadov erməni tədqiqatçlarının bütün uydurmalarına baxmayaraq düzgün olaraq Səhl ibn Smbatın mənşəyini bilavasitə Azərbaycanla/Arranla bağlayır və onun mülkü olan Süniki Albaniyanın tarixi torpaqları hesab edir.

Ədəbİyyat sİyahısı

1.Kalankatuklu Moisey. Albaniya tarixi. Ифлж.Удь.1993
2.Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə . Bakı Azərnəşr.1989
3.Kəsrəvi S.A. Şəhriyaran-e qumnam. Fars dilindən tərcümə M.Pənahyanın. AMEA-nın Tarix İnstitunun Elmi Arxivi. № 2668
4.Məmmədov Tofiq. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı. Təhsil. 2000.
5.Абаза В.А. История Армении. СПб.1888
6.Vəlixanlı Nailə. Naxçıvan ərəblərdən monqollaradək (VII – XII əsrlər). Bakı. Elm. 2005.
7.ал-Куфи Абу Мухаммад ибн А'сам. Книга завоеваний. Баку. 1981
8.Адонц Н. Армения в эпоху Юстиниана. СПб.1908
9.Алекперов Алекпер. К локализации и происхрождению названия Аратта // Tarix və gerçəklik. Azərbaycan tarix qurumu. 2/2010
10.Алекперов Алекпер. Тюрки Азербайджана (древность и ранне средневековье) Баку. Издательский дом «Şərq-Qərb”, 2011
11.АнийскийА.Древнеармянские историки, как исторические источники.. Одесса.1899
12.Армянкая география VII века по Р. Х. (приписываемаяю Хоренскому). Издал К.П.Патканов. СПб. 1877
13.Артамонов М.И. Древний Дербент. Советская Археология. 1946. Т. VIII
14.Артамонов М.И. История хазар. Л. Гос.Эрмитаж. 1962
15.Артамонов М.И. Очерки древнейшей истории хазар. Л.Гос.соц.эконом.1936
16.Асадов Фарда.О книгах и о жизни З.М.Буниятова. // Статьи о Зие Буниятове. Azərbaycan şərqşünaslığı. № 2(8)•2012
17.Атаев Д.М. Нагорный Дагестан в раннем средневековье (по материалам археологических раскопок Аварии) – Махачгала.Даг.ФАН СССР.1963
18.Ашурбейли С.О датировке и названии Гыз-галасы в крепости Баку // Изв. АН Аз.ССР, сер. Ист, фил., права 1974, № 3
19.Асохик. Всеобщая история Степаноса таронского Асохика по прозвaнию, писателя XI столетия. Переведена с армянского и объяснена Н.Эминым. Москва.1864
20.Баладзори. Книга завоевания стран: Текст (араб.) и перевод. /Пер. П К. Жузе. - В кн.: Материалы по истории Азербайджана, вып. 3, Баку. 1927
21.Баратов С. История Грузии. Тетрадь II-III.История средних веков.СПБ.1871
22.Бартольд В.В. Место прикаспийских областей в истории мусульманского Востока. Соч.т.II, ч. I. М. Восточная литература, 1963
23.Бартольд В.В .Историко-географический обзор Ирана.. Спб.1903
24.Буниятов З.М. О местонахождении средневековых городов-крепостей Базз и Шаки // Краткие сообщения Института народов Азии (АН СССР). Арабские страны. M.1961, вып. 47
25.Буниятов З.М. Еще раз о локализации области Шаки (в связи с публикацией Гурама Гумбы) // Изв. АН Аз.ССР. сер. Истории, философии и права. 1987, № 1
26.Буниятов З.М. Размышления по поводу книги А.Н.Тер-Гевондяна «Армения и арабский халифат». Ереван, 1977. – 319 с.) // Изв. АН Аз.ССР. сер. История, философия, право. 1977
27.Буниятов З.М.Ответ моим критикам и оппонентам // http://ziyabunyadov.com/ru/otvet
28.Грен А.Н. Династия Багратидов в Армении, ЖМНП, ч.190, СПб.1893
29.Дорн Б. Каспий. О походе древних русских в Табаристан. Изд. В приложении к Зап..Академии Наук, т.26. СПб.1875
30.Жузе П.К. Папак и папакизм. К истории коммунистического движения в Азербайджане в IX в. по Р.Х. //Известия Бакинского Государственного Университета. Баку, Вып.2. 1921
31.История халифов вардапета Гевонда, писателя VIII века. СПб.1862
32.Йакуби. История: Текст и перевод, /Пер. П. К. Жузе. — Материалы по истории Азербайджана. , вып. 1.Баку, 1927
33.Йакут. Извлечения из географического словаря Якута ал-Хамави. Ер. П.К.Жузе. Баку.1942. НАИИНАНА. Инв. № 505
34.Каганкатваци Моисей.История агван Моисея Каганкатваци. Пер. с др.арм. К.Патканова. Спб.1861
35.Комаров А.В.Укрепления Дербента и Кавказские стены. Доклад 27 сентября 1881 г. на V Археологическом съезде. Труды V Археологического съезда в Тифлисе. М.1887
36.Крымский А.Е.Страницы истории Северного или Кавказкого Азербайджана (классическая Албания). Кабала. Сб. «С.Ф.Ольденбургу». Л.1934
37.Mагомедов Р.М. Древний Дербент – свидетель далекого прошлого Дагестана. Махачгала.Даггиз.1940
38.Мнацаканян А.Ш., Севак П.По поводу книги З.М.Буниятова «Азербайджан в VII-IX вв.» // Историко-филологический журнал “ АН АрмССР, 1967, № 1
39.Новосельцев А.П. К вопросу о политической границе Армении и Кавказской Албании в античный период. – в сб. Кавказ и Византия. Ереван. Вып.1. 1979
40.Новосельцев А.П. Пути развития феодализма. М.Наука. 1972
41.Новосельцев А.П. Хазарское государство и его роль в истории Восточной Европы. М.Наука.1989
42.Очерки истории СССР. Кризис рабовладельческой системы и зарождение феодализма на территории СССР. Т. I-III. Под ред.Б.А.Рыбакова. Москва. АН СССР.1958 /947 с./; 43.Тревер. К.В. Очерки по истории и культуры Кавказской Албании (IV в. до н.э.-VII н.э.) Москва-Ленинград. 1959
44.Хоренский Моисей. История Армении. Перевод с др.арм. Н.О.Эмина. Москва.1893
45.Хоренаци Мовсес. История Армении. Пер. с древнеарм. введ. и прим. Гагика Саркисяна. Издательство: Ереван., «Айастан», 1990, II:8
46.Янковский А. О древней Кавказской Албании. ЖМНП. СПб. 1846, ч.2, отд. II, c/97-192; 47.Шопен И. Новые заметки на древние истории Кавказа и его обитателей. Спб.1866
48.Agathangel. Histoire du regue de Tiridate. V.Langlois. Fragmenta historicorum.. t.6.Paris.1870
49.Baynes N.H. Rome and Armenia in the forth century. The English Historical Review., XXV, New-York-Bombey-Calcutta.1910,
50.Brosset M. Histoire de la Georgia. St.Petersbourg 1819. 8.
51.Сhamich M. History of Armenia, v. I. Calcutta, 1927
52.Diktionare Universed D’Historiye et de geograpie per Ch. Sami Bey Franchery/ Constantinopole. 1899.
53.Dowsett G.J. F.A. Neglected Passage in the “History of the Cauasian Albanians” // BSOAS, XIX/3, 1917
54.Gerland E. DiePersischenFeidzigedesKaisersHeraklius. BZ.1894
55.Hubshman H. Die Altarmenischen Ortsnamen Mitniner Karte. Indogermnischen Forschungen. Bd. SVI, h-3-5 – Strassburg, 1904
56.JustiI. Iranischennamenbuch. Magdeburq/1895
57.Marquart J. Osteuropäsische geoqrapische und ostasisiatische Streifzüge- Etnologische und historisch-topograpische Studien yur Geschihte des 9 und 10 Jahr hunderts (c-840-940)/ Leipzig.1903
58. Marquart J. Skizzen zur historischen Topographie und Geschite von Kaukasien Das Itinerar von Artaxata nach Armstika auf der romischen Welkarte – Handes Amsorva, 11-12 1928
59.Minorsky V.F. Caucasia IV. // BSOAS. XVII, 1955
60.Minorsky V.F. Shekki. E.J.1927
61.Weil G. Geschihte der chalifen, II, Mannheim, 1848 

Geostrategiya" jurnalı № 04 (28)  İYUL-AVQUST 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM