ERMƏNİ VƏ ERMƏNİPƏRƏST XARİCİ QÜVVƏLƏRİN QƏRƏZLİ TƏBLİĞATININ İFŞASI SAHƏSİNDƏ AZƏRBAYCAN DİASPORUNUN FƏALİYYƏTİ

11:13 / 22.10.2015

Nəsrin Süleymanlı

Son illər ərzində Azərbaycanın dövlət rəhbərliyinin, Azərbaycan diplomatiyasının, Azərbaycanın elmi ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin, Heydər Əliyev Fondu kimi ictimai təşkilatın səmərəli fəaliyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv baxışların formalaşmasında xüsusi əhəmiyyət kəsb etməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan həqiqətlərinin təbliği sahəsində Azərbaycan diplomatiyasının fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əiliyevin qeyd etdiyi kimi artıq hücum xarakteri almışdır və bu istiqamətdə səmərəliliyin artırılması bütün müvafiq qurumların qarşısında dayanan başlıca vəzifə kimi qiymətləndirilmişdir (1).
Erməni diasporu və onu himayə edən qüvvələrin antiazərbaycan fəaliyyətinə qarşı güc mərkəzinə çevrilməkdə olan Azərbaycan diasporunun təşkilatlanması üçün hələ XX əsrin ortalarında müəyyən cəhdlər göstərilsə də bu istəyin real prosesə çevrilməsi əslində Azərbaycanın müstəqilliyi dövrünə təsadüf edir. Məsələn, məlumdur ki, 1943-cü il noyabrın 6-da Berlində xaricdə yaşayan azərbaycanlıların birləşdirilməsi üçün Milli Azərbaycan Komitəsinin qurultayı keçirildi. 1949-cu ilin yanvar ayında Türkiyədə “Azərbaycan Kültür Dərnəyi” yaradıldı, 1956-cı ildə isə Amerikada Amerika Azərbaycan Cəmiyyətinin əsası qoyuldu (2). Lakin bu təşkilatlar kütləvi təşkilatlar deyildilər və onların Azərbaycanla real bağlılığı yox idi.
SSRİ-nin dağılması ərəfəsində Azərbaycanın ictimai-siyasi həyatında baş verən canlanma xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına da bir fəallıq gətirdi. Bunun nəticəsi idi ki, 1989-cu il dekabrıln 31-də İstanbulda Ümumdünya Azərbaycanlıları Konqresi keçirildi. 1990-cı ildə isə Türkiyənin Kayseri şəhərində Millətlərarası Böyük Azərbaycan Konqresi təşkil olundu. 1990-cı ilin noyabr ayının əvvəllərində isə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzlərinin I qurultayı çağırıldı. Bu qurultayın işində Böyük Britaniya, Fransa, İsveç, Norveç, İspaniya, Estoniya, Almaniya və o cümlədən Azərbaycanın nümayəndələri iştirak etdilər. Bu qurultayın gedişində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması məsələsi də müzakirə
edildi (3).
Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və qurumlanmasının real prosesi Dağlıq Qarabağ ətrafında atəşkəsin əldə edilməsindən sonrakı dövrə təsadüf edir. Bu təşkilatlanmanın ideoloji əsasları isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyuldu. Həmin illərdə xarici ölkələrə etdiyi səfərlərində Heydər Əliyev həmin ölkələrdə yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşlər keçirər və onları vahid ideya, Azərbaycançılıq ideyası ətrafında birləşməyə (4) və Azərbaycanın maraqlarının keşiyində durmağa çağırardı. Bu da Azərbaycançılıq ideya və məfkurəsinin diaspor qurumlanmasının məfkurəsinə çevirdi və bu məfkurə ətrafında Azərbaycan diasporunun təşkilatlanmasının fəal dövrü başladı.
Eyni zamanda həmin illərdə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma konsepsiyası da müəyyənləşdirildi. Bu konsepsiyaya əsasən - dünya azərbaycanlıları xalqımızın ayrılmaz hissəsi kimi qəbul edilməli, Azərbaycan Respublikası bütün azərbaycanlıların vətəni sayılmalı, əqidə və əməl birliyi zəminində azərbaycanlıların elmi şəkildə təşkilatlanması aparılmalı idi (5).
Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasının gücləndirilməsi və diaspor qurumları arasında əlaqələrin nizama salınması məqsədilə 1997-ci ildə Dünya Azərbaycanlıları Konqresi təsis edildi və həmin ilin iyun ayının 27-29-da Dünya Azərbaycanlıları Konqresinin Los-Ancelesdə ilk qurultayı keçirildi. 1998-ci ilin may ayında bu qurumun II qurultayı, 1999-cu ilin oktyabrında III qurultayı, 2000-ci ildə IV qurultayı keçirildi. Bu qurultayların hamısında xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması üçün diaspor qurumlarının səylərinin birləşdirilməsi müzakirə olunan başlıca məsələlərdən idi (6). Qurultayların qəbul etdiyi qərarlarda da bu məsələlər öz əksini tapdı.
Başqa sözlə dünya azərbaycanlılarının təşkilatlanmağa başladığı ilk illərdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni və ermənipərəst qüvvələrin apardığı qeyri-obyektiv təbliğatın ifşası, Azərbaycan həqiqətləri ilə bağlı doğru informasiyanın yayılması Azərbaycan diaspor qurumlarının qarşısında dayanan əsas vəzifələrdən biri kimi qəbul edildi.
XX əsrin sonu və XXI əsrin əvvəllərində dünya miqyasında xeyli sayda Azərbaycan diaspor qurumları formalaşdırıldı. Doğrudur, yekdilliyi, gücü, potensialı, təşkilatlanma səviyyəsi, maliyyə imkanları baxımından bu diaspor qurumları erməni diaspor qurumları səviyyəsində deyildi. XX əsrin sonlarında erməni diaspor qurumları kifayət qədər təşkilatlanmış və mövcud olduqları ölkələrin siyasi həyatına ciddi təsir göstərmək imkanlarına malik idilər. Yenicə formalaşmaqda olan Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində isə daxili ziddiyyətlər, ideoloji-siyasi fikir ayrılıqları qalmaqda davam edirdi. Bunun da nəticəsində Azərbaycan diaspor qurumlarının fəaliyyəti əsasən mədəni tədbirlərin keçirilməsi ilə məhdudlanır və bu qurumların mövcud olduqları ölkələrin siyasi həyatına təsiri müşahidə olunmurdu (7).
Dünyanın müxtəlif ölkələrində mövcud olan azərbaycanlıların və diaspor qurumlarının Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, onların Azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşdirilməsi, fəaliyyətlərinin uzlaşdırılması baxımından 2001-ci ilin noyabr ayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayının tarixi əhəmiyyəti danılmazdır. Bu qurultaya qədər Azərbaycan diasporunun dünya miqyasında artıq 200-dən çox birlik, cəmiyyət və assosiasiyası fəaliyyət göstərirdi. O cümlədən dünyanın böyük dövlətləri olan Amerikada -10, Almaniyada - 10, Fransada – 7, Kanadada – 6, Rusiyada – 2 (106 regional bölməsi ilə) Azərbaycan diasporuna məxsus təşkilatlar var idi (8).
İstər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qurultay iştirakçıları qarşısındakı çıxışında, istərsə də qurultaya təqdim olunmuş hesabat məruzəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzündən, Dağlıq Qarabağ münaqişəsi ətrafında ermənipərəst qüvvələrin apardığı təbliğattın mahiyyətindən geniş söhbət açıldı, Azərbaycan Respublikasına qarşı hər hansı formada, daxildən və xaricdən göstərilən təcavüzün qarşısının alınması, lobbiçilik fəaliyyətinin genişləndirilməsi, milli maraqların müdafiə olunması hər bir Azərbaycan icmasının və xaricdə yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsi kimi dəyərləndirldi (9).
Dünya Azərbaycanlılarının I qurultayından sonra diaspor qurumları ilə əlaqələrin gücləndirilməsi, onların mütəşəkkilliyinin artırılması və Azərbaycan maraqları ətrafında onların bütün imkanlarının səfərbər edilməsi dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bu məqsədlə 2002-ci il iyul ayının 5-də Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis edildi, 2003-cü ilin fevral ayının 21-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun qüvvəyə mindi (10). Bu qərarlar Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyinə də xeyli təsir göstərdi. Disapor qurumlarının fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti üzrə informasiya-təbliğat fəaliyyətindəki çeviklik və kəsərlilik daha da artdı və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsi diqqət mərkəzinə gətirildi. Bu zaman informasiya-təbliğat fəaliyyətinin ən müxtəlif formalarından – ikitərəfli görüşlərdən, kütləvi informasiya vasitələrindən, etiraz toplantılarından, yürüş-mitinqlərdən, foto və video materialların nümayişindən, dəyirmi masaların təşkilindən və s. formalardan istifadə edilmişdir.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin hazırladığı statistik materiallarda Azərbaycan diasporu tərəfindən təşkil edilən belə tədbirlər haqqında geniş məlumatlar verilmişdir. Bildirilir ki, bir tərəfdən bu tədbirlər davamlı xarakter daşıyır, digər tərəfdən də həmin tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzün mahiyyəti haqqında daha obyektiv məlumatlar dünya ictimaiyyətinə çatdırılır. O cümlədən 2003-cü ilin fevral ayında Xocalı soyqırımının ildönümü ilə bağlı Belçikadakı “Azərbaycan evi”nin təşəbbüsü ilə Bürüssel şəhərinin “Palase de la Monnai” meydanında çadır qurulmuş şəhər əhalisini ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzlər haqqında foto və video materiallar təqdim olunmuşdur. 2003-cü il oktyabr ayının 24-də Amerika-Azərbaycan Cəmiyyəti Kolumbiya universitetinin Tələbə Assosiasiyası ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən etiraz mitinqi təşkil etdi. Bu tədbirdən sonra keçirilən mətbuat konfransında əyani vəsaitlər və məlumat vərəqləri paylandı. 2004-cü il noyabr ayının 15-də “Qarabağ” Beynəlxalq Xeyriyyə Cəmiyyəti və Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin təşəbüsü ilə Moskvanın “Slavyan” meydanında izdihamlı mitinq keçirilmiş və Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi barəsində mitinq iştirakçılarına məlumatlar çatdırılmışdır. 2004-cü ilin noyabrında Moskvanın “Prezident-Otel” mehmanxanasında “Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolu” mövzusunda dəyirmi masa keçirilmiş və Rusiyanın dövlət və ictimai nümayəndələri bu tədbirə dəvət edilmişdi. 2004-cü il fevral ayının 26-da Hollandiyadakı “Azərbaycan-Hollandiya”, “Azərbaycan-Türk Kültür” cəmiyyətləri və “Qartal” Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə
Niderland parlamentinin qarşısında Ermənistanın Azərbaycana təcavüzünə etiraz əlaməti olaraq aksiya keçirdilər. 2005-ci ildə Xocalı hadisələrinin ildönümü münasibətilə dünyanın 30-a yaxın ölkəsində etiraz aksiyaları, mitinq və küçə yürüşləri, anma mərasimləri keçirilmişdi. ABŞ-dakı Amerikanın Azərbaycan Cəmiyyəti həmin il Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında Amerika ictimaiyyətinə, siyasi xadimlərinə və media vasitələrinə ünvanlanmış pres-relizlər yaymışdılar. 2005-ci il fevral ayında Moskvadakı “Bakı” kinoteatrında “Xocalı faciəsi” kitabının təqdimatı keçirildi, Kiyevdə isə konfrans təşkil eidldi. Belə tədbirlər dünyanın digər böyük şəhərlərində, o cümlədən Londonda, Parisdə, Osakada, Cenevrədə və başqa şəhərlərdə də təşkil edilmişdi (11).
Erməni yalanlarının qarşısının daha səmərəli şəkildə alınması və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri haqqında obyektiv məlumatların yayılması üçün XX əsrin əvvəllərindən başlayaraq diaspor qurumları tərəfindən kütləvi-informasiya vasitələrinin təşkilinə də başlandı. 2002-ci ildə artıq 53 dövrü nəşr və elektron KİV Azərbaycan həqiqətlərinin yayılmasına xidmət edirdi. 2003-cü ildə onların sayı 59-a, 2004-cü ildə 76-ya və 2005-ci ildə isə 83-ə çatdırıldı. Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi ərəfəsində müxtəlif ölkələrdə Azərbaycan diasporunun ixtiyarında 27 qəzet, 10 jurnal, 3 radio və 2 televiziya kanalı var idi (12).
Dünya Azərbaycanlılarının I Qurultayından sonrakı illər ərzində xarici ölkələrdə Azərbaycan icma və birliklərinin təşkili də artan sürətlə davam etdi. 2002-ci ildə onların sayı 218 idisə, 2003-cü ildə onların sayı 245-ə, 2004-cü ildə 277-yə və 2005-ci ildə 312-yə çatdı (13).
Bununla belə, 2006-cı il mart ayının 16-da keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayındakı çıxışı zamanı nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının daha da gücləndirilməsinə təkid etdi. O, bir daha erməni disaporu və lobbisi tərəfindən Azərbaycanı informasiya blokadasına almağa çalışmasına toxunaraq bu istiqamətdə Azərbaycan diasporunun daha da təşkilatlanmasının əhəmiyyətini qeyd etdi və bildirdi ki, Azərbaycan maraqlarının qorunmasında, Azərbaycanın dünyaya təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan diasporunun rolu daha da artırılmalıdır (14).
Qurultayın qəbul etdiyi qətnamədə də Azərbaycan həqiqətlərinin təbliğuinin gücləndirilməsi diaspor qurumlarının qarşısında dayanan başlıca vəzifələrdən biri kimi dəyərləndirildi. Bununla bağlı qərara alındı ki, xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmasına diqqət yetirilsin, azərbaycanlı icmaların fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələri yaxşılaşdırılsın, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilsin (15).
Qurultay tərəfindən müəyyənləşdirilmiş bu qərarların həyata keçirilməsi üçün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması sonra da davam etdirildi. Maraqlı haldır ki, Dünya Azərbaycanlılarının II Qurultayından sonra diaspor təhlil mərkəzlərinin təşkili sahəsində də əməli addımların atılmasına başlandı. Məsələn, 2006-cı ilin noyabr ayında ABŞ-da Amerika-Azərbaycan Tədqiqatları İnstitutu, Almaniyada Avropa Azərbaycan Strateji Araşdırma Mərkəzi, Türkiyədə Türkiyə-Azərbaycan Strateji Araşdırma Mərkəzi yaradıldı (16) ki, bu da Azərbaycan həqiqətlərinin üzə çıxarılması və yerli ictimaiyyətə çatdırılmasının elmiliyini daha da artırdı.
2008-ci ildə qəbul edilmiş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”nda beynəlxalq aləmdə erməni təbliğatına qarşı işin təşkili və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması üçün diaspor qurumlarının qarşısında dayanan konkret fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Bu fəaliyyət istiqamətlərindən aşağıdakıları qeyd etmək mümkündür:
-Müxtəlif ölkələrdə təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi;
-Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında faktların və sənədlərin beynəlxalq ictimaiyyətə çatdırılması;
-Dağlıq Qarabağ münaqişəsi haqqında materialların beynəlxalq təşkilatlara və xarici ölkə parlamentlərinə çatdırılması;
-Xarici kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri haqqında əsl həqiqətləri özündə əks etdirən materialların yayılması;
-Azərbaycana həsr olunmuş tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məlumatların yayılması;
-Avropa və ABŞ-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı internet forumların təşkili;
-Əcnəbi müəlliflər tərəfindən Qarabağ münaqişəsi haqqında hazırlanmış tədqiqatların geniş yayılması;
-Xarici televiziya kanallarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən filmlərin nümayişi və s. (17).
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun sədr müavini Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət” təşəbbüsünün irəli sürülməsi də 2008-ci ilə təsadüf edir (18). Yuxarıda göstərilən vəzifə və istiqamətlərlə bərabər, “Xocalıya ədalət” kampaniyası da son illərdə diaspor qurumlarının qarşısında dayanan başlıca vəzifələrə çevrilmişdir və dünyanın bir sıra ölkələri kimi Amerikanın Nyu-Meksika, Texas, Corciya, Men, Nyu-Cersi və Arkanzas ştatlarının Xocalı hadisələrini soyqırım kimi tanıması həm də diaspor qurumlarının bu istiqamətdəki fəaliyyətinin nəticəsi kimi qəbul edilə bilər.
Son illər ərzində Azərbaycan və Türk diaspor qurumları arasında əlaqə və əməkdaşlıq kifayət qədər genişlənmişdir. Bu əlaqələrin nizamlanması üçün 2007-ci il martın 9-da Bakıda Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərlərinin I forumu təşkil edildi. 2008-ci il martın 27-də isə Berlində Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurasının ilk iclası keçirildi. (19). Bu təşkilatların öz səylərini birləşdirməsi erməni yalanlarının ifşası sahəsində keçirilən tədbirlərin vüsətinin genişlənməsinə, kəsərliliyinin artmasına müsbət təsir göstərdi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində Azərbaycan diaspor qurumlarının özlərinin də fəallaşması (20) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin daha geniş ictimaiyyət tərəfindən qəbuluna yol açdı. Bunun nəticəsi idi ki, qeyri-obyektiv erməni informasiya-təbliğatının ifşası sahəsində Azərbaycan diasporunun fəaliyyəti yeni bir məzmun kəsb etdi.
Erməni və ermənipərəst qüvvələrin Azərbaycana qarşı apardıqları informasiya kampaniyasının yalan və böhtanlarının, təhriflərinin ifşa edilməsi və Azərbaycan həqiqətlərinin yayılması sahəsində diaspor qurumlarının fəaliyyətində özünü göstərən müsbət nəticələr Dünya Azərbaycanlılarının 2011-ci il iyul ayının 5-də Bakıda təşkil olunan qurultayının gedişində də qeyd edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı çıxışı zamanı bildirdi ki, Azərbaycanın diaspor təşkilatları indi yalnız erməni və ermənipərəst qüvvələrə cavab verməklə kifayətlənmir, həm də bu qurumlar ermənilərə qarşı çox ciddi və real faktlara əsaslanmaqla geniş təbliğat işləri aparırlar. Diaspor qurumlarının fəaliyyətindəki bu meylin daha da gücləndirilməsi üçün dövlət başçısı diaspor qəzetlərinin, internet səhifələrinin, Azərbaycan xalqının tarixini, mədəniyyətini, Azərbaycanın bugünkü reallıqlarını, siyasətini əks etdirən çoxsaylı saytların yaradılmasını lazım bildi (21).
Qurultayın qəbul etdiyi sənədlərdə son illərdə Dağlıq Qarabağ münaqişəsinin, tarixinin müxtəlif mərhələlərində Azərbaycan xalqının məruz qaldığı terror və soyqırım aktlarının faktlarla beynəlxalq ictimaiyətə çatdırılması Azərbaycan diasporunun hücum taktikası kimi dəyərləndirildi və bu fəaliyyətin gələcəkdə də davam etdirilməsi qərara alındı (22).
Azərbaycanın diaspor qurmlarının təşkilatlanmasına, bu qurumların fəaliyyətinin Azərbaycanın dövlət orqanları ilə əlaqələrinin gücləndirilməsinə, Azərbaycanın diaspor qurumlarının Türk diaspor təşkilatları ilə qarşılıqlı münasibətlərin nizamlanmasına diqqətin artırılmasının nəticəsidir ki, Dünya Azərbaycanlılarının III qurultayından keçən sonrakı illər ərzində erməni və ermənipərəst qüvvələrinin əsassız təbliğatının qarşısının alınması sahəsində görülən işlərin səmərəliliyi xeyli artmışdır. Bunun nəticəsində Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin təhrif edilməsi, Azərbaycan Respublikasına qarşı təcavüzün pərdələnməsi erməni və ermənipərəst qüvvələr üçün günü-gündən daha da çətinləşməkdədir. Ona görə də Azərbaycana qarşı aparılan əsassız təbliğatın dünya ictimai rəyinə yeridilməsi üçün erməni və ermənipərəst qüvvələr və onların nəzarəti altında olan erməni beyin mərkəzləri təhrif olunmuş təbliğatın təsirinin artırılmasının yeni yollarının tapılması üzərində ciddi fəaliyyətə başlamışlar.

 

 

ədəbİyyat

1.Dünya Azərbaycanlılarının III Qurultayı. Bakı, 2011, s.28
2.Dünya azərbaycanlıları. Bakı, 2006, s.8
Əliyev Z. Türk xalqları diasporları. Bakı, 2009, s.31
3. Əliyev Z. Türk xalqları diasporları. Bakı, 2009, s.41
4. Azərbaycan diasporu: Böyük yolun başlanğıcı. Bakı, 2006, s.24
5. Yenə orada, s. 28
6. Yenə orada, s.47-48
7. Dünya Azərbaycanlılarının I Qurultayı. Bakı, 2002, s.144, 169
8. Dünya Azərbaycanlılarının I Qurultayı. Bakı, 2002, s.144
9. Yenə orada, s.215-216
10. Azərbaycan diasporu: Böyük yolun başlanğıcı. Bakı, 2006, s.41
11. Yenə orada, s.138-156
12.Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçiril-
məsi sahəsində görülmüş işlər haqqında qısa məlumat. Bakı, 2006, s.36-37
13.Azərbaycan diasporu: Böyük yolun başlanğıcı. Bakı, 2006, s.48
14. Dünya Azərbaycanlılarının II Qurultayı. Bakı, 2006, , s.31, 42
15. Yenə orada, s. 151-152
16. Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində diaspor qu-ruculuğu sahəsində görülmüş işlərlə bağlı məlumat. Bakı, 2008, s. 15
17. Dünya Azərbaycanlılarının həmrəylik Xartiyası. Bakı, AM965, 2008, 64 s.32-33
18. Səmədov V., Vəlizadə R. Leyla Əliyeva: “Xocalıya ədalət” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model). I cild, Bakı,2014, s.77
19. Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində diaspor qu-ruculuğu sahəsində görülmüş işlərlə bağlı məlumat. Bakı, 2008, s. 57, 64
20. Yenə orada, s. 113-126
21. Dünya Azərbaycanlılarının III Qurultayı. Bakı, 2011, s.28-29
22. Yenə orada, s. 140-143

Geostrategiya" jurnalı № 04 (28)  İYUL-AVQUST 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM