QƏRİB ƏSGƏROV,
Azərbaycan Respublikasnın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının dissertantı
”Sərhəd hər bir ölkənin müstəqilliyini, suverenliyini təsdiq edən amillərdən biridir. Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr, hər bir ölkənin suve-renliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi-bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır. Hər bir ölkənin sərhədinin toxunulmazlığı həm ölkə üçün, həm də beynəlxalq hüquq normaları üçün əsas prinsiplərdən biridir”
Heydər Əliyev.
Qloballaşma və müxtəlif ölkələrin dünya birliyinə inteqrasiyası ilə əlaqədar dövlət sərhədlərinin effektiv mühafizəsinın təşkili beynəlxalq təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən birinə çevrilib. Beynəlxalq terrorçuluq, separatçılıq, transsərhəd mütəşəkkil cinayətkarlıq, qeyri-leqal miqrasiya, narkotik və kütləvi qırğın silahları komponentlərin qaçaqmalçılığı kimi tipik və bir çox hallarda faciəvi problemlərlə demək olar ki bütün ölkələr qarşılaşır.
Məhz bu zərurəti nəzərə alan ölkə prezidenti cənab İlham Əliyev ölkənin milli maraqlarının və təhlükəsizliyinin əsas vəzifə və tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Milli təhlükəsizlik haqqında qanununun qəbul olunması haqqında 2004-cü il 29 iyun tarixli sərəncam imzaladı. 2004-cü il 3 avqust tarixində qəbul olunmuş ”Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2.4 maddəsində göstərilir:”Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi ölkəmizin hərbi sahədə milli təhlükəsizliyinin qorunmasının ən vacib tərkib hissələrindən biridir.”
Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlərin məntiqi davamı kimi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi doktrina ölkə prezidenti tərəfindən təsdiqləndi. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycan Prezidentinin 2007-ci il 23 may tarixli sərəncamı ilə təsdiq olunmuş və fəaliyyət üçün əsas götürülmüşdür.{4.320}Həmin Konsepsiyada Azərbaycan Respublikasının milli təhlükəsizliyinə istiqamətlənən təhdidlər açıq şəkildə göstərilmiş və qruplaşdırılmışdı.
Geosiyasətin yaradıcılarından biri olan S. Ratsel ölkənin mərkəzini canlı orqanizmin ürəyi, sərhəddi isə bədənin qoruyucusu olan dəriyə bənzədir. Sərhəd hər cür dəyişiklikdən mühafizə edilməlidir.{5.507} Zəngin təbii resurslara, əlverişli coğrafi məkana malik olması gənc müstəqil dövlətin gələcək inkişafı üçün əhəmiyyət kəsb etsə də, onun ərazi bütövlüyünə və təhlükəsizliyinə yeni təhdidlər yaradır. Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinə olan təhdidlər onun ərazi bütövlüyünə və təhlükəsizliyinə olan təhdidlərin ən önəmlilərindən biridir.
Xatırladaq ki, Azərbaycan Respublikası 7 dövlət ilə quru və su sərhədlərinə malikdir ki, bu dövlətlərdən də 4-ü birbaşa Xəzər dənizi ilə həmsərhəddir. . Bu gün Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməməsi və Xəzərdə hərbi potensialın həmsərhəd dövlətlər tərəfindən gündən-günə artması Azərbaycanın dənizdə sərhəd təhlükəsizliyinin etibarlı mühafizəsini tam zərurətə çevirib. Belə vəziyyət sahilyanı dövlətlərin xüsusən də İran İslam Respublikasına məxsus üzmə vasitələrinin dəfələrlə Azərbaycan Respublikasının ərazi sularına daxil olmasına, Türkmənistanın Azərbaycan Respublikasına olan əsassız ərazi iddialarına səbəb olmuşdur.
Bununla yanaşı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində neft və qazın hasilatı və enerji resurslarının nəqli dəniz sektorunda effektiv təhlükəsizlik sisteminin yaradılmasını tələb edir. Azərbaycanın iqtisadi və enerji təhlükəsizliyi, əsasən, dəniz təhlükəsizliyinin təmin olunması və xüsusilə dənizdə enerji infrastrukturunun mühafizəsi ilə əlaqədardır. Dünyanın enerjiyə artan tələbatının təmin olunmasında, enerji
ehtiyatlarının hasilatı və nəqlində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan hissəsi vacib yer tutur. Azərbaycanın dənizdəki neft-qaz yataqlarından, eləcə də Qazaxıstandan və Türkmənistandan enerji resurslarının Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəqli Orta Asiya qazının Trans-Xəzər qaz kəməri vasitəsilə nəqli perspektivləri Xəzər regionu, xüsusilə də Azərbaycan Respublikası üçün dəniz təhlükəsizliyinin əhəmiyyətini artırır. Bu baxımdan dəniz təhlükəsizliyinin etibarlı təmin olunması Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda bu vaciblik xüsusilə qeyd olunmuşdur:”Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasının məqsədi Azərbaycan Respublikasının milli təhlükəsizliyi və milli maraqları əleyhinə yönəlmiş, dənizdə mövcud olan və gələcəkdə ehtimal olunan təhdidlərin qarşısının alınması üçün bütün səyləri birləşdirməkdən ibarətdir.{3.1}
Ümumiyyətlə Azərbaycan Respublikasının Dəniz təhlükəsizliyi mühitinə təsir göstərən amillər aşağıdakı kimi qruplaşdırılır.
- Xəzər dənizinin statusunun müəyyən edilməsinə dair hövzə dövlətləri arasında ümumi razılığın əldə olunmaması;
- dənizdə neft və qaz istehsalı vasitələrinin inkişafı yüksək dəyərli neft platformaları, sualtı neft və qaz boru kəmərləri və terminalların istismarı ilə bağlıdır. Bu obyektlərdə terror-təxribat aktlarının və digər cinayətlərin törədilməsi yolu ilə Azərbaycana geniş miqyasda iqtisadi və ekoloji ziyan vurulması ehtimalı;
- Xəzəryanı dövlətlərin dənizdə öz hərbi potensialını genişləndirmək sahəsində səylərinin artması;
- Xəzəryanı dövlətlərin iqtisadi inkişafının nəticəsi kimi, Xəzər dənizində üzmə vasitələrinin sayının artması ilə əlaqədar hərəkətin intensivləşməsi;
Göstərilən bu amillər Xəzər hövzəsi ölkələrini Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın razılaşdırılması istiqamətində danışıqlar prosesini sürətləndirməyə sövq edir. Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstan arasında qarşılıqlı iddialar yoxdur. Məsələ yalnız Türkmənistan və İranla razılaşdırılmayıb. Türkmənistan tərəfinin Xəzərdəki mübahisəli yataqlarla bağlı Azərbaycanın iddialarını və xarici neft-qaz şirkətlərinin onların kəşfiyyatı və işlənməsində iştirakının qanuniliyini öyrənmək üçün nüfuzlu beynəlxalq qurumlara müraciəti, sonra isə hazırlanmış sənədləri Beynəlxalq Arbitraj Məhkəməsinə göndərmək barədə tapşırıq verməsini, bir müddət öncə isə Dövlət Təhlükəsizlik Şurasının geniş iclasında ölkədə qısa müddət ərzində Xəzərdə Müdafiə Nazirliyi və Sərhəd Xidmətinin hərbi dəniz bazasının yaradılması barədə göstərişini bölgədə gərginliyin artması yolunda ciddi zəmin kimi dəyərləndirirlər. Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır və Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır.
İranın qənaətinə görə isə Xəzər dənizinin sahil sularının ən azı 20 faizi onun ixtiyarında olmalıdır. Bu ölkə Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyir. İran tərəfi Rusiya kimi xarici ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir. Xəzər hövzəsinə digər dövlətlərin nüfuz etməsinə qarşı olan Rusiya tərəfi sahilyanı ölkələrə iqtisadi və hərbi əməkdaşlıqla bağlı təkliflər edir.
Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsində göstərilir: “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.”{1.7}Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması da bu istiqamətdə atılan addımlardan biri idi.
Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bununla da ölkədə sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı. Ulu öndər Dövlət Sərhəd Xidmətinin yaradılması barədə qərar verdikdən sonra ölkəmizin sərhəd mühafizəsi sistemində yeni mərhələ başlandı və dəniz sərhədlərimizin qorunması istiqamətində də mühüm tədbirlər həyata keçirildi.
Ümummilli lider Heydər Əliyevin başladığı “sərhəd strategiyası siyasəti”ni uğurla davam etdirən prezidenti cənab İlham Əliyev dövlət sərhədlərinin, xüsusən də dəniz sərhədlərinin mühafizəsinin zəruriliyini nəzərə alaraq 18 fevral
2005-ci il tarixində Dövlər Sərhəd Xidmətinin tərkibində daha geniş və çevik imkanları özündə cəmləşdirən yeni strukturun-Sahil Mühafizəsinın yaradılması haqqında göstəriş verdi. Məhz bu göstərişdən sonra Xəzər dənizinin Azərbaycana mənsub bölməsində kəşf edilmiş neft və qaz yataqlarının, neft və qazçıxarma platformalarının və ixrac boru kəmərlərinin mühafizəsi, habelə Xəzər dənizindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi cəhdlərinin mümkünlüyü baxımından dəniz sərhədlərinin mühafizəsinin beynəlxalq standartlar səviyyəsində təşkil edilməsi istiqamətində ciddi addımlar atıldı.{6.256 }
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində enerji ehtiyatlarının, neft və qaz yataqlarının, neft-qaz çıxarma platformalarının və sualtı ixrac boru kəmərlərinin qorunması, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində önəmli tədbirlər həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər arasında Xəzər dənizində taktiki təlimlərin keçirilməsi mühüm yer tutur.
2014-cü il Aprel ayının 12-18-də “Xəzər dənizinin Azərbaycan Resrublikasına mənsub olan bölməsindəki adalarda neft-qaz çıxarma rayonlarının, ixrac boru kəmərlərinin mühafizəsi, neft-qaz platformalarına qarşı təhlükə yarandıqda mühafizənin təşkili və xilasetmə əməliyyatlarının ararılması” mövzusunda döyüş atəşi ilə taktiki təlimlərin uğurla həyata keçirilməsi bir daha bu istiqamətdə həyata keçirilən siyasətin vaxtında atılan addım olduğunu sübuta yetirdi.
Son illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir.Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni bazasının istifadəyə verilməsi bu sahədə görülən işlərin miqyasından xəbər verir. Bu baza Xəzər dənizinin Azərbaycana aid hissəsində nəzarətin daha da gücləndirilməsində, dəniz sərhədlərinin, neft-qaz çıxarma rayonlarının, platformaların və sualtı boru kəmərlərinin daha etibarlı mühafizəsinin təmin olunmasında mühüm rol oynayır.Sahil mühafizəsinin maddi-texniki bazası möhkəmləndirilmiş, komanda-idarəetmə məntəqəsində, sahilboyu texniki-müşahidə məntəqələrində xidmətin yüksək səviyyədə təşkili və aparılması təmin olunmuş, döyüş vahidlərinin sayı artırılmışdır.Həmçinin axtarış, xilasetmə və digər əməliyyatların təxirəsalınmadan yerinə yetirilməsi, neft platformalarının mühafizəsi, dənizdə dövlət sərhədinin mühafizəsinə aviasiya qüvvələrinin cəlb edilməsi və xidmət aparan sərhəd gözətçi gəmiləri ilə qarşılıqlı əlaqə imkanları daha da genişlənmişdir.
Dəniz sərhədlərinin müasir mühafizə sisteminin yaradılması məqsədilə sahilboyu texniki müşahidə məntəqələri şəbəkəsi yaradılmış, dənizdə operativ vəziyyəti açıqlamaq, xilasetmə və dəniz sərhədlərinin mühafizəsinin kompleks həyata keçirilməsi məqsədilə sualtı akustik sistemin quraşdırılması, mərkəzləşdirilmiş idarəetmə sisteminin təşkil edilməsi, dəniz sərhədlərinin mühafizəsinə aviasiya qüvvələrinin cəlb edilməsi işləri aktual məsələlərdir. Müasir tipli radioelektron və naviqasiya cihazları, qəza-xilasetmə və digər avadanlıqlar quraşdırılan sərhəd gözətçi gəmilərinə və katerlərinə malik olan Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin qorunması tam təmin olunub.
Görülən bütün tədbirlər bir daha Azərbaycanın quru sərhədləri kimi dəniz sərhədlərinin də etibarlı qorunmasının daim ölkə prezidentinin diqqət mərkəzində olmasını və bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu göstərir.
Ədəbİyyat:
1.Azərbaycan Respublikasının Konstitusiyası. Qanun. Bakı 2013
2.Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası.Qanun Bakı 2007.
3.Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyası.Qanun.Bakı 2013
4.Ə.Həsənov.Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı-2011. Letterpress nəşriyyat evi. 423 s.
5.A.Piriyev: Siyasi strategiya və milli təhlukəsizlik problemi. Çaşıoğlu.Bakı 2002. 530 s.
6.Azərbaycan Sərhəd Mühafizəsi 90 illik. Bakı-2009.Şərq-Qərb” nəşriyyatı 441 s.
Geostrategiya" jurnalı № 04 (28) İYUL-AVQUST 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM