Telman Nшftaliyev,
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Politologiya” kafedrasının dosenti
Liderlik problemi şəxsiyyətin və cəmiyyətin qarşılıqlı təsirlərilə bağlı geniş tərkibdə məsələlərin bir hissəsidir. Cəmiyyətlərin məsul dövrlərində bu problemə maraq daha kəskinləşir. Ölkənin indiki durumu müxtəlif sahələrdə liderlər zümrəsinin yetişdirilməsi və fəal qüvvəyə çevrilməsi zəruriyyətini meydana gətirir. Deyilənlər bütövlükdə hərbi zabitlər zümrəsinə də aiddir. Beləliklə ordu quruculuğunun strateji məqsədi milli ordunun bütün növlərində zabit korpusunun məhz peşəkarlıq və mənəvi-şəxsiyyət keyfiyyətlərinə köklənən liderlik (həm fərdi, həm qrup şəkilində) qabiliyyətlərinə yiyələnmək kimi təyin edilə bilər. Zabit təkcə öz peşəsinin bilicisi kimi deyil, həm də insanlara ekstremal döyüş şəraitində rəhbərlik edən, düzgün qərarlar qəbul edən, eyni zamanda nümunəvi davranış göstərən tərbiyyəçi kimi motivasiyalı fəaliyyətə hazırılığı olan şəxsiyyət olmalıdır. Veberin təbirincə desək [1, səh 55], keyfiyyətləri təsvir edilən lider şəxsiyyətin ideal tipidir. Düzdür, lider dedikdə, onun ictimai münasibətlərlə şərtləndirilməsini nəzərə alaraq digər mühüm göstəricilərin də formalaşmasını məqsəd kimi təyin etmək olar.
Sosiallaşmanın hələ erkən dövründə yeniyetmə gənclərin ilk dəfə özünüdəyərləndirmə, imkan və qabiliyyətlərinin sərhədlərinin təyin edilməsi və insanlarla münasibətlərinin qiymətləndirilməsi mümkün olan kimi, həyata keçirilməlidir. Sonradan eyni məsələlər ali hərbi məktəblərin tədris prosesində təlim keçən gənc kursantların yaradıcı qabiliyyətlərinin formalaşması mexanizmlərinin tətbiqində hərbi pedaqoji kollektiv tərəfindən istifadə edilir.
Nəzərə alınmalıdır ki, kursantların hərbi məktəbdə təhsilinin nəticəsində liderlik keyfiyyətlərinin aşılanması baxımından ilk növbədə onlarda liderliyə üç tərkibdən ibarət psixoloji hazırllıq halı formalaşmalıdır: koqnitiv hazırlıq, motivasiya haqırlığı və fəallıq cəhətdən hazırlıq [2, səh 232]. Daxili psixoloji hazırlıq şəxsiyyətin qrupda lider olmasının şəxsiyyətdaxılı səbəblərini təmin edir. Bu əslində ən mühüm meyardır. Psixoloji cəhətdən liderliyə hazırlıqlı olmadan real praktikada onu həyata keçirmək çətin olur. İkinci koqnitiv cəhət kursantın qrup liderliyinə komunikativ bacarıqlar baxımından hazırlığını əks etdirir. Gələcəkdə isə konkret kursantın uğurlu fəaliyyət və ünsiyyətə hazırlıq səviyyəsini özündə kəsb edir. Praktikada o, aşağıdakılarla səciyyələnir:
1) intellektual keyfiyyətlər (informasiyalarla rasional davranma, ideyalar irəli sürmək bacarığı, təfəkkürün çevikliyi və yaradıcı xarakteri, yaranmış situasiyaları praqmatik qiymətləndirmə bacarığı);
2) icraetmə qabiliyyətləri (dəqiq hərəkətlər alqoritmi üzrə fəaliyyət gösttərmək bacarığı, çətin vəziyyətlərdə qeyri-standart qərar qəbuletmə qabiliyyəti, əldə edilən nəticələrin kritik qiymətləndirmə bacarığı);
3) təşkiletmə keyfiyyətləri (ekstremal hallarda müstəqil qərar qəbuletmə bacarığı, qrup probleminin həlli üzrə məsuliyyəti öz üzərinə götürmək cəsarəti, problemli situasiyada qrupun səylərinin cəmləşdirməyə bacarıq);
4) sosial-kommunikativ və himayədarlıq keyfiyyəti (insanları öz ardınca aparmaq qabiliyyəti, münaqişələri effektiv yatırtmaq bacarığı, çevik ünsiyyət tərzləri).
Kursant simasında gələcək zabitin şəxsiyyətinin digər şəxsiyyət növlərindən prinsipial fərqləndirən cəhəti vardır. Onun mahiyyətini hərbiçinin cəmiyyətdə yerinə yetirdiyi funksiyalarla təyin etmək olar. Bunlar hərbçi-vətəndaş, mütəxəssis-zabit, komandir-rəis, və rəhbər-tərbiyəçi vəzifələridir ki, bunlar hərbi ali məktəb və ya ilkin hərbi xidmətdə sosiallaşma prosesinin gedişatı və nəticəsini keyfiyyətcə qiymətləndirməyə imkan verir [3, səh 167].
Bu keyfiyyətlər dördlüyü sistem vəhdətinə malikdir və göründüyü kimi gənc zabitlərin sosiallaşmasının peşəkarlıq (yəni hərbi peşə sosiallaşması) və liderlik (aparıcı qabaqcıl sosial şəxsiyyətin formalaşması) yönlərini sıx əlaqəli və qarşılıqlı asılılıq sistemi kimi təsəvvürünə kömək edir. Buradan məlum olur ki, təlim və döyüş təcrübəsi prosesində peşəkarlıq keyfiyyətlərinin aşılanması bir qayda olaraq həmçinin liderlik keyfiyyətlərinin formalaşması və inkişafı ilə müşahidə olunmalıdır. Yəni yalnız sərt hərbçi (sovet dövründə buna “soldafon” deyirdilər) formalaşdırımaqla kifayətlənməmək və mütləq vətəndaşlıq keyfiyyətlərinin mənimsənilməsi məqsədi güdülməlidir. Vətəndaşlığın isə ən güclü ifadəsi sözsüz ki vətənpərvərlik duyğularının, sonsuz Vətən məhəbbəti hisslərinin gənclərin şüurunda kök salması olmalıdır [4, səh 135]. Bundan başqa, kursantların zabit kimi yetişdirilməsi yalnız minimal normativ tələblərə riayət etməklə deyil, əksinə maksimum yüksək nailiyyətlərin əldə edilməsi, geniş bilik və erudisiyanın formalaşması, yaradıcı mütəxəssislərə çevrilməsinə şərait yaratmalıdır. Təlim prosesində və ümumiyyətlə ali hərbi məktəb illərini əhatə edən həyat dövründə kursantların gələcək komandirlər kimi yetişdirilməsi, həmçinin onların hərbi-inzibati karyerasının başlanğıcı kimi düşünülməlidir. Yəni təkcə hərbi əməliyyatlar və hərəkətləri həyata keçirən bölmənın rəhbəri kimi deyil, peşəkar idarədedici olaraq hərbi inzibatçılıq-menecment qabiliyyətləri və vərdişlərin də aşılanmasına çalışmaq vacibdir. Nəhayət, gənc zabitlərin tabeçiliyində olanlara yalnız rəhbər statusunda təsəvvür etməklə də məhdudlaşmaq düzgün olmazdı, məhz əsas pedaqoji bacarıqların və qabiliyyətlərin yetişdirilməsi vasitəsilə gənc zabitlərin tərbiyəçi kimi də formalaşmasına nail olmaq vacibdir.
Beləliklə göründüyü kimi, sosioloji yanaşma prizmasından baxılan əlaqəli cütlüq- keyfiyyətləri peşəkarlıq-liderlik paradiqmasının inkişafı isitiqamətində kursantların sosiallaşması prosesinin gedişi və nəticələrini operasional qaydada qiymətləndirməyə əsas yaradır. Bunun əsasında gənc hərbçilərin sosiallaşmasının peşə xüsusiyyətləri ilə yanaşı, onların təkcə milli cəmiyyətin və hərbi zümrənin norma və dəyərlərini məniməsmək kimi deyil, həmçinin ictimai fikirdə liderlik haqqında üstün təlimlərin irəli sürdüyü ideyalar və yüksək dəyərlərə yiyələnmək amalı kimi təsəvvür etmək olar.
Hərbi təlim və hərbi praktikada liderlik müxtəlif şəkillərdə təzahür edə bilər. Liderlik müəyyən şərtlər altında fərdi və ya qrup məqsədlərini həyata keçirmək üçün hər hansı bir insanın başqalarının fəaliyyətlərinə dəstək olması və onları idarə etməsidir [5, səh 112]. Belə məqsədyönlü tərzdə insanların davranışlarına nüfuz etməyin həm qrup məqsədi, həm fərdi məqsədə nail olma amilləri arxasında dura bilər. Başqa sözlərlə desək liderlik lider keyfiyyətlərinə malik olan gənc kursant və ya zabitin həyata keçirdiyi işlərlə bağlı bir zaman parçasında prosesdir. Onun təzahür etməsi üçün müvafiq situasiya və qərar qəbulu zəruriyyəti yaranmalıdır. Hərbi məktəbdə və sonrakı hərbi qulluqda belə situasiyalar fasiləsiz olaraq yaranır. Məsələn təlimdə, lider olmaq üçün digər qrup üzvlərindən daha bilikli, dərslərin və tapşırıqların hamıdan üstün öhdəsindən gəlməyi həm nümayiş etdirmək, həm də bunun mühit tərəfindən etiraf edilməsinə nail olmaq vasitəsilə həyata keçirmək lazımdır. Deyildiyi kimi, liderliyin təməlində başqalarına təsir etmək fiziki və əqli güc potensialı dayanır. Bu güc potensialını aşağıdakı kimi göstərmək olar:
• Xarizmatik güc- Lideri qarşısındakıların gözündə təsiredici edən, xüsusi keyfiyyətləri sevgi, hörmət və əminlik yaratmağı ifadə edir.
• Məcburetmə gücü - Qarşısındakı insanların idarəedilməsi üçün istifadə olunan maddi və mənəvi məcburetmə, hətta qorxutma yolu ilə həyata keçirilən bir üsuldur.
• Mütəxəssis gücü - Liderin müəyyən bir mövzuda mütəxəssis olması bilik, bacarıq və təcrübəsindən irəli gələn güc qaynağıdır.
• Qanunauyğun güc - Bir idarəedicinin qarşıya qoyduğu məqsədlərin lider və ya idarəedici tərəfindən istifadə olunmasıdır.
• Mükafatlandırma gücü - Liderin və ya idarəedicinin başqalarına daima mükafat verməsi ilə bağlı bir güc qaynağıdır.
Lider idarə edən, təsir edən, nümunnəvi örnəklər verə bilən, düzgün yol göstərən bir şəxsiyyətdir, yəni onun şəxsi keyfiyyətləri də qrupun dəyərləndirməsində ən yüksək səviyyədə olmalıdır. Lider əlindəki gücü (üstünlüyü) düzgün istifadə etməyə qadir olan şəxsiyyətdir, əks halda onun təsiretmə qərarları digərlərinin maraqları və gözləmələrinə cavab verməyərək, gec-tez inkar ediləcək və müqavimətlə qarşılanacaqdır.
Liderə xas xüsusiyyətlər aşağıdakılardır:
- tələbkar və səbrli;
- daima öndə deyil, lazım olduğu zaman arxa planda durmağı bacaran;
- dəyişikliyin yaradıcısı olan;
- prinsipləri ilə hərərkət edən;
- çətinliklərlə mübarizə aparan;
- əxlaq normalarını öz mənfətlərinin önündə tutan;
- qərarları həlli ilə bərabər verən;
- daima dəyişikliyə hazır olan bir insandır.
Əslində lider bu maddələrdə toplanan xüsusiyyətlərdən əlavə, daha çox dəyərləri ifadə edən bir peşəkar şəxsiyyət olmalıdır. Liderlik insanları sadəcə idarə etmək deyil, insanları öz qabiliyyətləri ilə gücləndirməkdir [6, səh 140].
Çox zaman idarəedicilik və liderlik bir-biri ilə qarışdırılır, lakin bunların ikisi də çox fərqli anlayışdır. Nümunəvi idarəçilik, sonradan öyrənmə yolu ilə əldə olunur. Liderlik isə insanların daxilindən gəlir. İdarəçilik üçün bir insan təhsil ala bilər, idarəçiliyin bütün sistemlərini mənimsəyə bilər və nəhayət təcrübələrlə bu insan çox gözəl bir idarəçi ola bilər. Lakin liderlik haqqında nə qədər təhsil, məlumat alınsa da, nə qədər bu barədə danışılsa da lider olmaq üçün bunlar yetərli olmaya bilər. Çox zaman ən seçmə idarəçilər belə, böyük problemlər yaşayır, hətta idarəetdiyi insanlarla belə yola gedə bilmirlər və bu da nəticədə lider olmamağa gətirib çıxarır.
İdarəedici işləri planlaşdıran, həyata keçirən, problemləri həll edən, kollektivi idarə edən və daha bir çox idarəedicilik bacarığına sahib olan bir insandır [7, səh 111]. Ancaq idarəedici bu öhdəliklərin çox azını yerinə yetirir. Bu ya özündən (bilik və bacarıq azlığından, işi dərketməmə, problemli münasibət qurma və s.) ya da üzərində işlədiyi işdən qaynaqlanır.
Bütün bu problemlər idarəedicilik fenomeninin yetərli olub yaxud olmamasının müzakirəsinə səbəb olur. Həqiqətən də qarışıq problemləri həll etmək, cəmiyyətdə güclü bir bağlılıq və motivasiya duyğusu yaratmaq üçün liderlik bacarıqlarına ehtiyac vardır. Tarixə baxdıqda, liderlərin böyük işlərin, planların yaradıcısı və həyata keçirəni olduğunu görürük.
Bü günün sürətlə inkişaf edən texnika və şəbəkə dünyasında fəaliyyətlərin düzgün istiqamətləndirilməsi üçün mütəxəssis və idarəedicilərə ehtiyacı vardır. İnsanlıq tarixində heç vaxt bu günkü kimi insanlar rahat yaşaya bilmələri üçün standart iş həyatına, idarə quruculuğuna, xəstəxanalara, məktəblərə və s. bu qədər bağlı olmamışdır. Bu səbəblə müasir və qarışıq quruluşların səmərəli fəaliyyət göstərə bilməsi üçün mütəxəssisliyə və bacarığa əsaslanan idarəedicilik sistemlərinin yaranması və inkişaf etməsi daha vacibdir. İnsanların yaşayış tərzi, ətraf mühitin qorunması və bunların düzgün istiqamətləndirilməsi və buna uyğun professional idarəedicilərin yetişdirilməsi zəruri olmuşdur.
Daxildən gələn bacarıq olmasa, öyrənmə yolu ilə əldə etmək mümkün deyil və bu günün professional idarəediciləri texniki bacarıqlara deyil, daha çox idarəedicilik bacarıqlarını üstün tuturlar [8, səh 324-325]. Bu idarəedicilik bacarıqlarının əsasında insanların görünən və görünməyən çox sayda maneələri aşaraq, hədəflərə çata bilmələri və yaşayışlarından məmnun qalmaları üçün şərait yaradan liderlik bacarıqları durur. Bu bacarıq pozucu, həll edici, yaradıcı, dağıdıcı və çox sayda gücü birtərəf edərək, insanları müəyyən hədəflər üçün bir yerə toplayır. Bu bacarıq cəmiyyətin quruluşunun bürokratik qatılıq, siyasi çəkişmə və iqtidar çəkişmələrindən qaynaqlanan lazımsız vəziyyətə düşməsini əngəlləyə bilir. Qısacası liderlik bir sosial sistemin qarışıq və girdablı iqtidar dinamiklərinin, sistemin irəliyə getməsini əngəlləyici istiqamətdə deyil, dəstəkləyici istiqamətdə çalışmasına şərait yarada bilir.
Sosiallaşma prosesində peşəkarlıq keyfiyyətlərinin liderlik keyfiyyətləri ilə tamamlanması prosesində motivləşdirmə həlledici əhəmiyyətə malikdir [9, səh 45]. Zabit-liderlərin önəmli funksiyalarından biri tabeçiliyində olanları stimullaşdıra bilmələridir. Buna motivasiya (həvəsləndirmək, sösvq etmək) deyilir [10, səh 140, 11, səh 152]. Motivasiya - məqsədə çatmaq üçün hərəkətə gətirən bir fenomen olaraq tanınır. Nümunəvi liderlər ətrafındakılar üçün məlumat qaynağı olurlar. Hərbi kollektivin (döyüş qrupunun) üzvlərini hərəkətə gətirmək üçün bölmə rəhbəri-liderlərdə aşağıdakı xüsusiyyətlərin olması vacibdir:
- cəlbedici, lakin reallığını saxlayan hədəflər seçmək;
- hərəkətlərinə yüksək şəxsi maraq və enerji nümayiş etdirmək;
- əskərlərdə və çavuşlarda şərəfli məqsəd və istiqamət duyğusu yaratmaq;
- uğur qazanmaq üçün əsaslı planlar qurmaq və onarın reallaşması yollarını araşdırmaq (uğur qazanmaq liderliyə məxsusi atribut olaraq zabit fəaliyyətində xüsusən vacibdir);
- insanlara onların uğurlarına aid bir tarix duyğusu və özünə hörmət aşılamaq;
- gələcək işin uğur və uğursuzluq prespektivlərinə dair ortaq bir görüntü yaratmaq;
Hərbidə liderliyin həyatda reallaşması xüsusiyyəti onun digər referent tərəflərin (yuxarı pillə rəislər, qonşu hərbi bölmə və birliklərin rəhbərləri) uğurlu olması ilə qarşılıqlı əlaqə və təsirdə olmasından ibarətdir. Yəni hərbidə liderlik həm iyerarxiya həm şəbəkəyə bənzər əlaqələr sistemində təzahür edir [12, səh 43]. Bir qrupun yalnız bir liderə sahib olması, bütün liderlik xüsusiyyətlərinin bu şəxsdə cəmləşməsi və qrupun digər üzvlərinin liderlik xüsusiyyətlərinə sahib olmaması anlamına gətirməməlidir. Liderlik bir insan tərəfindən həyata keçirilən bir sosial bacarıqdır. Bu bacarıqların qrup üzvləri tərəfindən də paylaşdırılması liderin zaman və enerjisini daha səmərəli nəticə almaq üçün artıracaq və məqsədlərə çatmağı daha səmərəli edəcəkdir. Beləliklə, lider-zabit tabeçiliyində olanların bacarıqlarını və müsbət vərdişlərini daima təkmilləşdirməyə çalışmalıdır. Bu isə bilavasitə liderin müşahidəçilik bacarığı ilə bağlıdır [13, səh 23].
Hədəfləri dərketmə qabiliyyəti olan, özünü bütün vəziyyətlərdə idarə edə bilən, məsuliyyət sahibi olan, işinin vacibliyini səmərəli bir şəkildə həyata keçirə bilən müşahidəçi liderin vəzifələrindən daha səmərəli istifadəsinə imkan yaranır.
Yüksək keyfiyyətli müşahidəçiyə aşağıdakı xüsusiyyətlər xasdır:
• Hadisələrə dərin bir düşüncə ilə yaxınlaşır, hər bir vəziyyətdə özünün mövqeyini formalaşdırır və arqumentlərini hazırlayır;
• Haqsızlıqlara razı olmur və haqsızlıqlardan şikayət etmir, səbrli olmağı bacarır;
• İstənilən işi idarə etməyə və istiqamətləndirməyə hazırdır;
Sosiallaşma nəticəsində formalaşan liderlik fəaliyyətlərinin təməl məqsədi sıravi heyətin həyata keçirdiyi işlərində daha səmərəli və daha uğurlu ola biləcəkləri imkanların araşdırılmasıdır. Beləcə, əsas özləri iş fəaliyyətlərində uğurlu və fəal olacaqlar, sonra isə rəhbərlik etdikləri bölümün daha hazırlıqlı, daha yaradıcı və daha məsuliyyətli xidmət etməsinə səy göstərəcəklər.
Beləliklə bu problemlərin həllini lider xüsusiyyətli idarəedicilərin iş başına keçməsində deyil, lider xüsusiyyətli hərbiçilərin bir araya gələrək, əlverişli döyüş hazırlığı mühitinin formalaşmasına şərait yaradacağını əsas verir [ 14, səh 53 ].
Ədəbİyyat
1. Виханский О. С. Стратегическое управление. М.,1999.
2. Şəfiyeva E. İ., Zabit hazırlığının sosial-psixoloji məsələləri, Bakı, Elm, 2006, 232s.
3. Федулов Б.А. Личностно-профeссиональное развитие курсантов военного вуза. М.,2003. стр.167.
4. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. (onuncu kitab) B., Azərnəşr, 2002, səh 135.
5. Şirəliyev H. , Əhmədov Ə. Politologiya. B., 1997.
6. Vahidov F.Q., Ağayev T.B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı_331s, 2008.
7. Əfəndiyev M. , Şirinov A. Sosiologiyanın nəzəri problemləri. B., 2001.
8. Emily Spencer Leadership Models and Theories: A Brief Overview , L,2003
9. John Higley & Jan Pakulski, Elite And Leadership Change In Liberal Democracies, L, 2003.
10. Гидденс Э. Социология. М., 1999.
11. Гвоздева Е.С., Жданов А.С., Нуртдинов А.Н. Лидерство молодежи и раз-ие, Новосибирск, 2003
12. Stoyanov T., Leadership Development Programs in the Canadian Armed Forces Sofia, 2001, pp 1-11
13. Xəlilov S. S. Lider. Dövlət. Cəmiyyət. B., 2001.
14. Quliyev T.Ə. İdarəetmənin əsasları, Bakı, 1993, s. 324-325.
Geostrategiya" jurnalı № 04 (28) İYUL-AVQUST 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM