Əliyeva Ruhiyyə,
Azərbaycan Dövlət İqtisad Universtetinin dissertantı
Vergi nəzarəti sistemində vergi yoxlamaları əsas yer tutur.Vergi yoxlaması vergi ödəyicilərinin ilkin mühasibat sənədlərinə və digər sənədlərə əsasən verginin düzgün və vaxtında hesablanması və keçirilməsini təyin etmək üçün həyata keçirilən aktdır. Belə ki, o, vergilərin hesablanmasının düzgünlüyünə və tamlığına nəzarəti bilavasitə təmin edir. Vergi ödəyicilərinin müəyyən edilmiş qaydada vergi orqanlarına təqdim etdikləri bütün hesabatlar vergi yoxlamasından keçir. Yoxlamanın gedişində vergi orqanlarına verilmiş məlumatlarla faktiki məlumatlar tutuşdurulur, bu məlumatlar arasında kənarlaşmalar müəyyən edilərsə qanunvericiliyə uyğun qaydada tədbirlər görülür.
Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər aşağıdakılardır:
- vergi yoxlamasının məqsədi;
- vergi yoxlamasının subyekti;
- vergi yoxlamasının obyekti;
- vergi yoxlaması aparılmasının baza üsulu.
Vergi yoxlamasının məqsədi vergi qanunvericiliyinə əməl edilməsinə, vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edilməsidir.
Vergi yoxlamasının subyekti qüvvədə olan qanunverciliyə əsasən vergi yoxlaması aparmaq hüququ olan bütün dövlət nəzarət orqanlarıdır. Deməli, vergi yoxlamasının subyektləri ilk növbədə vergi və gömrük orqanlarıdır.
Vergi yoxlamasının obyekti vergi ödəyicisinin maliyyə-təsərrüfat fəaliyyətidir, daha doğrusu, onun həyata keçirdiyi maliyyə-təsərrüfat əməliyyatlarının məcmusudur. Vergi yoxlamasının növündən asılı olaraq, konkret hallarda onun obyekti ya vergi ödəyicisinin həyata keçirdiyi maliyyə-təsərrüfat əməliyyatlarının hamısının məcmusu, ya da bu məcmunun hər hansı bir hissəsi ola bilər.
Vergi yoxlaması aparılmasının əsas baza üsulu, təqdim olunmuş vergi bəyannamələrində əks olunan maliyyə-təsərrüfat fəaliyyəti haqqında ilk sənədlərdə əks olunmuş faktiki məlumatlarla müqayisəsidir.
Vergi yoxlamaları aparılma yerinə, yoxlanılan məsələlərin həcminə, təşkili üsuluna və aparılma üsuluna görə təsnifatlaşdırılır. Bunu şəkildə olduğu kimi əks etdirmək olar.
Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında aparılır.Bu zaman hesabat formalarının doldurulmasının, vergilərin hesablanmasının düzgünlüyü və hər hansı bir güzəştdən istifadə etmənin qanunauyğunluğu yoxlanılır. Yoxlama zamanı sənədlərin doldurulmasında səhvlər və təqdim edilən sənədlərdə olan məlumatlar arasında ziddiyyətlər aşkar edildikdə, bu barədə vergi ödəyicisinə məlumat verilir və 30 gün müddətində müvafiq düzəlişlərin aparılması tələb olunur.Kameral vergi yoxlamasının əsas məqsədi aşağıdakılardır:
- vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinə nəzarət;
- vergi hüquq pozuntularının müəyyənləşdirilməsi və onların qarşısının alınması;
- aşkar edilmiş pozuntular üzrə qismən və ya tam ödənilməmiş məbləğlərin tutulması;
- yol verilmiş qanun pozuntularına görə müqəssir şəxslərin vergi və inzibati məsuliyyətə cəlb edilməsi;
- səyyar vergi yoxlamalarının keçirilməsi məqsədilə vergi ödəyicilərinin seçilməsinin əsaslandırılması üçün informasiyanın hazırlanması.
Kameral yoxlama zamanı vergi orqanı vergi ödəyicisindən vergilərin hesablanması və ödənilməsinin düzgünlüyünü təsdiq edən sənədləri tələb edə bilər.
Kameral vergi yoxlaması əsasən aşağıdakı mərhələlərdən ibarət olur:
- hesabatlara vizual nəzarət. Bu zaman hesabatların tərtib edilməsinin düzgünlüyü yoxlanılır;
- hesabatların təqdim edilməsi müddətinə nəzarət. Bu zaman hesabatların vergi orqanına vergi qanunvericiliyində nəzərdə tutulmuş müddətdə daxil olması yoxlanılır;
- riyazi hesablamaların düzgünlüyünə nəzarət. Bu zaman vergi məbləğinin riyazi hesablanmasının düzgünlüyü yoxlanılır;
- vergi dərəcələri və güzəştlərinin tədqiqinin qanunauyğunluğuna nəzarət. Bu zaman vergi ödəyicisinin tətbiq etdiyi vergi dərəcəsi və vergi güzəştindən istifadə hüququnun olub-olmaması yoxlanılır;
- vergitutma bazasının hesablanmasının düzgünlüyünə nəzarət. Bu zaman vergitutma bazasının düzgün müəyyənləşdirilməsi yoxlanılır.
Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir.
Kameral vergi yoxlaması zamanı vergi orqanı aşağıdakı qaydalara əməl etməlidir:
- Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.
- Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması müəyyən edildikdə vergi ödəyicisində 5 gün müddətində Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir. Bildirişdə hesablamanın səbəbləri və vergi ödəyicisinin şikayət etmək hüququ göstərilir.
- Vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.
Səyyar vergi yoxlaması adından göründüyü kimi, vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən bilavasitə vergi ödəyicisinin yerləşdiyi yerdə həyata keçirilir. O, vergi nəzarətinin daha səmərəli formasıdır, çünki vergi qanunvericiliyinin pozulması halları yalnız belə yoxlamalar zamanı aşkar edilə bilər.Kameral yoxlamadan fərqli olaraq, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Qeyd etmək lazımdır ki, vergi nəzarətinin bu forması həm çox zəhmət, həm çox vaxt, həm də yüksək peşəkarlıq tələb edir. Bununla əlaqədar olaraq səyyar vergi yoxlamalarının aparılması o zaman məqsədəuyğun hesab edilir ki, onların aparılmasına çəkilən xərclər yoxlama zamanı əlavə olaraq hesablanmış məbləğdən dəfələrlə az olsun.
Səyyar vergi yoxlaması vergi orqanının səlahiyyətli şəxsləri tərəfindən bilavasitə vergi ödəyicisinin yerləşdiyi yerdə həyata keçirilir. Səyyar vergi yoxlaması həm vergi ödəyicisi olan hüququ şəxslərdə, həm vergi agentlərində, həm də hüququ şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdə aparıla bilər.
Səyyar vergi yoxlamalarının aparılması üçün vergi ödəyicilərinin seçilməsində aşağıdakı üsullardan istifadə olunur: təsadüfi seçmə, xüsusi seçmə, daxili informasiya əsasında seçmə, kənar informasiya əsasında seçmə.
Yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə ilkin məlumatların təhlili zamanı aşağıdakı məsələlər həll edilir:
- vergi ödəyicisinin maliyyə-təsərrüfat fəaliyyətinin xüsusiyyətləri və miqyası nəzərə alınmaqla yoxlamanın həcmi qiymətləndirilir və yoxlama qrupunun tərkibi müəyyənləşdirilir;
- yoxlamanın gedişində aydınlaşdırılacaq məsələlər müəyyənləşdirilir və yoxlayıcı qrupun üzvləri arasında vəzifələr bölüşdürülür;
- yoxlamanın aparılacağı dövr müəyyənləşdirilir.
Səyyar vergi yoxlamasına hazırlıq mərhələsi yoxlama proqramının tərtib edilməsi ilə başa çatır. Yoxlamanın aparılması proqramı qarşıdakı yoxlamanın gedişində aydınlaşdırılmalı olan məsələlərin siyahısıdır.
Bir qayda olaraq kompleks yoxlama proqramına aşağıdakılar daxil edilirlər:
- mühasibat uçotu sənədlərində və hesabatlarda satışdan daxil olan vəsaitin əks olunmasının tamlığı və düzgünlüyünün yoxlanılması;
- məhsul istehsalı və satışına çəkilən faktiki xərclərin mühasibat uçotu sənədlərində əks etdirilməsinin düzgünlüyü və tamlığının yoxlanılması;
- qiymətli kağızlarla əməliyyatların sənədlərində əks olunmasının düzgünlüyünün yoxlanılması;
- əsa vəsaitlərin və digər aktivlərin satışından əldə olunan mənfəətin (zərərin) mühasibat uçotu sənədlərində və hesabatlarda əks olunmasının düzgünlüyünün yoxlanılması;
- satışdankənar əməliyyatlarla bağlı gəlir və xərclərin mühasibat sənədlərində və hesabatlarda əks olunmasının düzgünlüyünün yoxlanılması;
- məcmu mənfəətin həcminin düzgün müəyyənləşdirilməsinin yoxlanılması;
- ƏDV – nin hesablanmasının və büdcəyə vaxtında ödənilməsinin düzgünlüyünün yoxlanılması;
- əmlak vergisinin düzgün hesablanmasının yoxlanılması;
- müəssisənin ödəyicisi olduğu digər vergilərin düzgün hesablanmasının və büdcəyə ödənilməsinin yoxlanılması;
- vergi güzəştlərindən istifadə edilibsə, buna müəssisənin hüququnun olub-olmamasının yoxlanılması;
- nağd pul vəsaitlərindən istifadə ilə bağlı hesablamaların aparılmasının yoxlanılması;
- əgər fəaliyyət üçün lisenziya tələb olunursa, lisenziyanın olub-olmamasının yoxlanılması və s.
Yoxlanılan təşkilatın fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq yoxlama proqramına digər məsələlər də daxil edilə bilər.
Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Bildiriş 2 nüsxədə tərtib olunur. Bir nüsxə vergi orqanında qalır, bir nüsxə isə vergi ödəyicisinə göndərilir.
Vergi orqanlarının yoxlamanı bilavasitə aparmalı olan səlahiyyətli şəxslərinin yoxlanılan vergi ödəyicisinin ərazisinə buraxılması səyyar vergi yoxlamasının aparılması barədə qəbul edilmiş qərar əsasında və onların xidməti vəsiqələrini təqdim etməklə həyata keçirilir. Vergi orqanın səyyar yoxlamanı həyata keçirən vəzifəli şəxslərinin əraziyə buraxılmaması və ya onların əraziyə daxil olmasına maneçilik törədilməsi vergi hüquq pozuntusu hesab olunur.
Yoxlanılan vergi ödəyicisinin ərazisinə vergi orqanının vəzifəli şəxslərinin daxil olmasına maneçilik törədilməsi aşağıdakı hallarda qanuni hesab olunur:
- yoxlamanı aparan şəxslərdə səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarın olmaması;
- səyyar vergi yoxlamasının aparılması barədə qərarda hər hansı bir zəruri rekvizitin olmaması (məsələn, vergi orqanının rəhbəri və ya onun müavinin imzası, vergi orqanının möhürü, yoxlanılacaq vergi ödəyicisinin adı və s.);
- yoxlamanın aparılması barədə qərar səlahiyyətli olmayan şəxs tərəfindən imzalandıqda;
- yoxlamanı aparan şəxslərin xidməti vəsiqəsi olmadıqda;
- yoxlamanı aparan qrupun konkret üzvü qərarda göstərilmədikdə;
- yoxlamanı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilən məhdudiyyət şərtləri pozulmadıqda təyin edildikdə.
Vergi ödəyicisinə səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarın təqdim edildiyi tarix yoxlamanın başladığı tarix hesab olunur. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir.
Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayarq keçirilir və 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda Vergilər Nazirliyinin qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.
Aşağda göstərilən hallarda Vergilər Nazirliyinin əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər:
- səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda;
- nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı müxtəlif bilik sahələrindən istifadə edilməklə aparıldıqda;
- səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.
Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:
- ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər;
- artıq ödənilmiş vergilərin, faizlərinin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;
- vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin gizlədildiyi aşkar edildikdə və ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi bəlli olan məlumatlar olduqda;
- cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda;
- verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;
- vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və təhrif olunmuş məlumatlar aşkar edildikdə;
Səyyar vergi yoxlamasının nəticələri əsasında vergi orqanının səlahiyyətli şəxslər tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir. Bu akt vergi orqanının səlahiyyətli şəxsləri və yoxlanılan vergi ödəyicisinin rəhbəri tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini qeyd edə bilər, onu imzalamaqdan imtina edə bilər. Bu zaman akta müvafiq qeyd aparılır.
Vergi yoxlaması aktında yoxlama zamanı aşkar edilmiş və sənədlərlə təsdiq olunmuş vergi qanunvericiliyinin pozulması halları, bu pozuntulara görə məsuliyyət nəzərdə tutan maddələr və yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir.
Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər Vergilər Nazirliyi tərəfindən müəyyən edilir. Aktın bir nüsxəsi aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq vergi ödəyicisinə verilir və ya göndərilir.
Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşdırmadıqda, aktın verildiyi gündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalanmasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz ehtirazını yazılı surətdə bildirə bilər. Bu müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri və ya onun müavini vergi ödəyicisindən müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxır.
Vergi ödəyicisi tərəfindən yoxlama aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya onların nümayəndələrinin iştirakı ilə baxılır.
Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmasının yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisinin təqdim etdiyi etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır.
ƏDƏBİYYAT:
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Bakı, 2007.
2. Azərbaycan statistik göstəriciləri, 2007.
3. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu, 2002.
4. Məmmədov F.Ə., Musayev A.F., Sadıqov M.M., Rzayev Z.H., Kəlbiyev Y.A., Vergilər və vergitutma, Bakı, ,,SBS”, 2006, 431 s.
5. Abbasov Ə.M., Sadıqov M.M., Azərbaycan Respublikasının regionları:maliyyə və vergi potensialının proqnozlaşdırılması problemləri. Bakı, ,,İqtisad Un-steti” nəş-tı, 2002, 132 s.
6. Allahverdiyev D.İ. Büdcə-vergi siyasəti və iqtisadi təhlükəsizlik. Bakı, ,,Orxan” mətbəsində ofset üsulla, 2002, 170 s.
7. Vergi hüququ /Dərslik./Vəliyev D.Ə., Balakişiyeva Y.N., Rəfibəyli İ.R., İmanov E.E., Qarabalov E.M., / Bakı, ,,Az-n un- ti nəş-tı”, 2003, 482 s.
8. Vergilər, nəzarət kassa aparatları, pərakəndə ticarətin təşkilinə aid sənədlər toplusu. Bakı, ,,Qanun”, 2000, 387 s.
9. Musayev A. Vergi siyasətinin iqtisadi problemləri. Bakı, ,,Elm”, 2004, 786 s.
10. Musayev A.F., Kəlbiyev Y.A., Hüseynov A.A., Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və nəticələr.Bakı, Təfəkkür, 2002, 322 s.
11. Abbasov B.C. Vergi sistemi və onun funksiyaları. AMEA -nın xəbərləri. Humanitar və ictimai elmlər seriyası.(İqtisadiyyat).№2, Bakı, 2005, 499 s.
12. Банхаев Ф.Е. Сравнительный анализ налоговых систем и его значение длясовершенствования и реформирования налогового законодательства. //Налоговый вестник№2.- 2001.
13. Банхаев Ф.Е. Сравнительный анализ налоговых систем и его значение длясовершенствования и реформирования налогового законодательства. // Налоговый вестник №3, 2001.
Geostrategiya" jurnalı № 04 (28) İYUL-AVQUST 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM