İnsanlar müxtəlif xarakterlərə sahibdir. Xarakater dediyimiz anlayış isə insanların yaradılışdan gələn, fitrətən sahib olduqları xüsusiyyətlərin, uşaqlıqda məruz qaldığı təsirlərin, böyüdüyü şəraitin, ətraf mühitin, ailəsinin, təhsilinin göstərdiyi digər təsirlərin nəticəsində formalaşan davranış üslublarının toplusudur.
İnsaların davranışlarını müəyyən edən xarakter dediyimiz bu anlayışa doğru mövqedən yanaşılmadığında fərdi inkişafın qarşısını alan qəlibə çevrilə bilir. Hətta bu sahəd təəssüf ki, psixologiya elmini tədris edən bəzi mütəxəssilərində böyük rolu var. İnsanları müyyən xarakteristik qruplara ayıraraq bu qrupların “standart” olduğu və xarakterin şüurlu idarə edilə, formalaşdırıla, inkişaf etdirilə bilməyəcəyi vurğulanaraq şüursuz şəkildə, təbii gedişata tabe olmağın lazımlılığı tədris edilir. Bunun da səbəbi təkamül fərziyyəsinin mənfi təsirlərinin psixologiya elmindən də yan keçməməsidir. Təkamül fərziyyəsi artıq süqut etsə də, vaxtı ilə bütün elm sahələrinə maksimum böyük zərər verərək ciddi mənfi təsirlərə səbəb olmuşdur. Eləcə də psixologiya sahəsində yazılmış əsərlərə, tədris vasitələrinə diqqət edilsə, onların böyük əksəriyyətinin təkamül fərziyyəsi prinsiplərinə və artıq doğruluq mahiyyətini itirən bəzi təcrübələrə əsaslandırıldığı görülə bilər.
Bu “elmi” təsirin nəticəsi olaraq təhsil yoluyla, KİV-lərlə, müxtəlif seriallar, filmlər və əyləncə proqramları vasitələri ilə yanlış bilgi əsasında formalaşdırılmış xarakterlərin dəyişməzliyi anlayışı yəni “standart xarakter” anlayışı insanlara fərqində olmadan təbliğ olunur. İnsanlar arasında “standart xarakterin” və ondan qaynaqlanan davranışların bioloji, təbii olduğu fikri formalaşır və qəbul edilir. Bu prinsipə görə insan şüursuz bir varlıqdan, heyvandan törədiyi üçün davranışlarındakı neqativliklər keçmişdən qalan təbii biloji aktlardır və normaldır. Bu düşüncənin kütləvi təsirlərini və zərərlərini də məqalədə qeyd edəcəm. Lakin öncəliklə, bu qeyd etdiyim müşahidə olunan situasiyanın qaynağı olan amillərə diqqət edək.
Bu məsələyə yuxarıda qeyd etdiyim tərzdə yanaşmanın qaynağı təkamül fərziyyəsi, materializm və ateizmdir. Psixologiyaya dair ədəbiyyatları araşdıranlar orada nümunə olaraq təqdim edilən şəxslərin məhz materializmin və ateizmin öndərləri olan qatı darvinist inanclı “alim” lər olduğunu görmüşlərdir. Bu düşüncə tərzinin testlərə, təcrübələrə birbaşa təsiri qaçınılmazdır. Çünki söhbət xarakterlərdən, yəni insanın davranışlarının əsası olan bir anlayışdan gedirsə, bu barədə veriləcək cavablar, təbii ki, insanın mənşəyi ilə birbaşa əlaqəlidir. Psixologiyaya dair ədəbiyyatlarda davranışların mənşəyini göstərmək üçün çox vaxt heyvanların, xüsusilə də, meymunlar və insanların üzərində aparılan müşahidələrdə onların göstərdikləri davranışların müqayisəsi ilə əldə olunan nəticələrə verilən izahlar əsas götürülür. İnsan davranışlarının mənşəyini öyrənmək üçün nə üçün meymunlar üzərində test aparılmalı və bu testin nəticələrinə əsasən insan davranışları şərh edilməlidir? Çünki qeyd etdiyim kimi, təkamül fərziyyəsinin mənfi təsirləri psixologiya elmindən də yan keçməyib. Lakin təkamül fərziyyəsinin elmi olaraq tamamilə yanlış olması,üstəlik elmi kəşflərlə bütün müddəalarının süquta uğraması ilə aparılmış bu cür psixoloji testlərdə doğruluq mahiyyəti qalmır.
Bu cür testlərin xarakter inkişafındakı mənfi təsiri nədən ibarətdir?
Təkamül nəzərziyyəsi bütün canlıların təsadüfən, təbiətdə baş verən təsadüfi, təbii proseslərin nəticəsində cansız maddələrin birləşib canlılığı yaratdığını və beləliklə, öz-özünə canıların yaranıb sonrada bir-birindən təkamül keçirərək çoxalıb bugünki bütün canlı növlərini yarandığını iddia edir. Lakin təbii ki, 150 illik bu çürük, köhnə fərziyyənin iddiaları elmi kəşflərlə təkzib edilib. Canlıların hər hansı təsadüfi proseslərlə yarana bilməyəcəyi, cansız maddələrin öz-özünə təbii şəraitdə, müdaxilə olmadan birləşərək canlılıq yarada bilməyəcəyi və hər hansı bir canlının bioloji olaraq başqa bir canlıya çevrilə bilməsinin qeyri-mükmünlüyü elmi dəlillərlə dəfələrlə isbat edilib. Ancaq iddianın qaynağında insanın mənşəyinin heyvandan gəldiyi fikri olduğu üçün təkamül fərziyyəsinə inanan psixoloqlar da insan davranışlarındakı kobudluqları, şiddətə meyilliyi və s. bir çox neqativ halları insanın heyvandan gəlməsi ilə əlaqələndirir və bu davranışların normal olduğunu, hər fərdin xarakterinin də bu cür qəbul edilməli olduğunu irəli sürür. Bu səbəbdən də psixologiya elmində xarakterlərlə bağlı hissədə insan xarakterləri sadalandıqdan sonra müəyyən mənfi xarakter nümunələri görünərsə, xarakterin sahibi olan şəxsin yaradacağı zərərin qarşısının alınması istiqamətində də doğru tədbirlər planı hazırlana bilmir. Məsələlərə də ya şiddətə şiddətlə cavab vermək, ya təcrid etmək, öldürmək və s. kimi çarə olmayacaq yanlış həll yollarına əl atılır. Təkamül fərziyyəsinə inanıldığı üçün davranışların mənşəyinin insanın sözdə “mənşəyindən” qaynaqlandığına inanıldığı üçün bu prinsiplə hərəkət edilir.
İnsanlardakı şiddətə meyilliliyin təbii görülməsi, insanların özlərindəki əksikliklərin, problemlərin təbii qarşılanması və şəxsiyyətinin bir parçası olaraq mənimsənilməsi böyük problemlərin əsas səbəbidir. Beləki, insanların öz üzərində işləyib özlərini inkişaf etdirməmələri, stabil xarakter göstərməkdə davam etmələri, davranışlardakı radikallıqların, mənfi, neqativ halların düzəldilməsi istiqamətində cəhd etməmələri bu halların sanki onların təbii xarakteri və şəxsiyyətlərinin bir parçası imiş kimi qəbul edilməsinin kütləvi təsirləri dünyada şiddət tərkibli neqativ halların ortaya çıxmasına səbəb olur.
Hamımızın bildiyi kimi, insanların dilində “mən beləyəm”, “mənim xasiyyətim belədir”, “məni belə qəbul edin” kimi işlədilən ifadələrin “təbii” səbəbi məhz mənim başda qeyd etdiyim standart xarakter formalarıdır. Yəni demək olarki, hər kəs müəyyən bir standart xarakter qəbul edib və özünü bu qəlibin içinə məhkum edib. Buna görə də şəxsiyyətinin xüsusiyyətləri də qəbul etdiyi standart xarakterin sərhədləri qədərdir. Bu düşüncəni qəbul edən insanlarda artıq özünü inkişaf etdirmək, yanlış olanı dəyişdirmək, mənfi keyfiyyətləri atmağa çalışıb daha çox müsbət keyfiyyətlər mənimsəməyə çalışmaq kimi bir meyl olmur. Çünki məqalənin başında qeyd etdiyim yanlış fərziyyələrin mənfi təsirləri səbəbiylə kütlələrdə, həqiqətən də, insanın xarakterlərin onun “mənşəyi” ilə əlaqədər olduğuna inanılır və belə qəbul edilir. Dolayısı ilə insanların özlərini inkişaf etdirə bilməməsinin, ideal insan olmaq üçün çalışmağa cəhd etməməsinin və bundan qaynaqlanan degenerasiya, passivlik, geriləmə cəmiyyətlərin inkişafının qarşısını alan əsas səbəblərdən biridir.
Bəs yaxşı, əslində, doğru olan nədir?
Həqiqət bundan ibarətdir ki, insan heyvandan törəməyib və təkamül etməyib. İnsanı Allah yaradıb. Sahib olduğumuz xarakterlər də sözdə “mənşəyimiz” heyvanlardan gələn xüsusiyyətlərin təzahürü deyil, Allahın yaratdığı və insana fitrət olaraq bəxş etdiyi davarnış formalarıdır.
Yer üzündə yaşadığımız bu müddət, həyat dediyimiz bu gedişat yalnız qısa bir təlimdir. İnsanın yaradılma məqsədi də bu təlimdən keçərək ideal bir insan olmaq üçün lazımi əxlaqi keyfiyyətləri mənimsəməkdir. Bunun üçün Allah həyatımız boyu fərqli-fərqli hadisələr çıxardaraq insanı öyrədir, təlim keçir. Nəticədə də, Allahın, bu dünyanın, öz varlığının fərqində olan, həyatın məqsədini və mahiyyətini anlayan və bu məqsəd üzrə yaşayanlar xarakterlərini inkişaf etdirib ən ideal səviyyəyə salıb sonda hədəflənən əxlaqi keyfiyyətləri qazanmış olurlar.
Bu baxış bucağı ilə baxanda görürük ki, burda artıq “mən beləyəm də, neyniyim”,- deyə bilmərik. Hər insanın xarakteri yaradılışdan fitrətən fərqli dərəcələrdə və formalarda ola bilər. Lakin bu heç kimə bəhanə deyil. Burada olma məqsədimiz də məhz hansı dərəcədəyiksə, o dərəcədə qalmaq deyil özümüzü inkişaf etdirib ən gözəlinə çatdırmaqdır. Bəzi insanlar yaradılışdan səbirli, nəzakətli, doğru danışan xarakterə sahib ola bilərlər, lakin onların da əksik olan başqa yönləri vardır. Səbirsiz biri səbri üzərində, əsəbi biri bu yanlış əxlaqı üzərində və digər əksik hər xarakteri üzərində işləyib onu düzəltməlidir.
Xarakterlər, əslində, standart və dəyişilməz deyil. Şüurlu yanaşaraq, ciddi əzmlə, istəklə, mübarizə ilə dəyişdirilə, inkişaf etdirilə, yüksək keyfiyyətləri artırıla bilər. Bunun üçün də dini ibadətlərdə göstərilən qərarlılıq daha gözəl əxlaqi keyfiyyətlərin qazanılmasında və daim düşünərək,şüurlu,ağıllı davranmaqda ən vacib rollardan birini oynayır.
Görüldüyü kimi, hazırda insanların fərdi inkişafının qarşısını alan “STANDART XARAKTER” anlayışının ideoloji və ortaya çıxma qaynağı ateizm, darvinizm, materializmdir. Lakin bir çox insan bunun fərqində deyil. Çünki ümumi materialist bir həyat tərzi hər yerə hakim olduğu üçün, yəni ortada başqa nümunə olmadığı üçün insanların böyük əksəriyyəti bu xarakterə sadəcə qeyri-ixtiyarı sahib olurlar. Buda öz növbəsində cəmiyyətlərdə inkişafın olmamasına və hər cür neqativ halların təbii qəbul edilməsinə gətirib çıxardır.
Dünyada anarxiyanın, şiddətin və ümumiyyətlə, neqativ halların aradan qalxması, formalaşmaması üçün elmi cəhətdən təkzib edilən ateizm, darvinizm, materializm qaynaqlı ideologiyaların, düşüncələrin tərk edilməsi, dünya səviyyəsində insanların şüurlu yaşaması və daim özlərini inkişaf etdirməsi, dünyanın bələlardan qurtulub sakit, sülh yurduna çevrilməsi üçün Din əxlaqının dünyaya yayılması və mənimsənilməsi lazımdır. Şübhəsiz, gözəl əxlaqı inkişaf etdirməkdə heç bir sərhədin və məhdudiyyətin olmadığı Quran əxlaqının dünyaya yayılmasının gətirəcəyi kütləvi pozitiv təsir indiki ağır vəziyyətdən çox fərqli olacaq.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM